misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

DÜZƏ-DÜZ (dodaqdəyməz)

Müəllif: Neriman Nerimanli | 26 Avqust 2013 | Oxunub: 2633| Yadda saxlamaq:
Söz deyəndə gərək üzə deyəsən,
Durasan ədayla, nazla üzə-üz.
Görsən ki, gözlərin qaçır giləsi,
Sənə quyu qazar, gözlə yüzə-yüz.

Yolunu kəssə də daşlar, dalanlar,
Yol kəsən insanlıq nədir, nə anlar.
Zəhərli, ayaqlı sarı ilanlar
Kənardan göz qoyar, sənə süzə-süz.

Dünyanı oynadar oyuncaq təki,
Açar qollarını xoş qucaq təki,
Sonda üzü dönər Yalıncaq təki,
Əyriyə əyri ol, çalış, düzə-düz.

26.08.2013

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 5)
Əsəri oxuyanlar (563)
  Oxşar misralar:
  • GƏZƏ-GƏZƏ (dodaqdəyməz)
  • Təki sən mənimki ol
  • Təki sənə xoş olsun!
  • Dünyanı ikiyə bölək
  • Gəlinciklər böyümür...(Rəşid Həsənovdan tərcümə)


  •   Resenziyalar (12)  
    Yazdı: Polat Alemdar: 26 Avqust 2013 19:37
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Axşamınız xeyir Nəriman müəllim,həmişəki kimi gözəl və mükəmməl bir poeziya nümunəsi.MƏNDƏN ƏLA VƏ İLK ULDUZ.Yazan əlləriniz zaval görməsin!

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Dunyamin: 26 Avqust 2013 19:51
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    YENƏ DƏ BƏDAHƏTƏN GƏLƏN GÖZƏL MİSRALAR...HƏM DƏ XALQ ƏDƏBİYYATIMIZIN ƏN ÇƏTİN FORMALARINDAN BİRİNDƏ QƏLƏMƏ ALINAN-DODAQDƏYMƏZ TƏCNİS:
    Dünyanı oynadar oyuncaq təki,
    Açar qollarını xoş qucaq təki,
    Sonda üzü dönər Yalıncaq təki,
    Əyriyə əyri ol, çalış, düzə-düz....


    ŞAİR QARDAŞIMI ÜRƏKDƏN ALQIŞLAYIRAM!...
    Yazdı: maharramzada: 26 Avqust 2013 21:33
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 172
    Resenziyalar: 2114
    Status: Şair
     
    Çalış, dost seçəndə ehtiyatlı ol,
    Yaxşı dost göstərər sənə doğru yol.
    Naqisdən aralan, oynayar o, rol,
    Dağ, dağa dost olar və ya düz düzə.
    Qardaş, şerini oxudum, bəyəndim, qiymətləndirdim.

    Yazdı: Neriman Nerimanli: 27 Avqust 2013 11:09
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Polat Alemdar,
    Salam, Polad qardaşım, minnətdaram, əzizim, çox sağ olun!

    Dunyamin,
    Gün aydın, Dünyamin müəllim! Çox sağ olun rəy bildirdiyiniz üçün, minnətdaram!

    maharramzada,
    Əzəldən ürəkdə yeri qardaşın,
    Qardaşa deyən yox yeri, qar daşı.
    Yeyərik inşallah, tanışlıq aşın,
    Gəlsək sənin ilə əyər göz-gözə.

    Çox sağ olun, qardaşım, əlavəniz də gözəldir!
    Yazdı: ulvi amin: 27 Avqust 2013 18:50
     
    Yaşayır: ismayilli
    Əsərlərin sayı: 253
    Resenziyalar: 901
    Status: Şair
     
    Dünyanı oynadar oyuncaq təki,
    Açar qollarını xoş qucaq təki,
    Sonda üzü dönər Yalıncaq təki,
    Əyriyə əyri ol, çalış, düzə-düz.


    SƏNİN QƏLBİNİN DƏRİNLİKLƏRİNDƏN SÜZÜLÜB GƏLƏN BU ŞAHANƏ VƏ ÜRƏKOXŞAYAN MİSRALAR İNSANIN QƏLBİNƏ YAZ HAVASI BƏXŞ EDİR.VAR OLASAN.
    Yazdı: Neriman Nerimanli: 29 Avqust 2013 09:46
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    ulvi amin,
    Salam, Ülvi bəy, təşəkkür edirəm, çox sağ olun!
    Yazdı: Shemsi: 2 Oktyabr 2013 07:44
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 108
    Resenziyalar: 997
    Status: Şair-Redaktor
     
    Bu dodaqdəyməz də yaxşıdır. Sən şeirdə səsləri gözəl və yeruində işlədə bilir, onu mənalandırmağı əla bacarırsan. Bu da bir ayrı istedaddır və səni bağrıma basıram. Əhsən!

    --------------------
    Məni məndən soruşanlar bilirmi,
    Həm uşağam, həm cavanam, həm qoca.
    Baş yaşıma, yaş başıma tən deyil,
    Həm dərvişəm, həm bəzirgan, həm xoca!
    Yazdı: Neriman Nerimanli: 21 Oktyabr 2013 14:48
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Shemsi,
    Minnətdaram, Şəmsi müəllim, rəyiniz mənim üçün həmişə önəmlidir, Allah canınızı sağ eləsin, çox sağ olun!
    Yazdı: Kenan Qedimov: 21 Avqust 2014 22:01
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 15
    Resenziyalar: 101
    Status: Yeni şair
     
    Dünyanı oynadar oyuncaq təki,
    Açar qollarını xoş qucaq təki,
    Sonda üzü dönər Yalıncaq təki,
    Əyriyə əyri ol, çalış, düzə-düz.
    Yazdı: sahin.yusifov: 6 Oktyabr 2014 04:51
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    Söz deyəndə gərək üzə deyəsən,
    Durasan ədayla, nazla üzə-üz.
    Görsən ki, gözlərin qaçır giləsi,
    Sənə quyu qazar, gözlə yüzə-yüz.

    ƏLA
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    Sevgi mənə nə verəcək...

    Müəllif: Movlud Aqammed

    Sevgi mənə nə verəcək...

    Sevgi mənə nə verəcək,dərdi-sər,
    Sınıq ürək,ah,göz yaşı,bir də qəm.
    Baxıb aləm bu halıma güləcək,
    Məcnun çəkən sitəmləri çəkəcəm.

    Oxumaq
    «Çalmalı» ilə deyişmə

    Müəllif: Sanan Celilli

    «Çalmalı» ilə deyişmə

    Çalmalı, Sən mənə xəbər ver görüm
    Göyçədən inilti səsi gəlirmi ?!
    Sənə tapşırdığım dədə, babalar
    Qəbirdə uyuyub bir dincəlirmi ?!

    Oxumaq
    VƏTƏN  SIĞIR ÜRƏYİMƏ

    Müəllif: Polat Alemdar

    VƏTƏN SIĞIR ÜRƏYİMƏ

    Ürəyimsiz ağlamıram, gülmürəm,
    Hər istəyim ürəyimdə birləşir.
    Böyükmüdür, kiçikmidir bilmirəm,
    Ürəyimə təkcə Vətən yerləşir.

    Oxumaq
    ÖLÜM...(Bir gün ürəyimə doldu ağrılar...)

    Müəllif: Dunyamin

    ÖLÜM...(Bir gün ürəyimə doldu ağrılar...)

    Bu an gözlərimə güldü xəyalın,
    Uzağa qaçırdın ölümü, gülüm!
    Dincəldi ürəyim, dəyişdi halım,
    Qayıdıb yanına gəlimmi, gülüm!?...

    Oxumaq
    QURBAN OLUM, BİZİMÇÜN GÖZƏLLƏRİ YARAT ÇOX  ---  Xanəli TOLIŞA

    Müəllif: Saxavat

    QURBAN OLUM, BİZİMÇÜN GÖZƏLLƏRİ YARAT ÇOX --- Xanəli TOLIŞA

    Nə toyda yemək yedin, nə kafedə, nə yasda,
    Keyvənin yada düşdü, Vallah, hər basa-basda.

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Avqust 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics