misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

Nə bilir

Müəllif: sefer | 13 İyun 2013 | Oxunub: 1822| Yadda saxlamaq:
Sevmişəm yarı necə, yar necə sevdim, nə bilir?
Süzəndə qaş gözünü, mən necə dözdüm nə bilir?

Onu görməzdən əzəl dinim imanım var idi
Qiblə hüsnün elədim, həq yolun azdım nə bilir?

O sevinc içrə olarkən, niyə heç sormadı hal?
Yaşı ümman elədim, qəmxana gəzdim nə bilir?

Eşq yolu oldu qumar, atdı fələk şeş qoşanı
Atmışam heç qoşanı, canı uduzdum nə bilir?

Lap əzəldən düşünüb eyləmişəm hər işi saz
Çatmasam kamına mən, qəbrimi qazdım nə bilir?

Çox demiş dost olanım uyma gözəllər nazına
Uymadım çox nazına, azına azdım nə bilir?

Röyada görmüş idim, saldı nəzər yar nə dedi;
Xəyala düşmə dəli! tərsinə yozdum nə bilir?

Bütün aləm biləcək, bəsdi də sevdin a Səfər
Sevməyə var hələ hal, xəlvəti yazdım nə bilir?

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 3)
Əsəri oxuyanlar (450)
  Oxşar misralar:
  • Bilir
  • Nə bilir...
  • Bilir o
  • Məncə yarım mənə qəm verməyi əyləncə bilir
  • KÖNÜL BİLİR,MƏN BİLİRƏM


  •   Resenziyalar (7)  
    Yazdı: Dunyamin: 13 İyun 2013 18:53
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Qardaşım Səfər!....
    Mənə belə gəlir ki,sənin sevdalı qəzəllərin hamımızın könlündəki atəşə az da olsa su səpir....çox bəyəndim!...Məqtə beytin isə dəhşət alınıb:

    Bütün aləm biləcək, bəsdi də sevdin, a Səfər,
    Sevməyə var hələ hal, xəlvəti yazdım nə bilir?....

    ÇOX GÖZƏL MİSRALARDIR!!!
    Yazdı: Polat Alemdar: 13 İyun 2013 19:32
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Səfər bəy, bu gözəl misralarınıza məndən ƏLA! Sizə uğurlar diləyirəm.Əllərinizə sağlıq.

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Neriman Nerimanli: 14 İyun 2013 11:50
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Əmrə farağat idim mən səri-kuyində yarın,
    Ona can-can da desəm, həm də ki, bazdım, nə bilir?

    Mübtəlası olalı canımı qurban demişəm,
    Yolunda canım ilə nəzir-niyazdım, nə bilir?

    Bircə gün meyl eləsə başqasına nazlı nigar,
    O günü şaxta vuran güldüm, ayazdım, nə bilir?

    Bəlkə də görmədi heç Səfər müəllim yazımı,
    Bu iki-üç beyti məzəyçün yazdım, nə bilir?
    Yazdı: sefer: 14 İyun 2013 15:29
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 406
    Resenziyalar: 1842
    Status: Şair
     
    Çoxdan görmüş idim, yazdığın gözəl yazını
    Yazmadım, Çün Nəriman, əhvalım sazdı nə bilir)


    Təşəkkür edirəm dostlar Allah hər birinizdən razı olsun
    Yazdı: Neriman Nerimanli: 14 İyun 2013 17:05
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    sefer,
    Təşəkkürlər, qardaşım, təbinizə qüvvət!
    Yazdı: sahin.yusifov: 4 Sentyabr 2014 20:34
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    Sevmişəm yarı necə, yar necə sevdim, nə bilir?
    Süzəndə qaş gözünü, mən necə dözdüm nə bilir?

    Onu görməzdən əzəl dinim imanım var idi
    Qiblə hüsnün elədim, həq yolun azdım nə bilir?
    əla uğurlar
    Yazdı: NICAT CEFER: 21 Dekabr 2014 13:36
     
    Yaşayır: BAKI ŞƏHƏRİ
    Əsərlərin sayı: 203
    Resenziyalar: 690
    Status: Şair
     
    Bütün aləm biləcək, bəsdi də sevdin a Səfər
    Sevməyə var hələ hal, xəlvəti yazdım nə bilir?

    bəh bəh bəh əhsən
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    XANƏLİ, SƏN SƏXAVƏT... Rafiq MƏMMƏD { Şair dostlarım Xanəli Tolış və Səxavət Qafarlıya}

    Müəllif: Saxavat

    XANƏLİ, SƏN SƏXAVƏT... Rafiq MƏMMƏD { Şair dostlarım Xanəli Tolış və Səxavət Qafarlıya}

    El dərdidi, çatılıbdı qaşında,
    Şimşək çaxıb, tufan qopub başında.
    Ömür boyu şe’rin elçi daşında
    Bardaş quran Xanəli, sən Səxavət...

    Oxumaq
    ÇƏTİN QOVUŞAQ   ---   Dəstəgül ZAMANLI

    Müəllif: Saxavat

    ÇƏTİN QOVUŞAQ --- Dəstəgül ZAMANLI

    Bəhrəsi sovrulan bağçayıq, bağıq,
    Budaqdan üzülən qoşa yarpağıq,
    Bir dünya kədərə, qəmə ortağıq,
    Həsrət qismətimiz, çətin qovuşaq.

    Oxumaq
    ÖMRÜN HAQQ YOLU...(Əlimyetməz xəyalının əlləri...)

    Müəllif: Dunyamin

    ÖMRÜN HAQQ YOLU...(Əlimyetməz xəyalının əlləri...)

    Məhəbbətin lap gözündən içmişəm,
    Nə şirindir bu dünyada istəyim.
    Bu dünyanın hər şeyindən keçmişəm,
    Qoy Tanrıdan öz yarımı istəyim!

    Oxumaq
    BİLİM Kİ...

    Müəllif: Saxavat

    BİLİM Kİ...

    O bəndən, mən bəndən, biz qul, Sən ağa,
    Düşmüşəm eşqindən onun yatağa...
    Ya öldür, ya qaldır, məni ayağa...
    Bilim ki, gedirəm vüsala doğru.

    Oxumaq
    SEVGİMİ DƏFN ETMƏRƏM...(Bu gün gözlərimdə yaman ağrı var...)

    Müəllif: Dunyamin

    SEVGİMİ DƏFN ETMƏRƏM...(Bu gün gözlərimdə yaman ağrı var...)

    Bu gün gözlərimdə yaman ağrı var,
    elə bil,yerindən çıxacaq indi...
    Yenə də zillənib sənə baxışlar,
    qəlbim intizarda:"Baxacaq indi..."

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Fevral 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics