misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

Sənə olan bu sevgim

Müəllif: Mushviq | 29 İyun 2013 | Oxunub: 1943| Yadda saxlamaq:
Sənə olan bu sevgim

Düşdüm eşq qucağına,
Qalxdım eşqin dağına
Çatdı göyqurşağına,
Sənə olan bu sevgim.

Sevilmək başqa hissdi,
Sevmək qədər ləzizdi.
Mənə məndən əzizdi,
Sənə olan bu sevgim.

Aldım mükafatımı,
Tapdım öz nicatımı.
Dəyişdi həyatımı,
Sənə olan bu sevgim.

Hissim sənə qul qalar,
Həsrət sənsiz dul qalar.
Sən desən də öl, qalar
Sənə olan bu sevgim.

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 7)
Əsəri oxuyanlar (406)
  Oxşar misralar:
  • Çiçəkdi sevgim
  • Sevgim
  • BU SEVGİMİZ YALAN DEYİL
  • Sevgi! sevgi! sevgi!
  • Aysen


  •   Resenziyalar (9)  
    Yazdı: Mushviq: 29 İyun 2013 13:01
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 38
    Resenziyalar: 189
    Status: Şair
     
    İrad, təklif varsa çəkinmədən qeyd edə bilərszi, qəbul eləməyə hazıram..

    --------------------
    İnsanlar xurma ve korolyok kimidir, ilk baxışdan onları ayırd etmək çox çətindir, aldadıcı təsir bağışlaya bilər, necə ki, xurma ilə korolyoku xarici görünüşündən ayırd etmək mümkün deyil. Yalnız onu dişləyəndən(tanıyandan) sonra xurma yaxud korolyok olduğunu bilmək olar..
    Yazdı: Dunyamin: 29 İyun 2013 13:27
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Salam,Müşfiq!....
    Şeirin xoşuma gəldi...Ümumiyyətlə,bu mövzuda məni özünə cəlb edən səmimilik olub...Bu səmimiyyəti sənin şeirində də görürəm....
    Düşdüm eşq ocağına,
    Qalxdım eşqin dağına...
    Çatdı göy qurşağına,
    Sənə olan bu sevgim....
    1-ci misrada qucağına sözünü ocağına kimi dəyişsən,məncə,daha yaxşı səslənər...
    Uğurların davamlı olsun!...
    Yazdı: Mushviq: 29 İyun 2013 13:36
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 38
    Resenziyalar: 189
    Status: Şair
     
    Salam, Dünyamin müəllim.
    Səmimi fikirlərinizə görə çox sağ olun. Qucaq sözünün yerində olmadığını hiss eləmişdim..
    Sabah sevgililər günüdü, o münasibətlə yazmışdım.. İlk olaraq burda paylaşdım ki, burdakı yazarların fikirlərini öyrənim, məsləhət olsa paylaşım)

    --------------------
    İnsanlar xurma ve korolyok kimidir, ilk baxışdan onları ayırd etmək çox çətindir, aldadıcı təsir bağışlaya bilər, necə ki, xurma ilə korolyoku xarici görünüşündən ayırd etmək mümkün deyil. Yalnız onu dişləyəndən(tanıyandan) sonra xurma yaxud korolyok olduğunu bilmək olar..
    Yazdı: Dunyamin: 29 İyun 2013 17:27
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    ÇOX İSTƏRDİM Kİ,BAŞQA GÖZƏL ŞEİRLƏRİNİ DƏ BURADA BİZİMLƏ PAYLAŞASAN...."MİSRA"DA SƏNİN ÖZ YERİN VAR AXI!....
    GÖRÜRSƏNMİ,ELƏ İLK QAYIDIŞ ŞEİRİNLƏ REDAKTORUMUZUN DA DİQQƏTİNİ CƏLB EYLƏDİN...
    BURADA YENİ-YENİ ŞEİRLƏRİNİ OXUMAQ ÜMİDİ İLƏ...
    Yazdı: Mushviq: 30 İyun 2013 09:39
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 38
    Resenziyalar: 189
    Status: Şair
     
    Çox sağ olun, Dünyamin müəllim. Mənim təbim həmişə yerində olmur, şeiri sadəcə müəyyən situasiyalara düşəndə, ancaq beynimin dinc vaxtı yaza bilirəm)) Son zamanlar da işlərlə əlaqədar beynimin dinc vaxtı demək olar ki, olmur, ona görə də neçə aydı ki, şeirdən uzaq düşmüşəm)

    Redaktorumuza da diqqətinə görə minnətdarlığımı bildirirəm feel

    --------------------
    İnsanlar xurma ve korolyok kimidir, ilk baxışdan onları ayırd etmək çox çətindir, aldadıcı təsir bağışlaya bilər, necə ki, xurma ilə korolyoku xarici görünüşündən ayırd etmək mümkün deyil. Yalnız onu dişləyəndən(tanıyandan) sonra xurma yaxud korolyok olduğunu bilmək olar..
    Yazdı: Elvir Adem: 2 İyul 2013 12:14
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 228
    Resenziyalar: 930
    Status: Şair
     
    "Aldım mükafatımı,
    Tapdım öz nicatımı.
    Dəyişdi həyatımı,
    Sənə olan bu sevgim." - əla alınıb.

    "Həsrət sənsiz dul qalar" - açması?
    Yazdı: Ferid Turan: 4 Sentyabr 2013 13:50
     
    Yaşayır: Masallı
    Əsərlərin sayı: 142
    Resenziyalar: 546
    Status: Şair
     
    Mənə məndən əzizdi,
    Sənə olan bu sevgim...........Gozeldi


    --------------------
    Bu ele meydan ki,burda savaş yox,
    Heç nədən qorxmayın silahsızam mən.
    Hamının gözündə günahkar kimi,
    Hamının yanında günahsızam mən.

    Ferid Turan
    Yazdı: sahin.yusifov: 4 Sentyabr 2014 19:49
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    Düşdüm eşq qucağına,
    Qalxdım eşqin dağına
    Çatdı göyqurşağına,
    Sənə olan bu sevgim.

    Sevilmək başqa hissdi,
    Sevmək qədər ləzizdi.
    Mənə məndən əzizdi,
    Sənə olan bu sevgim.
    əla deyirəm
    Yazdı: sahin.yusifov: 18 Yanvar 2015 19:20
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    Düşdüm eşq qucağına,
    Qalxdım eşqin dağına
    Çatdı göyqurşağına,
    Sənə olan bu sevgim.

    Sevilmək başqa hissdi,
    Sevmək qədər ləzizdi.
    Mənə məndən əzizdi,
    Sənə olan bu sevgim.
    ÇOX ŞİRİN YAZILIB BU GƏRAYLI
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     

    Müəllif: bayrami

    "Göy qurşağı" təqdim edir: Balamirzə Cəfərli " Gəl özün daşı"

    Ümidim ağacın yarpağı kimi
    Qopdu ürəyimdən, üzülüb getdi.
    Arxamca sürünüb həsrət kölgəsi,
    Özgə qapısında məni qul etdi.

    Oxumaq
    SƏXAVƏT!   --- { Dostum Səxavət Qafarlıya } ---  Xanəli TOLIŞ

    Müəllif: Saxavat

    SƏXAVƏT! --- { Dostum Səxavət Qafarlıya } --- Xanəli TOLIŞ

    Axı, kimə gərək bu qorxu-hürkü,
    Yaradan yaradıb Talışı, Türkü...
    Hərə bir tərəfə çəksə bu kürkü,
    Nə qalar de mənə, sənə Səxavət?!

    Oxumaq
    Ayrı yaşam...

    Müəllif: Elvir Adem

    Ayrı yaşam...

    Ayrılıq - taleyin uçulmuş damı,
    Altında vurnuxur unudulmuşlar.
    Eləbil durmadan tərk edir hamı,
    - əşyalar, adamlar, köçəri quşlar...

    Oxumaq
    ÇIXASIDIR GÖZLƏRİM

    Müəllif: Neriman Nerimanli

    ÇIXASIDIR GÖZLƏRİM

    Sevgi odur, günü-gündən sərt gələ,
    Vüsal qaça, həsrət qova, pərt gələ.
    Hicran odur, qol açasan, dərd gələ,
    Nə aşiqəm, nə dərdim var, nə sərim.

    Oxumaq
    ÖMRÜN HAQQ YOLU...(Əlimyetməz xəyalının əlləri...)

    Müəllif: Dunyamin

    ÖMRÜN HAQQ YOLU...(Əlimyetməz xəyalının əlləri...)

    Məhəbbətin lap gözündən içmişəm,
    Nə şirindir bu dünyada istəyim.
    Bu dünyanın hər şeyindən keçmişəm,
    Qoy Tanrıdan öz yarımı istəyim!

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Fevral 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics