misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

BİR AHU BƏDƏNLİ,QƏLƏM QAŞLIYA

Müəllif: ulvi amin | 20 İyun 2013 | Oxunub: 2120| Yadda saxlamaq:
Təbiət ruh verib,Tanrı can verib,
Üzü mənə sarı gələn gözələ.
Balıqtək üzməyə bir ümman verib,
Mənim hər dərdimi bilən gözələ.

Ayım qurban olsun,ilim sadağa,
Bir sözlə çıxaram mən Baba dağa,
O mənəm gəlirəm sənin olmağa,
Sözümü deyirəm gülən gözələ.

Sevda yollarında tuş gəldim dağa,
Nəğmələr söylədim çiçəyə,bağa,
Ömrümü döndərdim bircə yumağa,
Verdim hicranımı silən gözələ.

Qurtarsın dünyada həsrət oyunu,
Məhəbbət ilkidir,ayrılıq sonu,
Mən hər şeydən artıq sevirəm onu,
Sözümü demişəm dünən gözələ.

Xöşbəxtəm mən onu sevəndən bəri,
Qəlbim pərvaz etdi ondan ötəri,
Çatdırın sözümü eşq pəriləri,
Məni məndən artıq sevən gözələ.

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 3)
Əsəri oxuyanlar (489)
  Oxşar misralar:
  • O GÖZƏLƏ SÖZ VERDİM...
  • Mən elə gözələ könül verəydim 235
  • SÖZÜMÜ EŞİTMƏDİ...
  • SÖZ DEMİŞDİM O GÖZƏLƏ...
  • BİR GÖZƏLƏ GÖZÜM DÜŞÜB...


  •   Resenziyalar (10)  
    Yazdı: Shemsi: 20 İyun 2013 06:24
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 108
    Resenziyalar: 997
    Status: Şair-Redaktor
     
    Bircə sonuncu misrada qafiyə nisbətən pozulub. Ancaq yaxşı və səmimi şeirdir.

    --------------------
    Məni məndən soruşanlar bilirmi,
    Həm uşağam, həm cavanam, həm qoca.
    Baş yaşıma, yaş başıma tən deyil,
    Həm dərvişəm, həm bəzirgan, həm xoca!
    Yazdı: Dunyamin: 20 İyun 2013 06:34
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: Shemsi

    Bircə sonuncu misrada qafiyə nisbətən pozulub. Ancaq yaxşı və səmimi şeirdir.

    Sabahınız xeyir,Şəmsi müəllim!...
    Ülvinin şeirləri haqqında bütün fikirlərinizə qoşuluram və belə hesab edirəm ki,bu gənc Sizin tapıntınız hesab oluna bilər!...
    Var olun ikiniz də!...
    Yazdı: Shemsi: 20 İyun 2013 06:51
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 108
    Resenziyalar: 997
    Status: Şair-Redaktor
     
    Sabahınız xeyir, Dünyamin bəy! HHəqiqətən də Ülvinin şeirlərində saf bir səmimiyyət var. Təbiidir ki, onun şeirlərində bəzi texniki qüsurlar olacaq. lakin şeirdə fikirlər çox səmimi verilir. Qüsurlar da zaman-zaman aradan qalxacaqdır.

    --------------------
    Məni məndən soruşanlar bilirmi,
    Həm uşağam, həm cavanam, həm qoca.
    Baş yaşıma, yaş başıma tən deyil,
    Həm dərvişəm, həm bəzirgan, həm xoca!
    Yazdı: Neriman Nerimanli: 20 İyun 2013 10:10
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Ülvi bəyin bu qoşmasını mən də ürəkdən bəyəndim və eyni zamanda dəyərli dostlarımızın fikirlərini bölüşürəm. Çox sadə, rəvan, könüldən gələn misralar üçün qardaşımıza təşəkkür edirəm! Əla.
    Yazdı: ulvi amin: 20 İyun 2013 12:56
     
    Yaşayır: ismayilli
    Əsərlərin sayı: 253
    Resenziyalar: 901
    Status: Şair
     
    derin minnetdarligimi bildirirem.Allah haminizdan razi olsun.
    Yazdı: Polat Alemdar: 20 İyun 2013 15:57
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    ÜLVİ BƏY, BU MİSRALARINIZA MƏNDƏN ƏLA.SİZƏ UĞURLAR DİLƏYİRƏM!

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: ulvi amin: 20 İyun 2013 17:58
     
    Yaşayır: ismayilli
    Əsərlərin sayı: 253
    Resenziyalar: 901
    Status: Şair
     
    var olun men minnetdaram!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    Yazdı: sefer: 20 İyun 2013 22:34
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 406
    Resenziyalar: 1842
    Status: Şair
     
    Xeyri yox çəkəsən naləni, ahı
    Köməyə çağırıb uca Allahı
    İstər sultan ol ya şahlar şahı
    Eşq üçün ay Ülvü, dilən gözələ
    Yazdı: ulvi amin: 20 İyun 2013 23:30
     
    Yaşayır: ismayilli
    Əsərlərin sayı: 253
    Resenziyalar: 901
    Status: Şair
     
    Ulu Tanrıya da bəllidir yaşım,
    Hər kəsə məlumdur ömür savaşım,
    Niyə dilənməyim axı,qardaşım?
    Mənim hər dərdimdən ölən gözələ.
    Yazdı: sahin.yusifov: 4 Sentyabr 2014 20:24
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    Təbiət ruh verib,Tanrı can verib,
    Üzü mənə sarı gələn gözələ.
    Balıqtək üzməyə bir ümman verib,
    Mənim hər dərdimi bilən gözələ.

    Ayım qurban olsun,ilim sadağa,
    Bir sözlə çıxaram mən Baba dağa,
    O mənəm gəlirəm sənin olmağa,
    Sözümü deyirəm gülən gözələ.

    bəyəndim sizə uğurlar
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    ÖLDÜRMƏ İNAMIMI...(Yenə də yaxındayıq...)

    Müəllif: Dunyamin

    ÖLDÜRMƏ İNAMIMI...(Yenə də yaxındayıq...)

    Yenə də yaxındayıq,
    görürəm hər gün səni...
    Biganə sükutunla,
    öldürürsən sən məni!...

    Oxumaq
    KÖHNƏ BAYATININ TƏZƏ VARİANTI

    Müəllif: Saxavat

    KÖHNƏ BAYATININ TƏZƏ VARİANTI

    Ortadadır mal, tanı,
    Mən getdim, sən qal, tanı.
    Bizim it gətiribdir,
    Sizin köhnə baıltanı...

    Oxumaq
    Gülmə qonşu əhvalına,gülüncə.....

    Müəllif: Movlud Aqammed

    Gülmə qonşu əhvalına,gülüncə.....

    Gülmə qonşu əhvalına,gülüncə,
    Məsləhət ver,kömək elə gülüncə.
    Aşıq deyər gülüncə,
    Ağlayınca.gülüncə.
    Dərdlərinə şərik ol,
    Dərdlilərə gelencə.
    Yerini bil,danış incə,gül incə,
    Dava olar,düşər qovğa,qaçaqaç.

    Oxumaq
    ANA

    Müəllif: naz-naz

    ANA

    Anamın kitabı» – anamın dili,
    Bu adla çağırdım dilimin adın.
    Mənim ürəyimdən özgə şey keçir,
    Ey məni dünyaya gətirən qadın!

    Oxumaq
    Azərbaycanım

    Müəllif: mirsaleh efqan

    Azərbaycanım

    Eşqimin məhəbbət binası sənsən
    Yer adlı bağçanın sonası sənsən.
    Çünki anamızın anası sənsən
    Sən mənim ürəyim, sən mənim canım
    Ey doğma məkanım, Azərbaycanım.

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Sentyabr 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics