misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

AY MƏLƏK, AY MƏLƏK

Müəllif: Neriman Nerimanli | 29 May 2013 | Oxunub: 2941| Yadda saxlamaq:
Neçə şer, neçə qəzəl
Həsr edilib sənə əzəl.
Əzəlindən sən ən gözəl
Güldün, ay Mələk, ay Mələk!

Aşiqləri dərdə salan,
Sazın alıb, yola salan.
Kimdi sənə meyl salan-
Bildin, ay Mələk, ay Mələk!

Bir qırıq ümidə bəndəm,
Naümid olmasın bəndə.
Gör neçəsini kəməndə
Saldın, ay Mələk, ay Mələk!

Mələkdin doğulan anda,
Mələksən, insan donunda.
Dərdə caladın, sonunda
Güldün, ay Mələk, ay Mələk!

Əzrayıl əlində yaxam,
Zühur edəsən, bir baxam.
Bir gün də görərsən yoxam,
Öldüm, ay Mələk, ay Mələk!...

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 5)
Əsəri oxuyanlar (526)
  Oxşar misralar:
  • Tibb bacısı Mələk 478
  • ANALAR MƏLƏK OLAR...
  • yenə sənin dərdin var
  • Tanımışdım heyif səni mələk kimi ...
  • MƏLƏK ARVAD YA KİŞİDİ? --- TÜRK oğlu TÜRK-ə


  •   Resenziyalar (14)  
    Yazdı: Neriman Nerimanli: 29 May 2013 14:11
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Maraqlıdır, şer dərc ediləndə "Sevgi lirikası" bölümü niyə görünmür???
    Yazdı: mirsaleh efqan: 29 May 2013 14:23
     
    Yaşayır: bakı şəh.
    Əsərlərin sayı: 101
    Resenziyalar: 1465
    Status: Şair
     
    Assalamu leykum!
    Nəriman bəy, bu gözəl Mələk şeirinə 5.Qələminə qüvvət, qardaş.

    --------------------
    Miri
    Yazdı: Neriman Nerimanli: 29 May 2013 14:35
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    mirsaleh efqan,
    Minnətdaram, əziz qardaşım, amma, deyəsən 5-i Mələk xanıma verdiniz, mənə yox)))
    Yazdı: Polat Alemdar: 29 May 2013 15:11
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Əzizim Nəriman müəllim.Şeirinizi oxudum və bəyəndim, məndəm əla. Əllərinizə sağlıq.Paylaşdığınız üçün təşəkkürlər.

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Neriman Nerimanli: 29 May 2013 15:43
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Polat Alemdar,
    Minnətdaram Sizə, əziz dost, Allah Sizdən razı olsun!
    Yazdı: Dunyamin: 29 May 2013 16:42
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: Neriman Nerimanli

    Mələk idin doğulanda,Mələksən, insan donunda.Mən dərdindən ağlayandaGüldün, ay Mələk, ay Mələk!

    Əzrayıl əlində yaxam,Zühur edəsən, bir də baxam.Bir gün də görərsən yoxam,Öldüm, ay Mələk, ay Mələk!...

    BU ŞEİRİNİ DƏ BƏYƏNDİM...AXICI,OYNAQ VƏ HƏM ÇOX DƏRİN BİR MƏNASI OLAN ŞEİRDİR...RUHUNA SAĞLIQ!!!

    Yazdı: Eldar Ezimli: 29 May 2013 20:35
     
    Yaşayır: Sheki
    Əsərlərin sayı: 75
    Resenziyalar: 581
    Status: Şair
     
    NƏRİMAN bəyi salamlayıram və şerdə diqqətimi çəkən bir məqam haqqında fikirlərimi bildirmək istərdim.
    Mələk idin doğulanda,
    Mələksən, insan donunda.
    Mən dərdindən ağlayanda
    Güldün, ay Mələk, ay Mələk!
    Bu bənddə "doğulanda- donunda-ağlayanda" heç də uğurlu qafiyə sayılmaz.
    Qalanlar "əla".
    Yazdı: mirsaleh efqan: 30 May 2013 01:05
     
    Yaşayır: bakı şəh.
    Əsərlərin sayı: 101
    Resenziyalar: 1465
    Status: Şair
     
    Mələklər də 5-ə layiqdi, siz də, sizin cılız cisminizə sığan geniş ürəyiniz də, bu gözəl şeiriniz də, Şeirinizə verilən gözəl rəylər də.Elədi 25.

    --------------------
    Miri
    Yazdı: maharramzada: 30 May 2013 09:46
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 172
    Resenziyalar: 2114
    Status: Şair
     
    Salam, Nəriman. Yaxşı yazılıb. Sonuncu bəndin 2-ci misrasına bax.
    Zühur et, sən, bir də baxım və ya,
    Zühur edəsən, mən baxam. və s.
    Hörmətlə.
    Yazdı: Neriman Nerimanli: 30 May 2013 11:37
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Dunyamin,
    Dünyamin müəllim, çox sağ olun, əzizim, rəyiniz mənim üçün dəyərlidir.

    Eldar Ezimli,
    Təşəkkürlər, Eldar müəllim, razıyam rəyinizlə, çox sağ olun!

    mirsaleh efqan,
    Salam, Allah Sizdən razı olsun, qardaşım, çox sağ olun!

    maharramzada,
    Minnətdaram, Məhərrəm müəllim, rəyinizin fərqindəyəm, etirazım yoxdur, sağ olun!
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    QAYITMAZ

    Müəllif: Neriman Nerimanli

    QAYITMAZ

    Dəyməyin qəlbimə, vallah, yaradı.
    Kaman tək inləyər gəlsə yar adı.
    Bu giley-güzarım nazlı yaradı
    Ruhum yuxuludur, yatsa, qayıtmaz.

    Oxumaq
    XANƏLİ, SƏN SƏXAVƏT... Rafiq MƏMMƏD { Şair dostlarım Xanəli Tolış və Səxavət Qafarlıya}

    Müəllif: Saxavat

    XANƏLİ, SƏN SƏXAVƏT... Rafiq MƏMMƏD { Şair dostlarım Xanəli Tolış və Səxavət Qafarlıya}

    El dərdidi, çatılıbdı qaşında,
    Şimşək çaxıb, tufan qopub başında.
    Ömür boyu şe’rin elçi daşında
    Bardaş quran Xanəli, sən Səxavət...

    Oxumaq
    HEYİFDİR, ATASIZ OLMASİN UŞAQ. --- Tahir HEYDƏRLİ

    Müəllif: Saxavat

    HEYİFDİR, ATASIZ OLMASİN UŞAQ. --- Tahir HEYDƏRLİ

    Ən çətin məqamda, ən çətin anda
    Qohum da, özgə də dayanar yanda.
    Qazananda,- əli çörək tutanda,
    Xala, bibi, dayı, əmi çox olar...

    Oxumaq
    YANASAN-YANA

    Müəllif: Neriman Nerimanli

    YANASAN-YANA

    Qəm mənə, səadət yadlara düşüb,
    Dözmərəm desinlər yad dara düşüb.
    Sən də mənim kimi odlara düşüb
    Gecəli-gündüzlü yanasan-yana.

    Oxumaq
    AYIRA BİLMİRƏM GÖZÜMÜ SƏNDƏN

    Müəllif: ulvi amin

    AYIRA BİLMİRƏM GÖZÜMÜ SƏNDƏN

    Ömrüm bir insansız küçə olacaq,
    Həyatım qaranlıq gecə olacaq,
    Bu işin axırı neçə olacaq?
    Ayıra bilmirəm gözümü səndən.

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Aprel 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics