misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

Danışdım...

Müəllif: Movlud Aqammed | 11 Noyabr 2014 | Oxunub: 1749| Yadda saxlamaq:
Danışdım...

Mən ömrümü lal keçirdim, bu illər
Sükut içrə...ürəyimlə danışdım.
Qaldım xəyal aləmində tək-tənha,
Mənə həyan gərəyimlə danışdım.
***
Öz-özümü çəkdim sorğu-suala,
Necə oldu,necə düşdüm bu hala?
Bu dünyadan kimlər gedə,kim qala,
Axırımla,əvvəlimlə danışdım.
***
Zülmət oldu günüm,söndü çırağım,
Nədən,Mövlud,niyə yanmır ocağım?
Üz döndərdi məndən arxa-dayağım.
Üz çevirən görəyimlə danışdım.

10.11.2014.Bakı.Mövlud Ağamməd.

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 17)
Əsəri oxuyanlar (535)
  Oxşar misralar:
  • Aygün Rəhimlinin "Mənə yalan danış…" şeirinə
  • MƏNİ MƏNDƏN AYIRMAYIN
  • ETİRAF DEYİL ASAN...
  • Sən Gedəndən
  • ASAN OLMUR ETİRAF...


  •   Resenziyalar (18)  
    Yazdı: Movlud Aqammed: 11 Noyabr 2014 15:27
     
    Yaşayır: Quba.Zərdabi
    Əsərlərin sayı: 506
    Resenziyalar: 9915
    Status: Şair
     
    Mən ömrümü lal keçirdim, bu illər
    Sükut içrə...ürəyimlə danışdım.
    Qaldım xəyal aləmində tək-tənha,
    Mənə həyan gərəyimlə danışdım.

    --------------------
    Mən qəmli olanda şeir yazıram,
    Çoxdu şeirlərim,demək,qəmim çox...
    *****

    *****
    "Sağlığında qiymət verin insanlara..."
    Yazdı: Shemsi: 11 Noyabr 2014 17:02
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 108
    Resenziyalar: 997
    Status: Şair-Redaktor
     
    Əladır! Mənim çox xoşuma gəldi. xüsusən I bənd gözəl deyilib. Odur ki, şeiri redaktorun seçiminə göndərmə
    yi lazım bildim.

    --------------------
    Məni məndən soruşanlar bilirmi,
    Həm uşağam, həm cavanam, həm qoca.
    Baş yaşıma, yaş başıma tən deyil,
    Həm dərvişəm, həm bəzirgan, həm xoca!
    Yazdı: Polat Alemdar: 11 Noyabr 2014 18:32
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Sitat: Movlud Aqammed
    Öz-özümü çəkdim sorğu-suala,
    Necə oldu,necə düşdüm bu hala?
    Bu dünyadan kimlər gedə,kim qala,
    Axırımla,əvvəlimlə danışdım.
    ***
    Zülmət oldu günüm,söndü çırağım,
    Nədən,Mövlud,niyə yanmır ocağım?
    Üz dönərdi məndən arxa-dayağım.
    Üz çevirən görəyimlə danışdım.


    MÖVLUD MÜƏLLİM ƏLLƏRİNİZƏ VƏ RUHUNUZA SAĞLIQ ƏLA (*)MİSRALARDIR.ƏHSƏN SİZƏ. UĞURLAR DİLƏYİ İLƏ...

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Dunyamin: 11 Noyabr 2014 18:42
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Öz-özümü çəkdim sorğu-suala,
    Necə oldu,necə düşdüm bu hala?
    Bu dünyadan kimlər gedə,kim qala,
    Axırımla,əvvəlimlə danışdım....

    BÜTÜNLÜKLƏ BƏYƏNDİM...SAĞ OLUN,VAR OLUN,MÖVLUD MÜƏLLİM...
    Yazdı: leylam: 11 Noyabr 2014 19:41
     
    Yaşayır: bakı
    Əsərlərin sayı: 300
    Resenziyalar: 4508
    Status: Şair
     
    Hörmətli Mövlud müəllim, bu qədər oxucu kütləsi olan bir insan, lal ola bilməz, Siz ürəyinizin dili ilə danışırsınız, çox gözəl yazmısınız, sağ olun!
    Yazdı: Elsever35: 11 Noyabr 2014 20:08
     
    Yaşayır: Russiya
    Əsərlərin sayı: 465
    Resenziyalar: 1731
    Status: Şair-qəzəlxan
     
