misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

Tut qolumdan (Ənvər Rza )

Müəllif: KHAGANI | 3 İyul 2011 | Oxunub: 3009| Yadda saxlamaq:
Səhər-səhər qismətə bax, bəxtə bax –
Qarşılaşdıq çiçək fəsli, sakit bağ.
Nəfəs nərgiz, qamət çinar, əl zanbağ,
Gözlər də ki tamaşadı, nağıldı,
Tut qolumdan, huş başımdan dağıldı.

Meh tərpəndi, sinən üstdən şal düşdü,
İsmətindən yanağına al düşdü,
Ürəyimə xalın boyda xal düşdü.
Dağ çayları gözlərimdən sağıldı,
Tut qolumdan, huş başımdan dağıldı.

Tamaşadır saçlarının pırpızı,
Utandırdın bənövşəni, yarpızı.
Görən deyər bu dağların gül qızı
Gör necə də insafsızdı, paxıldı,
Tut qolumdan, huş başımdan dağıldı.

Müəllif: Ənvər Rza. 1981.

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 5)
Əsəri oxuyanlar (512)
  Oxşar misralar:
  • Düşdü (Ənvər Rza )
  • QARDAŞIM RƏŞİD ÜÇÜN...(Ad günündə yazılan şeir...)
  • Ənvər Rza. Azərbaycan büstü.
  • UZAQ TUT !
  • Gəldim ki... (Ənvər Rza )


  •   Resenziyalar (4)  
    Yazdı: bayrami: 3 İyul 2011 23:42
     
    Yaşayır: --
    Əsərlərin sayı: 665
    Resenziyalar: 2262
    Status: Şair
     
    Allahın buyurduğu, peyğəmbərin izni ilə!

    İlk görüşü, ilk baxışı, yar görünüşünü bir belə saf duyğularla, şirin məcazlarla, xalqdan gələn ifadələrlə vəsv etmək, gözəli- azər qızını təqdir və təsvir etmək yalnız Ənvər Rza müəllimə xas ola bilər.
    Yazdı: Necmeddin: 4 İyul 2011 12:03
     
    Yaşayır: --
    Əsərlərin sayı: 1
    Resenziyalar: 2152
    Status: Şair
     
    MİSİLSİZ SƏNƏTKAR OLUB ALLAH RƏHMƏT ELƏSİN

    --------------------
    Şeir - Allahın şairin qulağına pıçıldadığı sözlərdi.
    Yazdı: sahin.yusifov: 26 Avqust 2014 21:01
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    Səhər-səhər qismətə bax, bəxtə bax –
    Qarşılaşdıq çiçək fəsli, sakit bağ.
    Nəfəs nərgiz, qamət çinar, əl zanbağ,
    Gözlər də ki tamaşadı, nağıldı,
    Tut qolumdan, huş başımdan dağıldı.
    MİSİLSİZ SƏNƏTKAR OLUB ALLAH RƏHMƏT ELƏSİN
    Yazdı: adal: 13 Mart 2015 21:17
     
    Yaşayır: --
    Əsərlərin sayı: 1548
    Resenziyalar: 18902
    Status: Şair
     
    Səhər-səhər qismətə bax, bəxtə bax –
    Qarşılaşdıq çiçək fəsli, sakit bağ.
    Nəfəs nərgiz, qamət çinar, əl zanbağ,
    Gözlər də ki tamaşadı, nağıldı,
    Tut qolumdan, huş başımdan dağıldı.

    Meh tərpəndi, sinən üstdən şal düşdü,
    İsmətindən yanağına al düşdü,
    Ürəyimə xalın boyda xal düşdü.
    Dağ çayları gözlərimdən sağıldı,
    Tut qolumdan, huş başımdan dağıldı.

    Tamaşadır saçlarının pırpızı,
    Utandırdın bənövşəni, yarpızı.
    Görən deyər bu dağların gül qızı
    Gör necə də insafsızdı, paxıldı,
    Tut qolumdan, huş başımdan dağıldı.

    Müəllif: Ənvər Rza. 1981.
    ƏSİL ŞEİR,BAX,BELƏ OLAR!...
    EŞQ OLSUN ÖLMƏZ ŞAİRLƏRƏ!!!
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    Olan oldu...

    Müəllif: Elvir Adem

    Olan oldu...

    Hərdən ayrılıqdan qorxardıq, o da
    - nəhayət oldu...

    Oxumaq
    NƏ GÖZƏLLİYİ

    Müəllif: Neriman Nerimanli

    NƏ GÖZƏLLİYİ

    Batin gözəl deyilsə,
    Üzün nə gözəlliyi?
    Nahaqq haqqı kəsirsə,
    Düzün nə gözəlliyi?
    Qaş-qabaq tökülürsə,
    Gözün nə gözəlliyi?
    Misrası oxunmayan
    Sözün nə gözəlliyi?...

    Oxumaq
    AĞAC ƏYİLDİ SINDI, İGİD ƏYİLDİ ÖLDÜ

    Müəllif: Zeynalli Adile

    AĞAC ƏYİLDİ SINDI, İGİD ƏYİLDİ ÖLDÜ

    Hansı igidki döyüşdə əyildi
    Düşmənə canını halal eylədi
    Düşmən qılıncının altından keçdi:
    Ağac əyildi sındı, igid əyildi öldü!

    Oxumaq
    BİLMƏDİM

    Müəllif: Neriman Nerimanli

    BİLMƏDİM

    Zərifdir kəpənək kimi,
    Canım alan mələk kimi.
    Alıb ələ çiçək kimi
    Yaxama taxa bilmədim.

    Oxumaq
    Zamanın dayanmağı

    Müəllif: Rufat Tagiyev

    Zamanın dayanmağı

    Zamanın dayanmağı
    sənin baxışındadı,
    mənim gülüşümdədi,
    onun duruşundadı...

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Fevral 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics