misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

Şair

Müəllif: sefer | 19 İyun 2013 | Oxunub: 2300| Yadda saxlamaq:
Dəniz kənarında bir gözəl durub
Dəniz də lal olub, dalğalar susub
Quşlar dövrəsində mənə göz vurub
Sanki dillənirlər... sev onu, şair

Baxışı dağınıq, telləri şan- şan
Mən də düşünürəm... mələkmi,insan?
Qəlbə nəzər saldım... sahilsiz ümman
Vəsfə güc yetərmi, yazana.. şair?

Xəyal aləminə qərq olubdu qız
Dünyamı yalqızdı... ya ki o yalqız?
Can var ruhsuz yaşar, ruhsa var cansız
O canmı ,ya ruhmu?, sən tanı... şair

Onunda hüsnünə dərd çəkib əsər
Eşqinə qul olmuş... lap səndən betər
Bir kəlmə söz söylə, dilində şəkər
Qəmi var... bir anlıq qov onu, şair

Hökmün yox... taleyi, bəxti dəyişə
Sən də onun təki qulsan gərdişə
Yarını xatırla... dön bir keçmişə
Xatırla... can alan sultanı şair

Zülfü kəmənd edir,ala can, kimi?
Sanki hökm edəcək sultan, xan kimi
Mən ömür istərəm belə an kimi
Alsın ,can alan fərmanı, şair

Mən xəzan olmuş bağ, osa tər çiçək
Mən quruyan şehəm,o əsən külək
Ömrü daşdan- daşa çırpsada fələk
Çətin xəyallardan oyana, şair

Ey gözəl! dənizə çox vurulma sən
Sən özün sahilsiz, coşqun dənizsən
Deyim, sorsan əgər sən məndən... kimsən?
Səfər!.... nakam eşqin nişanı, şair

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 3)
Əsəri oxuyanlar (529)
  Oxşar misralar:
  • DƏNİZ DƏ ŞAİR İMİŞ...
  • BƏLKƏ DƏ,SEVDİYİM BAXIR ŞƏKLİMƏ...
  • Əlvida Dəniz
  • Göz yaşları irmaq ola,ümmana yetərmi....
  • Bir gözəl güllü gülüstanə güzar olmuş idi...


  •   Resenziyalar (7)  
    Yazdı: Dunyamin: 19 İyun 2013 21:11
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Bir şeir istədim-yaza bilmədim,
    sevda gülşənində gəzə bilmədim...
    Dənizə baxdıqca,dözə bilmədim,
    qalmayıb dostunun amanı,şair!....
    Yazdı: sefer: 19 İyun 2013 21:40
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 406
    Resenziyalar: 1842
    Status: Şair
     
    Hələ zirvələr var aşasan gərək
    Təbini coşdurub daşasan gərək
    əl-ələ yarınla qoşa, sən, gərək
    Qovasan zirvədən dumanı,şair

    Allah uzun ömür versin sizə Dünyamin bəy təşəkkür edirəm
    Yazdı: Polat Alemdar: 19 İyun 2013 23:37
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Axşamınız xeyir Səfər bəy,bu misralarınıza da məndən ƏLA!Sizə yaradıcılığınızda müvəffəqiyyətlər arzu edirəm.

    Bəzən bir ümmandır sakit ləpəli,
    Bəzən bir dənizdir dağlı, təpəli.
    Bəzən bir mərmidir saysız qəlpəli
    Şair ürəyi!

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Neriman Nerimanli: 20 İyun 2013 10:29
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Deyəsən yuxudan kal oyanmısan,
    Niyə o sahildə tək dayanmısan.
    Xəyala qərq olub, fikrə dalmısan,
    Dəvət eyləmirsən Nərmanı, şair...
    Yazdı: Vusal Huseyn: 20 İyun 2013 12:55
     
    Yaşayır: Azərbaycan Baki şəh.
    Əsərlərin sayı: 273
    Resenziyalar: 2065
    Status: Şair
     
    Bu şeir məni xəyallara apardı...Misaralar gözlərimin önündə canlandı sanki...Təşəkkürlər Səfər bəy.

    --------------------
    Hər acının,hər ağrının,
    hər bir zülmün bir ahı var.
    Hər bir qaranlıq gecənin,
    tələsən bir sabahı var.

    Vüsal Hüseyn
    Yazdı: sahin.yusifov: 1 Sentyabr 2014 03:28
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    Dəniz kənarında bir gözəl durub
    Dəniz də lal olub, dalğalar susub
    Quşlar dövrəsində mənə göz vurub
    Sanki dillənirlər... sev onu, şair

    Baxışı dağınıq, telləri şan- şan
    Mən də düşünürəm... mələkmi,insan?
    Qəlbə nəzər saldım... sahilsiz ümman
    Vəsfə güc yetərmi, yazana.. şair?

    ƏLA
    Yazdı: sahin.yusifov: 18 Yanvar 2015 19:33
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    Dəniz kənarında bir gözəl durub
    Dəniz də lal olub, dalğalar susub
    Quşlar dövrəsində mənə göz vurub
    Sanki dillənirlər... sev onu, şair

    Baxışı dağınıq, telləri şan- şan
    Mən də düşünürəm... mələkmi,insan?
    Qəlbə nəzər saldım... sahilsiz ümman
    Vəsfə güc yetərmi, yazana.. şair?
    AXICILI MÜKƏNMƏL QOŞMADIR UĞURLAR
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    NİYƏ UTANDIM...(Yenə bu dünyanı ilahi gördüm...)

    Müəllif: Dunyamin

    NİYƏ UTANDIM...(Yenə bu dünyanı ilahi gördüm...)

    Asiman boyandı göy qurşağına,
    rənglərə qarışdı sanki duyğular...
    Mat qaldım aləmin yaraşığına,
    dil açdı-danışdı sanki duyğular!

    Oxumaq
    Fani həyat

    Müəllif: Ruslan Zeynalli

    Fani həyat

    Deyirlər fanidir bu dərdli həyat
    Fanidir yaşamaq nəyimə gərək.
    Qəmlidi qüssəli dərdlidi həyat
    Bu qüssəni çəkmək nəyimə gərək.

    Oxumaq
    DEYİRLƏR Kİ....

    Müəllif: Dunyamin

    DEYİRLƏR Kİ....

    Deyirlər ki,həyatından keç indi,
    səni sevən olacaqmı heç indi!....
    Ömür elə belə gəlib-keçəndi,
    onu sənlə mən bölərəm,əzizim,
    bir gün sənə rast gələrəm,əzizim!...

    Oxumaq
    ANA

    Müəllif: naz-naz

    ANA

    Anamın kitabı» – anamın dili,
    Bu adla çağırdım dilimin adın.
    Mənim ürəyimdən özgə şey keçir,
    Ey məni dünyaya gətirən qadın!

    Oxumaq
    MƏNİ TƏRK ELƏMƏ ALLAH EŞQİNƏ

    Müəllif: ulvi amin

    MƏNİ TƏRK ELƏMƏ ALLAH EŞQİNƏ

    Gözümdən tökülür yaş aram-aram,
    Çalışdım həsrəti ayıram,qıram,
    Qarşında diz çöküb mən yalvarıram,
    Məni tərk eləmə Allah eşqinə.

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Avqust 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics