misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

"Göy qurşağı" təqdim edir: Balamirzə Cəfərli " Gəl özün daşı"

Müəllif: bayrami | 27 İyul 2014 | Oxunub: 1391| Yadda saxlamaq:
GƏL ÖZÜN DAŞI

Ümidim ağacın yarpağı kimi
Qopdu ürəyimdən, üzülüb getdi.
Arxamca sürünüb həsrət kölgəsi,
Özgə qapısında məni qul etdi.

Axdıqca yanağa gözümün yaşı,
Bələndim hicrana, çəkdi silləsin.
Dəyirsə sinəmə özümün daşı,
Qınaya bilmərəm yağı gülləsin.

Ruhum pərvaz etdi, uçdu göylərə,
Ümidim, gəl indi axtar, sor məni.
Yaxşı ki, vaxtında endim mən yerə,
Yoxsa ağladardı soyuq qar məni.

Qəfəsdən çıxan ruh gordan dönmədi,
Arxamca axıtdı leysan göz yaşı.
Yanaraq kül oldum, odsa sönmədi,
Gəl indi külümü yığ, özün daşı.
2013 (Müəllif: B. Cəfərli)

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 2)
Əsəri oxuyanlar (451)
  Oxşar misralar:
  • "Göy qurşağı" təqdim edir: Balamirzə Cəfərli " Ümid də kiriyib ...
  • "Göy qurşağı" təqdim edir: Balamirzə Cəfərli " Ayrı düşmə g ...
  • "Göy qurşağı" təqdim edir: Balamirzə Cəfərli "Oynamayasan"
  • "Göy qurşağı" təqdim edir: Balamirzə Cəfərli " Ulduzsan "
  • "Göy qurşağı" təqdim edir: Balamirzə Cəfərli " Ağlayacaq"


  •   Resenziyalar (3)  
    Yazdı: Shemsi: 27 İyul 2014 11:35
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 108
    Resenziyalar: 997
    Status: Şair-Redaktor
     
    Axdıqca yanağa gözümün yaşı,
    Bələndim hicrana, çəkdi silləsin.
    Dəyirsə sinəmə özümün daşı,
    Qınaya bilmərəm yağı gülləsin.

    Gözəl misralardır!

    --------------------
    Məni məndən soruşanlar bilirmi,
    Həm uşağam, həm cavanam, həm qoca.
    Baş yaşıma, yaş başıma tən deyil,
    Həm dərvişəm, həm bəzirgan, həm xoca!
    Yazdı: Dunyamin: 28 İyul 2014 00:40
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    ÇOX YAXŞI ŞEİRDİR....BU MİSRALARDAKI MƏCAZLAR DA ÇOX MÜKƏMMƏLDİR...

    Qəfəsdən çıxan ruh gordan dönmədi,
    Arxamca axıtdı leysan göz yaşı.
    Yanaraq kül oldum, odsa sönmədi,
    Gəl indi külümü yığ, özün daşı...
    Yazdı: sahin.yusifov: 28 İyul 2014 01:59
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    Ümidim ağacın yarpağı kimi
    Qopdu ürəyimdən, üzülüb getdi.
    Arxamca sürünüb həsrət kölgəsi,
    Özgə qapısında məni qul etdi.

    çox gözəl şeirdi
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    ÖLÜM...(Bir gün ürəyimə doldu ağrılar...)

    Müəllif: Dunyamin

    ÖLÜM...(Bir gün ürəyimə doldu ağrılar...)

    Bu an gözlərimə güldü xəyalın,
    Uzağa qaçırdın ölümü, gülüm!
    Dincəldi ürəyim, dəyişdi halım,
    Qayıdıb yanına gəlimmi, gülüm!?...

    Oxumaq
    Olarmı heç?!

    Müəllif: Sanan Celilli

    Olarmı heç?!

    Məni bir müəmma hey düşündürər
    Deyin, bu suala kim cavab verər ?!
    Düzü neçə yerdən kəsər əyrilər ?!
    Namərdlər çevrilib mərd olarmı heç?!

    Oxumaq
    O GECƏ  ---  Dəstəgül ZAMANLI

    Müəllif: Saxavat

    O GECƏ --- Dəstəgül ZAMANLI

    Bu gecə... Xəyalın həzin mürgüsü,
    Qəmli ürəyimi çalır tar kimi.
    Həsrətin ömrümün tale bölgüsü,
    Yağır saçlarıma, səssiz, qar kimi...

    Oxumaq
    OBAŞDAN GƏLİR

    Müəllif: Neriman Nerimanli

    OBAŞDAN GƏLİR

    Qeyrətdən dəm vurdu biri məhlədə,
    Gördüm can yolaşı o başdan gəlir.
    Dedim, qardaş, harda işləyir bu qız,
    Dedi axşam gedir, obaşdan gəlir.

    Oxumaq
    DARIXMA

    Müəllif: ulvi amin

    DARIXMA

    Mənim saf sevgimə qəsd edən həyat,
    Sənin də qəlbini sıxar,darıxma.
    Kökündən çürümüş bir ağac kimi,
    Sənin də taxtını yıxar,darıxma.

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Fevral 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics