misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

Söndürmə məni

Müəllif: sefer | 18 İyun 2013 | Oxunub: 1871| Yadda saxlamaq:
Hələ bu dünyadan küsən deyiləm
Əlimi gümandan üzən deyiləm
Mən bir həqiqətəm, yalan deyiləm
Gerçəkdən, xəyala göndərmə məni

Qəlbini dondurma eşq alovunda
Külıünü görərsən vallah sonunda
Çoxmu səfa tapdın, eşq oyununda?
Necə səhv etmisən, qandırma məni

Cismin mələkdirsə, nədir xislətin?
Dəyərini anla ... arın, ismətin
Haqqa andı içmə ,yox həqiqətin
Şeytan tək, şəhvətə endirmə məni

Eşqində uca ol, əhdində vəfa
Sanma səfa görər olan bivəfa
Dərdinə, qəlbində sən axtar dəva
Dərdinə dərd qatıb, yandırma məni

Eşqin dəyərini bilsə könüllər
Yolunda yanmağa, ölməyə dəyər
Bir gün... köçəndə dünyadan Səfər
Məzarım alışsa, söndürmə məni

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 3)
Əsəri oxuyanlar (454)
  Oxşar misralar:
  • Mənim haqqım yox ölməyə....
  • Yaşat məni
  • Məni uzaqlarda yox, sən öz yanında axtar.
  • Yalan imişsən
  • Eşq...(Rasimə Könül)


  •   Resenziyalar (7)  
    Yazdı: Neriman Nerimanli: 18 İyun 2013 14:58
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Daha qürub çağı gəlir ömrümün,
    Həsrəti bağrımı dəlir ömrümün.
    Varlığım səninçin açılmaz düyün
    Daha uzaq dolan, dindirmə məni...
    Yazdı: ulvi amin: 18 İyun 2013 15:02
     
    Yaşayır: ismayilli
    Əsərlərin sayı: 253
    Resenziyalar: 901
    Status: Şair
     
    Sefer muellim seiriniz yaxsidir.ancaq bir iki meqami qeyd etmek isterdim.(sexsi fikrimdi)
    1)Hələ bu dünyadan küsən deyiləm-gozel
    Əlimi gümandan üzən deyiləm-gozel
    Mən bir həqiqətəm, yalan deyiləm--yalan deyiləm? küsən,üzən sonra yalan?
    Gerçəkdən, xəyala göndərmə məni.

    2)Cismin mələkdirsə, nədir xislətin?--11 heca
    Dəyərini anla ... arın, ismətin--11 heca
    Haqqa and içmə ,yox həqiqətin--10 heca?
    Şeytan tək, şəhvətə endirmə məni--və təzədən-11 heca?

    SON BEND DE HEMCİNİN.

    3)Qəlbini dondurma eşq alovunda---ALOVDA DONAN QƏLB?
    4)Sanma səfa görər olan bivəfa---MİSRADA AĞIRLIQ VAR.

    YENƏ DƏ DEYİRƏM ŞƏXSİ FİKİRLƏRİMDİ.UĞURLAR.
    Yazdı: Dunyamin: 18 İyun 2013 16:39
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Salam,qardaşım Səfər!...
    Sən hələ tələsmə bu dünyadan köçməyə....Hələ çox işlərimiz var!...
    Eşqin dəyərini bilsə könüllər,
    Yolunda yanmağa, ölməyə dəyər...
    Bir gün... bu dünyadan köçəndə Səfər-
    Məzarım alışsa, söndürmə məni...
    Yazdı: Polat Alemdar: 18 İyun 2013 17:47
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Hələ bu dünyadan küsən deyiləm
    Əlimi gümandan üzən deyiləm
    Mən bir həqiqətəm, yalan deyiləm
    Gerçəkdən, xəyala göndərmə məni


    Səfər bəy bu gözəl misralara görə Təşəkkürlər
    .

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: sefer: 18 İyun 2013 18:25
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 406
    Resenziyalar: 1842
    Status: Şair
     
    Təşəkkür edirəm dostlar Hər birinizə Allah razı olsun sizlərdən
    Yazdı: Kenan Qedimov: 17 Avqust 2014 23:35
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 15
    Resenziyalar: 101
    Status: Yeni şair
     
    Eşqində uca ol, əhdində vəfa
    Sanma səfa görər olan bivəfa
    Dərdinə, qəlbində sən axtar dəva
    Dərdinə dərd qatıb, yandırma məni
    Yazdı: sahin.yusifov: 26 Avqust 2014 20:53
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    Hələ bu dünyadan küsən deyiləm
    Əlimi gümandan üzən deyiləm
    Mən bir həqiqətəm, yalan deyiləm
    Gerçəkdən, xəyala göndərmə məni

    Səfər bəy bu gözəl misralara görə Təşəkkürlər.
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    Şükür

    Müəllif: sefer

    Şükür

    Nə ömür eyləmişəm hər nə varsa, vara şükür
    Dosta çox şükr elədim, olsa uzaq xara şükür

    Oxumaq
    DÜNYANIN SONUNA AZ QALIB DAHA

    Müəllif: Neriman Nerimanli

    DÜNYANIN SONUNA AZ QALIB DAHA

    Heç giley etməzdim bəxtimdən qabaq,
    Getdi tac əlimdən, taxtımdan qabaq.
    Allah, öldür məni vaxtımdan qabaq
    Dünyanın sonuna az qalıb daha.

    Oxumaq
    BAX

    Müəllif: Neriman Nerimanli

    BAX

    Zülflərini ya bənd elə, ya dara,
    Sevəcəyəm, ya şişə çək, ya dara,
    Yad içində az yad axtar, yad ara,
    Qoy desinlər, xeyir yıxdı şəri, bax.

    Oxumaq
    SƏRÇƏ ALINDI HƏBSƏ  ---  Əkrəm QAFAROV  ---

    Müəllif: Saxavat

    SƏRÇƏ ALINDI HƏBSƏ --- Əkrəm QAFAROV --- "GÖY QURŞAĞI" ədəbi məclisi TƏQDİM EDİR

    Cücə yeyən saxsağan
    Bir gün haray qopardı
    Ehey, dedi: - qoymayın
    Sərcə cücə apardı...

    Oxumaq
    ARASINDA

    Müəllif: Neriman Nerimanli

    ARASINDA

    Nəriman, kim idim, kimə dönmüşəm,
    Bənd olub taleyim himə, dönmüşım.
    Pərdələr üstündə simə dönmüşəm -
    Bir təzanə ilə saz arasında.

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Fevral 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics