misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

GEDƏR

Müəllif: Neriman Nerimanli | 9 İyul 2013 | Oxunub: 1951| Yadda saxlamaq:
Ruhmuş sənə ağa, bədən,
Dönüb dümağ ağa, bədən.
Büküləndə ağa bədən
Ruhum qanad çalıb gedər.

Hanı vəfası gözəlin,
Çıxardı gözü öz əlin.
Gözəl axtarıb gözəlin
Meylin yada salıb gedər.

Sən idin inci, mərcanım,
Aşiq şirin cana canım.
Ruhum qonağındı, canım,
Xəyallara dalıb gedər.

Tələs, götür evə məni,
Bəlkə qəlbin sevə məni,
Öldür sevə-sevə məni
Könül kamın alıb gedər.

Saxlasan, etmə nəri, man,
Qızanda, bilməz nər iman.
Dünya qonağı Nəriman
Beş-altı il qalıb gedər.

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 6)
Əsəri oxuyanlar (405)
  Oxşar misralar:
  • Gedər 435
  • Gedər...
  • Gedər 295
  • QORXDUM-ÖMRÜM HEÇƏ GEDƏR...(Ölüm-əcəl insaf bilməz...)
  • Yatan durar yetən gedər 34


  •   Resenziyalar (8)  
    Yazdı: Dunyamin: 9 İyul 2013 12:37
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Qardaşım,çox gözəl yazmısan....
    Amma sənin də bu şeirində nisgil çoxdur...

    Götür, tələs evə məni,
    Bəlkə qəlbin sevə məni,
    Öldür sevə-sevə məni
    Könül kamın alıb gedər.

    Saxlasan, etmə nəri, man,
    Qızanda, bilməz nər iman.
    Dünya qonağı Nəriman
    Beş-altı il qalıb gedər....

    Amma məzəli deyirsən...Bu şeir məni kədərləndirdi axı...
    Yazdı: Polat Alemdar: 9 İyul 2013 13:27
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Götür, tələs evə məni,
    Bəlkə qəlbin sevə məni,
    Öldür sevə-sevə məni
    Könül kamın alıb gedər.

    Saxlasan, etmə nəri, man,
    Qızanda, bilməz nər iman.
    Dünya qonağı Nəriman
    Beş-altı il qalıb gedər.

    Assalamun aleykum əzizi qardaşım Nəriman müəllim,mənə Sizə nəisə demək düşməz,amma bir dindar kimi bunu deməyi özümüə botc bildim."Bizim hamımız bu dünyada qonağıq biz yaradan,ömür payı verən də ALLAHIMIZDIR,heç kəs öləcəyi günü bilə bilməz,heç proqnoz da vermək düz deyil.ALLAHIMIZDA HƏMİŞƏ ÖMÜRÜNÜZÜN ARTIRILMASINI DİLƏMƏK MƏSLƏHƏTDİ.ALLAHIMDAN SİZƏ UZUN ÖMÜR CAN SAĞLIĞI VƏ YARADICILIĞINIZDA UĞURLAR DİLƏYİRƏM." MİSRALARINIZA DA MƏNDƏM ƏLA!!!

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Neriman Nerimanli: 9 İyul 2013 13:55
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Dunyamin,
    Diqqət və rəyiniz üçün minnətdaram, Dünyamin müəllim, çox sağ olun.

    Polat Alemdar,
    Çox təşəkkür edirəm, qardaşım, dua və diləkləriniz qarşılıqlıdır!
    Yazdı: Shemsi: 9 İyul 2013 22:33
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 108
    Resenziyalar: 997
    Status: Şair-Redaktor
     
    Axşamın xeyir, Nəriman bəy! halınmın və ovqatımın bu vaxtında, sözün sovun su vaxtında, Könlümün yahu vaxtında, bir qədər hiss və duyğuların qucağında dincəldim. Yaxşı təcnisdir. Cinasla əladır. Bir balaca da əl gəzdirsən möhtəşəm olar.

    --------------------
    Məni məndən soruşanlar bilirmi,
    Həm uşağam, həm cavanam, həm qoca.
    Baş yaşıma, yaş başıma tən deyil,
    Həm dərvişəm, həm bəzirgan, həm xoca!
    Yazdı: SEMKA: 9 İyul 2013 22:59
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 73
    Resenziyalar: 1131
    Status: Şair
     
    Tələs, götür evə məni,
    Bəlkə qəlbin sevə məni,
    Öldür sevə-sevə məni
    Könül kamın alıb gedər.

    ÇOX GÖZƏL.... BƏYƏNİLSİN!!!!

    --------------------
    Sevinc Məmməd
    Yazdı: Neriman Nerimanli: 10 İyul 2013 11:32
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Shemsi,
    Gününüz aydın olsun, Şəmsi müəllim! İçimdə yaranan bir boşluqmu təlqin etdi bu yazını, özüm də bilmədim, amma, işlənməsinə ehtiyac olmasını bilirəm. Mən zatən bu iradı Sizdən gözləyirdim, çünki təcnisə, cinaslara Sizin daha həssas yanaşdığınızın fərqindəyəm.
    İradınız üçün, rəyiniz üçün, diqqətiniz üçün çox sağ olun!

    SEMKA,
    Minnətdaram Sizə Sevinc xanım, çox sağ olun, şadam ki, bəyəndiniz!
    Yazdı: sahin.yusifov: 26 Avqust 2014 20:46
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    Ruhdur sənə ağa, bədən,
    Dönüb dümağ ağa, bədən.
    Büküləndə ağa bədən
    Ruhum qanad çalıb gedər.

    Yetim özgə, yada gələr,
    Bir quruca ada gələr.
    Yetimliyi yada gələr
    Meylin yada salıb gedər.
    ÇOX GÖZƏL.... BƏYƏNİLSİN!!!!
    Yazdı: Seymur Sonmez: 25 Dekabr 2014 22:59
     
    Yaşayır: AZƏRBAYCAN
    Əsərlərin sayı: 402
    Resenziyalar: 708
    Status: Şair
     
    Tələs, götür evə məni,
    Bəlkə qəlbin sevə məni,
    Öldür sevə-sevə məni
    Könül kamın alıb gedər.
    Cox gözəl yazmısız Nerman məllim əla
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    GÖRƏ

    Müəllif: Neriman Nerimanli

    GÖRƏ

    Yayda yorulanlar tərləyər qışı,
    Dalana dirənər yolunda naşı.
    Atın dişlərindən bilinər yaşı,
    Qiyməti verilməz nalına görə.

    Oxumaq
    MƏN SƏNİN YANINDA OLMAQ İSTƏRƏM  ---  Sülhiyyə TAĞIZADƏ

    Müəllif: Saxavat

    MƏN SƏNİN YANINDA OLMAQ İSTƏRƏM --- Sülhiyyə TAĞIZADƏ

    Qöşa gəzdiyimiz yolda, cığırda,
    Mənim göz yaşlarım salıb cığır ta...
    Sənsiz qəlb evimə kədər axır ta...
    Qəmdən, saçlarımı yolmaq istərəm...
    Mən sənin yanında olmaq istərəm,

    Oxumaq
    Dəliliyim tutub yenə

    Müəllif: sefer

    Dəliliyim tutub yenə

    Əldə silah tutam gərək
    Dağlarımı tapam gərək
    O dağlarda yazam gərək
    Dəliliyim tutub yenə

    Oxumaq
    YENI

    Müəllif: Eldar Ezimli

    YENI "TİP"LƏR...

    İdeal insan kimi, indi başqa "tip" gedir,
    Bu "tip"lər, nadanların önündə bitib gedir.
    Gözümüz baxa-baxa,dəyərlər itib gedir,
    Yeni nəsil onları, "kəfənləyib" basdırır...

    Oxumaq
    NƏ GÖZƏLLİYİ

    Müəllif: Neriman Nerimanli

    NƏ GÖZƏLLİYİ

    Batin gözəl deyilsə,
    Üzün nə gözəlliyi?
    Nahaqq haqqı kəsirsə,
    Düzün nə gözəlliyi?
    Qaş-qabaq tökülürsə,
    Gözün nə gözəlliyi?
    Misrası oxunmayan
    Sözün nə gözəlliyi?...

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Fevral 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics