misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

DEYİRLƏR Kİ....

Müəllif: Dunyamin | 21 İyun 2013 | Oxunub: 3532| Yadda saxlamaq:
DEYİRLƏR Kİ....

Hamı mənə yol öyrədir,söz deyir,
"Bu güllərdən tez birini üz,"-deyir...
Sevən qəlbim həzin-həzin "Döz,"-deyir,
qəmli-qəmli mən gülərəm,əzizim,
bir gün sənə rast gələrəm,əzizim!...

Bu dünyanın hər əzabı mənimdir,
ayrılığın iztirabı mənimdir...
Sənin qəmin elə mənim qəmimdir,
dara düşsən,tez bilərəm,əzizim,
bir gün sənə rast gələrəm,əzizim!...

Deyirlər ki,düşüncəsiz yaşama,
düşünürəm,hər gün baxıb yaşıma...
Dən salmısan saçlarıma-başıma;
baxıb-baxıb dərd elərəm,əzizim,
bir gün sənə rast gələrəm,əzizim!...

Bu dünyada günahım da çox olub,
ilk məhəbbət ürəyimdə dağ olub...
Yoxsa sevinc əbədilik yox olub,
gözlərimdən qəm çilərəm,əzizim,
bir gün sənə rast gələrəm,əzizim!...

Deyirlər ki,həyatından keç indi,
səni sevən olacaqmı heç indi!....
Ömür elə belə gəlib-keçəndi,
onu sənlə mən bölərəm,əzizim,
bir gün sənə rast gələrəm,əzizim!...

Deyirlər ki,seç qızlardan birini,
bilirlərmi məhəbbətin sirrini!...
Qazsalar da Dünyaminin qəbrini,
nə solaram,nə ölərəm,əzizim,
bir gün sənə rast gələrəm,əzizim...
01.05.85.Ağdaş

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 138)
Əsəri oxuyanlar (544)
  Oxşar misralar:
  • BİR GÜN SƏNƏ RAST GƏLDİM....(Bu dünyanın hər əzabı mənimmi?!... ...
  • BİR GÜN SƏNƏ RAST GƏLƏRƏM....(Hamı mənə yol öyrədir,söz deyir. ...
  • ƏZİZİM
  • AĞRILARI VER MƏNƏ...
  • SƏNSƏN MƏNİM NAĞILIM...


  •   Resenziyalar (47)  
    Yazdı: Dunyamin: 21 İyun 2013 10:04
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Və bir gün sənə rast gəldim!...
    Ömrümün ən gözəl günü o gün oldu!!!
    Yazdı: Polat Alemdar: 21 İyun 2013 10:08
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Deyirlər ki,düşüncəsiz yaşama,
    düşünürəm,hər gün baxıb yaşıma...
    Dən salmısan saçlarıma-başıma;
    baxıb-baxıb dərd elərəm,əzizim,
    bir gün sənə rast gələrəm,əzizim!...

    Assalamun aleykum mənim dəyərli dostum Dünyamin müəllim,Sabahınız və Cüməniz xeyirli və uğurlu olsun.Sabah-sabah bu gözəl misralarınız lap ləzzət elədi.MƏNDƏN ƏLA. Sizə yaradıcılığınızda uğur və müvəffəqiyyətlər arzu edirəm.

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Dunyamin: 21 İyun 2013 10:29
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: Polat Alemdar

    Deyirlər ki,düşüncəsiz yaşama,
    düşünürəm,hər gün baxıb yaşıma...
    Dən salmısan saçlarıma-başıma;
    baxıb-baxıb dərd elərəm,əzizim,
    bir gün sənə rast gələrəm,əzizim!...

    Assalamun aleykum mənim dəyərli dostum Dünyamin müəllim,Sabahınız və Cüməniz vetirli və uğurlu olsun.Sabah-sabah bu gözəl misralarınız lap ləzzət elədi.MƏNDƏN ƏLA. Sizə yaradıcılığınızda uğur və müvəffəqiyyətlər arzu edirəm.


    VƏSALAMUN ALEYKUM,ƏZİZİM POLAD!...BU XOŞ VƏ SƏMİMİ SÖZLƏRİN ÜÇÜN ÇOX SAĞ OL....SƏNƏ ÜRƏKDƏN MİNNƏTDARAM!...
    SƏNİN KİMİ İNSANLAR OLMASAYDI,MƏN NEYLƏYƏRDİM AXI!....
    Yazdı: Polat Alemdar: 21 İyun 2013 10:37
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Sitat: Dunyamin
    VƏSALAMUN ALEYKUM,ƏZİZİM POLAD!...BU XOŞ VƏ SƏMİMİ SÖZLƏRİN ÜÇÜN ÇOX SAĞ OL....SƏNƏ ÜRƏKDƏN MİNNƏTDARAM!...
    SƏNİN KİMİ İNSANLAR OLMASAYDI,MƏN NEYLƏYƏRDİM AXI!....


    Səndən yazmağa sözümdə çoxdu
    Kağızlar qələmlər yetməz bilirsən
    Arzularam bu bəşərə ürək dostu
    Qismət olsun sənin kimi əziz dost

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Dunyamin: 21 İyun 2013 13:05
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: Polat Alemdar

    Səndən yazmağa sözüm də çoxdu,
    Kağızlar- qələmlər yetməz, bilirsən...
    Arzularam bu bəşərə ürək dostu,
    Qismət olsun sənin kimi, əziz dost!...


    ELƏ GÖZƏL SÖZLƏR YAZMISAN Kİ,AY ƏZİZ QARDAŞIM,NƏ CÜR QARŞILIQ VERƏCƏYİMİ DƏ BİLMİRƏM!...
    ALLAHIMIZ BÜTÜN DOSTLARI VAR EYLƏSİN,ELƏ BİZLƏRİ DƏ!...
    AMİN!!!
    Yazdı: Neriman Nerimanli: 21 İyun 2013 16:15
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Deyirlər ki,həyatından keç indi,
    səni sevən olacaqmı heç indi!....
    Ömür elə belə gəlib-keçəndi,
    onu sənlə mən bölərəm,əzizim,
    bir gün sənə rast gələrəm,əzizim!...

    Məmnunluqla oxudum, qardaşım, çox sağ olun, deyilənlərə qulaq asmayın))) sevgi dolu ömrünüzü elə sevgi ilə də yaşayın!
    Yazdı: Dunyamin: 21 İyun 2013 16:57
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: Neriman Nerimanli

    Deyirlər ki,həyatından keç indi,
    səni sevən olacaqmı heç indi!....
    Ömür elə belə gəlib-keçəndi,
    onu sənlə mən bölərəm,əzizim,
    bir gün sənə rast gələrəm,əzizim!...

    Məmnunluqla oxudum, qardaşım, çox sağ olun, deyilənlərə qulaq asmayın))) sevgi dolu ömrünüzü elə sevgi ilə də yaşayın!


    ÇOX SAĞ OL,ŞAİR QARDAŞIM MƏNİM....BELƏ GÖZƏL SÖZLƏRƏ QULAQ ASMAMAQ ÖZÜ GÜNAH OLARDI!...
    ALLAH SƏNİ DOSTLUQDAN-QARDAŞLIQDAN HEÇ ƏSKİK ETMƏSİN,AY ƏZİZ QARDAŞIM NƏRİMAN!....
    Yazdı: Neriman Nerimanli: 21 İyun 2013 17:43
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Dunyamin,
    Əsas olanı odur ki, arzular ürəkdən gəlsin, özünə arzulayacağın kimi...
    Yazdı: Dunyamin: 21 İyun 2013 18:15
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: Neriman Nerimanli
    Əsas olanı odur ki, arzular ürəkdən gəlsin, özünə arzulayacağın kimi...


    YAŞA ARZULARIN AĞ İŞIĞINDA,
    ÖMRÜNÜN DOSTLARLI YARAŞIĞINDA!....
    Yazdı: Adil Muradov: 22 İyun 2013 02:33
     
    Yaşayır: --
    Əsərlərin sayı: 0
    Resenziyalar: 0
    Status: Qonaq
     
    Dünyamin müellim bir söznen ehsen... heqiqeten de qelemi nece istifade etmeyi bilirsen... halal olsun
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    ANA

    Müəllif: naz-naz

    ANA

    Anamın kitabı» – anamın dili,
    Bu adla çağırdım dilimin adın.
    Mənim ürəyimdən özgə şey keçir,
    Ey məni dünyaya gətirən qadın!

    Oxumaq
    QOCALMAQ İSTƏMİRƏM...

    Müəllif: Dunyamin

    QOCALMAQ İSTƏMİRƏM...

    Gül kimi,ətir saçıb,
    ilk eşqim kəlmə-kəlmə...
    Gülüm,yaramı açıb,
    sən də eşqimə gülmə!...
    Sevinci-səadəti,
    borc almaq istəmirəm...
    Köksün üstə uyusam,
    qocalmaq istəmirəm!...

    Oxumaq
    DÜŞÜB ÖLƏCƏYƏM YAR QABAĞINDA

    Müəllif: Neriman Nerimanli

    DÜŞÜB ÖLƏCƏYƏM YAR QABAĞINDA

    Kükrəsəm, açılar sözün qabağı,
    Nahaq söz arifə dolu qab- ağı.
    Açılar xoş sözdən qaşı-qabağı
    Sərrafın, olsa da dar ayağında.

    Oxumaq
    BƏXTİ QARA QADIN

    Müəllif: bayrami

    BƏXTİ QARA QADIN

    Dünya yükü belində,
    Acı fəryad dilində,
    Qaldı zalım əlində
    Bu manqurtlar elində!

    Oxumaq
    ATA

    Müəllif: naz-naz

    ATA

    Yenə gözüm getdi dərin yuxuya,
    Məni qoruyan əllər qırışmaqdadır.
    İnanmıram daha..məni qoruya,
    Gözümdəki qəhrəman qocalmaqdadır!

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Fevral 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics