misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

XANƏLİ, SƏN SƏXAVƏT... Rafiq MƏMMƏD { Şair dostlarım Xanəli Tolış və Səxavət Qafarlıya}

Müəllif: Saxavat | 22 İyun 2013 | Oxunub: 1598| Yadda saxlamaq:
Müsəlləhdir şeir – söz yarışında,
Məğrur, müdrik, Dədə Qorqud yaşında...
“Göy qurşağı” tonqalının başında
Dövrə vuran Xanəli, sən Səxavət...

Şükür, neçə söz dəllalı perikdi...
Şe’rin qoşa qanadına şərikdi.
Masallidi, Astaradı, Lerikdi,
Xan Lənkəran Xanəli, sən Səxavət...

El dərdidi, çatılıbdı qaşında,
Şimşək çaxıb, tufan qopub başında.
Ömür boyu şe’rin elçi daşında
Bardaş quran Xanəli, sən Səxavət...

İlk gənclikdə özgürlüyün həsrəti...
İndi sözə zinət verir sənəti.
Gözəlliyi qərq eləyən zülməti
Nurtək yaran Xanəli, sən Səxavət...

Gözlərində sevgi, şəfəq... Bir baxın!
Bəd niyyəti doğrulmadı bədxahın.
Qardaş kimi qucaqlaşan sıx, yaxın –
Taliş – aran Xanəli, sən Səxavət...

Şeirləri gəzir dildə, ağızda,
Qəlb ovlayir monitorda, kağızda...
Dərdi, kini axıdaraq Arazda,
Dağtək duran Xanəli, sən Səxavət...

Müəllif: Rafiq MƏMMƏD.
“GÖY QURŞAĞI”
ədəbi məclisinin üzvü.

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 3)
Əsəri oxuyanlar (397)
  Oxşar misralar:
  • USTADDI XANƏLİ TOLIŞ
  • SƏXAVƏT! --- { Dostum Səxavət Qafarlıya } --- Xanəli TOLIŞ
  • T Ə B R İ K L Ə R !
  • XANƏLİ! { Dostum Xanəli Tolışa }
  • "Göy qurşağı" təqdim edir: Xanəli Tolış "Dostlar"


  •   Resenziyalar (8)  
    Yazdı: Dunyamin: 22 İyun 2013 18:09
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Salam,Rafiq müəllim!...Dostlara və dostluğa layiq olan gözəl bir şeir qələmə almısan...Çox da xoşuma gəldi:
    Gözlərində sevgi, şəfəq... Bir baxın!
    Bəd niyyəti doğrulmadı bədxahın.
    Qardaş kimi qucaqlaşan sıx, yaxın –
    Taliş – aran Xanəli, sən Səxavət...

    Şeirləri gəzir dildə, ağızda,
    Qəlb ovlayir manitorda, kağızda...
    Dərdi, kini axıdaraq Arazda,
    Dağtək duran Xanəli, sən Səxavət...
    ALLAH SİZLƏRİ DƏ,BELƏ DOSTLARI DA VƏ BU CÜR DOSTLUĞU DA HƏMİŞƏ BAQİ EYLƏSİN!...
    Yazdı: Saxavat: 22 İyun 2013 18:26
     
    Yaşayır: --
    Əsərlərin sayı: 896
    Resenziyalar: 3083
    Status: Şair
     
    Dünyamin müəllimə qardaşı Səxavətdən Atəşin salamlar! Əzizim, Burda olan bəzi şairlərin şeirlərini məclısimizin müzakirəsınə verirəm. Sən də bizim dostumuzsan. Bunu unutma!
    Yazdı: Dunyamin: 22 İyun 2013 18:51
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: Saxavat
    Dünyamin müəllimə qardaşı Səxavətdən Atəşin salamlar! Əzizim, Burda olan bəzi şairlərin şeirlərini məclısimizin müzakirəsınə verirəm. Sən də bizim dostumuzsan. Bunu unutma!


    ALLAH ÖZÜ SİZLƏRDƏN RAZI OLSUN,ŞAİR QARDAŞLARIM MƏNİM!!!
    HƏMİŞƏ VAR OLUN!...
    Yazdı: Polat Alemdar: 22 İyun 2013 19:01
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Şükür, neçə söz dəllalı perikdi...
    Şe’rin qoşa qanadına şərikdi.
    Masallidi, Astaradı, Lerikdi,
    Xan Lənkəran Xanəli, sən Səxavət...

    Axşamınız xeyir dəyərli dostum Səxavət bəy bu gözəl misralara görə müəllifə və Sizə təşəkkürlər.Allahımdan Sizin kimi dostların və belə bir mehriban dostluğun əbədiyyətə qədər olmasını diləyirəm.

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Saxavat: 22 İyun 2013 19:18
     
    Yaşayır: --
    Əsərlərin sayı: 896
    Resenziyalar: 3083
    Status: Şair
     
    Sağ olun əziz dostlarım və şair qardaşlarım Dünyamin müəllim və Polat bəy Ələmdar!
    Allah sizi var eləsin,
    Gözəllərə yar eləsin.
    Yazdı: Polat Alemdar: 22 İyun 2013 21:04
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Sitat: Saxavat
    Sağ olun əziz dostlarım və şair qardaşlarım Dünyamin müəllim və Polat bəy Ələmdar!
    Allah sizi var eləsin,
    Gözəllərə yar eləsin.


    Səxavət bəy Sizinlə bahəm!

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: sahin.yusifov: 13 Avqust 2014 02:50
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    Şeirləri gəzir dildə, ağızda,
    Qəlb ovlayir monitorda, kağızda...
    Dərdi, kini axıdaraq Arazda,
    Dağtək duran Xanəli, sən Səxavət...

    Bar Səxavətdə yaxşi düsündürücü şeirlər
    Yazdı: sevda.alizaman: 14 Sentyabr 2014 22:31
     
    Yaşayır: --
    Əsərlərin sayı: 24
    Resenziyalar: 25
    Status: Yeni şair
     
    Rafiq muellime zehmet olmasa deyin ki,kitab ne oldu?
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    Sevgi mənə nə verəcək...

    Müəllif: Movlud Aqammed

    Sevgi mənə nə verəcək...

    Sevgi mənə nə verəcək,dərdi-sər,
    Sınıq ürək,ah,göz yaşı,bir də qəm.
    Baxıb aləm bu halıma güləcək,
    Məcnun çəkən sitəmləri çəkəcəm.

    Oxumaq
    Dağda

    Müəllif: Polat Alemdar

    Dağda

    Qalxırsan, cığırlar yetişir dada,
    Yolun qayalardan, sallardan düşür.
    Əlçatmaz,ünyetməz sıldırımda da,
    İzin bir bəşəri izlə görüşür.

    Oxumaq
    Zamanın dayanmağı

    Müəllif: Rufat Tagiyev

    Zamanın dayanmağı

    Zamanın dayanmağı
    sənin baxışındadı,
    mənim gülüşümdədi,
    onun duruşundadı...

    Oxumaq
    O GECƏ  ---  Dəstəgül ZAMANLI

    Müəllif: Saxavat

    O GECƏ --- Dəstəgül ZAMANLI

    Bu gecə... Xəyalın həzin mürgüsü,
    Qəmli ürəyimi çalır tar kimi.
    Həsrətin ömrümün tale bölgüsü,
    Yağır saçlarıma, səssiz, qar kimi...

    Oxumaq
    Bildim.

    Müəllif: Shemsi

    Bildim.

    Soruşdum, dedilər ikidi, dünya.
    Əslində bir dərviş yüküdü dünya.
    Aldatma Şəmsini, a gidi dünya,
    Bəsdi bildiklərim, hər nədi, bildim.

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Fevral 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics