misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

QOCALMAQ İSTƏMİRƏM...

Müəllif: Dunyamin | 21 İyun 2013 | Oxunub: 4589| Yadda saxlamaq:
QOCALMAQ İSTƏMİRƏM...

Sən mənim gözlərimdə,
dönürsən ilk bahara...
Eyhamlı sözlərimdə,
fikir ver arzulara!...
İstəyimə çatmamış,
heç olmaq istəmirəm...
Sən ümid mənbəyimsən,
qocalmaq istəmirəm!...

Dünyamız da,elə bil,
al-yaşıldan don geyir...
Dünya qocalan deyil,
ömür "Yaşayaq,"-deyir...
Eşqə-şirin vüsala
ac olmaq istəmirəm...
Hər gün səni görürəm,
qocalmaq istəmirəm!...

Otururuq yanaşı,
ürəyimiz söz dolu...
Gözlərimiz danışır,
baxışlar da söz olur!...
Əllərindən tuturam,
ucalmaq istəmirəm...
Həyat çox şirin olur,
qocalmaq istəmirəm!...

Gül kimi,ətir saçıb,
ilk eşqim kəlmə-kəlmə...
Gülüm,yaramı açıb,
sən də eşqimə gülmə!...
Sevinci-səadəti,
borc almaq istəmirəm...
Köksün üstə uyusam,
qocalmaq istəmirəm!...

Bilirəm ki, çətindir,
bu yaşda məhəbbətim...
Elə bil ki,yetimdir,
bu tənha səadətim...
Gecikmiş güllər kimi,
açılmaq istəmirəm...
inad olub ürəyim,
qocalmaq istəmirəm!....

26.04.85.Ağdaş

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 137)
Əsəri oxuyanlar (613)
  Oxşar misralar:
  • İstəmirəm var-dövləti
  • İstəmirəm var-dövləti!
  • AYRILIQ
  • İstəmirəm
  • TƏNHALIĞI İSTƏMİRƏM...


  •   Resenziyalar (44)  
    Yazdı: Dunyamin: 21 İyun 2013 10:07
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Bir ömrün zirvəsinə,
    indi ucalmışam mən...
    Qocalmaq istəmirdim-
    artıq qocalmışam mən!....
    Yazdı: Polat Alemdar: 21 İyun 2013 10:11
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Dünyamin müəllim bu misralarınıza da MƏNDƏN ƏLA. Sizə yaradıcılığınızda uğur və müvəffəqiyyətlər arzu edirəm.Allahın Sizə yar olsun!

    Kövrəklik düşür səsimə,
    Qəm ilişir nəfəsimə.
    Sinəm dönür kövrək simə,
    Qocalıram!

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Dunyamin: 21 İyun 2013 10:23
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: Polat Alemdar
    Dünyamin müəllim bu misralarınıza da MƏNDƏN ƏLA. Sizə yaradıcılığınızda uğur və müvəffəqiyyətlər arzu edirəm.Allahın Sizə yar olsun!Kövrəklik düşür səsimə,Qəm ilişir nəfəsimə.Sinəm dönür kövrək simə,Qocalıram!

    ÇOX SAĞ OL,QARDAŞIM!...ELƏ HƏR ŞEY ÜÇÜN ÇOX SAĞ OL!!!!
    Yazdı: Polat Alemdar: 21 İyun 2013 10:29
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Sitat: Dunyamin
    ÇOX SAĞ OL,QARDAŞIM!...ELƏ HƏR ŞEY ÜÇÜN ÇOX SAĞ OL!!!!

    Siz də sağ olun.
    Sitat: Dunyamin
    Qocalmaq istəmirdim-
    artıq qocalmışam mən!...

    Dünyamin müəllim, atalar buyurub, "uca dağların başı həmişə qar olar".

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Dunyamin: 21 İyun 2013 10:32
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: Polat Alemdar

    Sitat: Dunyamin
    ÇOX SAĞ OL,QARDAŞIM!...ELƏ HƏR ŞEY ÜÇÜN ÇOX SAĞ OL!!!!Siz də sağ olun.
    Sitat: Dunyamin
    Qocalmaq istəmirdim-artıq qocalmışam mən!...

    Dünyamin müəllim, atalar buyurub, "uca dağların başı həmişə qar olar".


    SAĞ OL,VAR OL,QARDAŞ!!!
    Yazdı: Polat Alemdar: 21 İyun 2013 10:44
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Zülmətə bürünmüş kövrək qəlbimdə
    Sönməz bir cıraq yandırdın əziz dost
    Çökmüşdü gəncliyim dizləri üstə
    Onu yenidən qaldırdin əziz dost

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Dunyamin: 21 İyun 2013 13:01
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: Polat Alemdar

    Zülmətə bürünmüş kövrək qəlbimdə,
    Sönməz bir cıraq yandırdın, əziz dost!...
    Çökmüşdü gəncliyim dizləri üstə,
    Onu yenidən qaldırdın, əziz dost!....


    MƏNCƏ,ÇOX GÖZƏL VƏ DƏRİN MƏNALI BİR CAVAB YAZMISAN,QARDAŞIM!...
    ÇOX SAĞ OL!!!
    Yazdı: Neriman Nerimanli: 21 İyun 2013 16:12
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Dünyamız da,elə bil,
    al-yaşıldan don geyir...
    Dünya qocalan deyil,
    ömür "Yaşayaq,"-deyir...
    Eşqə-şirin vüsala
    ac olmaq istəmirəm...
    Hər gün səni görürəm,
    qocalmaq istəmirəm!...

    Elədir, əziz qardaşım, bu da bir şairanə etirafdır...qocalmaq istəmirik. Şerləriniz kimi həmişəcavan qalın!
    Yazdı: Dunyamin: 21 İyun 2013 17:01
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: Neriman Nerimanli

    Dünyamız da,elə bil,
    al-yaşıldan don geyir...
    Dünya qocalan deyil,
    ömür "Yaşayaq,"-deyir...
    Eşqə-şirin vüsala
    ac olmaq istəmirəm...
    Hər gün səni görürəm,
    qocalmaq istəmirəm!...

    Elədir, əziz qardaşım, bu da bir şairanə etirafdır...qocalmaq istəmirik. Şerləriniz kimi həmişəcavan qalın!


    ƏZİZİM NƏRİMAN!...SƏNƏ BU GÖZƏL VƏ MƏNALI SÖZLƏR ÜÇÜN ÜRƏKDƏN TƏŞƏKKÜRÜMÜ BİLDİRİRƏM!....ÇOX SAĞ OL!...ALLAH SƏNDƏN RAZI OLSUN!....
    Yazdı: Neriman Nerimanli: 21 İyun 2013 17:41
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Dunyamin,
    Olmayanı deməklə, olanı deməmək- eyni günahdır, qardaş, sağ olun!
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    Tut qolumdan (Ənvər  Rza )

    Müəllif: KHAGANI

    Tut qolumdan (Ənvər Rza )

    Meh tərpəndi, sinən üstdən şal düşdü,
    İsmətindən yanağına al düşdü,
    Ürəyimə xalın boyda xal düşdü.
    Dağ çayları gözlərimdən sağıldı,
    Tut qolumdan, huş başımdan dağıldı.

    Oxumaq
    PASIN DA FƏRQİ YOXDU!   ---   { Nəriman Nərimanlıya }

    Müəllif: Saxavat

    PASIN DA FƏRQİ YOXDU! --- { Nəriman Nərimanlıya }

    Çoxusunun nənəsidir axçilərin bacısı,-
    Dığalarçün açıq qalıb Vətənəmın bacası.
    Məni didir bu dərdlərin hər an ağrı-acısı,
    Daha mənə nə toyun, nə yasın da fərqi yoxdu...

    Oxumaq
    İllərin soyuqluğunda...

    Müəllif: aliibrahimov

    İllərin soyuqluğunda...

    Bil ki, daha mənə gərək deyilsən,
    İzn ver eşqimlə qalım baş-başa.
    Ətrinə öldüyüm çiçək deyilsən,
    Get, özgə bağında solaraq yaşa.

    Oxumaq
    Bu dağların o üzündə

    Müəllif: Sanan Celilli

    Bu dağların o üzündə

    Bu dağların o üzündə
    Mənim qədim kəndim qalıb
    «Dərə yurdüm», «Sarı yerim»
    Bərələrim, bəndim qalıb

    Oxumaq
    NİYƏ UTANDIM...(Yenə bu dünyanı ilahi gördüm...)

    Müəllif: Dunyamin

    NİYƏ UTANDIM...(Yenə bu dünyanı ilahi gördüm...)

    Asiman boyandı göy qurşağına,
    rənglərə qarışdı sanki duyğular...
    Mat qaldım aləmin yaraşığına,
    dil açdı-danışdı sanki duyğular!

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Aprel 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics