misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

AYIRA BİLMİRƏM GÖZÜMÜ SƏNDƏN

Müəllif: ulvi amin | 13 İyun 2013 | Oxunub: 2166| Yadda saxlamaq:
Necə də gözəlsən, bu gün əzizim,
Ayıra bilmirəm gözümü səndən.
Ruhuma,qəlbimə elə hopmusan
Ayıra bilmirəm gözümü səndən.

Eşqinlə əyilməz uca bir dağam,
Daima alışan odam, ocağam.
Çox baxsam özümü unudacağam,
Ayıra bilmirəm gözümü səndən.

İlahi gözəllik bəxş edib sənə,
Qıymaram mən səni dumana, çənə.
Sənsiz günlərimi unutdum yenə,
Ayıra bilmirəm gözümü səndən.

Siman mələksima,yanaqların al,
Gözlərin dənizdir,dodaqların bal,
Bütün ömrüm boyu,gəl yanımda qal,
Ayıra bilmirəm gözümü səndən.

Mən də mələklərə yar olacağam,
O qədər yanacam, qor olacağam,
Belə getsə,gülüm,kor olacağam,
Ayıra bilmirəm gözümü səndən.

Zülmət gecə kimi qaraltdın məni,
Sənə möhtac etdin könül sevəni,
Nə dostu görürəm,nə də düşməni,
Ayıra bilmirəm gözümü səndən.

Ömrüm bir insansız küçə olacaq,
Həyatım qaranlıq gecə olacaq,
Bu işin axırı necə olacaq?
Ayıra bilmirəm gözümü səndən.

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 6)
Əsəri oxuyanlar (466)
  Oxşar misralar:
  • "Göy qurşağı" təqdim edir: Məmməd Ağa " Demə Ağa yaşa dolu ...
  • KÖKSÜMÜZDƏ OD VARMIŞ...
  • 29.01.2013
  • EŞQİMİN NƏĞMƏSİ...
  • Aysen


  •   Resenziyalar (12)  
    Yazdı: Neriman Nerimanli: 13 İyun 2013 12:12
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Siman mələksima,yanaqların al,
    Gözlərin dənizdir,dodaqların bal,
    Bütün ömrüm boyu,gəl yanımda qal,
    Ayıra bilmirəm gözümü səndən.

    Mən də mələklərə yar olacağam,
    O qədər yanacam qor olacağam,
    Belə getsə,gülüm,kor olacağam,
    Ayıra bilmirəm gözümü səndən.

    Ülvi müəllim, uğurlu misralardır fikrimcə. Şeriniz xoşuma gəldi, çox sağ olun, uğurlar!
    Yazdı: ulvi amin: 13 İyun 2013 12:30
     
    Yaşayır: ismayilli
    Əsərlərin sayı: 253
    Resenziyalar: 901
    Status: Şair
     
    derin minnetdarligimi bildirirem.daim var olun.tesekkurler.
    Yazdı: Polat Alemdar: 13 İyun 2013 19:10
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Sitat: Neriman Nerimanli
    Siman mələksima,yanaqların al,
    Gözlərin dənizdir,dodaqların bal,
    Bütün ömrüm boyu,gəl yanımda qal,
    Ayıra bilmirəm gözümü səndən.

    Mən də mələklərə yar olacağam,
    O qədər yanacam qor olacağam,
    Belə getsə,gülüm,kor olacağam,
    Ayıra bilmirəm gözümü səndən.

    Ülvi müəllim, uğurlu misralardır fikrimcə. Şeriniz xoşuma gəldi, çox sağ olun, uğurlar!


    Ülvi bəy Nəriman müəllimin fikirləri ilə tam razıyam və bu gözəl misralara ƏLA deyirəm. Sizə yaradıcılığınızda Uca Rəbbimdən uğurlar diləyirəm.

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: mirsaleh efqan: 14 İyun 2013 02:45
     
    Yaşayır: bakı şəh.
    Əsərlərin sayı: 101
    Resenziyalar: 1465
    Status: Şair
     
    Assalamu aleykum!
    Siman mələksima,yanaqların al,
    Gözlərin dənizdir,dodaqların bal,
    Bütün ömrüm boyu,gəl yanımda qal,
    Ayıra bilmirəm gözümü səndən.
    Əla, Üvvi bəy, şeirinə 5

    --------------------
    Miri
    Yazdı: Dunyamin: 14 İyun 2013 13:26
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: ulvi amin

    Ömrüm bir insansız küçə olacaq,
    Həyatım qaranlıq gecə olacaq,
    Bu işin axırı neçə olacaq?
    Ayıra bilmirəm gözümü səndən.


    BU ŞEİR DƏ ÇOX MARAQLIDIR....
    Yazdı: Shemsi: 14 İyun 2013 14:45
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 108
    Resenziyalar: 997
    Status: Şair-Redaktor
     
    Bu gecə də gözəlsən,əzizim, misrada ağırlıq var.
    Ayıra bilmirəm gözümü səndən.
    Ruhuma,qəlbimə dolmusan mənim, ruha hopa bilər, dola bilməz
    Ayıra bilmirəm gözümü səndən.

    Sevginin yolunu mən tutacağam,
    Sənin ürəyinə qayıdacağam,
    Çox baxsam özümü unudacağam,
    Ayıra bilmirəm gözümü səndən.

    İlahi gözəllik bəxş etmiş sənə,
    Sevgi payı kimi vermişdir mənə,
    Sənsiz günlərimi unutdum yenə,
    Ayıra bilmirəm gözümü səndən.

    Saçların Günəştək şəfəqlər saçır,
    Qaşların dənizə yelkənlər açır,
    Səni hər görəndə gözəllər qaçır,
    Ayıra bilmirəm gözümü səndən.

    Siman mələksima,yanaqların al,
    Gözlərin dənizdir,dodaqların bal,
    Bütün ömrüm boyu,gəl yanımda qal,
    Ayıra bilmirəm gözümü səndən.

    Mən də mələklərə yar olacağam,
    O qədər yanacam qor olacağam,
    Belə getsə,gülüm,kor olacağam,
    Ayıra bilmirəm gözümü səndən.

    Zülmət gecə kimi qaraltdın məni,
    Sənə möhtac etdin könül sevəni,
    Nə dostu görürəm,nə də düşməni,
    Ayıra bilmirəm gözümü səndən.

    Ömrüm bir insansız küçə olacaq,
    Həyatım qaranlıq gecə olacaq,
    Bu işin axırı neçə olacaq?
    Ayıra bilmirəm gözümü səndən.

    Salam, Ülvi bəy! Şeirinə redaktor gözü ilə baxdım və gərəkən düzəlişləri elədim.Ona görə əl vurdum ki, şeiri "seçilmişlər" rubrikasına yerləşdirirəm. Orijinalı saxladım. Mənim seçimimi bəyənməsən bütövlükdə yenidən dərc edə bilərsən.

    --------------------
    Məni məndən soruşanlar bilirmi,
    Həm uşağam, həm cavanam, həm qoca.
    Baş yaşıma, yaş başıma tən deyil,
    Həm dərvişəm, həm bəzirgan, həm xoca!
    Yazdı: ulvi amin: 14 İyun 2013 20:06
     
    Yaşayır: ismayilli
    Əsərlərin sayı: 253
    Resenziyalar: 901
    Status: Şair
     
    cox tesekkur edirem.eger zehmet olmazsa diger seirlerimde de bele catismazliqlari duzelderdiz.men size guvenirem.ancaq son bendi cixarmasaydiniz daha yaxsi olardi.
    Yazdı: Shemsi: 18 İyun 2013 23:41
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 108
    Resenziyalar: 997
    Status: Şair-Redaktor
     
    Hörmətli Ülvi bəy! unutma ki, şerin gözəlliyi onun məna yükündədir və nə qədər qısa v ə lakonik olsa o qədər yaxşıdır. Bir də şeirdə bir bənd, yaxud bir misra olur ki, şeir o fikrin üzərində qurulur. Bu işin axırı necə olacaq bədii sualından sonra mövzunu uzatmaq şeirin bütün ləzzətini qaçırır. Mən də bunu qəbul etdim. Amma əslində ondan əvvəlki bənd çıxarılmalı idi. Görünür texniki səhv eləmişəm. Şeiri təkrar oxudum. Hər halda o bənd güclü olduğuna görə qaytarıb qoydum yerinə...

    --------------------
    Məni məndən soruşanlar bilirmi,
    Həm uşağam, həm cavanam, həm qoca.
    Baş yaşıma, yaş başıma tən deyil,
    Həm dərvişəm, həm bəzirgan, həm xoca!
    Yazdı: ulvi amin: 19 İyun 2013 01:33
     
    Yaşayır: ismayilli
    Əsərlərin sayı: 253
    Resenziyalar: 901
    Status: Şair
     
    deyerli meslehetiniz ucun minnetdaram.var olun....
    Yazdı: sahin.yusifov: 4 Sentyabr 2014 19:45
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    Necə də gözəlsən, bu gün əzizim,
    Ayıra bilmirəm gözümü səndən.
    Ruhuma,qəlbimə elə hopmusan
    Ayıra bilmirəm gözümü səndən.

    Eşqinlə əyilməz uca bir dağam,
    Daima alışan odam, ocağam.
    Çox baxsam özümü unudacağam,
    Ayıra bilmirəm gözümü səndən.

    Çox bəyəndim
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    YOXDU

    Müəllif: Neriman Nerimanli

    YOXDU

    Mənə can deyənlər çor deyir artıq,
    Miskinə, nadana yar deyir artıq,
    Bülbülün spzünü sar deyir artıq
    Halal çörəyimin duzu ki, yoxdu.

    Oxumaq
    AYIRA BİLMİRƏM GÖZÜMÜ SƏNDƏN

    Müəllif: ulvi amin

    AYIRA BİLMİRƏM GÖZÜMÜ SƏNDƏN

    Ömrüm bir insansız küçə olacaq,
    Həyatım qaranlıq gecə olacaq,
    Bu işin axırı neçə olacaq?
    Ayıra bilmirəm gözümü səndən.

    Oxumaq
    ƏZİZİM...(Yenə eşqin ürəyimdə dil açdı...)

    Müəllif: Dunyamin

    ƏZİZİM...(Yenə eşqin ürəyimdə dil açdı...)

    Yaxın gəlsən,bu,nə işvə-naz olur,
    bəs vüsalın niyə belə az olur!...
    İki aşiq qovuşanda yaz olur,
    bəxş et qönçə güllərimi,əzizim!...

    Oxumaq
    ÖLDÜRMƏ İNAMIMI...(Yenə də yaxındayıq...)

    Müəllif: Dunyamin

    ÖLDÜRMƏ İNAMIMI...(Yenə də yaxındayıq...)

    Yenə də yaxındayıq,
    görürəm hər gün səni...
    Biganə sükutunla,
    öldürürsən sən məni!...

    Oxumaq
    ƏL ÜZMÜŞƏM BU GÜN YENƏ DÜNYADAN...

    Müəllif: aliibrahimov

    ƏL ÜZMÜŞƏM BU GÜN YENƏ DÜNYADAN...

    Yenə mənəm, yenə bu ev, dörd divar,
    Ürəyimdə heç bitməyən kədər var.
    Əl üzmüşəm bu gün yenə dünyadan,
    Dünya mənə məzar kimi soyuq, dar...

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Fevral 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics