misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

HEYİFDİR, ATASIZ OLMASİN UŞAQ. --- Tahir HEYDƏRLİ

Müəllif: Saxavat | 5 Avqust 2013 | Oxunub: 2259| Yadda saxlamaq:
Heyifdir, atasız olmsın uşaq,
Kədəri, qüssəsi, qəmi çox olar.
Ağlayar, sızlayar, ürəyi dözməz,
Nurlu gözlərinin nəmi çox olar.

Atanın yoluna gözünü dikər,
Gözləri qapıda, boynunu bükər.
Ata ayrılığı bağrını sökər,
Zili haray çəkər, bəmi çox olar.

Qəlbində bir dünya nisgili gəzər,
Həssas ürəyini qüssə, qəm əzər,
Ağrıya, acıya tablaşıb dözər,
Qəlbinin qırılmış simi çox olar.

Gah geyimi olmaz, gah da yeməyi,
Tapılmaz dayağı, arxa-köməyi,
Çalışar, görünməz gözdə əməyi...
Kəsiri çox olar, kəmi çox olar.

Ən çətin məqamda, ən çətin anda
Qohum da, özgə də dayanar yanda.
Qazananda,- əli çörək tutanda,
Xala, bibi, dayı, əmi çox olar...

Müəllif; Tahir HEYDƏRLİ,
“GÖY QURŞAĞI”
ədəbı məclisinin üzvü.

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 3)
Əsəri oxuyanlar (451)
  Oxşar misralar:
  • HARA GEDİRSƏN OĞUL? -- Tahir Heydərli
  • Çox sözdə çox nöqsan olar
  • GÖRMÜŞƏM AXI --- Tahir HEYDƏRLİ
  • BİLMƏDİN --- Tahir HEYDƏRLİ
  • Ş Ə L A L Ə --- Tahir HEYDƏRLİ


  •   Resenziyalar (9)  
    Yazdı: Polat Alemdar: 5 Avqust 2013 19:52
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Ən çətin məqamda, ən çətin anda
    Qohum da, özgə də dayanar yanda.
    Qazananda,- əli çörək tutanda,
    Xala, bibi, dayı, əmi çox olar...

    ASSALAMUN ALEYKUM SƏXAVƏT BƏY QARDAŞIM, DÜZ SÖZƏ NƏ DEMƏK OLAR Kİ ? BU GÖZƏL VƏ MÜKƏMMƏL MİSRALA ÜÇÜN SİZƏ VƏ MÜƏLLİFƏ SƏMİMİ QƏLBDƏN TƏŞƏKKÜR EDİRƏM!

    Atadır insanın başının tacı
    Atasız dünyanın ləzzəti hanı?
    Atadır insanı düz yola çəkən
    Öyüd nəsihəti bizlərə verən !!!

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Saxavat: 5 Avqust 2013 20:00
     
    Yaşayır: --
    Əsərlərin sayı: 896
    Resenziyalar: 3083
    Status: Şair
     
    Salam Polat bəy Ələmdar! Sağ ol əzizi-mən! Allah səni VAR eləsin.
    Yazdı: Dunyamin: 5 Avqust 2013 20:47
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Mən atalar haqqında şeirləri çox sevirəm!...Çox vaxt atalar eyni paltarı illərlə geyinib,övladlarını yaxşı geyindirəndə bunu anlaya bilmirdim...
    Özüm də bir ata olanda anladım!...
    Atanın yoluna gözünü dikər,
    Gözləri qapıda, boynunu bükər.
    Ata ayrılığı bağrını sökər,
    Zili haray çəkər, bəmi çox olar.

    Qəlbində bir dünya nisgili gəzər,
    Həssas ürəyini qüssə, qəm əzər,
    Ağrıya, acıya tablaşıb dözər,
    Qəlbinin qırılmış simi çox olar.

    Gah geyimi olmaz, gah da yeməyi,
    Tapılmaz dayağı, arxa-köməyi,
    Çalışar, görünməz gözdə əməyi...
    Kəsiri çox olar, kəmi çox olar....
    MÜƏLLİFİ DƏ,SƏXAVƏT QARDAŞIMIZI DA ÜRƏKDƏN ALQIŞLAYIRAM!!!
    Yazdı: Saxavat: 5 Avqust 2013 21:07
     
    Yaşayır: --
    Əsərlərin sayı: 896
    Resenziyalar: 3083
    Status: Şair
     
    Əzizim Dünyamin bəy! Bu şeiri yazan məclis üzvümüzün həyatı belə qüssələrin hədəfi olub. SAĞ OL ƏZİZİ-MƏN!
    Yazdı: Shemsi: 6 Avqust 2013 07:22
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 108
    Resenziyalar: 997
    Status: Şair-Redaktor
     
    Ən çətin məqamda, ən çətin anda
    Qohum da, özgə də dayanar yanda.
    əvvala bildirim ki, şeir xoşuma gəldi. İkincisi. gərək Heydər qardaşımız heş olmasa mərhum şairimiz Hüseyn Arifin bu misrasını dırnaqda yazaydı və yaxud epiqraf verəydi: -Heyifdir, anasız olmasın uşaq!
    İkincisi yuxarıda qeyd etdiyim misrada "yanda" sözü yanında kimi başa düşülür. əslində o söz gendə olsa daha yaxşı olar.

    --------------------
    Məni məndən soruşanlar bilirmi,
    Həm uşağam, həm cavanam, həm qoca.
    Baş yaşıma, yaş başıma tən deyil,
    Həm dərvişəm, həm bəzirgan, həm xoca!
    Yazdı: Saxavat: 6 Avqust 2013 08:30
     
    Yaşayır: --
    Əsərlərin sayı: 896
    Resenziyalar: 3083
    Status: Şair
     
    Bu boyda şeiri yazan oğlan Hüseyn Arifə sığındı, Şəmsi bəy?! hÜSEYN ARIF həmin ifadədə nəyi KƏŞF eləyib ki? Gündəlik danışılan sözlərdi... Bu şeir də də əmma-zad yoxdur. SAQ OL!
    Yazdı: Neriman Nerimanli: 6 Avqust 2013 11:30
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Gözəl...mənə elə gəlir ki, mən daha çox anlayıram bu şeri... nə isə.
    Tahir qardaşımız mükəmməl yazıb bu şeri, gerçək olan, başa gələn olaylardır.
    Əlavə şərhə ehtiyac görmürəm, əla.
    Sağ olun, Tahir müəllim!
    Var olun, Səxavət müəllim!
    Yazdı: Saxavat: 6 Avqust 2013 22:52
     
    Yaşayır: --
    Əsərlərin sayı: 896
    Resenziyalar: 3083
    Status: Şair
     
    Sağ ol əziz dostum və şair qardaşım Nəriman!

    Allah səni var eləsin,
    Gözəllərə yar eləsin...
    Yazdı: sahin.yusifov: 4 Sentyabr 2014 19:57
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    Heyifdir, atasız olmsın uşaq,
    Kədəri, qüssəsi, qəmi çox olar.
    Ağlayar, sızlayar, ürəyi dözməz,
    Nurlu gözlərinin nəmi çox olar.

    Atanın yoluna gözünü dikər,
    Gözləri qapıda, boynunu bükər.
    Ata ayrılığı bağrını sökər,
    Zili haray çəkər, bəmi çox olar.
    əla şeirdi uğurlar
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    O SEVGİ   ---   Dəstəgül ZAMANLI

    Müəllif: Saxavat

    O SEVGİ --- Dəstəgül ZAMANLI

    Xəyal idi,
    ulduz-ulduz
    əridi...

    Oxumaq
    PASLI ÇƏKİCİNDƏ, ORAĞINDADIR

    Müəllif: Neriman Nerimanli

    PASLI ÇƏKİCİNDƏ, ORAĞINDADIR

    Yaxşını yamandan seçin, amandı,
    Dünyadan gözü tox köçün, amandı,
    Suyu da üfürüb için, amandı
    Şeytan nə qədər ki, aramızdadır.

    Oxumaq
    BİR AHU BƏDƏNLİ,QƏLƏM QAŞLIYA

    Müəllif: ulvi amin

    BİR AHU BƏDƏNLİ,QƏLƏM QAŞLIYA

    Təbiət ruh verib,Tanrı can verib,
    Üzü mənə sarı gələn gözələ.
    Balıqtək üzməyə bir ümman verib,
    Mənim hər dərdimi bilən gözələ.

    Oxumaq
    YANDIRIR

    Müəllif: Neriman Nerimanli

    YANDIRIR

    Gözəldən gəlməz xeyir,
    Dərdi içimdən yeyir.
    Zülüm eləyib deyir-
    Döz, adamı yandırır.

    Oxumaq
    YENI

    Müəllif: Eldar Ezimli

    YENI "TİP"LƏR...

    İdeal insan kimi, indi başqa "tip" gedir,
    Bu "tip"lər, nadanların önündə bitib gedir.
    Gözümüz baxa-baxa,dəyərlər itib gedir,
    Yeni nəsil onları, "kəfənləyib" basdırır...

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Fevral 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics