misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

DANIŞ MƏHƏBBƏTDƏN,DANIŞ SEVGİDƏN

Müəllif: ulvi amin | 21 İyun 2013 | Oxunub: 2129| Yadda saxlamaq:
Yaşa, bu dünyada yaşa doyunca,
Gəl ömrü yaşayaq Tanrı qoyunca,
Nə qədər varsansa ömür boyunca,
Danış məhəbbətdən,danış sevgidən.

Bəsdi, ayrılıqdan dəm vurma,dayan,
Oyan,hicran dolu yuxudan oyan,
Arzuya,istəyə,sevgiyə boyan,
Danış məhəbbətdən,danış sevgidən.

Ömür bir imtahan,sınaq meydanı,
Dostunu uca tut, düşməni tanı,
Bəzə hər sözünlə fani dünyanı,
Danış məhəbbətdən,danış sevgidən.

Şeytanın qurduğu tifaq pozulsun,
Tanrının rizası köməyin olsun,
Daim məhəbbətlə ürəyin dolsun,
Danış məhəbbətdən,danış sevgidən.

Rəbbindən kömək um, bəndədən sevgi,
Sevgini məhv etməz ayrılıq, itki,
Bir dəfə haqqa gəl,nə olacaq ki?
Danış məhəbbətdən,danış sevgidən.

Yoxsa həsrət ilə qəlbin yanacaq,
Ya da ki buz kimi tamam donacaq,
Dünyada məhəbbət yaşayar ancaq,
Danış məhəbbətdən,danış sevgidən.

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 2)
Əsəri oxuyanlar (440)
  Oxşar misralar:
  • Məhəbbətdən danış
  • DANIŞ
  • Sevgidən danış
  • DANIŞ MƏNİMLƏ, GÜLÜM...(Müəllif:R.Həsənov)
  • DANIŞ.


  •   Resenziyalar (9)  
    Yazdı: Neriman Nerimanli: 21 İyun 2013 15:52
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Yaşa bu dünyada yaşa doyunca,
    Gəl ömrü yaşayaq Tanrı qoyunca,
    Nə qədər varsansa ömür boyunca,
    Danış məhəbbətdən,danış sevgidən.

    Axar-baxarlı, zövqü oxşayan bir şerdir. Xoş ovqatla yoğrulub, ruha rahatlıq gətirir. Ümidvaram ki, bu gözəl şer hörmətli Şəmsi müəllimin nəzərindən yayınmayacaq. Əla qiymətləndirirəm.
    Yazdı: ulvi amin: 21 İyun 2013 16:38
     
    Yaşayır: ismayilli
    Əsərlərin sayı: 253
    Resenziyalar: 901
    Status: Şair
     
    derin minnetdarligimi bildirirem.tesekkurler.var olasan.
    Yazdı: Polat Alemdar: 21 İyun 2013 16:41
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Sitat: Neriman Nerimanli
    Axar-baxarlı, zövqü oxşayan bir şerdir. Xoş ovqatla yoğrulub, ruha rahatlıq gətirir. Ümidvaram ki, bu gözəl şer hörmətli Şəmsi müəllimin nəzərindən yayınmayacaq. Əla qiymətləndirirəm.


    Assalamun aleykum Ülvi bəy, mən Nəriman müəllimi dəstəkləyir də bu gözəl misralarınıza ƏLA deyirəm. Sağ olun,var olun!

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: ulvi amin: 21 İyun 2013 16:45
     
    Yaşayır: ismayilli
    Əsərlərin sayı: 253
    Resenziyalar: 901
    Status: Şair
     
    size derin minnetdarligimi bildirirem Polad dostum.var olasan.
    Yazdı: Dunyamin: 21 İyun 2013 17:19
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: ulvi amin

    Ömür bir imtahan,sınaq meydanı,
    Dostunu uca tut,düşməni tanı,
    Bəzə sözlərinlə fani dünyanı,
    Danış məhəbbətdən,danış sevgidən.


    BU ŞEİR DƏ MARAQLIDIR....ÜMUMİYYƏTLƏ,ÜLVİ ŞEİRLƏRİNDƏ ÇOX MARAQLI TAPINTILAR EDİR...MƏN ONUN ŞEİRLƏRİNİ ÇOX BƏYƏNİRƏM....
    AMMA ÇOX İSTƏRDİM Kİ,ŞEİRLƏRİN BİR QƏDƏR YIĞCAM OLSUN,AZ SÖZLƏ İFADƏ EDƏSƏN FİKİRLƏRİNİ!....MƏNCƏ,BU,SƏNİN ÜÇÜN O QƏDƏR DƏ ÇƏTİN DEYİL!...
    UĞURLARIN DAVAMLI OLSUN!...
    Yazdı: ulvi amin: 21 İyun 2013 17:39
     
    Yaşayır: ismayilli
    Əsərlərin sayı: 253
    Resenziyalar: 901
    Status: Şair
     
    derin minnetdarligimi bildirirem.haqlisiniz.ancaq menimlik olan is deyil.cunki butun seirlerim menim aglima hemin an gelir ve men de nece var ele de varaga kocururem.coxun azinsa ancaq Allah bilir.
    Yazdı: Shemsi: 22 İyun 2013 06:11
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 108
    Resenziyalar: 997
    Status: Şair-Redaktor
     
    Gəl ömrü yaşayaq Tanrı qoyunca, ( bu nə deməkdir) Düzdür, izah edəcəksən, amma yersiz və əhəmiyyətsiz fikirdir.
    Yoxsa dağılacaq qurduğun dünyan, ( dünyan sözü misranı ağırlaşdırıb. Bir də oxu özün də hiss edəcəksən)
    Bəzə sözlərinlə fani dünyanı,
    Danış məhəbbətdən,danış sevgidən. fikir bağlığı yoxdur.
    Rəbbdən kömək istə,bəndədən sevgi,- dilimizdə bəzi sözlər istisan olunmaqla ( hiss) samitlə başlanan şəkilçi qəbul edildikdə qoşa samitin biri düşür. Burada daha yaxşısı Rəbbindən ola bilər.

    Bir sözlə ümumi fikri saxla və şeiri yenidən işlə. Axşam bu məsləyə bir daha qayıdarıq. Sənə uğurlar!!!!!!!!!!!!!!!!

    Gül kimi,ətir saçıb,
    ilk eşqim kəlmə-kəlmə...
    Gülüm,yaramı açıb,
    sən də eşqimə gülmə!...
    Sevinci-səadəti,
    borc almaq istəmirəm...
    Köksün üstə uyusam,
    qocalmaq istəmirəm!... Dünyamin müəllimin bu misralarına fikir ver. Görürsən söz, misra bir-birini necə tamamlatyır. Söz su kimi axır. Bircə sözü yerindən tərpətsən aləm qarışar. bax sənin şeirində də belə bağlılıq olmalıdır. Sən buna qadirsən. Tənbəl olma!!!!!!!! Unutma ki əsl şairlik istedad və zəhmətin xəlitəsindən yaranır.

    --------------------
    Məni məndən soruşanlar bilirmi,
    Həm uşağam, həm cavanam, həm qoca.
    Baş yaşıma, yaş başıma tən deyil,
    Həm dərvişəm, həm bəzirgan, həm xoca!
    Yazdı: ulvi amin: 22 İyun 2013 14:56
     
    Yaşayır: ismayilli
    Əsərlərin sayı: 253
    Resenziyalar: 901
    Status: Şair
     
    bele ozellikle dayandiginiz ucun tesekkur edirem.men bir deyisiklik etmisem.bir ona diqqet edin.digerlerine de yardim etseniz yaxsi olar.var olun.
    Yazdı: sahin.yusifov: 4 Sentyabr 2014 19:54
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    Yaşa, bu dünyada yaşa doyunca,
    Gəl ömrü yaşayaq Tanrı qoyunca,
    Nə qədər varsansa ömür boyunca,
    Danış məhəbbətdən,danış sevgidən.

    Bəsdi, ayrılıqdan dəm vurma,dayan,
    Oyan,hicran dolu yuxudan oyan,
    Arzuya,istəyə,sevgiyə boyan,
    Danış məhəbbətdən,danış sevgidən.
    əla deyirəm
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    YAD OLDUNMU,QONŞU QIZI?...

    Müəllif: akif musayev

    YAD OLDUNMU,QONŞU QIZI?...

    İllər keçdi,dəyişdi an,
    nağıllaşdı ötən zaman...
    Əhdin də çıxdı yadından,
    yadındamı,qonşu qızı?...

    Oxumaq
    Sənə olan bu sevgim

    Müəllif: Mushviq

    Sənə olan bu sevgim

    Hissim sənə qul qalar,
    Həsrət sənsiz dul qalar.
    Sən desən də öl, qalar
    Sənə olan bu sevgim.

    Oxumaq
    Riyaziyyat.

    Müəllif: Ruslan Zeynalli

    Riyaziyyat.

    Mən fənlərin şahıyam,
    Onların başçısıyam.
    Sən məni oxuyarsan,
    Çox şey qazanarsan!

    Oxumaq
    SƏXAVƏT!   --- { Dostum Səxavət Qafarlıya } ---  Xanəli TOLIŞ

    Müəllif: Saxavat

    SƏXAVƏT! --- { Dostum Səxavət Qafarlıya } --- Xanəli TOLIŞ

    Axı, kimə gərək bu qorxu-hürkü,
    Yaradan yaradıb Talışı, Türkü...
    Hərə bir tərəfə çəksə bu kürkü,
    Nə qalar de mənə, sənə Səxavət?!

    Oxumaq
    SƏNİ KİMDƏN SORUŞUM

    Müəllif: zvezdapad

    SƏNİ KİMDƏN SORUŞUM

    Həkk olmusan yaddaşımda,
    Mən ölməmiş baş daşımda.
    Qurumusan göz yaşımda,
    Səni kimdən soruşum mən...

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Fevral 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics