misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

QAYITMAZ

Müəllif: Neriman Nerimanli | 14 İyun 2013 | Oxunub: 2469| Yadda saxlamaq:
Ey könül, bihudə inlə, ha zarı
Tükənməz canının dərdi, azarı.
Gör hara tələsir ruhum azarrı
Arana, yaylağa çatsa, qayıtmaz.

Görürsən göylərdə bulud qaraldı,
Başımın üstünü, boran, qar aldı.
Xəstəyə sevəni yayda qar aldı
Hicranın əlindən tutsa, qayıtmaz.

Dəyməyin qəlbimə, vallah, yaradı.
Kaman tək inləyər gəlsə yar adı.
Bu giley-güzarım nazlı yaradı
Ruhum yuxuludur, yatsa, qayıtmaz.

Həsrətdən gözümün kökü saralar,
Şeytan ruhumuzu tələs aralar.
Tərlanın yerini, qoyma, sar alar
Ətrini yad ətrə qatsa, qayıtmaz.

Nəriman, düşünmə sözün incidir,
Sözlərin dərdlidir, məni incidir.
Bəxtim göydə ulduz, yerdə inci, dürr
Ya göydə, ya yerdə batsa, qayıtmaz.

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 9)
Əsəri oxuyanlar (476)
  Oxşar misralar:
  • QAYITMAZ...
  • QAYITMAZ...( Yaxdıqca alovu,yanğın köz olur...)
  • Qayıtmaz
  • YAŞIL OT GÖYƏRDİ DAŞDA DA BƏZƏN...( Yaxdıqca alovu,yanğın köz ol ...
  • solğun tale


  •   Resenziyalar (11)  
    Yazdı: Polat Alemdar: 14 İyun 2013 11:34
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Həsrətdən gözümün kökü saralar,
    Şeytan ruhumuzu tələs aralar.
    Tərlanın yerini, qoyma, sar alar
    Ətrini yad ətrə qatsa, qayıtmaz.

    Nəriman, düşünmə sözün incidir,
    Sözlərin dərdlidir, məni incidir.
    Bəxtim göydə ulduz, yerdə inci-dürr
    Ya göydə, ya yerdə batsa, qayıtmaz.

    Assalamun aleykum əziz şair dostum Nəriman müəllim.Əlləeinizə sağlıq, bu gözəl şeirinizə MƏNDƏN ƏLA.Allahım Sizi həmişə var etsin və yazar əllə\rinəzə güc qüvvə versin.

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Neriman Nerimanli: 14 İyun 2013 11:38
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Polat Alemdar,
    Əleykəssalam, Polad qardaş, Allah hər zaman Sizdən razı olsun, çox minnətdaram!
    Yazdı: Polat Alemdar: 14 İyun 2013 11:49
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Sitat: Neriman Nerimanli
    Əleykəssalam, Polad qardaş, Allah hər zaman Sizdən razı olsun, çox minnətdaram!


    Sizlərlə bahəm.

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Dunyamin: 14 İyun 2013 12:39
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: Neriman Nerimanli

    Nəriman, düşünmə sözün incidir,
    Sözlərin dərdlidir, məni incidir.
    Bəxtim göydə ulduz, yerdə inci-dürr
    Ya göydə, ya yerdə batsa, qayıtmaz.


    GÖZƏL DEYİMDİR:Göydə ulduz,yerdə inci-dürr olan bəxtə nə deyəsən axı!...
    ƏLA...
    Yazdı: Neriman Nerimanli: 14 İyun 2013 14:10
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Dunyamin,
    Çox təşəkkür edirəm, qardaş, Allah köməyiniz olsun!
    Yazdı: Shemsi: 14 İyun 2013 14:51
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 108
    Resenziyalar: 997
    Status: Şair-Redaktor
     
    Əladır, Nəriman bəy! Cinaslara söz olmaz. Bir misrada dəyişiklik etdim. Bəyənməsən dəyişdir. Hər halda şeir bütövlükdə çox gözəldir!

    --------------------
    Məni məndən soruşanlar bilirmi,
    Həm uşağam, həm cavanam, həm qoca.
    Baş yaşıma, yaş başıma tən deyil,
    Həm dərvişəm, həm bəzirgan, həm xoca!
    Yazdı: sefer: 14 İyun 2013 15:19
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 406
    Resenziyalar: 1842
    Status: Şair
     
    Möhkəm ol həyatda ?dünya fanidir
    Fələk üzə gülər? amma canidir
    Xoş tale xoş baxtın ömrü anidir
    Qismətin ömürdən getsə qayıtmaz
    Yazdı: Neriman Nerimanli: 14 İyun 2013 17:02
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Shemsi,
    Şəmsi müəllim, təşəkkür edirəm Sizə və redaktənizə etirazım yoxdur. Bu şeri dünən işin sonunda yazdım, elə yazanda da gözlərimin qarşısında Sizin verəcəyiniz rəy canlandı. Axı bu indi dəbdə olan sevgi şeri də deyil bir o qədər, məhz cinaslara yönəltdim fikrimi və şadam ki, bəyəndiniz, sağ olun!

    sefer,
    Əlavəniz həmişəki kimi gözəldir, Səfər müəllim, sağ olun!
    Yazdı: mirsaleh efqan: 15 İyun 2013 03:57
     
    Yaşayır: bakı şəh.
    Əsərlərin sayı: 101
    Resenziyalar: 1465
    Status: Şair
     
    Assalamu aleykum!
    Nəriman bəy, bu şeirinizi yüksək dəyərləndirirəm, əla!

    --------------------
    Miri
    Yazdı: Eldar Ezimli: 15 İyun 2013 12:38
     
    Yaşayır: Sheki
    Əsərlərin sayı: 75
    Resenziyalar: 581
    Status: Şair
     
    NƏRİMAN bəy, hər uğurlu şerləriniz məni sevindirir. Halal olsun sizə, daim yüksəlişdə görmək istərdim sizi......"5"
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    ПЕРВАЯ ЛЮБОВЬ

    Müəllif: Reshid Hesenov

    ПЕРВАЯ ЛЮБОВЬ

    Первая любовь, как белый снег,
    обожжёт вас если прикоснётесь.
    Вспыхнет в вашем сердце первоцвет
    медленно, но верно вы проснётесь!!!...

    Oxumaq
    BİLMƏDİM

    Müəllif: Neriman Nerimanli

    BİLMƏDİM

    Zərifdir kəpənək kimi,
    Canım alan mələk kimi.
    Alıb ələ çiçək kimi
    Yaxama taxa bilmədim.

    Oxumaq
    YANASAN-YANA

    Müəllif: Neriman Nerimanli

    YANASAN-YANA

    Qəm mənə, səadət yadlara düşüb,
    Dözmərəm desinlər yad dara düşüb.
    Sən də mənim kimi odlara düşüb
    Gecəli-gündüzlü yanasan-yana.

    Oxumaq
    BƏLKƏ,ŞAİR...

    Müəllif: Ayka_Lambert

    BƏLKƏ,ŞAİR...

    Bu dünyanı çox sınadı oğullar,
    gördülər ki,yalan olur nağıllar...
    Bəlkə,dözək,axı hələ vaxta var,
    bəlkə,şair,barışasan qəminlə!...

    Oxumaq
    BİLİM Kİ...

    Müəllif: Saxavat

    BİLİM Kİ...

    O bəndən, mən bəndən, biz qul, Sən ağa,
    Düşmüşəm eşqindən onun yatağa...
    Ya öldür, ya qaldır, məni ayağa...
    Bilim ki, gedirəm vüsala doğru.

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Fevral 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics