misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

Dünya qədər dərdin qalıb...

Müəllif: Rufat Tagiyev | 23 İyun 2013 | Oxunub: 2073| Yadda saxlamaq:
Ey dilbərim, gəl gör ki, bu hicrin məni haldan salıb,
Zülmün məni ağlar qoyub, nazın məni məndən alıb.

Mən vəslinə yetmək üçün çox dil töküb yalvarmışam,
Məmnunmusan halımdan, axır ki, qürurum alçalıb.

Sən ki məni biçarə tək fəryad edən çox görmüsən,
Bəlkə baxıb rəhm etmisən, bir dəfə qəlbin yumşalıb?

Hicrin vəfa qılmaz mənə, bir gün geri dönsən əgər,
Artıq görərsən ki, əcəl çoxdan ölüm zəngin çalıb.

Açmış qucaq dərd-qəm sənə dövrana gəldikdən, Rüfət,
Dünya qədər dərd çəkmisən, dünya qədər dərdin qalıb!

23/06/2013
Bəhr: rəcəz
Təfilə: müstəf’ilün, müstəf’ilün, müstəf’ilün, müstəf’ilün

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 3)
Əsəri oxuyanlar (505)
  Oxşar misralar:
  • Adil Muradov (Bəhri-Rəcəz)
  • Elsevər əhliqürbət
  • Elsevər əhliqürbət ( həcəz 6 )
  • Elsever əhliqürbət { Azerbaycan eruzu hecez 2 }
  • Elsever əhliqürbət


  •   Resenziyalar (6)  
    Yazdı: Dunyamin: 24 İyun 2013 11:26
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Salam,Rüfət!...
    Bu şeiri oxudum və bəyəndim...
    Mən vəslinə yetmək üçün çox dil töküb yalvarmışam,
    Məmnunmusan halımdan, axır ki, qürurum alçalıb....
    UĞURLAR ARZULAYIRAM!!!
    Yazdı: Polat Alemdar: 24 İyun 2013 12:10
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Sitat: Dunyamin
    Salam,Rüfət!...
    Bu şeiri oxudum və bəyəndim...
    Mən vəslinə yetmək üçün çox dil töküb yalvarmışam,
    Məmnunmusan halımdan, axır ki, qürurum alçalıb....
    UĞURLAR ARZULAYIRAM!!!


    Assalamun aleykum Rüfət bəy.Hörmətli Dünyamin müəllimlə həmrəyəm.SİZƏ YARADICLILĞINIZDA UĞURLAR DİLƏYİRƏM.

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Rufat Tagiyev: 25 İyun 2013 09:33
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 51
    Resenziyalar: 87
    Status: Şair
     
    Dunyamin,
    Polat Alemdar,
    Çox sağ olun, minnətdaram!

    --------------------
    Uşağın ağlaması ilə gülüşü arasında məsafə çox kiçikdir. İnsan böyüdükcə bu məsafə də böyüyür və birindən o birinə keçid çətinləşir.
    Yazdı: Elsever35: 16 İyul 2014 01:51
     
    Yaşayır: Russiya
    Əsərlərin sayı: 465
    Resenziyalar: 1731
    Status: Şair-qəzəlxan
     
    Rəcəz bəhərində yazılan yazının öz ləzəti var. Allah ələrinizə sağlıq versin.

    --------------------
    Neynirəm mən o ürəyi,
    Yox arzusu bir diləyi?!
    Bacarmırsa o sevməyi
    Demək o heç ürək deyil.
    Yazdı: Kenan Qedimov: 21 Avqust 2014 21:14
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 15
    Resenziyalar: 101
    Status: Yeni şair
     
    Ey dilbərim, gəl gör ki, bu hicrin məni haldan salıb,
    Zülmün məni ağlar qoyub, nazın məni məndən alıb.
    Yazdı: sahin.yusifov: 4 Sentyabr 2014 20:04
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    Ey dilbərim, gəl gör ki, bu hicrin məni haldan salıb,
    Zülmün məni ağlar qoyub, nazın məni məndən alıb.

    Mən vəslinə yetmək üçün çox dil töküb yalvarmışam,
    Məmnunmusan halımdan, axır ki, qürurum alçalıb.
    əla deyirəm
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    Fani həyat

    Müəllif: Ruslan Zeynalli

    Fani həyat

    Deyirlər fanidir bu dərdli həyat
    Fanidir yaşamaq nəyimə gərək.
    Qəmlidi qüssəli dərdlidi həyat
    Bu qüssəni çəkmək nəyimə gərək.

    Oxumaq
    Gülmə qonşu əhvalına,gülüncə.....

    Müəllif: Movlud Aqammed

    Gülmə qonşu əhvalına,gülüncə.....

    Gülmə qonşu əhvalına,gülüncə,
    Məsləhət ver,kömək elə gülüncə.
    Aşıq deyər gülüncə,
    Ağlayınca.gülüncə.
    Dərdlərinə şərik ol,
    Dərdlilərə gelencə.
    Yerini bil,danış incə,gül incə,
    Dava olar,düşər qovğa,qaçaqaç.

    Oxumaq
    HEYİFDİR, ATASIZ OLMASİN UŞAQ. --- Tahir HEYDƏRLİ

    Müəllif: Saxavat

    HEYİFDİR, ATASIZ OLMASİN UŞAQ. --- Tahir HEYDƏRLİ

    Ən çətin məqamda, ən çətin anda
    Qohum da, özgə də dayanar yanda.
    Qazananda,- əli çörək tutanda,
    Xala, bibi, dayı, əmi çox olar...

    Oxumaq
    Tut qolumdan (Ənvər  Rza )

    Müəllif: KHAGANI

    Tut qolumdan (Ənvər Rza )

    Meh tərpəndi, sinən üstdən şal düşdü,
    İsmətindən yanağına al düşdü,
    Ürəyimə xalın boyda xal düşdü.
    Dağ çayları gözlərimdən sağıldı,
    Tut qolumdan, huş başımdan dağıldı.

    Oxumaq
    BƏNÖVŞƏNİ

    Müəllif: Neriman Nerimanli

    BƏNÖVŞƏNİ

    Ləçəkdə şehləri həya təridir,
    Güllərin kövrəyi, ən ürkəyidir.
    Kol-kosun dibləri görüş yeridir
    Həyadan bitirib yer bənövşəni.

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Aprel 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics