misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

ARASINDA

Müəllif: Neriman Nerimanli | 27 İyun 2013 | Oxunub: 2206| Yadda saxlamaq:
Haqqın aşiqiydim, sazdan da oldum,
Buta verənim yox, qızdan da oldum.
Çoxa meyl elədim, azdan da oldum,
Azmışam çox ilə az arasında.

Təzəni sırıma, gətir boyatı,
Unut meyxananı, varsa bayatı.
İndi yad ritmlər elə boy atıb
Qalmışam muğamla caz arasında.

Hanı bəzirganlıq, hanı xocalıq,
Elə bil yox imiş zirvə, ucalıq.
Ömür nə gənclikdir, nə də qocalıq
Sürünür qış ilə yaz arasında.

Bilmirəm iqbalmı, bəxtmi, nə haldı,
Mən sevdim, o sevdi, özgəyə qaldı.
O məni ömürlük odlara saldı
Çaşmışam ədayla naz arasında.

Nəriman, kim idim, kimə dönmüşəm,
Bənd olub taleyim himə, dönmüşım.
Pərdələr üstündə simə dönmüşəm -
Bir təzanə ilə saz arasında.

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 4)
Əsəri oxuyanlar (512)
  Oxşar misralar:
  • SEVDA DOLAR KÖNLÜMÜZƏ...
  • Nə qəhətdi müqəddəslər, Rüzgar kimi ötənlərin arasında.
  • Əcəl yatır,bir ölüm var...
  • Elə yol seçmişəm...
  • ÖMRÜMÜZ QAŞ İLƏ GÖZ ARASINDA...(Rasimə Könül)


  •   Resenziyalar (9)  
    Yazdı: Polat Alemdar: 27 İyun 2013 16:29
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Assalamun aleykum dəyərli dostum NƏRİMAN müəllim,əllərinizə sağlıq çoz gözəl misralardır MƏNDƏN ƏLA! Paylaşdığınız üçün təşəkkürlər.Allahım qələminizi həmişə iti,canınızı sağ eləsin!

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Dunyamin: 27 İyun 2013 17:07
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Salam,qardaşım Nəriman!....
    Bu gözəl şeirin çox xoşuma gəldi...
    Təzəni sırıma, gətir boyatı,
    Unut meyxananı, varsa bayatı.
    İndi yad ritmlər elə boy atıb
    Qalmışam muğamla caz arasında.

    Hanı bəzirganlıq, hanı xocalıq,
    Elə bil yox imiş zirvə, ucalıq.
    Ömür nə gənclikdir, nə də qocalıq
    Sürünür qış ilə yaz arasında....
    Yazdı: Neriman Nerimanli: 27 İyun 2013 17:52
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Polat Alemdar,
    Salam, qardaşım, sağ olun, var olun, diqqətiniz üçün, rəyiniz üçün, dualarınız üçün, qarşılıqlıdır!

    Dunyamin,
    Salam, Dünyamin müəllim, minnətdaram Sizə!
    Yazdı: Allahin esqine: 18 İyul 2013 19:06
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 127
    Resenziyalar: 1165
    Status: Şair
     
    Çox gözəl şeirdi çox bəyəndim Allah ürəyinizə görə versin

    --------------------
    Dedim ürək sözüm çoxdur
    Dedilər ki,yaşın azdı
    On yeddi il saymadılar
    Sonda qələm qanla yazdı
    ....Əsi...
    Yazdı: Neriman Nerimanli: 23 İyul 2013 17:11
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Allahin esqine,
    Minnətdaram, əzizin, Allah Sizdən razı olsun!
    Yazdı: Saxavat: 23 İyul 2013 18:03
     
    Yaşayır: --
    Əsərlərin sayı: 896
    Resenziyalar: 3083
    Status: Şair
     
    NƏRİMAN!

    Mən də sənin kimi oldum ay qağa,-
    O qəmdən qüssədən soldum ay qağa,
    Nimdaş canım düşüb tazə yatağa,
    Yatmışam ördəklə qaz arasında.


    Necədi, qağa məndən şair çıxar?
    Yazdı: Neriman Nerimanli: 21 Avqust 2013 17:09
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Saxavat,
    Mən heç bu rəyi görməmişdim ki....
    Əlavəniz gözəldir, qardaş, o ki, qaldı Sizdən şair olar ya yox, o, inşallah asılıdır o tərəfə yolum düşəndə yeyəcəyimiz ördəkdən, qazdan! Necə cavabdır?
    Yazdı: Dunyamin: 18 İyun 2014 13:35
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: Saxavat
    NƏRİMAN!

    Mən də sənin kimi oldum ay qağa,-
    O qəmdən qüssədən soldum ay qağa,
    Nimdaş canım düşüb tazə yatağa,
    Yatmışam ördəklə qaz arasında....

    Necədi, qağa məndən şair çıxar?

    Sitat: Neriman Nerimanli
    Saxavat,

    Mən heç bu rəyi görməmişdim ki....Əlavəniz gözəldir, qardaş, o ki, qaldı Sizdən şair olar ya yox, o, inşallah asılıdır o tərəfə yolum düşəndə yeyəcəyimiz ördəkdən, qazdan! Necə cavabdır?


    SƏNDƏN SONRA ÇOX ŞEYLƏR O QƏDƏR MƏNASIZLAŞIB Kİ!....
    Yazdı: sahin.yusifov: 13 Avqust 2014 03:45
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    Haqqın aşiqiydim, sazdan da oldum,
    Buta verənim yox, qızdan da oldum.
    Çoxa meyl elədim, azdan da oldum,
    Azmışam çox ilə az arasında.
    Çox gözəl şeirdi çox bəyəndim
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    QURMUŞAM EŞQİMƏ DAR AĞACINI

    Müəllif: Neriman Nerimanli

    QURMUŞAM EŞQİMƏ DAR AĞACINI

    Qurmuşam eşqimə dar ağıcını,
    Asacam sevgimi qara telindən.
    Duymadın qəlbimin ehtiyacını,
    Gör nələr çəkirəm, nələr əlindən.

    Oxumaq
    GƏZƏ-GƏZƏ (dodaqdəyməz)

    Müəllif: Neriman Nerimanli

    GƏZƏ-GƏZƏ (dodaqdəyməz)

    Həsrətin əlindən solan gülləri,
    Özü-öz ləçəyin yolan gülləri,
    Arada tək-tənha qalan gülləri
    Düz ilqar yolunda sər düzə-düzə.

    Oxumaq
    QURBAN OLUM, BİZİMÇÜN GÖZƏLLƏRİ YARAT ÇOX  ---  Xanəli TOLIŞA

    Müəllif: Saxavat

    QURBAN OLUM, BİZİMÇÜN GÖZƏLLƏRİ YARAT ÇOX --- Xanəli TOLIŞA

    Nə toyda yemək yedin, nə kafedə, nə yasda,
    Keyvənin yada düşdü, Vallah, hər basa-basda.

    Oxumaq
    Bu dağların o üzündə

    Müəllif: Sanan Celilli

    Bu dağların o üzündə

    Bu dağların o üzündə
    Mənim qədim kəndim qalıb
    «Dərə yurdüm», «Sarı yerim»
    Bərələrim, bəndim qalıb

    Oxumaq
    BAX

    Müəllif: Neriman Nerimanli

    BAX

    Zülflərini ya bənd elə, ya dara,
    Sevəcəyəm, ya şişə çək, ya dara,
    Yad içində az yad axtar, yad ara,
    Qoy desinlər, xeyir yıxdı şəri, bax.

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Aprel 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics