misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

İNAM...(Balaca dodaqların açılar qönçə-qönçə ...)

Müəllif: Dunyamin | 1 İyul 2013 | Oxunub: 2730| Yadda saxlamaq:
İNAM...(Balaca dodaqların açılar qönçə-qönçə ...)

Balaca dodaqların,
açılar qönçə-qönçə...
"Səni sevirəm!..."-deyə,
dinərsən incə-incə...

Vurğun baxışlarımdan,
yanaqların al olar...
Gülərsən şirin-şirin,
gülüşün də bal olar!...

Görüşünə qoy qaçım,
yadıma sən düşüncə...
Yox olsun ömrümüzdən,
fikr,xəyal,düşüncə!...

Bir dinlə ürəyimi,
səni səslər,əzizim!...
Ömrümdə yeganəm ol,
mənim ol,canım-gözüm!...

Səadətdir-ömrümün
sənli keçən hər anı!...
Bu dünyadan bezmişəm,
gəl,dəyişdir dünyanı!...

Sənsiz keçən günümdə
gülməyə qoyma məni!...
Sənsizləsəm-ölərəm,
ölməyə qoyma məni!...

Uzaq qov şübhələri,
birlikdəyik-qoşayıq...
Gəl,əzizim,bu ömrü
biz birlikdə yaşayaq!...
13.02.86.Bakı.Dərnəgül qəsəbəsi

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 123)
Əsəri oxuyanlar (488)
  Oxşar misralar:
  • GÜL OLDU GƏNCLİYİMİZ...
  • Bayrami "Qönçə yarım"
  • DODAQLAR QÖNÇƏ OLDU...
  • SƏN EŞQİMSƏN...(Süzüb keçdin gülə-gülə...)
  • MƏNƏ ŞƏKİL BAĞIŞLADIN...


  •   Resenziyalar (35)  
    Yazdı: Dunyamin: 1 İyul 2013 10:16
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Bir işığa bənzəyər,
    yox eyləyər zülməti...
    İNSANI GÜCLÜ EYLƏR,
    İNAMI-MƏHƏBBƏTİ!...
    Yazdı: Neriman Nerimanli: 1 İyul 2013 10:49
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Vurğun baxışlarımdan,
    yanaqların al olar...
    Gülərsən şirin-şirin,
    gülüşün də bal olar!...

    Səadətdir-ömrümün
    sənli keçən hər anı!...
    Bu dünyadan bezmişəm,
    gəl,dəyişdir dünyanı!...

    Salam, Dünyamin müəllim, dünyanızı dəyişdirə biləcək bir sevgi daima Sizinlə olsun!
    Yazdı: Dunyamin: 1 İyul 2013 11:21
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: Neriman Nerimanli

    Vurğun baxışlarımdan,
    yanaqların al olar...
    Gülərsən şirin-şirin,
    gülüşün də bal olar!...

    Səadətdir-ömrümün
    sənli keçən hər anı!...
    Bu dünyadan bezmişəm,
    gəl,dəyişdir dünyanı!...

    Salam, Dünyamin müəllim, dünyanızı dəyişdirə biləcək bir sevgi daima Sizinlə olsun!

    SALAM,ƏZİZ ŞAİR QARDAŞIM NƏRİMAN...SABAHLARIN HƏMİŞƏ XEYİRLİYƏ AÇILSIN!...BU SABAH İLK MƏNƏVİ STİMULUM SƏNDƏN GƏLDİ...ÇOX SAĞ OL,QARDAŞIM!...
    Yazdı: Polat Alemdar: 1 İyul 2013 17:03
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Sitat: Dunyamin
    Bir işığa bənzəyər,
    yox eyləyər zülməti...
    İNSANI GÜCLÜ EYLƏR,
    İNAMI-MƏHƏBBƏTİ!...


    ƏzizimDünyqamin müəllim, bu misralarınıza da MƏNDƏN ƏLA.Paylaşdığınız üçün təşəkkürlər.Allahımdan yaradıcılığınızda uğurlar diləyirəm.

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Dunyamin: 1 İyul 2013 17:59
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: Polat Alemdar

    Sitat: Dunyamin
    Bir işığa bənzəyər,
    yox eyləyər zülməti...
    İNSANI GÜCLÜ EYLƏR,
    İNAMI-MƏHƏBBƏTİ!...

    Əzizim Dünyamin müəllim, bu misralarınıza da MƏNDƏN ƏLA.Paylaşdığınız üçün təşəkkürlər.Allahımdan yaradıcılığınızda uğurlar diləyirəm.


    ÇOX SAĞ OL,MƏNİM ƏZİZ ŞAİR QARDAŞIM...BÜTÜN QƏLBİMLƏ MİNNƏTDARAM!....
    Yazdı: Dunyamin: 14 Noyabr 2013 20:06
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: Dunyamin
    Bir işığa bənzəyər,
    yox eyləyər zülməti...
    İNSANI GÜCLÜ EYLƏR,
    İNAMI-MƏHƏBBƏTİ!...

    KAŞ Kİ HƏMİŞƏ İNSANIN İNAMI-ÜMİDİ GÜCLÜ OLSUN!...
    Yazdı: Dunyamin: 17 Noyabr 2013 10:32
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    GECƏ KEÇİR...(Soyuq,zulmət...)

    SOYUQ,ZÜLMƏT...
    SÜKUT ALIB DÖRD YANIMI...
    ANCAQ YENƏ,
    ÜŞÜTMƏLƏR ALA BİLMİR
    HEÇ CANIMI...
    NƏDİR BU HAL!...
    KÖNLÜM DİNİR:
    "BU,NƏ SUAL!..."
    MƏN DƏ CAVAB AXTARIRAM
    ÖZ HALIMA-SUALIMA...
    GECƏ KEÇİR...
    QARANLIĞIN QOYNUNDAYAM!...
    FİKİR,XƏYAL...
    ÜRƏK DOLU NƏĞMƏLƏRLƏ,
    ŞİRİN-ŞİRİN KƏLMƏLƏRLƏ...
    BU GÜNÜMÜN
    YENƏ XOŞ BİR ANINDAYAM...
    SUALIMA BİR CAVAB VAR:
    -DOSTLARIMIN YANINDAYAM!...
    17.11.2013.Ağdaş
    Yazdı: Orik: 23 Aprel 2014 13:57
     
    Yaşayır: Bakı şəhəri
    Əsərlərin sayı: 119
    Resenziyalar: 760
    Status: Şair
     
    Balaca dodaqların,
    açılar qönçə-qönçə...
    "Səni sevirəm!..."-deyə,
    dinərsən incə-incə...

    Vurğun baxışlarımdan,
    yanaqların al olar...
    Gülərsən şirin-şirin,
    gülüşün də bal olar!...

    Görüşünə qoy qaçım,
    yadıma sən düşüncə...
    Yox olsun ömrümüzdən,
    fikr,xəyal,düşüncə!...

    Bir dinlə ürəyimi,
    səni səslər,əzizim!...
    Ömrümdə yeganəm ol,
    mənim ol,canım-gözüm!...

    Səadətdir-ömrümün
    sənli keçən hər anı!...
    Bu dünyadan bezmişəm,
    gəl,dəyişdir dünyanı!...

    Sənsiz keçən günümdə
    gülməyə qoyma məni!...
    Sənsizləsəm-ölərəm,
    ölməyə qoyma məni!...

    Uzaq qov şübhələri,
    birlikdəyik-qoşayıq...
    Gəl,əzizim,bu ömrü
    biz birlikdə yaşayaq!...




    Əziz Dünyamin əmi,bu şeiriniz də,duyğulandırıcıdır..Qələminiz daim olsun.!
    Yazdı: adal: 4 May 2014 19:09
     
    Yaşayır: --
    Əsərlərin sayı: 1548
    Resenziyalar: 18902
    Status: Şair
     
    Sitat: Dunyamin
    Bir işığa bənzəyər,
    yox eyləyər zülməti...
    İNSANI GÜCLÜ EYLƏR,
    İNAMI-MƏHƏBBƏTİ!...

    ƏLA YAZMISINIZ,ŞAİR...BU İNAMDIR BİZİ YAŞADAN....

    ÜMİD...

    Elə bilirdim,
    bir gün öləcəyəm....
    Sən də göz yaşı axıdıb,
    axtaracaqsan məni!...
    Ölümlərə gülürdüm,
    axı bilirdim,yenə
    yanına gələcəyəm!...
    Öpüb-öpüb doyunca
    bağrıma basacağam,
    yenə,yenə də səni!...

    Gəldim çox uzaqlardan,
    aradım,gülüm,səni...
    Ümidim dərya kimi...
    ancaq sən-
    daha yollara baxıb
    gözləmirsənmiş məni...
    Keçdi beləcə bir neçə həftə
    Qoydum ümidlərimə
    beləcə nöqtə!...
    04.05.14
    Yazdı: Dunyamin: 7 May 2014 06:18
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: adal
    Sitat: DunyaminBir işığa bənzəyər,yox eyləyər zülməti...İNSANI GÜCLÜ EYLƏR,İNAMI-MƏHƏBBƏTİ!...ƏLA YAZMISINIZ,ŞAİR...BU İNAMDIR BİZİ YAŞADAN....

    MİNNƏTDARAM!...
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    Səninlə mənimki qalıb Allaha...(Vaqif Məmmədov)

    Müəllif: Polat Alemdar

    Səninlə mənimki qalıb Allaha...(Vaqif Məmmədov)

    Vüsalın yazağzı şirinliyində,
    Səhərin mehində, sərinliyində,
    Narahat qəlbimin dərinliyində,
    Bir dəli ümid var nurlu sabaha,
    Səninlə mənimki qalıb Allaha...

    Oxumaq
    SƏNİ KİMDƏN SORUŞUM

    Müəllif: zvezdapad

    SƏNİ KİMDƏN SORUŞUM

    Həkk olmusan yaddaşımda,
    Mən ölməmiş baş daşımda.
    Qurumusan göz yaşımda,
    Səni kimdən soruşum mən...

    Oxumaq
    DƏRD GÜNDÜZ ÇƏKİLƏ, GECƏLƏR GƏLƏ              (dodaqdəyməz)

    Müəllif: Neriman Nerimanli

    DƏRD GÜNDÜZ ÇƏKİLƏ, GECƏLƏR GƏLƏ (dodaqdəyməz)

    Dərdi sinən üstə əkəsən gərək,
    Gözünü yoluna dikəsən gərək,
    Dərdi tənhalıqda çəkəsən gərək,
    Dərd gündüz çəkilə, gecələr gələ...

    Oxumaq
    O X U  --- Tahir HEYDƏRLİ

    Müəllif: Saxavat

    O X U --- Tahir HEYDƏRLİ

    Həsrət dolayında azmışam, gülüm,
    Hər dərdə əzaba dözmüşəm, gülüm,
    Adını qəlbimə yazmışam, gülüm,
    İstəsən vərəqlə, sinəmdən oxu!

    Oxumaq
    DÖZMÜR ÜRƏK AYRILIĞA...

    Müəllif: Dunyamin

    DÖZMÜR ÜRƏK AYRILIĞA...

    Heç kim bilməyəcək mənə nə oldu,
    kimsə duymayacaq nə idi dərdim!...
    Təkcə sən bilirsən,təbəssümünü
    əlacsız dərdimə dərman edərdim!...

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Fevral 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics