misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

Nigar

Müəllif: maharramzada | 7 Sentyabr 2013 | Oxunub: 2451| Yadda saxlamaq:
Bu gün bir yaşını qeyd edirik biz,
Gözə gəlməyəsən, səni, ay Nigar.
Gözəldən gözəlsən, təmizdən təmiz,
Gündüz günəş Nigar, gecə, ay Nigar.

Evinizdə böyük şadyanalıq var,
Süzülür badələr, deyilir tostlar.
Gülür, şadlıq edir qohumlar, dostlar,
Bacararsan, sən onları say, Nigar.


İlahi sürməsi, qara telində,
Bülbülün nəğməsi, şirin dilində,
Xoşbəxtlik izləri vardır əlində,
Taledən daha nə umur pay, Nigar?

Qoçaq qız, gəlindir elimin varı,
Çənlibel aslanı, məğrur Nigarı.
Həcər atdan saldı çox atlıları,
Olasan onlara, sən də tay, Nigar.

Nəvələr qoşunum, sən də əsgərim,
Üstündə olacaq mənim nəzərim,
Məhərrəm babandır, tökülməz zərim,
Verəcək səsinə daim hay, Nigar.

Bakı 2013

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 5)
Əsəri oxuyanlar (520)
  Oxşar misralar:
  • NİGAR
  • Sınayır ki, eşqimi nazlı-nigar can eləsin,
  • Qoç Koroğlunun nağılı
  • Bənzətmə.
  • Nigar Bakılıya


  •   Resenziyalar (11)  
    Yazdı: Saxavat: 7 Sentyabr 2013 20:34
     
    Yaşayır: --
    Əsərlərin sayı: 896
    Resenziyalar: 3083
    Status: Şair
     
    Nigarın bu yaşda, kimi sayacaq,
    Kimi kim yerinə orda qoycaq?..
    Onunçün olacaq çoxu oyuncaq,
    Məhərrəm , çoxuna verməz hay, Nigar.

    Sənin də qarışıb başın tostlara,
    Heç məhəl qoymursan məntək dostlara...
    Çoxdandı rəhbərsən, canım, postlara,
    Mənçün heç bir kəsə deyil tay Nigar.

    Onun ad gününə qurbandı canım,
    Sənintək o mənim tabü-təvanım.
    Sən məni qandırma, qoy özüm qanım,
    Allahdan verilib sənə pay Nigar.

    Rəbbimiz almasın payı əlindən,
    İraq düşməyəsən elə gülündən.
    Öpərdi Səxavət, Vallah, dilindən,
    Desəydin babavı təkcə say, Nigar!
    Yazdı: maharramzada: 7 Sentyabr 2013 20:40
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 172
    Resenziyalar: 2114
    Status: Şair
     
    Göndərdiyin paya görə sağ ol, Qardaşım. Mütləq hamıya oxuyaram.
    Yazdı: Dunyamin: 7 Sentyabr 2013 23:38
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: maharramzada
    İlahi sürməsi, qara telində,
    Bülbülün nəğməsi, şirin dilində,
    Xoşbəxtlik izləri vardır əlində,
    Taledən daha nə umur pay, Nigar?

    SALAM,ŞAİR QARDAŞIM MƏHƏRRƏM BABA!...
    BU XOŞBƏXT GÜNÜNÜZÜN SEVİNCİNƏ MƏN DƏ QOŞULURAM...SƏNƏ DƏ,BALACA NƏVƏNƏ DƏ XOŞBƏXTLİK,SAĞLAMLIQ VƏ HƏMİŞƏ GÖZƏL GÜNLƏR ARZULAYIRAM...
    ŞEİRİN DƏ:ƏLA!!!

    Yazdı: maharramzada: 7 Sentyabr 2013 23:55
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 172
    Resenziyalar: 2114
    Status: Şair
     
    Çox sağ ol, qardaşım, Dünyamin. Diqqətinə gürə təşəkkürllər. İndi bizim nəvələrlə nəfəs alan vaxtımızdır. Allah səninkiləri də xöşbəxt etsin.
    Yazdı: ilashka: 9 Sentyabr 2013 00:48
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 53
    Resenziyalar: 761
    Status: Şair
     
    Mən də nəvənizi ürəkdən təbrik edirəm! Allah atalı, analı böyütsün. Sizin kimi babası varsa maşallah çox xoşbəxtdir. Allah nəzərlərini onun üstündən əksik etməsin, bəxtəvər olsun. Şeiriniz də əla! Ayrıca, Nigar adı mənim üçün çooox əzizdir...

    Sadəcə, "Evinizdə böyük təntələlik var" bu cümlədə düzəliş etsəniz daha yaxşı olardı. Hörmətlə, İlhamə Sultan.
    Yazdı: maharramzada: 9 Sentyabr 2013 09:57
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 172
    Resenziyalar: 2114
    Status: Şair
     
    Sağ ol, İlashka. Diqqətinə görə minnətdaram. Düzəliş bərədə fikirləşirəm. Bir də bax, xoşuna gəldi?
    Yazdı: Neriman Nerimanli: 9 Sentyabr 2013 12:14
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Salam, canım qardaşım, bu sevincinizə dostlarla yanaşı mən də qoşuluram, Nigar balamızı doğum günü münasibəti ilə təbrik edirəm, Allah o gözəl payın səadət payını da əsirgəməsin, inşallah! Valideynləri göz dolusu görsünlər, Allah babasının canını sağ eləsin ki, bu zərif çiçəyin nazü-qəmzəsini çəkə bilsin!
    Şer də əla.
    Yazdı: maharramzada: 9 Sentyabr 2013 14:15
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 172
    Resenziyalar: 2114
    Status: Şair
     
    Nəriman, Allah səni qorusun. Sevincimizə şərik olduğun üçün minnətdaram, qardaşım.
    Yazdı: ilashka: 10 Sentyabr 2013 00:09
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 53
    Resenziyalar: 761
    Status: Şair
     
    Bəli, indi daha gözəl alınıb. Uğurlar!
    Yazdı: maharramzada: 10 Sentyabr 2013 17:01
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 172
    Resenziyalar: 2114
    Status: Şair
     
    İlashka, sağ ol ki, bir daha vaxt tapıb fikrini bildirdin.
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    Dilənçi Qız

    Müəllif: kamil miri

    Dilənçi Qız

    Üzülmə dilənçi qız
    həyat ağladır hərdən.
    Ümüd də gözləmirsən
    açılan hər səhərdən.

    Oxumaq
    YAD OLDUNMU,QONŞU QIZI?...

    Müəllif: akif musayev

    YAD OLDUNMU,QONŞU QIZI?...

    İllər keçdi,dəyişdi an,
    nağıllaşdı ötən zaman...
    Əhdin də çıxdı yadından,
    yadındamı,qonşu qızı?...

    Oxumaq
    Zamanın dayanmağı

    Müəllif: Rufat Tagiyev

    Zamanın dayanmağı

    Zamanın dayanmağı
    sənin baxışındadı,
    mənim gülüşümdədi,
    onun duruşundadı...

    Oxumaq
    ƏLLƏRİN

    Müəllif: Neriman Nerimanli

    ƏLLƏRİN

    Biçarə Nərmana zülm elədin çox,
    Bu eşqin yolunda mən ac, sənsə tox.
    Məni oxşamağa bir barmağın yox,
    Gözümü oymağa yüzdü əllərin.

    Oxumaq
    Ayıbdı.

    Müəllif: bayrami

    Ayıbdı.

    Haqsızlara diz çökməyin,
    ayıbdı, dizdən ayıbdı !
    Ocaqlara su tökməyin,
    ayıbdı, közdən ayıbdı !

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Avqust 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics