misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

ÖZ YOLUN-ÖZ İZİN...(Nə yaxşı göylərin dərinliyi var...)

Müəllif: Dunyamin | 22 Sentyabr 2013 | Oxunub: 2939| Yadda saxlamaq:
ÖZ YOLUN-ÖZ İZİN...(Nə yaxşı göylərin dərinliyi var...)

Nə yaxşı göylərin dərinliyi var,
nə yaxşı Günəş var,Ay özü vardır...
Qışın arxasınca yol gəlir bahar,
hər zülmət gecənin gündüzü vardır!...

Nə yaxşı buludlar naxış açırlar,
nə yaxşı çiçəklər ətir saçırlar...
Duyğular ürəkdən hara qaçarlar,
hər sevən insanın Ay üzü vardır!...

Danış,sözlərini düz inci-inci,
ürəkdir hər sözü duyan birinci...
Nə yaxşı insanın könül sevinci,
nə yaxşı məhəbbət-eşq sözü vardır!...

Ölüm var,həmişə ömürlə təndi,
ölüm var olacaq ömür bitəndə...
Nə yaxşı,yaşadım bu ömrü mən də,
nə yaxşı hər qəlbin öz gözü vardır!...

Ay qızım,ürəkdə arzu bar kimi,
həmdəmin-dost olsun arzular kimi...
Yaşa öz ömrünü ilk bahar kimi,
görsünlər,öz yolun-öz izin vardır!...

15.05.2004.Ağdaş

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 85)
Əsəri oxuyanlar (561)
  Oxşar misralar:
  • ÖZ YOLUN-ÖZ İZİN...
  • BAHAR HAVASI VARDIR....
  • Aydın Aya
  • Qafiyə var!!!
  • YAXŞI Kİ...(YAXŞI Kİ DOSTLARIM VAR...)


  •   Resenziyalar (44)  
    Yazdı: Dunyamin: 22 Sentyabr 2013 10:15
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Ömür sonsuzluğunda öz yolun-öz izin olması necə də gözəldir...
    Yazdı: Dunyamin: 23 Sentyabr 2013 00:15
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: Dunyamin
    Ölüm var,həmişə ömürlə təndi,
    ölüm var olacaq ömür bitəndə...
    Nə yaxşı,yaşadım bu ömrü mən də,
    nə yaxşı hər qəlbin öz gözü vardır!...


    BELƏCƏ BU ÖMRÜ YAŞAYIRIQ BİZ...
    Yazdı: maharramzada: 23 Sentyabr 2013 16:46
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 172
    Resenziyalar: 2114
    Status: Şair
     
    Ölüm var, həmişə ömürlə təndi,
    Ölüm var olacaq, ömür bitəndə.
    Dostum, bu gözəl fikirlərə görə Sizi alqışlayıram. Sağ olun.
    Yazdı: Dunyamin: 23 Sentyabr 2013 16:58
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: maharramzada
    Ölüm var, həmişə ömürlə təndi,Ölüm var olacaq, ömür bitəndə.Dostum, bu gözəl fikirlərə görə Sizi alqışlayıram. Sağ olun.

    TƏŞƏKKÜR EDİRƏM,QARDAŞ!...ÜRƏKDƏN MİNNƏTDARAM!...SAĞ OL,VAR OL!...
    Yazdı: Dunyamin: 24 Sentyabr 2013 01:09
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: Dunyamin
    Ömür sonsuzluğunda öz yolun-öz izin olması necə də gözəldir...

    ÖZ YOLUNU MƏHƏBBƏTDƏ GÖRMƏK DUYĞUSU NƏ QƏDƏR DƏ GÖZƏLDİR...
    Yazdı: Saxavat: 24 Sentyabr 2013 22:51
     
    Yaşayır: --
    Əsərlərin sayı: 896
    Resenziyalar: 3083
    Status: Şair
     
    Dünyamin!

    Ömürə hər anda ölüm müntəzir,
    Hər an çiynimizdə Əzrail gəzir.
    Dünyamin, ay qağa, sən də ver nəzir,
    Allahın ruhlarda öz izi vardır...

    O izlər bizlərçün nicat yoludur,
    O izlər sevinclə, qəmlə doludür...
    Ruhumuz Allahtək Vallah uludur,
    Təkcə cismimizin mərəzi vardır.

    Kül olsun belə bir cismin başına,
    Nəfsi haram qatır hər gün aşına...
    Çevrildik şeytanın lap yoldaşına,
    Qanmadiq o mizan-tərəzi vardır...

    Müəllif: Səxavət QAFARLI.

    Yazdı: Dunyamin: 24 Sentyabr 2013 23:55
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: Saxavat
    Dünyamin!
    Ömürə hər anda ölüm müntəzir,
    Hər an çiynimizdə Əzrail gəzir.
    Dünyamin, ay qağa, sən də ver nəzir,
    Allahın ruhlarda öz izi vardır...

    O izlər bizlərçün nicat yoludur,
    O izlər sevinclə, qəmlə doludür...
    Ruhumuz Allahtək Vallah uludur,
    Təkcə cismimizin mərəzi vardır.

    Kül olsun belə bir cismin başına,
    Nəfsi haram qatır hər gün aşına...
    Çevrildik şeytanın lap yoldaşına,
    Qanmadiq o mizan-tərəzi vardır...

    Müəllif: Səxavət QAFARLI.


    ÇOX DƏRİN MƏNAYA MALİK FƏLSƏFİ MƏZMUNLU BU ŞEİRİNİ DƏ,SƏNİ DƏ,ƏZİZ ŞAİR QARDAŞIM SƏXAVƏT,ÜRƏKDƏN ALQIŞLAYIRAM...HƏMİŞƏ VAR OLASAN,QARDAŞIM!...
    Yazdı: Dunyamin: 25 Sentyabr 2013 01:05
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: Dunyamin
    Sitat: Dunyamin
    Ömür sonsuzluğunda öz yolunun-öz izinin olması necə də gözəldir...
    ÖZ YOLUNU MƏHƏBBƏTDƏ GÖRMƏK DUYĞUSU NƏ QƏDƏR DƏ GÖZƏLDİR...

    Məhəbbət yolunun sonu varmı ki,
    bu yolu gedənlər çatmadı başa!...
    Biz gəldi-gedərik fani dünyada,
    həyat eşqimizi,dünya,sən yaşa!...
    Yazdı: Ayka_Lambert: 25 Sentyabr 2013 18:00
     
    Yaşayır: --
    Əsərlərin sayı: 1530
    Resenziyalar: 17914
    Status: Şair
     
    Nə yaxşı göylərin dərinliyi var,
    nə yaxşı Günəş var,Ay özü vardır...
    Qışın arxasınca yol gəlir bahar,
    hər zülmət gecənin gündüzü vardır!...

    Nə yaxşı buludlar naxış açırlar,
    nə yaxşı çiçəklər ətir saçırlar...
    Duyğular ürəkdən hara qaçarlar,
    hər sevən insanın Ay üzü vardır!...

    Danış,sözlərini düz inci-inci,
    ürəkdir hər sözü duyan birinci...
    Nə yaxşı insanın könül sevinci,
    nə yaxşı məhəbbət-eşq sözü vardır!...

    Ölüm var,həmişə ömürlə təndi,
    ölüm var olacaq ömür bitəndə...
    Nə yaxşı,yaşadım bu ömrü mən də,
    nə yaxşı hər qəlbin öz gözü vardır!...

    Ay qızım,ürəkdə arzu bar kimi,
    həmdəmin-dost olsun arzular kimi...
    Yaşa öz ömrünü ilk bahar kimi,
    görsünlər,öz yolun-öz izin vardır!...

    bir sozle, ela seirdi ve elave hec bir sey demek lazim, heqiqetren coooooooooooooooooooox gozel seirdi, cooooooooox beyendim..
    butun bendler, butun misralar, butun sozler bir-birinden gozel, maraqli, dusundurucu, menali, hisslerini yeniden oyadan!
    Ne yaxsi Gunes var , ne yaxsi Ay var, ne yaxsi mehebbet sozu var, doğrudan da...
    Yazdı: Dunyamin: 25 Sentyabr 2013 19:58
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: Ayka_Lambert
    Ölüm var,həmişə ömürlə təndi,ölüm var olacaq ömür bitəndə...Nə yaxşı,yaşadım bu ömrü mən də,nə yaxşı hər qəlbin öz gözü vardır!...Ay qızım,ürəkdə arzu bar kimi,həmdəmin-dost olsun arzular kimi...Yaşa öz ömrünü ilk bahar kimi,görsünlər,öz yolun-öz izin vardır!...

    bir sozle, ela seirdi ve elave hec bir sey demek lazim, heqiqetren coooooooooooooooooooox gozel seirdi, cooooooooox beyendim..
    butun bendler, butun misralar, butun sozler bir-birinden gozel, maraqli, dusundurucu, menali, hisslerini yeniden oyadan!
    Ne yaxsi Gunes var , ne yaxsi Ay var, ne yaxsi mehebbet sozu var, dorudan da...

    SAĞ OL,AY QIZIM!...BELƏ DUYĞULU MÜNASİBƏTİN ÜÇÜN SƏNƏ ÇOX-ÇOX TƏŞƏKKÜR EDİRƏM!...
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    BAHAR GECƏSİNDƏ...

    Müəllif: Dunyamin

    BAHAR GECƏSİNDƏ...

    Bu ərköyün ürəyimi,
    əllərinlə oxşa bir az...
    Nəvazişə öyrəşib o,
    başqa cürə sakit olmaz!...

    Oxumaq
    Axtariram

    Müəllif: sefer

    Axtariram

    Dünəndən inciyib bu gündən küsüb
    Sabaha, ümidə iz axtarıram
    Dünyanın düzündən əlimi üzüb
    Dağımı düzməyə söz axtarıram

    Oxumaq
    GÜL,SƏNİ VERƏNƏ QURBAN OLUM MƏN

    Müəllif: ulvi amin

    GÜL,SƏNİ VERƏNƏ QURBAN OLUM MƏN

    Tanrının ən böyük bəxşişisən sən,
    Gül,səni verənə qurban olum mən.
    Ürəyim edibdir qəlbini məskən,
    Gül,səni verənə qurban olum mən.

    Oxumaq
    P A Y İ Z   ---   Xanəli TOLIŞ

    Müəllif: Saxavat

    P A Y İ Z --- Xanəli TOLIŞ

    Yağışdan boılluca içdi təbiət,
    Özünə təzə don biçdi təbiət...

    Başladı həm oğul, həm qız toyları,
    Qəlblərə yol tapır payız toyları...

    Oxumaq
    NİYƏ UTANDIM...(Yenə bu dünyanı ilahi gördüm...)

    Müəllif: Dunyamin

    NİYƏ UTANDIM...(Yenə bu dünyanı ilahi gördüm...)

    Asiman boyandı göy qurşağına,
    rənglərə qarışdı sanki duyğular...
    Mat qaldım aləmin yaraşığına,
    dil açdı-danışdı sanki duyğular!

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Fevral 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics