misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

QAZ KİMİ FISILDAMA!

Müəllif: Saxavat | 7 İyul 2013 | Oxunub: 2161| Yadda saxlamaq:
Dırmaşmısan yüxarı,
Bir həyan olsun, barı...
Özün kimi murdarı
Hələ görən olmayib.

Yaltaq kimi tanındın,
Guya ki, sən qanandın?..
Neçə dəfə qınandın,
Təmiz mərən olmayıb...

Məlumdu kürənliyin,
Çox yerə girənliyin...
Paymaldır görənliyin,
...Səni dərən olmayib.

Nimtənədir yazdığın,
Görünür nasazlığın,
Uzunboyun qazlığın...
Qaz kimi fısıldama,
“Misra”da qısıl dama...
Sanma şeirlərində
“Bitin, birən” olmayıb...

Müəllif: Səxavət QAFARLI.

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 3)
Əsəri oxuyanlar (449)
  Oxşar misralar:
  • GİZLİN-GİZLİN ALIŞMIŞAM...
  • QORXDUM...(közümü görən olmayıb!...)
  • GİZLİN-GİZLİN ALIŞMIŞAM...(közümü görən olmayıb!...)
  • NƏĞMƏLƏR COŞANDA...(Gizlin-gizlin alışmışam...)
  • OLMAYIB...(Rafiq Mirzə)


  •   Resenziyalar (11)  
    Yazdı: maharramzada: 8 İyul 2013 00:27
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 172
    Resenziyalar: 2114
    Status: Şair
     
    Ömrün eyləyir qürub,
    Həyat, tələni qurub.
    Görünür səni vurub,
    Yerə sərən olmayıb.

    Alaq otusan bitən,
    Sənə yaddır bu Vətən.
    Dağını demirəm mən,
    Heç dərən də olmayıb.
    Yazdı: Saxavat: 8 İyul 2013 00:54
     
    Yaşayır: --
    Əsərlərin sayı: 896
    Resenziyalar: 3083
    Status: Şair
     
    Salamlar olsun şair qardaşım Məhərrəmə!

    Ömür qürub etməyib,
    Çoxun yorub, etməyib.
    Vallah, görüb, etməyib,
    Palaz sərən olmayıb.

    Məhərrəm, nə yazıbsan,
    Mövzudanmı azıbsan?..
    Bəlkə, fikri kasıbsan,
    Boş-boş hürən olmayıb?


    Bil, hürəndən yazmışam,
    Çəp görəndən yazmışam.
    Mən Arazda azmışam,
    Guya, bərən olmayıb?


    Özün bənzədir dağa,
    Çoxdan dönüb yaltağa...
    Başın soxub pambığa,
    Dalın görən olmayıb?
    Yazdı: Polat Alemdar: 8 İyul 2013 11:24
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Yurdlar var xaraba, ev var tamaşa,
    İnsan da rəng kimi, löyün-löyündü.
    “Baş üstə”, “bəli” lər çəkilir başa,
    Hər yerdə yaltağın bəxti yeyindi.

    Kim deyir qoç olmaz yetim quzudan,
    Kim deyir çaqqalar gödən dağıtmır.
    Yaxşılar uduzan, yamanlar udan,
    Nədəndir, bu bölgü könlümə yatmır.

    Qan-qada havayı, ölüm havayı,
    Əl edib ayrılır bu ötən illər.
    Ayazda, şaxtada yaşadıq yayı,
    Nələri görmədi bizim nəsillər.

    .

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Neriman Nerimanli: 8 İyul 2013 11:41
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Görən Səxavət müəllim bu dəfə kimi belə dibindən baltalayıb)))
    Bu səhər əhvalıma bir rəng qatdı bu yumoristik şeriniz, qardaşım, sağ olun!
    Yazdı: Saxavat: 9 İyul 2013 20:21
     
    Yaşayır: --
    Əsərlərin sayı: 896
    Resenziyalar: 3083
    Status: Şair
     
    Sağ ol dostlarım, şair qardaşlarım Polat bəy Ələmdar və Nəriman bəy Nərimanli!

    Allah sizi VAR eləsin,
    Gözəllərə YAR eləsin.


    Minnətdaram əzizlərim.
    Yazdı: SEMKA: 9 İyul 2013 20:35
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 73
    Resenziyalar: 1131
    Status: Şair
     
    Ahahaha wink .. inanın ki bu şeir ehvalımı çox yükseltdi.. Çox saqolun yazdıqınız üçün..

    --------------------
    Sevinc Məmməd
    Yazdı: Polat Alemdar: 9 İyul 2013 20:38
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Sitat: Saxavat
    Sağ ol dostlarım, şair qardaşlarım Polat bəy Ələmdar və Nəriman bəy Nərimanli!

    Dəyərli dostum Səxavət bəy mübarək Ramaznın gəlişi münasibətilə təbrik edirəm.Allahım imanınızı kamil etsin, evinizi və süfrənizi Ramazan bərəkəti ilə coşdursun!!!

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Shemsi: 9 İyul 2013 22:40
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 108
    Resenziyalar: 997
    Status: Şair-Redaktor
     
    Axşamın xeyri, qağa! yenə nədir, sarı simə dönübsən? yenə səni kim təbdən çıxarıb? Hər halda o kimdirsə ona bir sağ ol düşür ki, belə bir gözəl şeirin yazılmasına səbəb olub, özünün yaramazlığı ilə....

    --------------------
    Məni məndən soruşanlar bilirmi,
    Həm uşağam, həm cavanam, həm qoca.
    Baş yaşıma, yaş başıma tən deyil,
    Həm dərvişəm, həm bəzirgan, həm xoca!
    Yazdı: Saxavat: 10 İyul 2013 19:42
     
    Yaşayır: --
    Əsərlərin sayı: 896
    Resenziyalar: 3083
    Status: Şair
     
    Sağ ol SEMKA.VAR OL! ALLAH SƏNİ XOŞBƏXT ELƏSİN. Minnətdaram.

    Dostum və şair qardaşım Şəmsi bəy Qocaya ATƏŞİN SALAMLAR!
    Əzizim sənin səsivi eşidib üzüvü görmək mənımçün cənnətə bərabərdir.
    Səni bağrıma basıb öpürəm və deyirəm: Qardaşım, Rəbbimiz səni bütün
    xəta və bəlalardan hifz eləsin! SAĞ OL CANIM, VAR OL!
    Yazdı: sahin.yusifov: 4 Sentyabr 2014 20:48
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    Ömür qürub etməyib,
    Çoxun yorub, etməyib.
    Vallah, görüb, etməyib,
    Palaz sərən olmayıb.

    Məhərrəm, nə yazıbsan,
    Mövzudanmı azıbsan?..
    Bəlkə, fikri kasıbsan,
    Boş-boş hürən olmayıb?
    bəyəndim uğurlar
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    DEYİRLƏR Kİ....

    Müəllif: Dunyamin

    DEYİRLƏR Kİ....

    Deyirlər ki,həyatından keç indi,
    səni sevən olacaqmı heç indi!....
    Ömür elə belə gəlib-keçəndi,
    onu sənlə mən bölərəm,əzizim,
    bir gün sənə rast gələrəm,əzizim!...

    Oxumaq
    BƏXTİ QARA QADIN

    Müəllif: bayrami

    BƏXTİ QARA QADIN

    Dünya yükü belində,
    Acı fəryad dilində,
    Qaldı zalım əlində
    Bu manqurtlar elində!

    Oxumaq
    O X U  --- Tahir HEYDƏRLİ

    Müəllif: Saxavat

    O X U --- Tahir HEYDƏRLİ

    Həsrət dolayında azmışam, gülüm,
    Hər dərdə əzaba dözmüşəm, gülüm,
    Adını qəlbimə yazmışam, gülüm,
    İstəsən vərəqlə, sinəmdən oxu!

    Oxumaq
    Sevgi mənə nə verəcək...

    Müəllif: Movlud Aqammed

    Sevgi mənə nə verəcək...

    Sevgi mənə nə verəcək,dərdi-sər,
    Sınıq ürək,ah,göz yaşı,bir də qəm.
    Baxıb aləm bu halıma güləcək,
    Məcnun çəkən sitəmləri çəkəcəm.

    Oxumaq
    G Ü L M Ə D İ M   ---   { Münsərih }  ---   Dəstəgül ZAMANLI

    Müəllif: Saxavat

    G Ü L M Ə D İ M --- { Münsərih } --- Dəstəgül ZAMANLI

    Dəstəgüləm gül kimi, yandı canım çöl kimi,
    Qaldı közüm kül kimi, söndü ocaq gülmədim.

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Fevral 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics