misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

İsti bir yay gecəsi

Müəllif: Vusal Huseyn | 5 Avqust 2013 | Oxunub: 1764| Yadda saxlamaq:
İsti bir yay gecəsi,
Səmadaykən gözlərim.
Özüm də anlamadan,
Şerə dönür sözlərim.

Bu gecə duyğularım,
Nədənsə coşub - daşır.
Ulduzlar aləmində,
Bir xəyaltək dolaşır.

Saçıma sığal çəkir,
Səssizcə əsən külək.
Bu duyğudan zövq alır,
Sinəmdə vuran ürək.

Baxdıqca ulduzlara,
Sən düşürsən yadıma.
Çatır xatirələrin,
Mən sənsizkən dadıma.

Beləcə davam edir,
Sevgi adlı bu gecə.
Bu gözəlliyə aşiq,
Ola bilməyim necə?

İnsanı məftun edən,
Bu ulduzlar, bu aydı.
Sanki ürək söyləyir :
Bu gecə uzanaydı...

Vüsaldır aşiq olan,
Bu gecənin nazına.
Ya Rəbbim, şükür olsun,
Qələm yazan, yazına.

1.8.2013.

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 5)
Əsəri oxuyanlar (428)
  Oxşar misralar:
  • İsti bir yay gecəsi
  • İsti bir yay gecəsi
  • BİR YAY GECƏSİ İDİ...(Eh...axı o günlərə...)
  • YADIMA SƏN DÜŞÜRSƏN...
  • OLMASIN ZÜLMƏT...


  •   Resenziyalar (10)  
    Yazdı: Polat Alemdar: 5 Avqust 2013 19:57
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Baxdıqca ulduzlara,
    Sən düşürsən yadıma.
    Xatirələrin çatır,
    Sənsiz ikən dadıma.

    Beləcə davam edir,
    Sevgi adlı bu gecə.
    Bu gözəlliyə aşiq,
    Ola bilməyim necə?

    İnsanı məftun edən,
    Bu ulduzlar, bu aydı.
    Sanki ürək söyləyir :
    Bu gecə uzanaydı...

    Vüsaldır aşiq olan,
    Bu gecənin nazına.
    Ya Rəbbim, şükür olsun,
    Qələm yazan, yazına.

    Vüsal bəy, bu gözəl misralarınıza məndən əla.Əllərinizə və canınıza sağlıq!

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Vusal Huseyn: 6 Avqust 2013 12:00
     
    Yaşayır: Azərbaycan Baki şəh.
    Əsərlərin sayı: 273
    Resenziyalar: 2065
    Status: Şair
     
    Bu şeir texninki səbəblərdən iki dəfə dərc olunub...Ancaq yenə də sizə bu şeirimin hər ikisinə də rəy bildirdiyinizə görə minnətdaram.

    --------------------
    Hər acının,hər ağrının,
    hər bir zülmün bir ahı var.
    Hər bir qaranlıq gecənin,
    tələsən bir sabahı var.

    Vüsal Hüseyn
    Yazdı: Dunyamin: 6 Avqust 2013 12:11
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    YAXŞI ŞEİR ÜÇÜN 2 DƏFƏ NƏDİR Kİ...
    QOY LAP DƏFƏLƏRLƏ DÜŞSÜN VƏ OXUNSUN...
    Yazdı: Ruslan Novres: 6 Avqust 2013 14:21
     
    Yaşayır: Masallı
    Əsərlərin sayı: 276
    Resenziyalar: 1353
    Status: Şair
     
    Baxdıqca ulduzlara,
    Sən düşürsən yadıma.
    Çatır xatirələrin,
    Mən sənsizkən dadıma.

    Salam, Vüsal, qardaşım əhsən sənə!

    --------------------
    Hicran günü dəhşətli külək qopdu yerindən,
    Dəhşətdən elə sandım ürək qopdu yerindən.
    Yazdı: Vusal Huseyn: 6 Avqust 2013 17:29
     
    Yaşayır: Azərbaycan Baki şəh.
    Əsərlərin sayı: 273
    Resenziyalar: 2065
    Status: Şair
     
    Əziz dostlar,hər birinizə öz dərin minnətdarlığımı bildirirəm.Var olun.

    --------------------
    Hər acının,hər ağrının,
    hər bir zülmün bir ahı var.
    Hər bir qaranlıq gecənin,
    tələsən bir sabahı var.

    Vüsal Hüseyn
    Yazdı: cavidismayilli: 7 May 2014 22:01
     
    Yaşayır: krim
    Əsərlərin sayı: 90
    Resenziyalar: 1610
    Status: Şair
     
    Vüsaldır aşiq olan,
    Bu gecənin nazına.
    Ya Rəbbim, şükür olsun,
    Qələm yazan, yazına.

    Vusal qardasim, senin kimi sairler nasukur ola bilmez!!!Allahin bize bexs etdiyi her bir seye sukurler etmeliyik ve bunu sen poetik dilde tecessum etmisen,ozu de cox profisional sekilde!!!

    --------------------
    Veten mene ogul dese, ne derdim...
    Mamir olub qayasinda biterdim!

    Memmed Araz
    Yazdı: Vusal Huseyn: 8 May 2014 18:37
     
    Yaşayır: Azərbaycan Baki şəh.
    Əsərlərin sayı: 273
    Resenziyalar: 2065
    Status: Şair
     
    Minnətdaram Cavidan bəy...Çox sağ olun... smile

    --------------------
    Hər acının,hər ağrının,
    hər bir zülmün bir ahı var.
    Hər bir qaranlıq gecənin,
    tələsən bir sabahı var.

    Vüsal Hüseyn
    Yazdı: sahin.yusifov: 11 Avqust 2014 02:50
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    İsti bir yay gecəsi,
    Səmadaykən gözlərim.
    Özüm də anlamadan,
    Şerə dönür sözlərim.

    Bu şeirdə fikir şirinliyi amma məncə bir qüsuru gözümə dəyir
    o da qafiyə qıtlığı yəni ikinci sətirlə dördüncü sətir öpüşən qayda
    birinci sətirlədə üçüncü sətir öpüşsəydi olardı lap əla
    Yazdı: mirsaleh efqan: 21 Aprel 2015 02:25
     
    Yaşayır: bakı şəh.
    Əsərlərin sayı: 101
    Resenziyalar: 1465
    Status: Şair
     
    Assalamu aleykum!
    Vüsal qardaş, bu gözəl şeirə görə sizə əhsən! Əla alınıb.

    --------------------
    Miri
    Yazdı: Vusal Huseyn: 21 Aprel 2015 14:00
     
    Yaşayır: Azərbaycan Baki şəh.
    Əsərlərin sayı: 273
    Resenziyalar: 2065
    Status: Şair
     
    Aleykum Salam qardaş.Bəyəndiyinə çox sevindim...Var ol.

    --------------------
    Hər acının,hər ağrının,
    hər bir zülmün bir ahı var.
    Hər bir qaranlıq gecənin,
    tələsən bir sabahı var.

    Vüsal Hüseyn
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    ƏL ÜZMÜŞƏM BU GÜN YENƏ DÜNYADAN...

    Müəllif: aliibrahimov

    ƏL ÜZMÜŞƏM BU GÜN YENƏ DÜNYADAN...

    Yenə mənəm, yenə bu ev, dörd divar,
    Ürəyimdə heç bitməyən kədər var.
    Əl üzmüşəm bu gün yenə dünyadan,
    Dünya mənə məzar kimi soyuq, dar...

    Oxumaq
    BİR AHU BƏDƏNLİ,QƏLƏM QAŞLIYA

    Müəllif: ulvi amin

    BİR AHU BƏDƏNLİ,QƏLƏM QAŞLIYA

    Təbiət ruh verib,Tanrı can verib,
    Üzü mənə sarı gələn gözələ.
    Balıqtək üzməyə bir ümman verib,
    Mənim hər dərdimi bilən gözələ.

    Oxumaq
    PASLI ÇƏKİCİNDƏ, ORAĞINDADIR

    Müəllif: Neriman Nerimanli

    PASLI ÇƏKİCİNDƏ, ORAĞINDADIR

    Yaxşını yamandan seçin, amandı,
    Dünyadan gözü tox köçün, amandı,
    Suyu da üfürüb için, amandı
    Şeytan nə qədər ki, aramızdadır.

    Oxumaq
    DANIŞ MƏHƏBBƏTDƏN,DANIŞ SEVGİDƏN

    Müəllif: ulvi amin

    DANIŞ MƏHƏBBƏTDƏN,DANIŞ SEVGİDƏN

    Yaşa bu dünyada yaşa doyunca,
    Gəl ömrü yaşayaq Tanrı qoyunca,
    Nə qədər varsansa ömür boyunca,
    Danış məhəbbətdən,danış sevgidən.

    Oxumaq
    ƏLLƏRİN

    Müəllif: Neriman Nerimanli

    ƏLLƏRİN

    Biçarə Nərmana zülm elədin çox,
    Bu eşqin yolunda mən ac, sənsə tox.
    Məni oxşamağa bir barmağın yox,
    Gözümü oymağa yüzdü əllərin.

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Fevral 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics