misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

ANA

Müəllif: naz-naz | 17 Oktyabr 2013 | Oxunub: 1608| Yadda saxlamaq:
Anamın kitabı» – anamın dili,
Bu adla çağırdım dilimin adın.
Mənim ürəyimdən özgə şey keçir,
Ey məni dünyaya gətirən qadın !..

Bu sirri açmaqda bəlkə günahdıır,
Mənim günahımı, ana, bağışla.
Sən yenə əvvəlki ucalıqda ol.
Oğlunam, verdiyin cana bağışla.

… Bu dildə söz desəm, çatar tanrıya,
Çoxları bu sirri anlamır, dədə,
Biz «bizi» yaşadan dilə yenmişik,
Bu Vətən torpağı kiçiləndə də.

Dilimə «can» dedim, canım dilimdə,
Ey dilim, sözümü köməyə gətir.
Min il açmamışıq bir sirri, ustad,
Gərək mən danışım bu həqiqəti.

- «Anamın kitabı» çoxuna yaddır,
Deyərəm nə üçün, səbrini gəl bas.
-Yurd boyu kəhər at oynadanların
Atası kim olub?
- Bizans, ərəb, fars…

O Uzun Həsənin əksi gözümdə,
Dolaşdı ər kimi bu yurd boyunca…
Halalı, qadını kim oldu?!
- Yad qızı,
Oturub ağlayım, dilim, doyunca.

Allah, dahimi də yad qadın doğub,
Müqəddəs dilimin ruhun qırıbdı.
Görən Nizamini, ya Xəqanini
Anası nə dildə danışdırıbdı?

Mənim ocağımı kim yandırdı, kim?!
Evimin qadını yad qadın indi.
Oğlumun anası dilimi bilmir,
Özüm də, oğlum da özgələrindir.

Yad qadın nazına yenən millətin,
Başına nə gəlir, nə gəlir azdı.
Babək öz oğlunun xəyanətini
Yad əldən aldığı qadına yazdı…

Bildi ki, xəyanət o qandan gəlir,
Oğul mənim deyil, dedi: – yaddı, yad.
Niyə bacarmırıq tövbə eyləsək,
Yoxsa unutmuşuq o dərsi, ustad!

… Böyük Britaniya… London civarı …
Gətirilib yədəkdə Qarabağ atı.
Duyub yadlığını bu at madyanı
Gözəl madyanlardan uzaqda yatır.

Hardasan, Oğuzun müqəddəs ruhu?!
Gəl, məni təmizlə, kədər, ey kədər!
Yadla bir yastığa baş qoyanların
Qeyrəti yoxmudur – kəhər at qədər?!

… Gərək Dədə Qorqud, Güntəkin babam,
Təzədən üz tutam yazına indi.
Ata kitabları unutduğumdan
Əsirəm yad qadın nazına indi.

Hansısa bar namərd hökmdar dəyib,
Bugünkü məqsədin dəyib çox qısa:
\»Tutduğu oba, yurd tutanın dəyil,
Qadını o yerə varmayıbdısa\».

Düşmənim evimdə gəzir mələktək,
İçimdən yıxacaq məni lap sabah.
Heç kim siyasəti bu cür ağılla
Həqiqət donuna bükəmməz, allah!…

Heç kim tablaşammaz bu dərdə, heç kim,
Bəs bizi yaşadan nə sirmiş, nə sirr?!
Nə yaxşı mənə dost kağız-qələm var,
Nə yaxşı önümdən adamlar keçir.

Durub soruşuram: – Adın? Cavab yox…
- Millətin?
Anlamır, nə qəribə iş!
Atası – Məhəmməd, adı – Oğuzdu; -
Beşikdə yad millət südünü əmmiş…

Səndən soruşuram: – Ananın adı?
Dillənir: – Veradır; Sənin? – Anuşdur.
Səninki Innadır! Dilim, can dilim,
Gördünmü sabahın ölümə tuşdur.

Yox! Yox! Məhəbbətə sədd çəkmirəm mən,
Qəniməm, dilimə kim ki, qənimdi.
Kərəmin dilində Kərəmə «can-can»,
«Qurbanam» – söyləyən əsli mənimdi.

Səninlə böyüyəm, varam, can dilim,
Məni sözlərinin başına çevir.
Sənə yenməlidir məni sevən kəs,
Yenirsə, deməli ürəkdən sevir.

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 1)
Əsəri oxuyanlar (411)
  Oxşar misralar:
  • ANA DİLİM...(Od oğlunun həyata gəlməsi –Ana dilim!...)
  • ANA DİLİM...(Od oğlunun həyata gəlməsi –Ana dilim!...)
  • ---YAD GƏLİR---
  • ANA DİLİM...
  • ana dilim


  •   Resenziyalar (7)  
    Yazdı: maharramzada: 17 Oktyabr 2013 21:59
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 172
    Resenziyalar: 2114
    Status: Şair
     
    Gözəl yazılmış, aktual mövzuda olan bu əsəri oxudum və çox bəyəndim. Uğurlar.
    Yazdı: naz-naz: 20 Oktyabr 2013 11:43
     
    Yaşayır: baku
    Əsərlərin sayı: 12
    Resenziyalar: 24
    Status: Şair
     
    tesekkur edirem .sizede ugurlar. love
    Yazdı: Dunyamin: 20 Oktyabr 2013 12:59
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: maharramzada
    Gözəl yazılmış, aktual mövzuda olan bu əsəri oxudum və çox bəyəndim. Uğurlar.
    MƏHƏRRƏM QARDAŞIMLA MƏN DƏ RAZIYAM...HƏM DƏ ÇOX TƏSİRLİ BİR ŞEİR KİMİ DƏYƏR VERİRƏM...
    Durub soruşuram: – Adın? Cavab yox…
    - Millətin?
    Anlamır, nə qəribə iş!
    Atası – Məhəmməd, adı – Oğuzdu; -
    Beşikdə yad millət südünü əmmiş…

    Səndən soruşuram: – Ananın adı?
    Dillənir: – Veradır; Sənin? – Anuşdur.
    Səninki Innadır! Dilim, can dilim,
    Gördünmü sabahın ölümə tuşdur....


    MƏNCƏ,ÇOX YERİNƏ DÜŞMÜŞ BİR ŞEİRDİR...
    MƏNİM ÇOX XOŞUMA GƏLDİ...
    MÜƏLLİFİ ALQIŞLAYIRAM!...
    Yazdı: axarbaxar: 25 Yanvar 2014 09:56
     
    Yaşayır: astara
    Əsərlərin sayı: 2
    Resenziyalar: 4
    Status: Yeni şair
     
    Naz-naz bacım
    Sən kimsən ki belə gözəl yazıbsan bizim dərdimizi?
    irandamı yaşayırsan?
    Yoxsa elə orada da belədir?
    Yazdı: Polat Alemdar: 6 Oktyabr 2014 07:50
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Sitat: maharramzada
    Gözəl yazılmış, aktual mövzuda olan bu əsəri oxudum və çox bəyəndim. Uğurlar.

    Sitat: Dunyamin
    Durub soruşuram: – Adın? Cavab yox…
    - Millətin?
    Anlamır, nə qəribə iş!
    Atası – Məhəmməd, adı – Oğuzdu; -
    Beşikdə yad millət südünü əmmiş…

    Səndən soruşuram: – Ananın adı?
    Dillənir: – Veradır; Sənin? – Anuşdur.
    Səninki Innadır! Dilim, can dilim,
    Gördünmü sabahın ölümə tuşdur....

    MƏNCƏ,ÇOX YERİNƏ DÜŞMÜŞ BİR ŞEİRDİR...
    MƏNİM ÇOX XOŞUMA GƏLDİ...
    MÜƏLLİFİ ALQIŞLAYIRAM!...


    SİZİNLƏ TAM RAZIYAM.MÜƏLLİFƏ UĞURLAR DİLƏYİRƏM.

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: sahin.yusifov: 19 Oktyabr 2014 00:50
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    Yox! Yox! Məhəbbətə sədd çəkmirəm mən,
    Qəniməm, dilimə kim ki, qənimdi.
    Kərəmin dilində Kərəmə «can-can»,
    «Qurbanam» – söyləyən əsli mənimdi.

    Səninlə böyüyəm, varam, can dilim,
    Məni sözlərinin başına çevir.
    Sənə yenməlidir məni sevən kəs,
    Yenirsə, deməli ürəkdən sevir.
    Gözəl yazılmış, aktual mövzuda olan bu əsəri oxudum və çox bəyəndim. Uğurlar.
    Yazdı: sahin.yusifov: 2 May 2015 06:45
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    Anamın kitabı» – anamın dili,
    Bu adla çağırdım dilimin adın.
    Mənim ürəyimdən özgə şey keçir,
    Ey məni dünyaya gətirən qadın !..

    Bu sirri açmaqda bəlkə günahdıır,
    Mənim günahımı, ana, bağışla.
    Sən yenə əvvəlki ucalıqda ol.
    Oğlunam, verdiyin cana bağışla.

    … Bu dildə söz desəm, çatar tanrıya,
    Çoxları bu sirri anlamır, dədə,
    Biz «bizi» yaşadan dilə yenmişik,
    Bu Vətən torpağı kiçiləndə də.

    Dilimə «can» dedim, canım dilimdə,
    Ey dilim, sözümü köməyə gətir.
    Min il açmamışıq bir sirri, ustad,
    Gərək mən danışım bu həqiqəti.

    NAZNAZ XANIM ÇOX GÜCLÜ YAZIB AMMA BİR YERİ BƏLKƏ ÖZÜ BİLMƏDƏM
    NƏZƏRƏ ALMAYI BBELƏ ŞƏKİLDƏ YAZILAN ŞEİRLƏRDƏ NECƏKİ
    İKİNCİ SƏTİRLƏ DÖRDÜNCÜ SƏTİR QAFİYƏLƏŞƏN KİMİ HƏMÇİNİN BİRLƏ
    ÜÇÜNCÜ SƏTİR DƏ ELƏ QAFİYƏLƏŞSƏ LAP GÖZƏL OLUR
    MƏSƏLƏN BƏXTİYAR VAHABZADƏ

    YAŞAMAQ YAMMAQDI YANASAN GƏRƏK
    HƏYATIN MƏNASI YALNIZ ONDADI
    ŞƏM ƏGƏR YANMIRSA YAŞAMIR DEMƏK
    ONUN YAŞAMAĞI YANMAĞINDADI

    NAZNAZ XANIM OLDUQCA GÜCLÜ YAZIB UĞURLAR
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    ÇIXASIDIR GÖZLƏRİM

    Müəllif: Neriman Nerimanli

    ÇIXASIDIR GÖZLƏRİM

    Sevgi odur, günü-gündən sərt gələ,
    Vüsal qaça, həsrət qova, pərt gələ.
    Hicran odur, qol açasan, dərd gələ,
    Nə aşiqəm, nə dərdim var, nə sərim.

    Oxumaq
    BƏNÖVŞƏNİ

    Müəllif: Neriman Nerimanli

    BƏNÖVŞƏNİ

    Ləçəkdə şehləri həya təridir,
    Güllərin kövrəyi, ən ürkəyidir.
    Kol-kosun dibləri görüş yeridir
    Həyadan bitirib yer bənövşəni.

    Oxumaq
    Dünya dəyməz göz yaşına

    Müəllif: nailyasha72

    Dünya dəyməz göz yaşına

    Bulud kimi ürək doldu,
    Payız kimi ömür soldu.
    Keçən-keçdi, olan-oldu,
    Dünya dəyməz göz yaşına.

    Oxumaq
    Tələdi dünya

    Müəllif: Polat Alemdar

    Tələdi dünya

    Baş qaldır məzardan,al salamımı,
    İnanma desələr, əladır dünya.
    Məni sənsizliyin atəş oduna
    Ocaqsız alovsuz qaladı dünya.

    Oxumaq
    İsti bir yay gecəsi

    Müəllif: Vusal Huseyn

    İsti bir yay gecəsi

    İsti bir yay gecəsi,
    Səmadaykən gözlərim.
    Özüm də anlamadan,
    Şerə dönür sözlərim.

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Fevral 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics