misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

USTADNAMƏ

Müəllif: Neriman Nerimanli | 6 İyul 2013 | Oxunub: 2073| Yadda saxlamaq:
Hər dostam deyənə ülfət eyləmə,
Hər gözəli sevib afət eyləmə,
Qaraçı qızını külfət eyləmə
Qızıldan don geyə, dilənəsidir.

Çoxüzlülər əyilərlər, əyərlər,
Ulaqdan qorxanlar palan döyərlər.
Xoş gündə çoxları can-can deyərlər
Kişilik dar gündə bilinəsidir.

Namərdi özünə eyləsən dayaq,
Bir gözün yatsa da, birin et oyaq.
Qardaş deyə-deyə vurar badalaq,
Mərd elə-obaya söykənəsidir.

Dəyanət ölməzdir, şah ol, ya da qul,
Mənliyi eyləmə ayaqlarda çul.
Namuslu atadan öc alan oğul
Kişi qeyrətinə bələnəsidir.

Nəriman sözünü söyləyər üzə,
Bu dünya göl deyil, hər gələn üzə.
Ömür səfərinə- coşqun dənizə
Çıxanlar idraka güvənəsidir.

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 7)
Əsəri oxuyanlar (410)
  Oxşar misralar:
  • Qəm eyləmə...
  • HƏR DUYĞUDAN O, GÜCLÜ ...(Müəllif: R. Həsənov)
  • Möhtac eyləmə
  • PEŞMAN EYLƏMƏ
  • Dünya malı sənin mənim deyi lki 287


  •   Resenziyalar (10)  
    Yazdı: Dunyamin: 6 İyul 2013 13:48
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Bu şeirin də gözəl alınıb...Aşağıdakı misraları isə daha çox bəyəndim:
    Çox üzlülər əyilərlər, əyərlər,
    Ulaqdan qorxanlar palan döyərlər.
    Xoş gündə çoxları can-can deyərlər
    Kişilik dar gündə bilinəsidir....
    Yazdı: Neriman Nerimanli: 6 İyul 2013 14:02
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Salam, Dünyamin müəllim, çox sağ olun rəyiniz üçün, qardaşım!
    Yazdı: maharramzada: 6 İyul 2013 14:36
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 172
    Resenziyalar: 2114
    Status: Şair
     
    Sənin fikirlərinlə tam şərikəm əzizim. Çünki bütün bunların canlı şahidiyəm. Bu fikirləri bədii şəkildə, ustalıqla qələmə aldığın üçün sağ ol. Məndən əla.
    Yazdı: Neriman Nerimanli: 6 İyul 2013 15:08
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    maharramzada,
    Həmişə əla günlərdə, əziz qardaş, çox sağ olun, Allah razı olsun!
    Yazdı: Polat Alemdar: 6 İyul 2013 18:58
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Sitat: Neriman Nerimanli
    Dəyanət ölməzdir, şah ol, ya da qul,
    Hər dostam deyənə ülfət eyləmə,
    Hər gözəli sevib afət eyləmə,
    Qaraçı qızını külfət eyləmə
    Qızıldan don geyə, dilənəsidir.


    Assalamun aleykum dəyərli dostum Nəriman müəllim.Bu gözəl misralarınıza məndən ƏLA! Əllərinizə və canınıza sağlıq!

    Hər üzə gülənə dost demək olmaz,
    Dost ilə düşməni tanımaz qanmaz,
    Əsl dostu olan dar gündə yanmaz .
    Dost dediyin dağ vüqarlı gardaşındır!

    Dost dediyin dar gününün sərvətidir,
    Həyatının hər anının bəzəyidir.
    Şirin sözün,can yoldaşın, sirdaşındır,
    Dost dediyin dağ vüqarlı gardaşındır!

    Naxçıvan, 2013

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Saxavat: 6 İyul 2013 21:01
     
    Yaşayır: --
    Əsərlərin sayı: 896
    Resenziyalar: 3083
    Status: Şair
     
    Ay Nəriman, Güya QARAÇI QİZI sənə gələr ki... Onlar dilənsə də DUBAYPƏRƏST OLMURLAR axı, ƏZİZİM!

    Şeirinisə bəyəndim.
    Yazdı: Neriman Nerimanli: 8 İyul 2013 11:26
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Polat Alemdar,
    Çox təşəkkür edirəm, qardaşım, Allah razı olsun!

    Saxavat,
    Əslində elədir, Səxavət müəllim, Sizinlə razıyam. Şadam ki, bəyəndiniz, çox sağ olun!
    Yazdı: ulvi amin: 27 Avqust 2013 22:25
     
    Yaşayır: ismayilli
    Əsərlərin sayı: 253
    Resenziyalar: 901
    Status: Şair
     
    Çoxüzlülər əyilərlər, əyərlər,
    Ulaqdan qorxanlar palan döyərlər.
    Xoş gündə çoxları can-can deyərlər
    Kişilik dar gündə bilinəsidir.

    BU GÖZƏL ŞEİRİNİZİ YÜKSƏK DƏYƏRLƏNDİRİRƏM.
    Yazdı: sahin.yusifov: 13 Avqust 2014 02:52
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    Hər dostam deyənə ülfət eyləmə,
    Hər gözəli sevib afət eyləmə,
    Qaraçı qızını külfət eyləmə
    Qızıldan don geyə, dilənəsidir.

    BU GÖZƏL ŞEİRİNİZİ YÜKSƏK DƏYƏRLƏNDİRİRƏM
    Yazdı: sahin.yusifov: 18 Yanvar 2015 21:40
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    Hər dostam deyənə ülfət eyləmə,
    Hər gözəli sevib afət eyləmə,
    Qaraçı qızını külfət eyləmə
    Qızıldan don geyə, dilənəsidir.

    Çoxüzlülər əyilərlər, əyərlər,
    Ulaqdan qorxanlar palan döyərlər.
    Xoş gündə çoxları can-can deyərlər
    Kişilik dar gündə bilinəsidir.

    GÖZƏL VƏ AXICILI BİR USTADNAMƏ OXUDUM YAZANA ƏHSƏN
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    ÇƏTİN QOVUŞAQ   ---   Dəstəgül ZAMANLI

    Müəllif: Saxavat

    ÇƏTİN QOVUŞAQ --- Dəstəgül ZAMANLI

    Bəhrəsi sovrulan bağçayıq, bağıq,
    Budaqdan üzülən qoşa yarpağıq,
    Bir dünya kədərə, qəmə ortağıq,
    Həsrət qismətimiz, çətin qovuşaq.

    Oxumaq
    BİR AHU BƏDƏNLİ,QƏLƏM QAŞLIYA

    Müəllif: ulvi amin

    BİR AHU BƏDƏNLİ,QƏLƏM QAŞLIYA

    Təbiət ruh verib,Tanrı can verib,
    Üzü mənə sarı gələn gözələ.
    Balıqtək üzməyə bir ümman verib,
    Mənim hər dərdimi bilən gözələ.

    Oxumaq
    Fani həyat

    Müəllif: Ruslan Zeynalli

    Fani həyat

    Deyirlər fanidir bu dərdli həyat
    Fanidir yaşamaq nəyimə gərək.
    Qəmlidi qüssəli dərdlidi həyat
    Bu qüssəni çəkmək nəyimə gərək.

    Oxumaq
    MƏNİ TƏRK ELƏMƏ ALLAH EŞQİNƏ

    Müəllif: ulvi amin

    MƏNİ TƏRK ELƏMƏ ALLAH EŞQİNƏ

    Gözümdən tökülür yaş aram-aram,
    Çalışdım həsrəti ayıram,qıram,
    Qarşında diz çöküb mən yalvarıram,
    Məni tərk eləmə Allah eşqinə.

    Oxumaq
    Hələ çətinliklə darda yaşadım

    Müəllif: sahin.yusifov

    Hələ çətinliklə darda yaşadım

    Oxuyaraq diqqət edin sözümə
    Ötən illər gəldi getdi gözümə
    İnana bilmədim özüm özümə
    Bu qədər illəri harda yaşadım
    Hələ çətinliklə darda yaşadım

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Fevral 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics