misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

PASIN DA FƏRQİ YOXDU! --- { Nəriman Nərimanlıya }

Müəllif: Saxavat | 22 İyun 2013 | Oxunub: 2235| Yadda saxlamaq:
İndi axçi xanımlarla quşun fərqı olmasa,
O quş da hey qanad çalmaz, xalqa ərki olmasa.
Bir millətin torpağıyçün qanda dərki olmasa,
Onun qoyun başı ilə, xaşın da fərqi yoxdu.

Çoxusunun nənəsidir axçilərin bacısı,-
Dığalarçün açıq qalıb Vətənəmın bacası.
Məni didir bu dərdlərin hər an ağrı-acısı,
Daha mənə nə toyun, nə yasın da fərqi yoxdu...

Ay Nəriman, danışma sən sözü boşu-boşuna,
İstəsək lap kəp gələrik istənilən qoşuna...
Belə getsə tez dönərik erməninin xaşına,
Qeyrətimiz pas atıbdı, pasın da fərqi yoxdu.

Müəllif Səxavət QAFARLI.

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 4)
Əsəri oxuyanlar (476)
  Oxşar misralar:
  • FƏRQİ YOXDU
  • SƏXAVƏT QAFARLININ MƏNƏ YAZDIĞI "PASIN DA FƏRQİ YOXDU" şerinə ca ...
  • “YAŞIN NƏ FƏRQİ VAR Kİ?”
  • YOX FƏRQİ GƏDALARIN...
  • Fərqi nə


  •   Resenziyalar (5)  
    Yazdı: Polat Alemdar: 23 İyun 2013 11:12
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Çoxusunun nənəsidir axçilərin bacısı,-
    Dığalarçün açıq qalıb Vətənəmın bacası.
    Məni didir bu dərdlərin hər an ağrı-acısı,
    Daha mənə nə toyun, nə yasın da fərqi yoxdu...

    Assalamun aleykum dəyərli dostum Səxavət bəy.Bu şeiriniz bu VƏTƏNİN ÖVLADI KİMİ QARABAĞ ADLI YARAMI SIZLATDI! ALLAHIMDAN ARZU EDİRƏM Kİ, BU QARABAĞ YARASI O DAŞÜRƏKLİ, BU VƏTƏNİN NEMƏTLƏRİNDƏN YARALANIB ONA BİGANƏ BAXANLARIN ÜRƏYİNƏ DÜŞSÜN,BƏLKƏ ONLARDA DİNƏ İMANA GƏLƏLƏR VƏ ONLAR DA B Ə S D İ R D A H A B U R Ə Z A L Ə T YAQARABAĞ YA ÖLÜM D E Y Ə L Ə R !!!

    ŞEİRİNİZƏ MƏNDƏN ƏLA!!!!


    Nədir bu zəlalət, ətalət, haray!
    Getdi Qarabağım, ay millət, haray!
    Qoşulum meşədə qurd-quşlara mən,
    Ulayım: yan bağrım, haray, ay haray!
    Getdi Qarabağım, haray, ay haray!
    Niyə dünya bizi nacins tanısın,
    Ya qorxaq tanısın, aciz tanısın.
    Qalx, düşmən əlində Vətən çırpınır,
    Qayaya çırpılır, daşa çırpılır,
    Qalx, qovaq göylərdən bu qara yeli,
    Irəli, irəli, ancaq irəli!
    Susacaqsa könül tarım,
    Simlərini dartıb qırım.
    Millətim bədbəxtsə, Tanrım,
    Sən məni xoşbəxt eləmə!

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Dunyamin: 23 İyun 2013 14:54
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Düz yazmısan,ay Səxavət!...Millət özü hər şeyi dərk eyləməsə işlərimiz hələ düyündən qurtula bilməyəcək....
    İndi axçi xanımlarla quşun fərqı olmasa,
    O quş da hey qanad çalmaz, xalqa ərki olmasa.
    Bir millətin torpağıyçün qanda dərki olmasa,
    Onun qoyun başı ilə, xaşın da fərqi yoxdu....
    Yazdı: Neriman Nerimanli: 24 İyun 2013 11:05
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    O axçilər indiyədək bizimkində ərdə bax,
    Siyasətdən çox danışma, götürülər pərdə bax.
    Qonşumuzla oynalılan, uzun çəkən nərdə bax,
    Uduzdunsa, uduzmusan, tasın da fərqi yoxdu.

    Bizimkilər nəşələnib hələ tiryək çəkirlər,
    Nə bilsinlər, o tiryəki Qarabağda əkirlər.
    "Daş yuxular" vərəqində çəkdiyini bükürlər
    Çəkən üçün xaş-xaş ilə nasın da fərqi yoxdu.
    Yazdı: Saxavat: 8 İyul 2013 00:36
     
    Yaşayır: --
    Əsərlərin sayı: 896
    Resenziyalar: 3083
    Status: Şair
     
    NƏRİMAN!

    Ay Nəriman, məmnunluqla oxudum bil, şerini,
    Bu millətim haçan duyar öz xeyrini, şərrini?
    Özümüzə başçı seçdik uzunduraz birini,
    Bu uzunçün ördək ilə qazın da fərqı yoxdu.
    Yazdı: Movlud Aqammed: 23 Oktyabr 2014 22:11
     
    Yaşayır: Quba.Zərdabi
    Əsərlərin sayı: 506
    Resenziyalar: 9915
    Status: Şair
     
    İndi axçi xanımlarla quşun fərqı olmasa,
    O quş da hey qanad çalmaz, xalqa ərki olmasa.
    Bir millətin torpağıyçün qanda dərki olmasa,
    Onun qoyun başı ilə, xaşın da fərqi yoxdu.

    Çoxusunun nənəsidir axçilərin bacısı,-
    Dığalarçün açıq qalıb Vətənəmın bacası.
    Məni didir bu dərdlərin hər an ağrı-acısı,
    Daha mənə nə toyun, nə yasın da fərqi yoxdu...

    Ay Nəriman, danışma sən sözü boşu-boşuna,
    İstəsək lap kəp gələrik istənilən qoşuna...
    Belə getsə tez dönərik erməninin xaşına,
    Qeyrətimiz pas atıbdı, pasın da fərqi yoxdu.

    Bu,reallıqdı...

    --------------------
    Mən qəmli olanda şeir yazıram,
    Çoxdu şeirlərim,demək,qəmim çox...
    *****

    *****
    "Sağlığında qiymət verin insanlara..."
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    QAZ KİMİ FISILDAMA!

    Müəllif: Saxavat

    QAZ KİMİ FISILDAMA!

    Yaltaq kimi tanındın,
    Guya ki, sən qanandın?..
    Neçə dəfə qınandın,
    Təmiz mərən olmayıb...

    Oxumaq
    ŞAİRLƏRİ SINDIRMAYIN  ---  Xanəli TOLIŞ

    Müəllif: Saxavat

    ŞAİRLƏRİ SINDIRMAYIN --- Xanəli TOLIŞ

    Yazıldı nə qədər yaltaq şeirlər
    Başçıya, müdirə, rəisə-kimə.
    Çox yerdə naibi-imam deyirlər
    Başkəsən quldura, zalım hakimə.

    Oxumaq
    Bildim.

    Müəllif: Shemsi

    Bildim.

    Soruşdum, dedilər ikidi, dünya.
    Əslində bir dərviş yüküdü dünya.
    Aldatma Şəmsini, a gidi dünya,
    Bəsdi bildiklərim, hər nədi, bildim.

    Oxumaq
    ONBİRİNCİLƏR  ---  Xanəli TOLIŞ

    Müəllif: Saxavat

    ONBİRİNCİLƏR --- Xanəli TOLIŞ

    Buraxılış günü münasibətilə bütün məzunları { onbirinciləri }
    "GÖY QURŞAĞI" ədəbı məclisi adından TƏBRİK EDİRİK!

    Oxumaq
    İSTƏK...(Sən mənə necə də mehriban idin...)

    Müəllif: Dunyamin

    İSTƏK...(Sən mənə necə də mehriban idin...)

    Adını qəlbimə yazmışam,düzü,
    indi istəyirəm,səsləyəm-deyəm...
    Gülə də bənzəsə,acıdır sözü,
    lap azca qalıb ki,küsəm-inciyəm...
    tərs sözü eşqimin qayçısı olub,
    ancaq istəmirəm "Əlvida,"-deyəm!...
    onsuz da demərəm-deməyəcəyəm!...

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Avqust 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics