misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

VƏTƏN SIĞIR ÜRƏYİMƏ

Müəllif: Polat Alemdar | 20 İyun 2013 | Oxunub: 2535| Yadda saxlamaq:
Ay təbiət, səxavətin çox imiş,
Hər varını bəxşiş etdin yenə sən…
Pay verməkdə heç təmənnan yox imiş,
Büllur kimi ürək verdin mənə sən.

Deyirlər ki, ürək yumruq boydadır,
Nə yerləşər yumruq boyda ürəyə?
Dar qəfəsdə hey döyünmək qaydadır,
Bir gün yasda, bir gün toyda ürəyə…

Dar qəfəsdə qala bilməz ürəyim,
Hər arzumu, qalsa, ora yığmazdım.
Yumruq boyda ola bilməz ürəyim,
Belə olsa Vətən ora sığmazdı…

Ürəyimsiz ağlamıram, gülmürəm,
Hər istəyim ürəyimdə birləşir.
Böyükmüdür, kiçikmidir bilmirəm,
Ürəyimə təkcə Vətən yerləşir.

Müəllif:- Vaqif Məmmədov

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 4)
Əsəri oxuyanlar (589)
  Oxşar misralar:
  • Ay təbiət...(Vaqif Məmmədov)
  • SƏNDƏN YUMRUQ BOYDA ÜRƏK İSTƏDİM
  • ÜRƏYİMƏ GƏL QULAQ AS
  • Sənin ürəyində qala bilmərəm....
  • SÖZ DƏ ACİZ QALARMIŞ...


  •   Resenziyalar (11)  
    Yazdı: Polat Alemdar: 20 İyun 2013 15:48
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Dar qəfəsdə qala bilməz ürəyim,
    Hər arzumu, qalsa, ora yığmazdım.
    Yumruq boyda ola bilməz ürəyim,
    Belə olsa Vətən ora sığmazdı…

    Ürəyimsiz ağlamıram, gülmürəm,
    Hər istəyim ürəyimdə birləşir.
    Böyükmüdür, kiçikmidir bilmirəm,
    Ürəyimə təkcə Vətən yerləşir.

    TORPAQ UĞRUNDA ÖLƏN VARSA VƏTƏNDİR!!!

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Dunyamin: 20 İyun 2013 16:40
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: Polat Alemdar

    Deyirlər ki, ürək yumruq boydadır,
    Nə yerləşər yumruq boyda ürəyə?
    Dar qəfəsdə hey döyünmək qaydadır,
    Bir gün yasda, bir gün toyda ürəyə…


    GÖZƏL DEYİLİB,EŞQ OLSUN BU ŞEİRİN MÜƏLLİFİNƏ!!!
    Yazdı: Polat Alemdar: 20 İyun 2013 18:50
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Sitat: Dunyamin
    GÖZƏL DEYİLİB,EŞQ OLSUN BU ŞEİRİN MÜƏLLİFİNƏ!!!


    Sağ olun Dünyamin müəllim.Bu şeirin müəllifi mənim döyüşçü yoldaşım,vətənpərvər insan,el ağsaqqalı VAQİF MƏMMƏDOVDUR.Haqqında qısa məlumat.
    Azərbaycan Jurnalistlər Birliyinin (1992), Azərbaycan Yazıçılar Birliyinin (1995), İLESAM-ın (Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) və Avrasiya Yazarlar Birliyinin (2010) üzvüdür.
    2001-ci ildə «Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Müəllimlər İnstitutunun yaranması və inkişaf yolu» mövzusunda dissertasiya müdafiə edib tarix elmləri namizədi elmi dərəcəsi almışdır.
    1995-2000-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub. 1968-1975-ci illərdə Sədərək kənd orta məktəbində müəllim, 1975-1978-ci illərdə Sədərək kənd 1 nömrəli orta məktəbində ibtidai siniflər üzrə direktor müavini, 1978-1982-ci illərdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 1982-1995-ci illərdə həmin məktəbdə direktor vəzifələrində çalışmışdır. 1996-1998-ci illərdə Naxçıvan MR Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi sədrinin müavini vəzifəsində işləmişdir.
    1998-ci ilin iyun ayından Naxçıvan Dövlət Universitetinin «Qeyrət» nəşriyyatının direktoru, həmçinin universitetin «Elmi əsərlər» jurnalının redaktoru, «Fikir» jurnalının məsul redaktoru, universitetin «Jurnalistika və dünya ədəbiyyatı» kafedrasının müəllimi vəzifəsində çalışır. V.Məmmədov eyni zamanda Sədərək rayon İcra hakimiyyətinin orqanı olan «Oğuz yurdu» qəzetinin nəşrə başladığı vaxtdan (22/III-2000) 2008-ci ilin fevral ayınadək həmin qəzetin redaktoru olmuşdur.
    2005-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüş, 2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin «Qabaqcıl təhsil işçisi» döş nişanı ilə təltif olunmuşdur.

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: sefer: 20 İyun 2013 21:48
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 406
    Resenziyalar: 1842
    Status: Şair
     
    Ürək var ki həm poladdır, həm ipək
    Qırılandı namərd dostun əlində
    Insanda var, sinəsində daş ürək
    Illər keçə, dən tapmazsan telində

    Yazdı: Polat Alemdar: 21 İyun 2013 07:22
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Təşəkkürlər əziz dostum Səfər bəy.

    Ürəyim qızıl gül, dərd- qonan arı,
    Çəkilir şirəsi, indi ha zarı…
    Yenə buz bağladı ömrün yolları,
    Deyəsən yıxacaq bu qışı məni.

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: sahin.yusifov: 13 Avqust 2014 03:55
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    Ürəyimsiz ağlamıram, gülmürəm,
    Hər istəyim ürəyimdə birləşir.
    Böyükmüdür, kiçikmidir bilmirəm,
    Ürəyimə təkcə Vətən yerləşir.
    əla şeirdi
    Yazdı: Polat Alemdar: 29 Sentyabr 2014 20:46
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Sitat: sahin.yusifov
    Ürəyimsiz ağlamıram, gülmürəm,
    Hər istəyim ürəyimdə birləşir.
    Böyükmüdür, kiçikmidir bilmirəm,
    Ürəyimə təkcə Vətən yerləşir.
    əla şeirdi


    TORPAQ UĞRUNDA ÖLƏN VARSA VƏTƏNDİR.BU TORPAQ BU VƏTƏN BİZƏ ƏCDADLARIMIZIN ƏMANƏTİDİR.ƏMANƏTƏ İSƏ XƏYANƏT ETMƏK OLMAZ !!! ƏMANƏTƏ SAHİB ÇIXANLARA ULU TANRİDAN CAN SAĞLIĞI,UZUN ÖMÜR,ƏMANƏTƏ XOR BAXANLARA İSƏ İSLAH OLUNMALARINI DİLƏYİRƏM!!!

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Movlud Aqammed: 29 Sentyabr 2014 21:10
     
    Yaşayır: Quba.Zərdabi
    Əsərlərin sayı: 506
    Resenziyalar: 9915
    Status: Şair
     
    Polat Alemdar,
    TORPAQ UĞRUNDA ÖLƏN VARSA VƏTƏNDİR.BU TORPAQ BU VƏTƏN BİZƏ ƏCDADLARIMIZIN ƏMANƏTİDİR.ƏMANƏTƏ İSƏ XƏYANƏT ETMƏK OLMAZ !!! ƏMANƏTƏ SAHİB ÇIXANLARA ULU TANRİDAN CAN SAĞLIĞI,UZUN ÖMÜR,ƏMANƏTƏ XOR BAXANLARA İSƏ İSLAH OLUNMALARINI DİLƏYİRƏM!!!

    Vətəni bütövlüklə ürəyinə sığışdıran oğullar onun uğrunda canından belə keçməyə hər an hazırdır.Polad müəllim vətənpərvər ruhlu şeiri paylaşdığınız üçün çox sağ olun.

    --------------------
    Mən qəmli olanda şeir yazıram,
    Çoxdu şeirlərim,demək,qəmim çox...
    *****

    *****
    "Sağlığında qiymət verin insanlara..."
    Yazdı: cavidismayilli: 17 Noyabr 2014 12:02
     
    Yaşayır: krim
    Əsərlərin sayı: 90
    Resenziyalar: 1610
    Status: Şair
     
    Sitat: Polat Alemdar
    Ürəyimsiz ağlamıram, gülmürəm,
    Hər istəyim ürəyimdə birləşir.
    Böyükmüdür, kiçikmidir bilmirəm,
    Ürəyimə təkcə Vətən yerləşir.

    BOYUK UREKLI SAIRE ANRACAQ VE ANCAQ EHSEN YARASIR!!!

    --------------------
    Veten mene ogul dese, ne derdim...
    Mamir olub qayasinda biterdim!

    Memmed Araz
    Yazdı: sahin.yusifov: 28 Noyabr 2014 05:45
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    TORPAQ UĞRUNDA ÖLƏN VARSA VƏTƏNDİR.BU TORPAQ BU VƏTƏN BİZƏ ƏCDADLARIMIZIN ƏMANƏTİDİR.ƏMANƏTƏ İSƏ XƏYANƏT ETMƏK OLMAZ !!! ƏMANƏTƏ SAHİB ÇIXANLARA ULU TANRİDAN CAN SAĞLIĞI,UZUN ÖMÜR,ƏMANƏTƏ XOR BAXANLARA İSƏ İSLAH OLUNMALARINI DİLƏYİRƏM!!!
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    İSTƏK...(Sən mənə necə də mehriban idin...)

    Müəllif: Dunyamin

    İSTƏK...(Sən mənə necə də mehriban idin...)

    Adını qəlbimə yazmışam,düzü,
    indi istəyirəm,səsləyəm-deyəm...
    Gülə də bənzəsə,acıdır sözü,
    lap azca qalıb ki,küsəm-inciyəm...
    tərs sözü eşqimin qayçısı olub,
    ancaq istəmirəm "Əlvida,"-deyəm!...
    onsuz da demərəm-deməyəcəyəm!...

    Oxumaq
    SABAHA SAXLAMAZ GÜNÜN İŞİNİ--- Məmməd AĞA --- {Səxavət QAFARLIYA}

    Müəllif: Saxavat

    SABAHA SAXLAMAZ GÜNÜN İŞİNİ--- Məmməd AĞA --- {Səxavət QAFARLIYA}

    Görünən, görünməz hallara baxır,
    Qəlbində saxlamır,- bulaqtək axır.
    Çəkinmir kimsədən, yandırıb-yaxır,
    Sabaha saxlamaz günün işini...

    Oxumaq
    QOCALMAQ İSTƏMİRƏM...

    Müəllif: Dunyamin

    QOCALMAQ İSTƏMİRƏM...

    Gül kimi,ətir saçıb,
    ilk eşqim kəlmə-kəlmə...
    Gülüm,yaramı açıb,
    sən də eşqimə gülmə!...
    Sevinci-səadəti,
    borc almaq istəmirəm...
    Köksün üstə uyusam,
    qocalmaq istəmirəm!...

    Oxumaq
    O SEVGİ   ---   Dəstəgül ZAMANLI

    Müəllif: Saxavat

    O SEVGİ --- Dəstəgül ZAMANLI

    Xəyal idi,
    ulduz-ulduz
    əridi...

    Oxumaq
    ÇƏTİN QOVUŞAQ   ---   Dəstəgül ZAMANLI

    Müəllif: Saxavat

    ÇƏTİN QOVUŞAQ --- Dəstəgül ZAMANLI

    Bəhrəsi sovrulan bağçayıq, bağıq,
    Budaqdan üzülən qoşa yarpağıq,
    Bir dünya kədərə, qəmə ortağıq,
    Həsrət qismətimiz, çətin qovuşaq.

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Aprel 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics