misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

QURMUŞAM EŞQİMƏ DAR AĞACINI

Müəllif: Neriman Nerimanli | 21 İyun 2013 | Oxunub: 1865| Yadda saxlamaq:
QURMUŞAM EŞQİMƏ DAR AĞACINI

Yenə sən atlısan, mənsə piyada,
Yenə aramızda dağlar, dərələr.
Zülmünlə bu qədər öyünmə, gülüm,
Həsrətin dünyanı başa dar elər.

Əridim yolunda güney qarı tək,
Əridim sazaqda, boranda, qarda.
Sən buzdan yaranmış soyuq bir mələk,
Qəlbim buz yaxanda asılı- darda.

Hələ imtahandır, qarşıda testim,
Elə bil dünyanı tutub duracam.
Bu gün özgəsini isidir istin,
Sabah xatirədə donub qalacam.

Payızda bar-bəhər tutur dünyanı,
Ömrümün payızı bəhərdən qısır.
Bu gün etinasız alırsan canı,
Sabah “bir həsirəm, bir Məmmədnəsir”.

Qurmuşam eşqimə dar ağıcını,
Asacam sevgimi qara telindən.
Duymadın qəlbimin ehtiyacını,
Gör nələr çəkirəm, nələr əlindən.

Gedəcəm beləcə ölümə doğru,
Gedəcəm beləcə payi-piyada.
Bilirəm, nə vaxtsa doyub, yorulub
Bu ülvi eşqimi salarsan yada…

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 4)
Əsəri oxuyanlar (429)
  Oxşar misralar:
  • Mən gedəcəm...
  • HƏLƏ XOŞ SEVDAMIZ VAR İRƏLİDƏ ...( R.HƏSƏNOV)
  • Fələk
  • Ölümü sevəcəm mən indən belə...(Kəmaləddin Qədim)
  • Gözlərində


  •   Resenziyalar (8)  
    Yazdı: Polat Alemdar: 21 İyun 2013 16:39
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Qurmuşam eşqimə dar ağıcını,
    Asacam sevgimi qara telindən.
    Duymadın qəlbimin ehtiyacını,
    Gör nələr çəkirəm, nələr əlindən.

    Gedəcəm beləcə ölümə doğru,
    Gedəcəm beləcə payi-piyada.
    Bilirəm, nə vaxtsa doyub, yorulub
    Bu ülvi eşqimi salarsan yada…

    Əziz və dəyərli dostum Nəriman müəllim, bu gözəl şeirinizə məndən ƏLA! Əllərinizə sağlıq.Paylaşdığınız üçün təşəkkürlər.

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Dunyamin: 21 İyun 2013 17:09
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Bu gözəl şeirini mən də çox bəyəndim,əzizim Nəriman!...Həm tanış duyğulardır,həm də hamımıza olduqca xoş və şirin gələn duyğuların çox gözəl poetik ifadəsidir...

    Yenə sən atlısan, mənsə piyada,
    Yenə aramızda dağlar, dərələr.
    Zülmünlə bu qədər öyünmə, gülüm,
    Həsrətin dünyanı başa dar elər.

    Əridim yolunda güney qarı tək,
    Əridim sazaqda, boranda, qarda.
    Sən buzdan yaranmış soyuq bir mələk,
    Qəlbim buz yaxanda asılı- darda...
    MƏN ÇOX BƏYƏNDİM!!!
    İlk bənddəki "YENƏ"sözündə hərf səhfi gedib.....
    Yazdı: Neriman Nerimanli: 21 İyun 2013 17:35
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Polat Alemdar,
    Minnətdaram, Polad qardaşım, Allah yardımçınız olsun!

    Dunyamin,
    Çox sağ olun, Dünyamin müəllim, düzəlişi də etdim, diqqətiniz üçün var olun!
    Yazdı: Saxavat: 21 İyun 2013 22:27
     
    Yaşayır: --
    Əsərlərin sayı: 896
    Resenziyalar: 3083
    Status: Şair
     
    Üçüncü bənddəki ÖZGƏSİNİ-də olan texniki qüsuru düzəlt, bir hərf səhv gedib digərisə düşməyib, dostum və şair qardaşım NƏRİMAN!
    ŞEİRİN ƏN YÜKSƏK QİYMƏTƏ LAYİQDİR, ƏSAS POYETİKA MƏNA VƏ MƏZMUN...
    BÜTÜN ALQIŞLAR, TƏBRİKLƏR və AFƏRİNLƏR SƏNİN HALALINDIR. ÖPDÜM!
    Yazdı: Neriman Nerimanli: 22 İyun 2013 10:39
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Saxavat,
    Gün aydın, Səzavət qardaşım, çox sağ olun diqqətiniz, verdiyiniz dəyər üçün, minnətdaram Sizə!
    Yazdı: Polat Alemdar: 22 İyun 2013 10:43
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Sitat: Neriman Nerimanli
    Minnətdaram, Polad qardaşım, Allah yardımçınız olsun!

    Sabahınız xeyirli və uğurlu olsun dəyərli insan və dostum Nəriman müəllim , Sizinlə bahəm!

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Neriman Nerimanli: 22 İyun 2013 11:22
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Polat Alemdar,
    Bir daha minnətdarlığımı bildirirəm, Polad qardaş, Sizə də xeyirli-uğurlu günlər!
    Yazdı: sahin.yusifov: 10 Oktyabr 2014 05:26
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     

    Sabahınız xeyirli və uğurlu olsun dəyərli insan və dostum Nəriman müəllim , Sizinlə bahəm!
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    BAN

    Müəllif: bayrami

    BAN

    Var, güvənmə, saz araban, ban. (1)
    Vardı, hanı “dəmir daban”, ban? (2)
    Etmir daha xoruz baban, ban. (3)
    Gorda çalır nağara: ban-ban! (4)

    Oxumaq
    BƏXTİ QARA QADIN

    Müəllif: bayrami

    BƏXTİ QARA QADIN

    Dünya yükü belində,
    Acı fəryad dilində,
    Qaldı zalım əlində
    Bu manqurtlar elində!

    Oxumaq
    Bir kimsə heyranın deyil

    Müəllif: Rufat Tagiyev

    Bir kimsə heyranın deyil

    Ey könül, əl üz o canandan ki, cananın deyil,
    Anla ki, sevda sənin dərdindi, dərmanın deyil...

    Oxumaq
    SABAHA SAXLAMAZ GÜNÜN İŞİNİ--- Məmməd AĞA --- {Səxavət QAFARLIYA}

    Müəllif: Saxavat

    SABAHA SAXLAMAZ GÜNÜN İŞİNİ--- Məmməd AĞA --- {Səxavət QAFARLIYA}

    Görünən, görünməz hallara baxır,
    Qəlbində saxlamır,- bulaqtək axır.
    Çəkinmir kimsədən, yandırıb-yaxır,
    Sabaha saxlamaz günün işini...

    Oxumaq
    SEVGİMİ DƏFN ETMƏRƏM...(Bu gün gözlərimdə yaman ağrı var...)

    Müəllif: Dunyamin

    SEVGİMİ DƏFN ETMƏRƏM...(Bu gün gözlərimdə yaman ağrı var...)

    Bu gün gözlərimdə yaman ağrı var,
    elə bil,yerindən çıxacaq indi...
    Yenə də zillənib sənə baxışlar,
    qəlbim intizarda:"Baxacaq indi..."

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Fevral 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics