misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

SƏRÇƏ ALINDI HƏBSƏ --- Əkrəm QAFAROV --- "GÖY QURŞAĞI" ədəbi məclisi TƏQDİM EDİR

Müəllif: Saxavat | 6 İyul 2013 | Oxunub: 2416| Yadda saxlamaq:
Cücə yeyən saxsağan
Bir gün haray qopardı
Ehey, dedi: - qoymayın
Sərcə cücə apardı...
Saxsağanın səsinə
Qarıldaşdı qarğalar,
Bir yerə cəmləşdilər
Orda-burda nə ki, var...
Axtararaq tapdılar
Yuvasında sərçəni,
Qarğa hirslənib dedi:-
Daşıyırsan cücəni.
Düzdür, düzdür deyərək
Hamı verdi səs-səsə,
Saxsağan azad gəzdi,
Sərçə alındi həbsə.

Müəllif: Əkrəm QAFAROV,
“GÖY QURŞAĞI”
ədəbi məclisinin üzvü.

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 2)
Əsəri oxuyanlar (447)
  Oxşar misralar:
  • QALİB SƏRÇƏ
  • S İ N E M A ----"GÖY QURŞAĞI" ədəbi məclisi TƏQDİM EDİR
  • S Ə N S I Z --- Sərmayə MUSAYEVA --- "GÖY QURŞAĞI" ədəbi məcl ...
  • O DÜNYADA GÖRÜŞƏRİK-----"GÖY QURŞAĞI" ədəbı məclisi TƏQD ...
  • NİGAR DİLƏNİR-------"GÖY QURŞAĞI" ədəbi məclisi TƏQDİM EDİR


  •   Resenziyalar (11)  
    Yazdı: Polat Alemdar: 6 İyul 2013 22:43
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Axşamınız xeyir dəyərli dostum Səxavət bəy bu gözəl və gündlik həyatda üzləşdiyimiz həqiqətləri əks etdirən misralara görə Sizə və müəllifə təşəkkürümü bildirirəm, ƏLA yazılıb.Əllərinizə və canınıza sağlıq.Yaradıcılığınızda Uca Yaradanımdan uğurlar diləyirəm.

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: maharramzada: 7 İyul 2013 00:05
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 172
    Resenziyalar: 2114
    Status: Şair
     
    Maraqlı və aktual bir mövzuya toxunub həmkarımız. Paylaşdığınız üçün sağ olun.
    Həyatda belə hadisələr olur.
    Yazdı: Saxavat: 7 İyul 2013 05:49
     
    Yaşayır: --
    Əsərlərin sayı: 896
    Resenziyalar: 3083
    Status: Şair
     
    Sağ ol Polat Ələmdar!
    Sağ ol Məhərrəmzadə! VAR OLUN!
    TƏŞƏKKÜRLƏR!
    Yazdı: Dunyamin: 7 İyul 2013 10:54
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Yaxşı təmsildir...Müəllifə uğurlar arzulayıram...Yeni əsərlərini yenə də burada görməyə ümid edirəm!...
    Yazdı: bayrami: 7 İyul 2013 11:08
     
    Yaşayır: --
    Əsərlərin sayı: 665
    Resenziyalar: 2262
    Status: Şair
     
    Hə, Ezop dili ilə yazmağın əsl vaxtıdır. Mühit yazara "SUS" deyə diktə edirsə, təmsil janrı kara gəlir.
    Səxavət, "Göy qurşağı"nda təzə imza görünür? İlk qələm məhsuludur? Mübarək olsun! Kitabını görək, inşəAllah!
    Uğur olsun!
    Yazdı: Saxavat: 7 İyul 2013 19:22
     
    Yaşayır: --
    Əsərlərin sayı: 896
    Resenziyalar: 3083
    Status: Şair
     
    Sağ ol Dünyamin!

    Salamlar olsun Kərbəlayi Allahverdı müəllim Bayramiyə!
    Əzizim, bu seyyid, Xıl kəndindəndir, gündəlik bizimlədir, təmsilləri vaxtilə "ÇAĞIRIŞ" qəızetində dərc olunub. İndi də yazır. Çox fanatik dindardı...


    Sağ ol, Əzizim, minnətdaram. İNŞƏALLAH.
    Yazdı: Neriman Nerimanli: 8 İyul 2013 15:35
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Gözəl təmsildir, çox bəyəndim! Əkrəm müəllimin əllərinə sağlıq!
    Səxavət müəllim, çox sağ olun!
    Yazdı: Saxavat: 9 İyul 2013 20:10
     
    Yaşayır: --
    Əsərlərin sayı: 896
    Resenziyalar: 3083
    Status: Şair
     
    Əziz dostum və şair qardaşım Nəriman bəy Nərimanlıya eşq olsun. SAĞ OL ƏZİZİM! MİNNƏTDARAM.
    Yazdı: Neriman Nerimanli: 10 İyul 2013 11:39
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Saxavat,
    Sizlər sağ olun, Səxavət müəllim!
    Vaxtınız olanda Xanəli müəllimin "Etməmişəm siftə hələ" şerinə qarşılıq olaraq yazdığım "Bağlanmayıb cəftə hələ" şerinə baxın, bəyənəcəksinizmi?
    Yazdı: Saxavat: 23 İyul 2013 22:42
     
    Yaşayır: --
    Əsərlərin sayı: 896
    Resenziyalar: 3083
    Status: Şair
     
    Qardaşım Nəriman bəy Nərimanlı, sən ədəbi məclisimizin üzvü olduğun üçün Sənin də hər bir şeirini məclis üzvlərinə təqdim edirəm. Nəinki Xanəliyə, hətta Sülhiyyə xanıma da yazdıqların təqdim olunub, amma arada məclisdə görün, uşaqlar səni çox istəyir. ÖPDÜM. S. QAFARLI.
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    YOXDU

    Müəllif: Neriman Nerimanli

    YOXDU

    Mənə can deyənlər çor deyir artıq,
    Miskinə, nadana yar deyir artıq,
    Bülbülün spzünü sar deyir artıq
    Halal çörəyimin duzu ki, yoxdu.

    Oxumaq
    ÖMRÜN HAQQ YOLU...(Əlimyetməz xəyalının əlləri...)

    Müəllif: Dunyamin

    ÖMRÜN HAQQ YOLU...(Əlimyetməz xəyalının əlləri...)

    Məhəbbətin lap gözündən içmişəm,
    Nə şirindir bu dünyada istəyim.
    Bu dünyanın hər şeyindən keçmişəm,
    Qoy Tanrıdan öz yarımı istəyim!

    Oxumaq
    DÜNYANIN SONUNA AZ QALIB DAHA

    Müəllif: Neriman Nerimanli

    DÜNYANIN SONUNA AZ QALIB DAHA

    Heç giley etməzdim bəxtimdən qabaq,
    Getdi tac əlimdən, taxtımdan qabaq.
    Allah, öldür məni vaxtımdan qabaq
    Dünyanın sonuna az qalıb daha.

    Oxumaq
    Axtariram

    Müəllif: sefer

    Axtariram

    Dünəndən inciyib bu gündən küsüb
    Sabaha, ümidə iz axtarıram
    Dünyanın düzündən əlimi üzüb
    Dağımı düzməyə söz axtarıram

    Oxumaq
    Danışdım...

    Müəllif: Movlud Aqammed

    Danışdım...

    Mən ömrümü lal keçirdim, bu illər
    Sükut içrə...ürəyimlə danışdım.
    Qaldım xəyal aləmində tək-tənha,
    Mənə həyan gərəyimlə danışdım.

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Fevral 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics