misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

Şükür

Müəllif: sefer | 14 İyun 2013 | Oxunub: 1801| Yadda saxlamaq:
Nə ömür eyləmişəm hər nə varsa, vara şükür
Dosta çox şükr elədim, olsa uzaq xara şükür

Çox kəsi mən sınadım, çoxları namərd çıxdı
Dövrəmdə kim ki qalıb, mərdə, düz ilqara şükür

Dili qafil deməki Tanrıya yoxdur imanım
Yoxdursa din imanın, ən qatı əğyara şükür

Zəhərli marını sən, çoxda sanma sara misal
Elə dil sancdı məni, ən zəhərli mara şükür

Sanma ki hüsnü gözəl kəslərə vurğundu könül
Elə qəlb gördüm inan, hüsn ilə idbara şükür

Almasamda kamımi, verməsə də vəsli mənə
Nə qədər zülm edə yar, zülm edir aşkarə şükür

Mən ova çıxmış idim, ovsa mahir ovçu imiş
Məni salmış toruna, etdiyi şikara şükür

Eşqimə etmə güman, söylədi naz ilə nigar
Təkcə bir busəsinə, olsa əgər çara şükür

Rəhmə şükr eylə Səfər,yarına həm rəğbət elə
Almayıbdır canını, qəlbə salıb yara şükür

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 2)
Əsəri oxuyanlar (414)
  Oxşar misralar:
  • Mən ölüm bir qulaq as.
  • Səhv elədim
  • Allahıma çox çox şükür 53
  • Qismətimdə varsa əgər
  • Çəkəcəkdir cəkəcək, həsrəti yar darə məni


  •   Resenziyalar (6)  
    Yazdı: Polat Alemdar: 14 İyun 2013 19:23
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Nə ömür eyləmişəm hər nə varsa, vara şükür
    Dosta çox şükr elədim, olsa uzaq xara şükür

    Çox kəsi mən sınadım, çoxları namərd çıxdı
    Dövrəmdə kim ki qalıb, mərdə, düz ilqara şükür

    Dili qafil deməki Tanrıya yoxdur imanım
    Yoxdursa din imanın, ən qatı əğyara şükür

    Zəhərli marını sən, çoxda sanma sara misal
    Elə dil sancdı məni, ən zəhərli mara şükür

    Bu gözıl misralara da məndən ƏLA.Əllərinizə sağlıq Səfər bəy qardaşım!

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: mirsaleh efqan: 15 İyun 2013 09:31
     
    Yaşayır: bakı şəh.
    Əsərlərin sayı: 101
    Resenziyalar: 1465
    Status: Şair
     
    Düzdü, biz naşükürük, kasıbçılıqdır deyirik
    Ancaq ki, lənət yoxa, hər nə varsa vara şükür.

    --------------------
    Miri
    Yazdı: Dunyamin: 15 İyun 2013 13:36
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sənin şeirlərini mən həmişə bəyənmişəm....Bircə bu durğu işarələrini də gözləsən...

    Dili qafil, demə ki Tanrıya yoxdur imanım,
    Yoxdursa din imanın, ən qatı əğyara şükür...
    Yazdı: sefer: 15 İyun 2013 21:04
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 406
    Resenziyalar: 1842
    Status: Şair
     
    Təşəkkür edirəm Dostlar Hər birinizə Allah razı olsun sizlərdən

    Dünyamin bəy bu nöqtə vergüllər mənlə yola getmir)çalışaram göndərim yerinə
    Yazdı: sahin.yusifov: 13 Avqust 2014 03:27
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    Nə ömür eyləmişəm hər nə varsa, vara şükür
    Dosta çox şükr elədim, olsa uzaq xara şükür

    əla şeirdi
    Yazdı: sahin.yusifov: 18 Yanvar 2015 21:32
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    Nə ömür eyləmişəm hər nə varsa, vara şükür
    Dosta çox şükr elədim, olsa uzaq xara şükür

    Çox kəsi mən sınadım, çoxları namərd çıxdı
    Dövrəmdə kim ki qalıb, mərdə, düz ilqara şükür
    YENƏ ƏLA DEYİRƏM BU QƏZƏLƏ
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    BƏXTİ QARA QADIN

    Müəllif: bayrami

    BƏXTİ QARA QADIN

    Dünya yükü belində,
    Acı fəryad dilində,
    Qaldı zalım əlində
    Bu manqurtlar elində!

    Oxumaq
    DANIŞ MƏHƏBBƏTDƏN,DANIŞ SEVGİDƏN

    Müəllif: ulvi amin

    DANIŞ MƏHƏBBƏTDƏN,DANIŞ SEVGİDƏN

    Yaşa bu dünyada yaşa doyunca,
    Gəl ömrü yaşayaq Tanrı qoyunca,
    Nə qədər varsansa ömür boyunca,
    Danış məhəbbətdən,danış sevgidən.

    Oxumaq
    Dilənçi Qız

    Müəllif: kamil miri

    Dilənçi Qız

    Üzülmə dilənçi qız
    həyat ağladır hərdən.
    Ümüd də gözləmirsən
    açılan hər səhərdən.

    Oxumaq
    Azərbaycanım

    Müəllif: mirsaleh efqan

    Azərbaycanım

    Eşqimin məhəbbət binası sənsən
    Yer adlı bağçanın sonası sənsən.
    Çünki anamızın anası sənsən
    Sən mənim ürəyim, sən mənim canım
    Ey doğma məkanım, Azərbaycanım.

    Oxumaq
    Nigar

    Müəllif: maharramzada

    Nigar

    Nəvələr qoşunum, sən də əsgərim,
    Üstündə olacaq mənim nəzərim,
    Məhərrəm babandır, tökülməz zərim,
    Verəcək səsinə daim hay, Nigar.

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Fevral 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics