misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
SEVGİMİ DƏFN ETMƏRƏM...(Bu gün gözlərimdə yaman ağrı var...)

Müəllif: Dunyamin | 9 İyul 2013 | Oxunub: 3584| Yadda saxlamaq:
SEVGİMİ DƏFN ETMƏRƏM...(Bu gün gözlərimdə yaman ağrı var...)

Bu gün gözlərimdə yaman ağrı var,
elə bil,yerindən çıxacaq indi...
Yenə də zillənib sənə baxışlar,
qəlbim intizarda:"Baxacaq indi..."

Günəş od ağzını açıb şir kimi,
şüalar gözümə iynətək batır...
Mən ki dəfn etmədim hələ sevgimi,
sənin "eşqin" isə səni aldadır!...

Güllər al-qırmızı,ağaclar barlı,
xoş ətir iyinə bələnib hər yan...
Könül bağçamızda bəs qışmı-qarlı,
ürək məhəbbətsiz qalarmış üryan!...

Bu gün gözlərimdə yaman ağrı var,
ürəyim boğulur havasız kimi...
Qəbirqazanlar da hazır durublar,
mənsə dəfn etmərəm öz ilk sevgimi!...
04.05.77.Ağdaş

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 109)
Əsəri oxuyanlar (585)
  Oxşar misralar:
  • Dəfn karvani
  • AĞRILARIM...
  • GÖZLƏRİMƏ YAŞ DOLUR...(KİÇİK ESSE)
  • AĞRI YAMANDI,YAMAN...
  • AĞRI VAR ÜRƏYİMDƏ...

  •   Resenziyalar (42)  
    Yazdı: Dunyamin: 9 İyul 2013 10:32
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    O sevgi hər zaman ona layiq olan bir yerdə yaşayır və həmişə də yaşayacaq: ÜRƏYİMDƏ VƏ NƏĞMƏLƏRİMDƏ-ŞEİRLƏRİMDƏ....
    Yazdı: Neriman Nerimanli: 9 İyul 2013 11:14
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Salam! Niyə bu qədər bədbin və nisgilli? Qəbirqazanları buraxın getsinlər, qardaşım, hələ onlar gələnə kimi illərin sevgi şerləri gözləyir yollarınızı...
    Yazdı: Dunyamin: 9 İyul 2013 12:27
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: Neriman Nerimanli
    Salam! Niyə bu qədər bədbin və nisgilli? Qəbirqazanları buraxın getsinlər, qardaşım, hələ onlar gələnə kimi illərin sevgi şerləri gözləyir yollarınızı...

    SALAM,QARDAŞIM NƏRİMAN!...O vaxtlar məndə hərdən belə hallar olub...
    Amma indi Allaha çox bağlıyam və belə qəmli duyğulardan qaçıram!...
    ÇOX SAĞ OL!....
    MÜBARƏK RAMAZANINI DA TƏBRİK EDİRƏM!!!
    Yazdı: Polat Alemdar: 9 İyul 2013 13:22
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Sitat: Dunyamin
    Bu gün gözlərimdə yaman ağrı var,
    ürəyim boğulur havasız kimi...
    Qəbirqazanlar da hazır durublar,
    mənsə dəfn etmərəm öz ilk sevgimi!...

    Sitat: Neriman Nerimanli
    Salam! Niyə bu qədər bədbin və nisgilli? Qəbirqazanları buraxın getsinlər, qardaşım, hələ onlar gələnə kimi illərin sevgi şerləri gözləyir yollarınızı...

    Əzizim Dünyamin müəllim Nəriman müəllim düz deyir və onunla razılaşmaq lazımdır. Hər şeyi bilən bir UCA ALLAHIMIZDIR, O nə vaxt ol desə olacaq olmalıdır. NƏ isə, özünüz hər şeyi lap əla bilirsiniz. Bu misralarınıza da nəndən əla. Sizə uğurlar və XEYİRLİ RAMAZAN GÜNLƏRİ DİLƏYİRƏM!!!!

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Dunyamin: 9 İyul 2013 14:21
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: Polat Alemdar

    ÇOX SAĞ OL,QARDAŞIM POLAD!...HƏR ŞEY ÜÇÜN ÇOX SAĞ OL!...
    SƏNİN DƏ BU MÜBARƏK RAMAZANIN MÜBARƏK OLSUN!...

    QARDAŞIM,DATA KART ÇOX PİS GÜNDƏ OLDUĞU ÜÇÜN İNTERNETİM PİS İŞLƏYİR...BAYAQDAN ÇALIŞIRAM Kİ,SİZLƏRƏ CAVAB YAZAM...ANCAQ ALINMIR....
    DEYƏSƏN,BU,ALINDI...
    Yazdı: SEMKA: 9 İyul 2013 18:55
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 73
    Resenziyalar: 1131
    Status: Şair
     
    Güllər al-qırmızı,ağaclar barlı,
    xoş ətir iyinə bələnib hər yan...
    Könül bağçamızda bəs qışmı-qarlı,
    ürək məhəbbətsiz qalarmış üryan!...

    GƏLƏRKƏN SAYTA QARŞIMA GÖZƏL BİR ŞEİR ÇIXDI... DEDİM Kİ GÖRƏSƏN BU GÖZƏL ŞEİRİ KİM YAZIB..ÜRƏYİMDƏN BİR SƏS GƏLDİ Kİ BUNU DÜNYAMİN MÜƏLLİM YAZIB...ÇOX GÖZƏL...ƏLLƏRİNİZƏ SAĞLIQ!!!!

    --------------------
    Sevinc Məmməd
    Yazdı: Dunyamin: 9 İyul 2013 19:24
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: SEMKA

    Güllər al-qırmızı,ağaclar barlı,
    xoş ətir iyinə bələnib hər yan...
    Könül bağçamızda bəs qışmı-qarlı,
    ürək məhəbbətsiz qalarmış üryan!...

    GƏLƏRKƏN SAYTA QARŞIMA GÖZƏL BİR ŞEİR ÇIXDI... DEDİM Kİ GÖRƏSƏN BU GÖZƏL ŞEİRİ KİM YAZIB..ÜRƏYİMDƏN BİR SƏS GƏLDİ Kİ BUNU DÜNYAMİN MÜƏLLİM YAZIB...ÇOX GÖZƏL...ƏLLƏRİNİZƏ SAĞLIQ!!!!

    SEVİNC QIZIMA BELƏ XOŞ SÖZLƏRİ ÜÇÜN ÜRƏKDƏN TƏŞƏKKÜR EDİRƏM...HƏMİŞƏ GÖZƏL GÜNLƏRDƏ OLASAN,QIZIM!...
    Yazdı: Dunyamin: 10 İyul 2013 01:27
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    ÖMRÜMÜZÜN SULTAN AYI....

    Bir eyləyib, var eyləyib hər zaman
    Qəlbimizdə qışı –yayı Ramazan!
    Məhəbbətin –gözəlliyin rəmzidir,
    İlahinin bizə payı Ramazan!

    Aşıb –daşıb bərəkəti –çay olub,
    Qəlbi sınıq insanlara pay olub.
    Həzin –həzin səda olub, hay olub,
    Ömrümüzün sultan ayı Ramazan!

    İlahiyə yetəcəkdir duası,
    Siləcəkdir hər könüldən o, pası.
    Min bir rəngin naxışıdır libası,
    Milyonların toy –bayramı Ramazan!

    Qoy gül açsın naxışları adında,
    Coşsun nuru ürəyinin odunda.
    Bu ümmətin qoy çıxmasın yadından,
    Qoy çalınsın ömür toyu –Ramazan!

    Demə, Səni unutmuşuq, İlahi,
    Könlümüzdə söz tutmuşuq, İlahi.
    Dərgahına üz tutmuşuq, İlahi,
    Qoy var olsun ömür boyu Ramazan!

    09.11.2003 Ağdaş
    Yazdı: Polat Alemdar: 10 İyul 2013 08:01
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Sitat: Dunyamin
    Demə, Səni unutmuşuq, İlahi,
    Könlümüzdə söz tutmuşuq, İlahi.
    Dərgahına üz tutmuşuq, İlahi,
    Qoy var olsun ömür boyu Ramazan!

    Ey ulu, ey əzəmətli, ey bağışlayan, ey rəhm edən, Sən böyük Allahsan. Elə Allah ki, Ona bənzər yoxdur, eşidən və görəndir. Bu Ramazan ayı, Sənin bütün başqa aylardan böyük və hörmət etdiyin, şərəfli edib, üstün tutduğun bir aydır. Elə bir ay ki, onda oruc tutmağı mənə vacib etmisən. Və o, insanların hidayəti üçün Quranı və haqqı batildən ayıran, doğru yola yönəldən açıq-aşkar dəlilləri nazil etdiyin Ramazan ayıdır və o Ramazan ayında Qədr gecəsini qərar verib, o gecəni min aydan xeyirli etdin. Ey minnət sahibi, Sənə minnət göstərilməz. Mənə, minnət göstərilən bəndələrinin dəstəsində əzabdan azad etməklə minnət qoy və məni Cənnətə daxil et, ey mərhəmətlilərin daha mərhəmətlisi!

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Dunyamin: 10 İyul 2013 09:45
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: Polat Alemdar
    Sitat: Dunyamin
    Demə, Səni unutmuşuq, İlahi,
    Könlümüzdə söz tutmuşuq, İlahi.
    Dərgahına üz tutmuşuq, İlahi,
    Qoy var olsun ömür boyu Ramazan!

    Ey ulu, ey əzəmətli, ey bağışlayan, ey rəhm edən, Sən böyük Allahsan. Elə Allah ki, Ona bənzər yoxdur, eşidən və görəndir. Bu Ramazan ayı, Sənin bütün başqa aylardan böyük və hörmət etdiyin, şərəfli edib, üstün tutduğun bir aydır. Elə bir ay ki, onda oruc tutmağı mənə vacib etmisən. Və o, insanların hidayəti üçün Quranı və haqqı batildən ayıran, doğru yola yönəldən açıq-aşkar dəlilləri nazil etdiyin Ramazan ayıdır və o Ramazan ayında Qədr gecəsini qərar verib, o gecəni min aydan xeyirli etdin. Ey minnət sahibi, Sənə minnət göstərilməz. Mənə, minnət göstərilən bəndələrinin dəstəsində əzabdan azad etməklə minnət qoy və məni Cənnətə daxil et, ey mərhəmətlilərin daha mərhəmətlisi!

    ASSALAMUM ALEYKUM,ƏZİZ QARDAŞIM POLAD!....
    SƏNİN YAZDIĞIN VƏ İNSANIN VARLIĞINI TİTRƏDƏN BU MÖHTƏŞƏM SÖZLƏRƏ MƏN DƏ ÜRƏKDƏN "AMİN!!!" DEYİRƏM....
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    YAD OLDUNMU,QONŞU QIZI?...

    Müəllif: akif musayev

    YAD OLDUNMU,QONŞU QIZI?...

    İllər keçdi,dəyişdi an,
    nağıllaşdı ötən zaman...
    Əhdin də çıxdı yadından,
    yadındamı,qonşu qızı?...

    Oxumaq
    SƏNİ KİMDƏN SORUŞUM

    Müəllif: zvezdapad

    SƏNİ KİMDƏN SORUŞUM

    Həkk olmusan yaddaşımda,
    Mən ölməmiş baş daşımda.
    Qurumusan göz yaşımda,
    Səni kimdən soruşum mən...

    Oxumaq
    BİR AHU BƏDƏNLİ,QƏLƏM QAŞLIYA

    Müəllif: ulvi amin

    BİR AHU BƏDƏNLİ,QƏLƏM QAŞLIYA

    Təbiət ruh verib,Tanrı can verib,
    Üzü mənə sarı gələn gözələ.
    Balıqtək üzməyə bir ümman verib,
    Mənim hər dərdimi bilən gözələ.

    Oxumaq
    İNAM...(Balaca dodaqların açılar qönçə-qönçə ...)

    Müəllif: Dunyamin

    İNAM...(Balaca dodaqların açılar qönçə-qönçə ...)

    Bir dinlə ürəyimi,
    səni səslər,əzizim!...
    Ömrümdə yeganəm ol,
    mənim ol,canım-gözüm!...

    Oxumaq
    BİLİM Kİ...

    Müəllif: Saxavat

    BİLİM Kİ...

    O bəndən, mən bəndən, biz qul, Sən ağa,
    Düşmüşəm eşqindən onun yatağa...
    Ya öldür, ya qaldır, məni ayağa...
    Bilim ki, gedirəm vüsala doğru.

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Avqust 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     
    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics