misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

SƏN

Müəllif: Neriman Nerimanli | 18 İyun 2013 | Oxunub: 2160| Yadda saxlamaq:
Dad çəkib istidən, sərinnən belə,
Ha danış dərdinnən, sərinnən belə,
Yoluma gül-çüçək sər innən belə
Heyf, zamanında sərməmisən sən.

Mənə yoldaş etdin kədəri, dərdi,
Nə əkdim, nübarın özgəsi dərdi.
Bağım yağmalanır, qəmini dər di,
Ömründə qəm-kədər dərməmisən sən.

Bəxtimə nə düşüb, gözəldən düşüb,
O qədər gözlədim, göz əldən düşüb,
Caçıma bəmbəyaz gözəl dən düşüb
Belə bəyazlığı görməmisən sən.

Gün gələr, özün də qalarsan a zar,
Xəyalın çöllərdə, dağlarda azar.
Qayıt, məhv etməmiş ömrümü azar
Nə qədər qürbətdə ölməmisən sən.

Çatır müdrükliyə gənc ikən yaşım,
Qurumun oduna alışır yaşım.
Sel ola, dünyanı tuta göz yaşım
Bircə yol yaşını silməmisən sən.

Keçən keçdi, indi sual- gələcək,
Su axan o arxdan bir də gələcək.
Bu tərs inadından, gülüm, gəl əl çək,
Bircə yol üzümə gülməmisən sən.

Nərman, yazmaq olmaz bəxti əl ilə,
Az boylan arxadan, su at, əl elə.
Ayıl, nə qədər ki, zülmün əliylə
Qəmin saçlarını hörməmisən sən...

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 6)
Əsəri oxuyanlar (446)
  Oxşar misralar:
  • İnnən belə
  • Ruslan Novres - 14. 05. 2010.
  • SƏN İNCİMƏ...
  • SƏN DƏ...
  • Ya da sən


  •   Resenziyalar (11)  
    Yazdı: Polat Alemdar: 18 İyun 2013 13:12
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    ASSALAMUN ALEYKUM, DƏYƏRLİ ŞAİR DOSTUM NƏRİMAN MÜƏLLİM.BU GÖZƏL MİSRALARINIZA MƏNDƏN ƏLA. PAYLAŞDIĞINIZ ÜÇÜN TƏŞƏKKÜRLƏR.

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Neriman Nerimanli: 18 İyun 2013 13:22
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Polat Alemdar,
    Əlekəssalam, əziz qardaşım, diqqətiniz, rəyiniz və qiymətiniz üçün təşəkkür edirəm!
    Yazdı: Dunyamin: 18 İyun 2013 13:31
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: Neriman Nerimanli

    Keçən keçdi, indi sual- gələcək,
    Su axan o arxdan bir də gələcək.
    Bu tərs inadından, gülüm, gəl əl çək,
    Bircə yol üzümə gülməmisən sən.

    SALAM,QARDAŞIM!....
    SEVDALI DUYĞULARI GÖZƏL ŞƏKİLDƏ İFADƏ ETMƏK BUNA DEYİRLƏR....YAZAN ƏLİN DƏRD GÖRMƏSİN...
    Yazdı: Neriman Nerimanli: 18 İyun 2013 13:32
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Dunyamin,
    Gün aydın, Dünyamin müəllim, çox sağ olun, təşəkkür edirəm!
    Yazdı: Polat Alemdar: 18 İyun 2013 18:09
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Sen getdin, elə bil dünya boşaldı
    Yaz da köçüb getdi, yeri boş qaldı
    Bahar ürəyimi sənsiz qış aldı
    Mən yaza vurulmuşam qışı neylirəm.


    Bəxtiyar Vahabzadədən(Allahım rəhmət eləsin).

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: sefer: 18 İyun 2013 18:37
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 406
    Resenziyalar: 1842
    Status: Şair
     
    Bu nə ahu zardı, söylə Nəriman
    Nədəndi zirvəni tutub sis, duman
    Şerini oxudum, eylədim güman
    Mən təki, xoş ömür sürməmisən sən
    Yazdı: ulvi amin: 18 İyun 2013 20:20
     
    Yaşayır: ismayilli
    Əsərlərin sayı: 253
    Resenziyalar: 901
    Status: Şair
     
    gozeldi Neriman muellim.yazan elleriniz var olsun.AFERİN SİZE!
    Yazdı: Neriman Nerimanli: 19 İyun 2013 12:48
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    sefer,
    Salam, Səfər müəllim, təşəkkürlər rəyiniz və əlavəniz üçün!

    ulvi amin,
    Minnətdaram, Ülvi bəy, çox sağ olun, qardaşım!
    Yazdı: sahin.yusifov: 4 Sentyabr 2014 19:25
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    Dad çəkib istidən, sərinnən belə,
    Ha danış dərdinnən, sərinnən belə,
    Yoluma gül-çüçək sər innən belə
    Heyf, zamanında sərməmisən sən.

    Mənə yoldaş etdin kədəri, dərdi,
    Nə əkdim, nübarın özgəsi dərdi.
    Bağım yağmalanır, qəmini dər di,
    Ömründə qəm-kədər dərməmisən sən.
    çox bəyəndim
    Yazdı: Sadi Yaradanqulu: 16 Dekabr 2014 14:26
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 6
    Resenziyalar: 16
    Status: Şair
     
    Bəxtimə nə düşüb, gözəldən düşüb,
    O qədər gözlədim, göz əldən düşüb,
    Caçıma bəmbəyaz gözəl dən düşüb
    Belə bəyazlığı görməmisən sən.
    Çox ƏLA!!!! Eşq olsun!
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    A N A  --- Xanəli TOLIŞ

    Müəllif: Saxavat

    A N A --- Xanəli TOLIŞ

    Dilini yaradıb İlahi baldan,
    Südünə hələ ki, yox əvəz, ana.
    Cənnəti səribdir ayağın altda,
    Odur ki, olubsan müqəddəs, ana.

    Oxumaq
    ƏLLƏRİN

    Müəllif: Neriman Nerimanli

    ƏLLƏRİN

    Biçarə Nərmana zülm elədin çox,
    Bu eşqin yolunda mən ac, sənsə tox.
    Məni oxşamağa bir barmağın yox,
    Gözümü oymağa yüzdü əllərin.

    Oxumaq
    Ay ürək...

    Müəllif: Dunyamin

    Ay ürək...

    Ay ürək,eşqindən əl çək,qaç uzaq,
    Ömrümüz-günümüz gəldi-gedərdi.
    Neyləyim,çətindir ancaq unutmaq,
    Ayrılıq-ölümdən daha betərdi!

    Oxumaq
    BİLİM Kİ...

    Müəllif: Saxavat

    BİLİM Kİ...

    O bəndən, mən bəndən, biz qul, Sən ağa,
    Düşmüşəm eşqindən onun yatağa...
    Ya öldür, ya qaldır, məni ayağa...
    Bilim ki, gedirəm vüsala doğru.

    Oxumaq
    KAŞ, ÜSTÜMƏ ƏLƏNSİN...

    Müəllif: Saxavat

    KAŞ, ÜSTÜMƏ ƏLƏNSİN...

    Yaz yağışı deyil ki,
    İndi yağan yağışlar.
    Yar da o yar deyil ki,
    Savaşanda... bağışlar...

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Fevral 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics