misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

Olarmı heç?!

Müəllif: Sanan Celilli | 25 İyun 2013 | Oxunub: 2096| Yadda saxlamaq:
Məni bir müəmma hey düşündürər
Deyin, bu suala kim cavab verər ?!
Düzü neçə yerdən kəsər əyrilər ?!
Namərdlər çevrilib mərd olarmı heç?!

Dünyada hər şeyə ölçüdür zaman
Həqiqəti odur yerinə qoyan
Xoşbəxt ola bilməz alimlə nadan
Vulkan yer altında çox qalarmı heç?!

Sənan, gəl uzaq ol kədərdən, qəmdən
Yaxanı arala dərddən, ələmdən
Baş çıxarmaq olmur sirli aləmdən
Kamil qafillərdən dərs alarmı heç?!

07.05.02

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 1)
Əsəri oxuyanlar (412)
  Oxşar misralar:
  • BU DÜNYANI ELƏ SEVDİM...
  • Ola bilməz
  • YAD EL VƏTƏN OLARMI?!...(Bu dünyanın qarası...)
  • Qanınız yerdə qalarmı?
  • SƏNƏ GÖZƏL DEMƏSƏM....


  •   Resenziyalar (7)  
    Yazdı: Neriman Nerimanli: 25 İyun 2013 12:11
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Əyri öhtəsindən yenə düz gələr,
    Yüz əyri bir düzə dərd ola bilməz.
    Namərdlik insanın genindən gələr
    Bütün ömrü boyu mərd ola bilməz.

    Alimin, nadanın ayrıdır yolu,
    Biri işıq, biri qaranlıq dolu.
    Nadana üz verən olacaq qulu
    Kamal boxçasına zər dola bilməz.

    Qafil də nadanın başqa qoludur,
    Sürünmək peşəsi, ömür yoludur.
    Kamil olan kəsə Vətən uludur
    Özgə torpağından yurd ola bilməz.
    [color=#990000][/color]

    Salam, Sənan müəllim, aşıq yaradıcılığından qıfılbənd yadıma düşdü. Allah canınızı sağ eləsin!
    Yazdı: Sanan Celilli: 25 İyun 2013 15:15
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 33
    Resenziyalar: 51
    Status: Şair
     
    Neriman Nerimanli,
    Təşəkkür edirəm, Nəriman bəy. Mən də fikirləşirəm ki, yazdığım şerlər nə vaxtsa oxuyub bəyəndiyim əsərlərin şüuraltı təbəqələrdə ilişib qalmış hikmətləridir. Vaxt və şərait yetişəndə "yeni bir şer" şəklində üzə çıxır.

    --------------------
    Bu dünya əzazil, mənsə səbrli
    Səbrimlə əzabı əzə biləydim...
    Yazdı: Shemsi: 25 İyun 2013 15:52
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 108
    Resenziyalar: 997
    Status: Şair-Redaktor
     
    Hər ikinizə eşq olsun! sual da yaxşıdır, cavab da.

    --------------------
    Məni məndən soruşanlar bilirmi,
    Həm uşağam, həm cavanam, həm qoca.
    Baş yaşıma, yaş başıma tən deyil,
    Həm dərvişəm, həm bəzirgan, həm xoca!
    Yazdı: Neriman Nerimanli: 25 İyun 2013 16:19
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Sanan Celilli,
    Yeri düşdükcə, o hissləri üzə çıxarmaq lazımdır, bu şerinizdəki kimi.

    Shemsi,
    Şəmsi müəllim, minnətdaram diqqətinizə görə, Allah canınızı sağ eləsin!
    Yazdı: Polat Alemdar: 25 İyun 2013 16:44
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Məni bir müəmma hey düşündürər
    Deyin, bu suala kim cavab verər ?!
    Düzü neçə yerdən kəsər əyrilər ?!
    Namərdlər çevrilib mərd olarmı heç?!

    Sənan bəy bu gözəl misralara məndən ƏLA! Sizə uğurlar diləyirəm!

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: sahin.yusifov: 13 Avqust 2014 03:37
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    Məni bir müəmma hey düşündürər
    Deyin, bu suala kim cavab verər ?!
    Düzü neçə yerdən kəsər əyrilər ?!
    Namərdlər çevrilib mərd olarmı heç?!

    Dünyada hər şeyə ölçüdür zaman
    Həqiqəti odur yerinə qoyan
    Xoşbəxt ola bilməz alimlə nadan
    Vulkan yer altında çox qalarmı heç?!

    Sənan, gəl uzaq ol kədərdən, qəmdən
    Yaxanı arala dərddən, ələmdən
    Baş çıxarmaq olmur sirli aləmdən
    Kamil qafillərdən dərs alarmı heç?!

    əla
    Yazdı: sahin.yusifov: 22 Yanvar 2015 02:18
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    Məni bir müəmma hey düşündürər
    Deyin, bu suala kim cavab verər ?!
    Düzü neçə yerdən kəsər əyrilər ?!
    Namərdlər çevrilib mərd olarmı heç?!

    Sənan bəy bu gözəl misralara məndən ƏLA! Sizə uğurlar diləyirəm!
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    GƏZƏ-GƏZƏ (dodaqdəyməz)

    Müəllif: Neriman Nerimanli

    GƏZƏ-GƏZƏ (dodaqdəyməz)

    Həsrətin əlindən solan gülləri,
    Özü-öz ləçəyin yolan gülləri,
    Arada tək-tənha qalan gülləri
    Düz ilqar yolunda sər düzə-düzə.

    Oxumaq
    Olan oldu...

    Müəllif: Elvir Adem

    Olan oldu...

    Hərdən ayrılıqdan qorxardıq, o da
    - nəhayət oldu...

    Oxumaq
    O X U  --- Tahir HEYDƏRLİ

    Müəllif: Saxavat

    O X U --- Tahir HEYDƏRLİ

    Həsrət dolayında azmışam, gülüm,
    Hər dərdə əzaba dözmüşəm, gülüm,
    Adını qəlbimə yazmışam, gülüm,
    İstəsən vərəqlə, sinəmdən oxu!

    Oxumaq
    GÜL,SƏNİ VERƏNƏ QURBAN OLUM MƏN

    Müəllif: ulvi amin

    GÜL,SƏNİ VERƏNƏ QURBAN OLUM MƏN

    Tanrının ən böyük bəxşişisən sən,
    Gül,səni verənə qurban olum mən.
    Ürəyim edibdir qəlbini məskən,
    Gül,səni verənə qurban olum mən.

    Oxumaq
    Gülmə qonşu əhvalına,gülüncə.....

    Müəllif: Movlud Aqammed

    Gülmə qonşu əhvalına,gülüncə.....

    Gülmə qonşu əhvalına,gülüncə,
    Məsləhət ver,kömək elə gülüncə.
    Aşıq deyər gülüncə,
    Ağlayınca.gülüncə.
    Dərdlərinə şərik ol,
    Dərdlilərə gelencə.
    Yerini bil,danış incə,gül incə,
    Dava olar,düşər qovğa,qaçaqaç.

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Fevral 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics