misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8511 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

İllərin soyuqluğunda...

Müəllif: aliibrahimov | 21 Avqust 2013 | Oxunub: 1594| Yadda saxlamaq:
Gecənin yarısı... Üşüyür içim,
İllərin bitməyən soyuqluğunda.
Söylə, sevgidənmi, səndənmi keçim,
Otağın tərlədən isti buğunda.

Bil ki, daha mənə gərək deyilsən,
İzn ver eşqimlə qalım baş-başa.
Ətrinə öldüyüm çiçək deyilsən,
Get, özgə bağında solaraq yaşa.

Qeys Məcnun adlandı, bilirsən niyə?
Hicranı vüsaldan üstün tutdu o.
Düşüb səhralara yar deyə-deyə
Sevdi... Unutmağı hey unutdu o.

Yox, mən Qeys deyiləm, Məcnun deyiləm,
Tərtəmiz adım var, götürməz ləkə.
Çətin dərd önündə sınam, əyiləm,
Kişi gərək dərdi gizlində çəkə.

Gecənin yarısı məni üşüdən,
Şaxta, sazaq deyil, o soyuq eşqin.
Get, soyuq sevgini istəmirəm mən,
Söz verirəm, sənə bəsləmərəm kin...

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 13)
Əsəri oxuyanlar (377)
  Oxşar misralar:
  • İllərin soyuqluğunda...
  • İZN VER, ÇIXIM GEDİM
  • Sən niyə dəyişdin...
  • NƏDƏN
  • Qədrini bilmədin...


  •   Resenziyalar (8)  
    Yazdı: ulvi amin: 22 Avqust 2013 00:11
     
    Yaşayır: ismayilli
    Əsərlərin sayı: 253
    Resenziyalar: 901
    Status: Şair
     
    Yox, mən Qeys deyiləm, Məcnun deyiləm,
    Tərtəmiz adım var, götürməz ləkə.
    Çətin dərd önündə sınam, əyiləm,
    Kişi gərək dərdi gizlində çəkə.

    Gecənin yarısı məni üşüdən,
    Şaxta, sazaq deyil, o soyuq eşqin.
    Get, soyuq sevgini istəmirəm mən,
    Söz verirəm, sənə bəsləmərəm kin...

    ƏLA BƏNDLƏRDİ,QARDAŞ.UĞURLARIN DAVAMLI OLSUN.
    Yazdı: aliibrahimov: 22 Avqust 2013 00:48
     
    Yaşayır: baki
    Əsərlərin sayı: 76
    Resenziyalar: 142
    Status: Şair
     
    Təşəkkür edirəm, qardaşım. Allah razı olsun.

    Yazdı: Dunyamin: 22 Avqust 2013 00:52
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: aliibrahimov
    Gecənin yarısı... Üşüyür içim,
    İllərin bitməyən soyuqluğunda.
    Söylə, sevgidənmi, səndənmi keçim,
    Otağın tərlədən isti buğunda.

    Bil ki, daha mənə gərək deyilsən,
    İzn ver eşqimlə qalım baş-başa.
    Ətrinə öldüyüm çiçək deyilsən,
    Get, özgə bağında solaraq yaşa.

    BİR-BİRİNDƏN GÖZƏL İFADƏLƏR..."Üşüyür içim,
    İllərin bitməyən soyuqluğunda.""Ətrinə öldüyüm çiçək deyilsən,
    Get, özgə bağında solaraq yaşa..."
    BƏYƏNDİM...
    Yazdı: Neriman Nerimanli: 22 Avqust 2013 15:40
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Əli müəllim, bir az da bu şerin üzərində işləsəniz, olduqca mükəmməl bir əsər olacaq. Belə də bəyəndim, uğurlar!
    Yazdı: aliibrahimov: 22 Avqust 2013 22:49
     
    Yaşayır: baki
    Əsərlərin sayı: 76
    Resenziyalar: 142
    Status: Şair
     
    Salam, Nəriman müəllim. Necə işləyim, biraz dəqiq başa salın zəhmət deyilsə. Bəndləri artırıb şeiri dolğunlaşdırım, ya nəyisə ixtisar edim?
    Yazdı: Neriman Nerimanli: 23 Avqust 2013 10:21
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Gecənin yarısı... Üşüyür içim,
    İllərin bitməyən soyuqluğunda.
    Söylə, sevgidənmi, səndənmi keçim,
    Otağın tərlədən isti buğunda.


    Məsələn, bu bəndin üçüncü misrasında güman içindəsiniz, baxmayaraq ki, "sevgimdənmi keçim, səndənmi keçim" ifadəsi eyni adama aiddir. Yəni o "sən" elə Sizin sevgilinizdir. Amma:

    Bil ki, daha mənə gərək deyilsən,
    İzn ver eşqimlə qalım baş-başa.
    Ətrinə öldüyüm çiçək deyilsən,
    Get, özgə bağında solaraq yaşa.


    Bu bəndin birinci misrasında həmin gümanı təkzib edirsiniz: "Bil ki, daha mənə gərək deyilsən"- konkret.
    Qeys Məcnun adlandı, bilirsən niyə?
    Hicranı vüsaldan üstün tutdu o.
    Düşüb səhralara yar deyə-deyə
    Sevdi... Unutmağı hey unutdu o.

    Yox, mən Qeys deyiləm, Məcnun deyiləm,
    Tərtəmiz adım var, götürməz ləkə.
    Çətin dərd önündə sınam, əyiləm,
    Kişi gərək dərdi gizlində çəkə.

    Bu bənddə: Ölməz korifeylərin ədəbiyyatda, sevgi dünyasında yaratdığı "Məcnun" obrazı bütün zamanlarda sevənlərə örnək olmuşdur, amma, Siz nə mənadasa bu adı ləkəli hesab edirsiniz???

    Gecənin yarısı məni üşüdən,
    Şaxta, sazaq deyil, o soyuq eşqin.
    Get, soyuq sevgini istəmirəm mən,
    Söz verirəm, sənə bəsləmərəm kin...

    Bu bəndə isə, əsil aşiqlər kimi gözəl möhür vurmusunuz! Bunlar mənim fərdi fikirlərimdir, mütləq deyil.
    Yazdı: aliibrahimov: 23 Avqust 2013 16:00
     
    Yaşayır: baki
    Əsərlərin sayı: 76
    Resenziyalar: 142
    Status: Şair
     
    Neriman Nerimanli,
    Nəriman müəllim, vaxt tapıb bu şeiri çox aydın şərh etdiyinizə görə sizə ürəkdən minnətdaram. Yazdıqlarınızı nəzərə alıb, mütləq şeirə biraz əl gəzdirərəm. Qələminiz yorulmasın.
    Yazdı: sahin.yusifov: 11 Avqust 2014 05:01
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    Qeys Məcnun adlandı, bilirsən niyə?
    Hicranı vüsaldan üstün tutdu o.
    Düşüb səhralara yar deyə-deyə
    Sevdi... Unutmağı hey unutdu o.

    Yox, mən Qeys deyiləm, Məcnun deyiləm,
    Tərtəmiz adım var, götürməz ləkə.
    Çətin dərd önündə sınam, əyiləm,
    Kişi gərək dərdi gizlində çəkə.

    Bu şeirdə qafiyələr yerindədi bu iki bənddə az qüsur bar məsələn
    Qeys Məcnun aqlandı bilirsən niyə bir heca artıq gedir eləbil
    Belə olsa daha yaxşı olardı
    Qeys Məcnun oldu bilirsən niyə
    Yox mən Qeys deyiləm Məcnun deyiləm burda yox sözü artıqdı
    Ümumilikcə gözəl şeirdi
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    NƏ VAR DÜNYADA...(Bu dünyada bəs bizə nə qalacaq...)

    Müəllif: Dunyamin

    NƏ VAR DÜNYADA...(Bu dünyada bəs bizə nə qalacaq...)

    Kövrələrik-yada salıb hər günü,
    yolu bağlar bu illərin çiskini...
    Nə şirinmiş bu illərin pis günü,
    axtararsan vüsallarda hər zaman!...

    Oxumaq
    P A Y İ Z   ---   Xanəli TOLIŞ

    Müəllif: Saxavat

    P A Y İ Z --- Xanəli TOLIŞ

    Yağışdan boılluca içdi təbiət,
    Özünə təzə don biçdi təbiət...

    Başladı həm oğul, həm qız toyları,
    Qəlblərə yol tapır payız toyları...

    Oxumaq
    AY MƏLƏK, AY MƏLƏK

    Müəllif: Neriman Nerimanli

    AY MƏLƏK, AY MƏLƏK

    Bir qırıq ümidə bəndəm,
    Naümid olmasın bəndə.
    Gör neçəsini kəməndə
    Saldın, ay Mələk, ay Mələk!

    Oxumaq
    SƏRÇƏ ALINDI HƏBSƏ  ---  Əkrəm QAFAROV  ---

    Müəllif: Saxavat

    SƏRÇƏ ALINDI HƏBSƏ --- Əkrəm QAFAROV --- "GÖY QURŞAĞI" ədəbi məclisi TƏQDİM EDİR

    Cücə yeyən saxsağan
    Bir gün haray qopardı
    Ehey, dedi: - qoymayın
    Sərcə cücə apardı...

    Oxumaq
    SABAHA SAXLAMAZ GÜNÜN İŞİNİ--- Məmməd AĞA --- {Səxavət QAFARLIYA}

    Müəllif: Saxavat

    SABAHA SAXLAMAZ GÜNÜN İŞİNİ--- Məmməd AĞA --- {Səxavət QAFARLIYA}

    Görünən, görünməz hallara baxır,
    Qəlbində saxlamır,- bulaqtək axır.
    Çəkinmir kimsədən, yandırıb-yaxır,
    Sabaha saxlamaz günün işini...

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Sentyabr 2017    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics