misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8511 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

Portalın ilk qəzəl müsabiqəsi - Qəzəlxan.

Müəllif: admin | 19 Oktyabr 2016 | Oxunub: 2464| Yadda saxlamaq:
Portalın ilk qəzəl müsabiqəsi - Qəzəlxan.
Əziz müəlliflər!

Misra.az portalında yeni müsabiqə!

Misra.az portalında, xalqımızın dahi şairi, qəzəl ustası Əliağa Vahidin adına “Qəzəlxan” adlı ilk qəzəl müsabiqəsi elan olunur.

Müsabiqənin şərtləri:

1. Müsabiqədə yalnız Misra.az portalında qeydiyyatdan keçmiş və "Yeni şair", "Şair", "Şair-Redaktor" və "Moderator" statusuna malik müəlliflər səs verə bilər;

2. Seçim yalnız 17 fevral 2017-ci il tarixinə kimi Milli şeir formaları >>> Qəzəl bölməsində dərc olunmuş əsərlər arsında aparılır;

3. İştirakçılar ən çox bəyəndikləri yalnız bir qəzəlin adını, müəllifini, əsərin linkini (yəni misra.az portalında həmin qəzəlin veb ünvanını) və qəzəlin qısa parçasını bu səhifədə, aşağıdakı Resenziya (rəy) formasında qeyd edərək səsvermədə iştirak edə bilərlər;

4. Hər müəllif yalnız bir əsərə və yalnız bir dəfə səs verə bilər. Hər bir müəllifə özünün yazdığı qəzəlin adını qeyd etməyə icaza verilir;

5. Səslərin hesablanması və qaliblərin elan olunması Administrator tərəfindən həyata keçiriləcəkdir. Administrator hazırkı Müsabiqənin şərtlərində dəyişikliklər etməyə hüququna malikdır.

Müsabiqənin qalibləri Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi və Azərbaycanın ilk Dövlət Mükafatı laureatı Əliağa Vahidin (İsgəndərov Əliağa Məmmədqulu oğlunun) ad günündə, 18 fevral 2017-ci ildə elan olunacaqdır.

Müsabiqənin mükafatları haqqında məlumat:

1. Birinci yerə layiq görülmüş əsərin müəllifinə 5 000 bal hədiyyə, müəllifin razılığı olduqda "şair" statusunun "şair-qəzəlxan" statusu ilə əvəz edilməsi və bir il ərzində "Qəzəl" bölməsində "Moderator" hüququnun verilməsi;

2. İkinci yerə layiq görülmüş əsərin müəllifinə 3 000 bal hədiyyə;

3. Üçüncü yerə layiq görülmüş əsərin müəllifinə 1 000 bal hədiyyə.

Müsabiqə yekunlaşdı.

Əziz müəlliflər!

Müsabiqənin şərtlərində kiçik dəyişiklik edərək, onu Novruz Bayramında yekunlaşdırmağa qərara gəldim.

Beləliklə.

2016-cı ilin "Qəzəlxanı" Elsever35 elan edilir.
Seçilmiş qəzəl: "Elsevәr әhliqürbәt".
Təbrik edirəm!


İkinci yer: leylam "O səs" əsəri ilə (19 mart 2017-ci il tarixinə 258 dəfə oxunub).

Üçüncü yer: sefer "Gələ" əsəri ilə (19 mart 2017-ci il tarixinə 226 dəfə oxunub).

Qeyd. ikinci və üçüncü yerin qalibləri əsəri oxuyanların sayına əsasən müəyyən edilmişdir.

Qalibləri ürəkdən təbrik edir, yeni yaradıcılıq uğurları arzulayıram!

Portalın bütün müəlliflərini Novruz Bayramı münasibəti ilə təbrik edirəm!

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
Əsəri oxuyanlar (859)
  Oxşar misralar:


  Resenziyalar (29)  
Yazdı: Polat Alemdar: 19 Oktyabr 2016 14:43
 
Yaşayır: region 85
Əsərlərin sayı: 1868
Resenziyalar: 23024
Status: Şair
 
Xeyirli və uğurlu olsun....Hər bir müəllifə ayrı ayrılıqda uğur müvəffəqiyyət diləyirəm....

--------------------
- Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
Yazdı: Movlud Aqammed: 19 Oktyabr 2016 14:49
 
Yaşayır: Quba.Zərdabi
Əsərlərin sayı: 506
Resenziyalar: 9915
Status: Şair
 
Əlbəttə,çoxdn gözlənilən,gözəl təşəbbüsdür...Hər birinizə uğurlar arzu edirəm.

--------------------
Mən qəmli olanda şeir yazıram,
Çoxdu şeirlərim,demək,qəmim çox...
*****

*****
"Sağlığında qiymət verin insanlara..."
Yazdı: Zakir Atmaz: 19 Oktyabr 2016 19:00
 
Yaşayır: --
Əsərlərin sayı: 117
Resenziyalar: 1030
Status: Şair
 
Çox gözəl təşəbbüsdür və buna görə də Sizə təşəkkür edirəm, Fuad bəy!

Mənə elə gəlir ki, seçim, yəni səsvermə üçün, 4 ay vaxtın ayrılması və müsabiqənin yalnız bu günə qədər Misra.az-da dərc olunmuş qəzəllər arasında aparılması ən ideal variant deyildir. Bəlkə də seçim üçün 2 ay vaxt bəs edərdi(nəzərə alsaq ki, bu haqda artıq bu gün Sizin tərəfinizdən müsabiqə elan olunmuşdur) və yerdə qalan 2 ayın isə yeni qəzəllərin qəbulu üçün ayrılması daha səmərəli və, ən əsası isə, yaradıcılıq üçün-portalda yeni və gözəl qəzəllərin peyda olması üçün-çox güclü mənəvi stimul, təkan ola bilərdi.
Yazdı: Dunyamin: 19 Oktyabr 2016 20:17
 
Yaşayır: Ağdaş şəhəri
Əsərlərin sayı: 3259
Resenziyalar: 41575
Status: Moderator (İlin şairi)
 
Burada hər hansı bir ədəbi müsabiqənin keçirilməsini,"Misra"nın üzvləri hər zaman çox böyük razılıqla və maraqla qarşılmışlar...Məncə,ilk dəfə keçirilən bu ədəbi müsabiqə də iştirakçıların böyük marağına səbəb olacaq...
Böyük şairimiz-dahi qəzəlxanımız Vahidin bu cür yad edilməsinə görə Fuad bəyə də öz təşəkkürümü bildirir və ona da,bütün iştirakçılara da uğurlar arzulayıram!...
Yazdı: admin: 20 Oktyabr 2016 10:08
 
Yaşayır: Azərbaycan, Bakı şəhəri
Əsərlərin sayı: 27
Resenziyalar: 74
Status: Administrator
 
Zakir Atmaz,
Çox gözəl təşəbbüsdür və buna görə də Sizə təşəkkür edirəm, Fuad bəy!

Mənə elə gəlir ki, seçim, yəni səsvermə üçün, 4 ay vaxtın ayrılması və müsabiqənin yalnız bu günə qədər Misra.az-da dərc olunmuş qəzəllər arasında aparılması ən ideal variant deyildir. Bəlkə də seçim üçün 2 ay vaxt bəs edərdi(nəzərə alsaq ki, bu haqda artıq bu gün Sizin tərəfinizdən müsabiqə elan olunmuşdur) və yerdə qalan 2 ayın isə yeni qəzəllərin qəbulu üçün ayrılması daha səmərəli və, ən əsası isə, yaradıcılıq üçün-portalda yeni və gözəl qəzəllərin peyda olması üçün-çox güclü mənəvi stimul, təkan ola bilərdi.

Maraqlı təklifdir. Müsabiqənin vaxtını dəyişmədən bu gündən sonra da dərc olunmuş qəzəllərin iştirakına icazə verirəm. Yəni 17 fevral 2017-ci il tarixinə kimi Misra.az-da dərc olunmuş qəzəllər müsabiqədə iştirak edə bilər.
Yazdı: Zakir Atmaz: 20 Oktyabr 2016 12:28
 
Yaşayır: --
Əsərlərin sayı: 117
Resenziyalar: 1030
Status: Şair
 
Sitat: admin
Maraqlı təklifdir. Müsabiqənin vaxtını dəyişmədən bu gündən sonra da dərc olunmuş qəzəllərin iştirakına icazə verirəm. Yəni 17 fevral 2017-ci il tarixinə kimi Misra.az-da dərc olunmuş qəzəllər müsabiqədə iştirak edə bilər.


Müdrik qərardır, Fuad bəy! Buna görə Sizə təşəkkür edirəm! Sağ olun, var olun!
Yazdı: maharramzada: 20 Oktyabr 2016 23:10
 
Yaşayır: Bakı
Əsərlərin sayı: 172
Resenziyalar: 2114
Status: Şair
 
Maraqlı müsabiqədir. Qələmini sınamaq arzusunda olan hər bir yazara müvəffəqiyyət arzulayıram.
Yazdı: Seymur Sonmez: 20 Oktyabr 2016 23:56
 
Yaşayır: AZƏRBAYCAN
Əsərlərin sayı: 402
Resenziyalar: 708
Status: Şair
 
Xeyirli uğurlu olsun hər bir yazara müvəffəqiyətlər arzu edirəm
Yazdı: sahin.yusifov: 22 Oktyabr 2016 04:37
 
Yaşayır: ZaQaTaLa
Əsərlərin sayı: 1072
Resenziyalar: 12577
Status: Şair
 
Çox yaxşı çox maraqlı olar mən də bu müsabiqədə hər bir iştirak edənlərə
uğurlar diləyirəm
Yazdı: Vusal Huseyn: 26 Oktyabr 2016 16:51
 
Yaşayır: Azərbaycan Baki şəh.
Əsərlərin sayı: 273
Resenziyalar: 2065
Status: Şair
 
Mən özüm qatılmayacaq olsam da,qabaqcadan hər kəsə uğurlar arzu edirəm.Kim yaxşıdırsa,o da qalib gəlsin.

--------------------
Hər acının,hər ağrının,
hər bir zülmün bir ahı var.
Hər bir qaranlıq gecənin,
tələsən bir sabahı var.

Vüsal Hüseyn
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
......................................................
         Redaktorun seçimi
 
A N A  --- Xanəli TOLIŞ

Müəllif: Saxavat

A N A --- Xanəli TOLIŞ

Dilini yaradıb İlahi baldan,
Südünə hələ ki, yox əvəz, ana.
Cənnəti səribdir ayağın altda,
Odur ki, olubsan müqəddəs, ana.

Oxumaq
ÇIXASIDIR GÖZLƏRİM

Müəllif: Neriman Nerimanli

ÇIXASIDIR GÖZLƏRİM

Sevgi odur, günü-gündən sərt gələ,
Vüsal qaça, həsrət qova, pərt gələ.
Hicran odur, qol açasan, dərd gələ,
Nə aşiqəm, nə dərdim var, nə sərim.

Oxumaq
Sevgi mənə nə verəcək...

Müəllif: Movlud Aqammed

Sevgi mənə nə verəcək...

Sevgi mənə nə verəcək,dərdi-sər,
Sınıq ürək,ah,göz yaşı,bir də qəm.
Baxıb aləm bu halıma güləcək,
Məcnun çəkən sitəmləri çəkəcəm.

Oxumaq
ÖLÜM...(Bir gün ürəyimə doldu ağrılar...)

Müəllif: Dunyamin

ÖLÜM...(Bir gün ürəyimə doldu ağrılar...)

Bu an gözlərimə güldü xəyalın,
Uzağa qaçırdın ölümü, gülüm!
Dincəldi ürəyim, dəyişdi halım,
Qayıdıb yanına gəlimmi, gülüm!?...

Oxumaq
Dəliliyim tutub yenə

Müəllif: sefer

Dəliliyim tutub yenə

Əldə silah tutam gərək
Dağlarımı tapam gərək
O dağlarda yazam gərək
Dəliliyim tutub yenə

Oxumaq
           Ən fəal şərhçilər
 
Dunyamin
Resenziyaların sayı: 41575
Əsərlərin sayı: 3259
Polat Alemdar
Resenziyaların sayı: 23024
Əsərlərin sayı: 1868
adal
Resenziyaların sayı: 18902
Əsərlərin sayı: 1548
Ayka_Lambert
Resenziyaların sayı: 17914
Əsərlərin sayı: 1530
akif musayev
Resenziyaların sayı: 15978
Əsərlərin sayı: 1492
sahin.yusifov
Resenziyaların sayı: 12577
Əsərlərin sayı: 1072
Movlud Aqammed
Resenziyaların sayı: 9915
Əsərlərin sayı: 506
asef
Resenziyaların sayı: 5492
Əsərlərin sayı: 72
shefi
Resenziyaların sayı: 5124
Əsərlərin sayı: 253
niyazi
Resenziyaların sayı: 4816
Əsərlərin sayı: 245

           Sosial şəbəkə
 
            Sonuncu müsabiqə
 
         Ölkələr üzrə statistika
  free counters
         Şeirlər tarixlə
 
«    Sentyabr 2017    »
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

Copyright © 2010 Misra.Az
Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
Bizimlə əlaqə: admin@misra.az

Hosting provided by AdelinaHost.com, AZ Lyrics