    Mövlüd müəlim sizi təbrik edirəm, çox sağ olun belə bir gözəli yaratdığınız üçün. Allah razı olsun

    --------------------
    Neynirəm mən o ürəyi,
    Yox arzusu bir diləyi?!
    Bacarmırsa o sevməyi
    Demək o heç ürək deyil.
    Yazdı: Movlud Aqammed: 11 Noyabr 2014 20:13
     
    Yaşayır: Quba.Zərdabi
    Əsərlərin sayı: 506
    Resenziyalar: 9915
    Status: Şair
     
    Shemsi,
    Təşəkkür edirəm,Şəmsi müəllim.Diqqətinizə və dəyərinizə görə çox sağ olun.
    Polat Alemdar,
    Çox sağ olun,Polad müəllim,minnətdaram sizə.
    Dunyamin,
    Mən sizə minnətdaram,Dünyamin müəllim.Çox sağ olun.
    leylam,əSəmimi fikirlərinizə görə təşəkkür edirəm,Leylam xanım.


    Elsever35,
    Allah sizdən razı olsun,Elsevər bəy.Təşəkkür edirəm sizə.

    --------------------
    Mən qəmli olanda şeir yazıram,
    Çoxdu şeirlərim,demək,qəmim çox...
    *****

    *****
    "Sağlığında qiymət verin insanlara..."
    Yazdı: sefer: 11 Noyabr 2014 21:19
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 406
    Resenziyalar: 1842
    Status: Şair
     
    Çox gözəl ................................................................................
    .
    Yazdı: Movlud Aqammed: 11 Noyabr 2014 23:21
     
    Yaşayır: Quba.Zərdabi
    Əsərlərin sayı: 506
    Resenziyalar: 9915
    Status: Şair
     
    sefer,
    Çox sağ olun,Səfər müəllim.

    --------------------
    Mən qəmli olanda şeir yazıram,
    Çoxdu şeirlərim,demək,qəmim çox...
    *****

    *****
    "Sağlığında qiymət verin insanlara..."
    Yazdı: adal: 12 Noyabr 2014 18:22
     
    Yaşayır: --
    Əsərlərin sayı: 1548
    Resenziyalar: 18902
    Status: Şair
     
    Sitat: Movlud Aqammed
    Öz-özümü çəkdim sorğu-suala,
    Necə oldu,necə düşdüm bu hala?
    Bu dünyadan kimlər gedə,kim qala,
    Axırımla,əvvəlimlə danışdım....
    BÜTÜNLÜKLƏ BƏYƏNDİM...SAĞ OLUN,VAR OLUN,MÖVLUD MÜƏLLİM...

    ƏLA YAZMISINIZ...VAR OLUN...
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    Fani həyat

    Müəllif: Ruslan Zeynalli

    Fani həyat

    Deyirlər fanidir bu dərdli həyat
    Fanidir yaşamaq nəyimə gərək.
    Qəmlidi qüssəli dərdlidi həyat
    Bu qüssəni çəkmək nəyimə gərək.

    Oxumaq
    «Çalmalı» ilə deyişmə

    Müəllif: Sanan Celilli

    «Çalmalı» ilə deyişmə

    Çalmalı, Sən mənə xəbər ver görüm
    Göyçədən inilti səsi gəlirmi ?!
    Sənə tapşırdığım dədə, babalar
    Qəbirdə uyuyub bir dincəlirmi ?!

    Oxumaq
    DÜNYANIN SONUNA AZ QALIB DAHA

    Müəllif: Neriman Nerimanli

    DÜNYANIN SONUNA AZ QALIB DAHA

    Heç giley etməzdim bəxtimdən qabaq,
    Getdi tac əlimdən, taxtımdan qabaq.
    Allah, öldür məni vaxtımdan qabaq
    Dünyanın sonuna az qalıb daha.

    Oxumaq
    EŞQİMİN ƏZƏLİ...

    Müəllif: Dunyamin

    EŞQİMİN ƏZƏLİ...

    Könlümün istəyi,şirin barısan,
    dünyalar gözəli səni bilərəm...
    Sən ki Dünyaminin arzularısan,
    eşqimin əzəli səni bilərəm!...

    Oxumaq
    Qalıb

    Müəllif: Sanan Celilli

    Qalıb

    Göyçə deyib durma, könül
    O, bəxtəvər elmi qalıb ?!
    Həsrət ağartdığı başda
    Tək-tük qara telmi qalıb ?!

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Fevral 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics