misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

BİLİM Kİ...

Müəllif: Saxavat | 7 Noyabr 2013 | Oxunub: 3290| Yadda saxlamaq:
Çox erkən çağırıb bu həyat məni...
Mən səni tutduqca sən hey at məni...
Hicrin çaynağından bir qopart məni,
Bilim ki, gedirəm vüsala doğru...

Mən səni tutduqca, sənsə atmada,
Sənsiz can verirəm batha-batmada...
Ey məni yaradan, məni atma ta...
Bilim ki, gedirəm vüsala doğru.

O bəndən, mən bəndən, biz qul, Sən ağa,
Düşmüşəm eşqindən onun yatağa...
Ya öldür, ya qaldır, məni ayağa...
Bilim ki, gedirəm vüsala doğru.

Həyatın mənasi sevgi məhəbbət,
Səndən bəxş olunub bizə bu nemət...
Allahım, Sən mənə göstər mərhəmət,
Bilim ki, gedirəm vüsala doğru...

Müəllif: Səxavət QAFARLI.

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 17)
Əsəri oxuyanlar (486)
  Oxşar misralar:
  • BİLİM Kİ...("Çox erkən çağırıb bu həyat məni,"...)
  • “VÜSALA DOĞRU GEDİRƏM”
  • VÜSALA DOĞRU...
  • VÜSAL DA DOĞRU...
  • YARANAN RƏBBİNİN QULU OLACAQ...


  •   Resenziyalar (30)  
    Yazdı: Dunyamin: 7 Noyabr 2013 22:07
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Çox erkən çağırıb bu həyat məni...
    Mən səni tutduqca sən hey at məni...
    Hicrin çaynağından bir qopart məni,
    Bilim ki, gedirəm vüsala doğru...

    ÇOX GÖZƏL MİSRALARDIR....ÜLVİ MƏHƏBBƏT DUYĞULARININ BUNDAN DA GÖZƏL İFADƏSİ OLARMI!...
    Mən səni tutduqca, sənsə atmada,
    Sənsiz can verirəm batha-batmada...
    Ey məni yaradan, məni atma ta...
    Bilim ki, gedirəm vüsala doğru....

    OXUYAN ANDACA HİSS EDİRSƏN Kİ,BU SƏTİRLƏR USTAD QƏLƏMİNİN MƏHSULUDUR...ÇOX XOŞUMA GƏLDİ...
    Həyatın mənasi sevgi məhəbbət,
    Səndən bəxş olunub bizə bu nemət...
    Allahım, Sən mənə göstər mərhəmət,
    Bilim ki, gedirəm vüsala doğru...

    HƏMİŞƏ VAR OLASAN,QARDAŞIM MƏNİM!...
    Yazdı: Saxavat: 7 Noyabr 2013 22:18
     
    Yaşayır: --
    Əsərlərin sayı: 896
    Resenziyalar: 3083
    Status: Şair
     
    Sağ ol əziz dostum və şair qardaşım Dünyamin müəllim! Səni ürəyimin dodaqlarıyla öpdüm. Minnətdaram.
    Yazdı: maharramzada: 8 Noyabr 2013 11:07
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 172
    Resenziyalar: 2114
    Status: Şair
     
    Həyatın mənasi sevgi məhəbbət,
    Səndən bəxş olunub bizə bu nemət...
    Allahım, Sən mənə göstər mərhəmət,
    Bilim ki, gedirəm vüsala doğru...
    Bu bənd xüsusilə xoşuma gəldi. Yazan əlın yorulmasın, Qardaşım.
    (Bunu yazanda bilmirdim ki, O, artıq yol üstədir)
    Yazdı: Zeynalli ruslan: 8 Noyabr 2013 21:45
     
    Yaşayır: --
    Əsərlərin sayı: 0
    Resenziyalar: 0
    Status: Qonaq
     
    ALLAH SIZE REHMET ELESIN. AMA MENI TEK BURAXDINIZ. 27 NOYABR AD GUNUMDE SIZIN MENI NECE TEBRIK EDECEYINIZI INDI DUSUNUREM, XEYALA GETIRIREM. AMA BIRDEN YADIMA DUSUR KI, SIZ OLDUNUZ. YERINIZ CENNET OLSUN!!!

    ELA INSANDINIZ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!1
    Yazdı: Dunyamin: 9 Noyabr 2013 19:40
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: Saxavat
    Sağ ol əziz dostum və şair qardaşım Dünyamin müəllim! Səni ürəyimin dodaqlarıyla öpdüm. Minnətdaram.

    O bəndən, mən bəndən, biz qul, Sən ağa,
    Düşmüşəm eşqindən onun yatağa...
    Ya öldür, ya qaldır, məni ayağa...
    Bilim ki, gedirəm vüsala doğru....

    BU GÖZƏL MİSRALARIN MÜƏLLİFİNİN "MİSRA"MIZI NECƏ YETİM QOYDUĞUNA HƏLƏ DƏ İNANA BİLMİRƏM......
    Yazdı: Polat Alemdar: 10 Noyabr 2013 16:18
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Sitat: Dunyamin
    O bəndən, mən bəndən, biz qul, Sən ağa,
    Düşmüşəm eşqindən onun yatağa...
    Ya öldür, ya qaldır, məni ayağa...
    Bilim ki, gedirəm vüsala doğru....
    BU GÖZƏL MİSRALARIN MÜƏLLİFİNİN "MİSRA"MIZI NECƏ YETİM QOYDUĞUNA HƏLƏ DƏ İNANA BİLMİRƏM......

    DÜNYAMİN MÜƏLLİM,ƏZİZ DOSTUM HƏYATIN QANUNU BUDUR, BU GÜN VARIQ SƏHƏRİ İSƏ ALLAH BİLƏR!!! ALLAH SƏXAVƏT BƏYƏ RƏHMƏT VƏ MƏKANINI CƏNNƏT ETSİN. AMİN!!!

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Dunyamin: 10 Noyabr 2013 16:24
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: Saxavat
    Sağ ol əziz dostum və şair qardaşım Dünyamin müəllim! Səni ürəyimin dodaqlarıyla öpdüm. Minnətdaram.

    ELEGİYA....(ŞAİR QARDAŞIM SƏXAVƏTƏ)

    ALLAH RƏHMƏT EYLƏSİN...
    SƏN QAZANDIN RƏHMƏTİ!...
    AĞLAR GÖZÜM NEYLƏSİN,
    NECƏ ÇƏKİM HƏSRƏTİ!...

    BU DÜNYANIN NAZINI,
    ÇƏKDİN,ÇƏKDİK,SƏXAVƏT!...
    ONUN HƏR BİR ÜZÜNÜ,
    GÖRDÜN,GÖRDÜK,SƏXAVƏT!...

    GETDİN İNCİK KÖNÜLLƏ,
    BƏS NƏ DEYƏK "MİSRA"NA...
    QARDAŞ,MƏNİ DƏ GÖZLƏ,
    GƏLƏCƏYƏM YANINA!...
    08.11.2013.Ağdaş


    Sitat: Polat Alemdar
    DÜNYAMİN MÜƏLLİM,ƏZİZ DOSTUM HƏYATIN QANUNU BUDUR, BU GÜN VARIQ SƏHƏRİ İSƏ ALLAH BİLƏR!!! ALLAH SƏXAVƏT BƏYƏ RƏHMƏT VƏ MƏKANINI CƏNNƏT ETSİN. AMİN!!!

    ALLAH SƏXAVƏT QARDAŞIMIZA QƏNİ-QƏNİ RƏHMƏT EYLƏSİN!...
    MƏKANI CƏNNƏT OLAR İNŞALLAH!...
    Yazdı: maharramzada: 11 Noyabr 2013 23:32
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 172
    Resenziyalar: 2114
    Status: Şair
     
    Doğrudan da, inana bilmlrəm ki, bu gözəl misraların müəllifi artıq aramızda yoxdur. ALLAH Səxavətə rəhmət eləsin.
    Yazdı: Asiman 11: 12 Noyabr 2013 10:39
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 1
    Resenziyalar: 35
    Status: Yeni şair
     
    Allah rəhmət eləsin! Əsərləri ilə yaşayacaq Səxavət!
    Yazdı: Dunyamin: 12 Noyabr 2013 11:06
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: Asiman 11
    Allah rəhmət eləsin! Əsərləri ilə yaşayacaq Səxavət!

    Sitat: maharramzada
    Doğrudan da, inana bilmlrəm ki, bu gözəl misraların müəllifi artıq aramızda yoxdur. ALLAH Səxavətə rəhmət eləsin.

    Mən səni tutduqca, sənsə atmada,
    Sənsiz can verirəm batha-batmada...
    Ey məni yaradan, məni atma ta...
    Bilim ki, gedirəm vüsala doğru....

    OXUYAN ANDACA HİSS EDİRSƏN Kİ,BU SƏTİRLƏR USTAD QƏLƏMİNİN MƏHSULUDUR...
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    ƏL ÜZMÜŞƏM BU GÜN YENƏ DÜNYADAN...

    Müəllif: aliibrahimov

    ƏL ÜZMÜŞƏM BU GÜN YENƏ DÜNYADAN...

    Yenə mənəm, yenə bu ev, dörd divar,
    Ürəyimdə heç bitməyən kədər var.
    Əl üzmüşəm bu gün yenə dünyadan,
    Dünya mənə məzar kimi soyuq, dar...

    Oxumaq
    Olan oldu...

    Müəllif: Elvir Adem

    Olan oldu...

    Hərdən ayrılıqdan qorxardıq, o da
    - nəhayət oldu...

    Oxumaq
    XANƏLİ, SƏN SƏXAVƏT... Rafiq MƏMMƏD { Şair dostlarım Xanəli Tolış və Səxavət Qafarlıya}

    Müəllif: Saxavat

    XANƏLİ, SƏN SƏXAVƏT... Rafiq MƏMMƏD { Şair dostlarım Xanəli Tolış və Səxavət Qafarlıya}

    El dərdidi, çatılıbdı qaşında,
    Şimşək çaxıb, tufan qopub başında.
    Ömür boyu şe’rin elçi daşında
    Bardaş quran Xanəli, sən Səxavət...

    Oxumaq
    O SEVGİ   ---   Dəstəgül ZAMANLI

    Müəllif: Saxavat

    O SEVGİ --- Dəstəgül ZAMANLI

    Xəyal idi,
    ulduz-ulduz
    əridi...

    Oxumaq
    ATA

    Müəllif: naz-naz

    ATA

    Yenə gözüm getdi dərin yuxuya,
    Məni qoruyan əllər qırışmaqdadır.
    İnanmıram daha..məni qoruya,
    Gözümdəki qəhrəman qocalmaqdadır!

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Fevral 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics