misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

ƏLLƏRİN

Müəllif: Neriman Nerimanli | 22 İyul 2013 | Oxunub: 2525| Yadda saxlamaq:
Şükür ki, əzizim, gövrəldi qəlbin,
Həsrət dodağımda gəzdi əllərin.
Yanan ürəyimin od-alovuna
Necə tab elədi, dözdü əllərin?

Zülfünün zülmündən zülüm çəkmişəm,
Sevincim biçilib, kədər əkmişəm.
Mən indi bildim ki, sənsiz təkmişəm,
Sığalı unutmuş közdü əllərin.

Dedim: naz eləmə, dedin: saz gətir,
Dedim: kabab oldum, dedin: köz gətir,
Dedim: qurban başım, dedin: üz gətir,
Mehri-məhəbbətdən bezdi əllərin.

Dedim: çox soyuqsan, dedin: qar, sazaq,
Dedim: aşiqinəm, dedin: ol uzaq.
Dedim: bu düz yoldur, dedin: gəl qazaq,
Bağrımın başını əzdi əllərin.

Biçarə Nərmana zülm elədin çox,
Bu eşqin yolunda mən ac, sənsə tox.
Məni oxşamağa bir barmağın yox,
Gözümü oymağa yüzdü əllərin.

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 6)
Əsəri oxuyanlar (463)
  Oxşar misralar:
  • dedim
  • DEDİM,UNUDUM SƏNİ...
  • TALE DEMƏDİ
  • UNUDA BİLSƏN...
  • Dedim axı sənə cox dəyişmisən...


  •   Resenziyalar (14)  
    Yazdı: Dunyamin: 22 İyul 2013 11:37
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Yenə folklor üslubunda gözəl bir qoşma-şeir...Xüsusə,bu deyişməli yeri mənə ləzzət eylədi:
    Dedim: naz eləmə, dedin: saz gətir,
    Dedim: kabab oldum, dedin: köz gətir,
    Dedim: qurban başım, dedin: üz gətir,
    Mehri-məhəbbətdən bezdi əllərin.

    Dedim: çox soyuqsan, dedin: qar, sazaq,
    Dedim: aşiqinəm, dedin: ol uzaq.
    Dedim: bu, düz yoldur, dedin: gəl qazaq,
    Bağrımın başını əzdi əllərin....
    4-CÜ BƏNDİN 3-CÜ MİSRASIDAKI "DEDİM" SÖZÜNDƏ HƏRF SƏHV DÜŞÜB...ONU DÜZƏLT!...
    Yazdı: Neriman Nerimanli: 22 İyul 2013 11:50
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Dunyamin,
    Minnətdaram, Dünyamin müəllim, diqqətiniz, rəyiniz üçün, çox sağ olun! Səhvi düzəldərəm, təşəkkürlər!
    Yazdı: Polat Alemdar: 22 İyul 2013 12:13
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Salam aleykum əzizim Nəriman müəlləim.Qayıdışınıza çox sevindim.Misralarınıza da həmişə kimi məndən ƏLA!Sizə uğurlar diləyirəm.

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Neriman Nerimanli: 22 İyul 2013 13:19
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Polat Alemdar,
    Salam, qardaşım, minnətdaram, çox sağ olun!
    Yazdı: Adil Muradov: 22 İyul 2013 13:23
     
    Yaşayır: --
    Əsərlərin sayı: 0
    Resenziyalar: 0
    Status: Qonaq
     
    Xoş gelmisen qardaş..... seni esebleşdiren bilmirem kimdi ama fikir verme

    Şeire gelince isee....

    Heqiqetende beyendim, aradakı dialoqlar ustalıqnan yerleşdirilib.... Ehsen
    Yazdı: Neriman Nerimanli: 22 İyul 2013 15:24
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Adil Muradov,
    Ömrünüz xoş günlərlə daim zəngin olsun, qardaşım, minnətdaram! Diqqətiniz və rəyiniz üçün təşəkkür edirəm!
    Yazdı: Saxavat: 22 İyul 2013 18:52
     
    Yaşayır: --
    Əsərlərin sayı: 896
    Resenziyalar: 3083
    Status: Şair
     
    "Məni oxşamağa bir barmağın yox,
    Gözümü oymağa yüzdü əllərin..." ---ƏLA!


    Can qardaş, can!

    Məndən də bir bənd əlavə:

    O ağ əllərini şeytanmı əydi,
    Əlinə iblisin dilimi dəydi?
    Nəriman sən üçün bəlkə ögeydi,
    Hiyə ondan uzaq gəzdi əllərin?

    Yazdı: ulvi amin: 22 İyul 2013 19:39
     
    Yaşayır: ismayilli
    Əsərlərin sayı: 253
    Resenziyalar: 901
    Status: Şair
     
    offf...nəhayət ki...sənin belə gözəl şeirlərini oxumaqdan zövq alıram.halaldı.mükəmməlsən.
    Yazdı: SEMKA: 22 İyul 2013 21:05
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 73
    Resenziyalar: 1131
    Status: Şair
     
    Dedim: çox soyuqsan, dedin: qar, sazaq,
    Dedim: aşiqinəm, dedin: ol uzaq.
    Dedim: bu düz yoldur, dedin: gəl qazaq,
    Bağrımın başını əzdi əllərin.

    Biçarə Nərmana zülm elədin çox,
    Bu eşqin yolunda mən ac, sənsə tox.
    Məni oxşamağa bir barmağın yox,
    Gözümü oymağa yüzdü əllərin.

    Gözəl bir şeir Nəriman dayımdan..Oxuduqca mənalı gəldi şeir..Bəyənilsin!!!

    --------------------
    Sevinc Məmməd
    Yazdı: Alizamin Tagiyev: 22 İyul 2013 22:32
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 61
    Resenziyalar: 345
    Status: Şair
     
    Çox maraqlı şeirdir, sizə uğurlar arzulayıram.

    "Dedim: çox soyuqsan, dedin: qar, sazaq,
    Dedim: aşiqinəm, dedin: ol uzaq.
    Dedim: bu düz yoldur, dedin: gəl qazaq,
    Bağrımın başını əzdi əllərin. "

    --------------------
    Qəlb təmiz olarsa dildən gözəl sözlər çıxar! Həzrəti Əli (ə)
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    YANDIRIR

    Müəllif: Neriman Nerimanli

    YANDIRIR

    Gözəldən gəlməz xeyir,
    Dərdi içimdən yeyir.
    Zülüm eləyib deyir-
    Döz, adamı yandırır.

    Oxumaq
    XANƏLİ!  { Dostum Xanəli Tolışa }

    Müəllif: Saxavat

    XANƏLİ! { Dostum Xanəli Tolışa }

    Millətin dili var, ruhun dili nə?
    Ruhla gedəcəyik Allah önünə...
    Döyərsən onda çox bəlkə sinənə?..
    Ümid yox bir ana, günə, Xanəli!

    Oxumaq
    İT GÜNÜNDƏSƏN

    Müəllif: Saxavat

    İT GÜNÜNDƏSƏN

    O qədər pul yiğdın, neynədin onu?
    Halını görürəm,- it günündəsən.
    Kirləşib geydiyin yaltaqlıq donu,
    Ariflər də görür lüt günündəsən.

    Oxumaq
    ARASINDA

    Müəllif: Neriman Nerimanli

    ARASINDA

    Nəriman, kim idim, kimə dönmüşəm,
    Bənd olub taleyim himə, dönmüşım.
    Pərdələr üstündə simə dönmüşəm -
    Bir təzanə ilə saz arasında.

    Oxumaq
    MƏN SƏNİN YANINDA OLMAQ İSTƏRƏM  ---  Sülhiyyə TAĞIZADƏ

    Müəllif: Saxavat

    MƏN SƏNİN YANINDA OLMAQ İSTƏRƏM --- Sülhiyyə TAĞIZADƏ

    Qöşa gəzdiyimiz yolda, cığırda,
    Mənim göz yaşlarım salıb cığır ta...
    Sənsiz qəlb evimə kədər axır ta...
    Qəmdən, saçlarımı yolmaq istərəm...
    Mən sənin yanında olmaq istərəm,

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Fevral 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics