misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

MƏN SƏNİN YANINDA OLMAQ İSTƏRƏM --- Sülhiyyə TAĞIZADƏ

Müəllif: Saxavat | 28 Oktyabr 2013 | Oxunub: 1894| Yadda saxlamaq:
Qöşa gəzdiyimiz yolda, cığırda,
Mənim göz yaşlarım salıb cığır ta...
Sənsiz qəlb evimə kədər axır ta...
Qəmdən, saçlarımı yolmaq istərəm...
Mən sənin yanında olmaq istərəm,

Necə şirin idi sənli günlərim,
Sənsiz açılarmı sevinc güllərim?
Mənlə pərişandı sənsiz illərim.
Tək səninlə deyib-gülmək istərəm
Mən sənin yanında olmaq istərəm.

Geçələr gözümdə röyamsan mənim,
Gündüzlər elə bil xülyamsan mənim...
Dünyadan çox əziz dünyamsan mənim,
Səni iliyimə salmaq istərəm...
Mən sənin yanında olmaq istərəm.

Sülhiyyə TAĞIZADƏ,
“GÖY QURŞAĞI”
ədəbi məclisinin üzvü.

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 2)
Əsəri oxuyanlar (482)
  Oxşar misralar:
  • ÖMRÜN HAQQ YOLU...
  • ÜŞÜDÜM NƏ YAMAN AYRILIĞINDAN --- Sülhiyyə TAĞIZADƏ
  • Mən sevim sənin yerinə.
  • İstərəm
  • B Ə S İ M D İ R --- Sülhiyyə TAĞIZADƏ


  •   Resenziyalar (4)  
    Yazdı: Neriman Nerimanli: 28 Oktyabr 2013 17:59
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Hə, elə bu yerdə dilim dinc durmadı, ay Sülhiyyə xanım, dəli şeytan dedi ki, belə bir əlavə elə ki, dostların üzünə bir təbəssüm qonsun:
    Sən kimin yanında olmaq istəsən,
    Şərait yaradaq, ol, qadan allam.
    Niyaz zamanıdır, axşam üstüdür,
    Bir azdan qaralar yol, qadan allam.

    Dostların nə üçün qeydinə qalmır,
    Yoxsa məclis səni eyninə almır?
    Demə Nərman səni yadına salmır,
    Düşübdür qəlbinə xal, qadan allam.

    Kirəc bağlayıbdır qəlbin bacası,
    Heç aşiq görmədim yardan qaçası.
    Həsrətdən çat verib şerin hecası
    Damır çatlarından bal, qadan allam.

    Düşüb qabağına gedərəm elçi,
    Kimdir o sevdiyin, haralı, nəçi?
    Aparım, evində olub kirəçi,
    Ömürlük onunla qal, qadan allam))))


    Şerinizi də bəyənmədim desəm, yanlış olar...
    Yazdı: Dunyamin: 28 Oktyabr 2013 19:57
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Qoşa gəzdiyimiz yolda, cığırda,
    Mənim göz yaşlarım salıb cığır ta...
    Sənsiz qəlb evimə kədər axır ta...
    Qəmdən, saçlarımı yolmaq istərəm...
    Mən sənin yanında olmaq istərəm!...

    SÜLHİYYƏ XANIMIN BU GÖZƏL VƏ AXICI ŞEİRİNİ MƏN DƏ ÇOX BƏYƏNDİM...
    ÇOX SAĞ OLUN!...
    Yazdı: maharramzada: 28 Oktyabr 2013 22:42
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 172
    Resenziyalar: 2114
    Status: Şair
     
    Gecələr gözümdə röyamsan mənim,
    Gündüzlər eləbil xülyamsan mənim...
    Şerin bu hissəsi mənim daha çox xoşuma gəldi. Çoxdandır ki, Sülhiyyə xanım çap olunmurdu. Və budur, iki gözl şer eyni vaxtda. Hər ikisini maraqla oxudum,
    bəyəndim.
    Yazdı: sahin.yusifov: 4 Sentyabr 2014 20:50
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    Sən kimin yanında olmaq istəsən,
    Şərait yaradaq, ol, qadan allam.
    Niyaz zamanıdır, axşam üstüdür,
    Bir azdan qaralar yol, qadan allam.

    Dostların nə üçün qeydinə qalmır,
    Yoxsa məclis səni eyninə almır?
    Demə Nərman səni yadına salmır,
    Düşübdür qəlbinə xal, qadan allam.
    əla
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    YOXDU

    Müəllif: Neriman Nerimanli

    YOXDU

    Mənə can deyənlər çor deyir artıq,
    Miskinə, nadana yar deyir artıq,
    Bülbülün spzünü sar deyir artıq
    Halal çörəyimin duzu ki, yoxdu.

    Oxumaq
    DEYİŞMƏ

    Müəllif: zvezdapad

    DEYİŞMƏ

    Ötənləri unudaraq,
    Bu sevgini bir də dadaq.
    Gəncliyimə qayıdaraq,
    Gülüm birdə sevim səni.
    Sev məni_
    Şəhla Ramazanqızı

    Oxumaq
    Dağda

    Müəllif: Polat Alemdar

    Dağda

    Qalxırsan, cığırlar yetişir dada,
    Yolun qayalardan, sallardan düşür.
    Əlçatmaz,ünyetməz sıldırımda da,
    İzin bir bəşəri izlə görüşür.

    Oxumaq
    İllərin soyuqluğunda...

    Müəllif: aliibrahimov

    İllərin soyuqluğunda...

    Bil ki, daha mənə gərək deyilsən,
    İzn ver eşqimlə qalım baş-başa.
    Ətrinə öldüyüm çiçək deyilsən,
    Get, özgə bağında solaraq yaşa.

    Oxumaq
    Səninlə mənimki qalıb Allaha...(Vaqif Məmmədov)

    Müəllif: Polat Alemdar

    Səninlə mənimki qalıb Allaha...(Vaqif Məmmədov)

    Vüsalın yazağzı şirinliyində,
    Səhərin mehində, sərinliyində,
    Narahat qəlbimin dərinliyində,
    Bir dəli ümid var nurlu sabaha,
    Səninlə mənimki qalıb Allaha...

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Fevral 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics