misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

OLMAZ

Müəllif: Neriman Nerimanli | 12 İyun 2013 | Oxunub: 2789| Yadda saxlamaq:
Əsilsiz gözəli sevmə əzəldən,
Etibarsız olar, vəfası olmaz.
Çirkin var, yüz dəfə safdı gözəldən,
Üzünü qızardar, cəfası olmaz.

Ləyaqət insanın qanında gərək,
Arxa-dayaq ola yanında gərək.
Hənirti qəlbində, canında gərək
Ürəyi buzdusa, səfası olmaz.

Düz dolan, düz olan düzdə qalsa da,
Ayrandan yağ baha, üzdə qalsa da.
Aqillər kəlamı sözdə qalsa da
Nadan anlamağa qafası olmaz.

El-elə söykənər, oba-obaya,
Nə qədər sərt ola, aşınar qaya.
Yad eldə yad əldən tutanlar maya
Öləndə urvatlı mafası olmaz.

Nəriman, az öyün, az danış sən də,
Nahaq söz başını salar kəməndə.
Bivaris olmasın hər hansı bəndə-
Çırağı kor qalar, tayfası olmaz.

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 6)
Əsəri oxuyanlar (533)
  Oxşar misralar:
  • Olmaz...
  • Olmaz Olmaz 339
  • OLMAZ
  • Nə olmaz?
  • Bizim oralar ele olmasa da...


  •   Resenziyalar (13)  
    Yazdı: Dunyamin: 12 İyun 2013 11:01
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Qardaş,bu şeirini də çox bəyəndim...
    Xalqdan gələn deyimlər də ki,öz yerində...
    El-elə söykənər, oba-obaya,
    Nə qədər sərt ola, aşınar qaya.
    Yad eldə yad əldən tutanlar maya
    Öləndə urvatlı mafası olmaz.

    Nəriman, az öyün, az danış sən də,
    Nahaq söz başını salar kəməndə.
    Bevaris olmasın hər hansı bəndə-
    Çırağı kor qalar, tayfası olmaz.....

    "urvatlı" ifadəsi mənə Yardımlını xatırlatdı...Orada məktəbdə Göyüş müəllim bu sözü çox işlədird...
    Yazdı: sefer: 12 İyun 2013 11:16
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 406
    Resenziyalar: 1842
    Status: Şair
     
    Kiminki mərəzi şöhrət puldusa
    Getdiyi harama ,əyri yoldusa
    Bir kəski nəfsinə kölə, quldusa
    Təbib loğman gələ şəfası olmaz
    Yazdı: maharramzada: 12 İyun 2013 12:00
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 172
    Resenziyalar: 2114
    Status: Şair
     
    Bu şerini də maraqla oxudum və həqiqətən xoşuma gəldi. Yəqin ki, əla verməsəm insafsızlıq olar. ƏHSƏN.
    Yazdı: Shemsi: 12 İyun 2013 13:02
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 108
    Resenziyalar: 997
    Status: Şair-Redaktor
     
    Ustadnamə gözəldir. Müəllif sözə möhtac deyil, əksinə onu gözəl və yerində işlədir.

    --------------------
    Məni məndən soruşanlar bilirmi,
    Həm uşağam, həm cavanam, həm qoca.
    Baş yaşıma, yaş başıma tən deyil,
    Həm dərvişəm, həm bəzirgan, həm xoca!
    Yazdı: Neriman Nerimanli: 12 İyun 2013 13:15
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Dunyamin,
    Əziz dostum, mən hərdən el arasında işlənən ifadələrə üstünlük verirəm, məncə, aşıq ədəbiyyatında bu daha çox yerinə düşür.
    Rəyiniz üçün, bəyəndiyiniz üçün çox sağ olun!

    sefer,
    Səfər müəllim, diqqətiniz üçün də, əlavəniz üçün də təşəkkür edirəm Sizə!

    maharramzada,
    Həmişə əla günləriniz olsun, Məhərrəm müəllim, çox sağ olun!

    Shemsi,
    Şəmsi müəllim, bəyəndiyinizə şad oldum, dünən işlədim bu yazını. Allah Sizdən razı olsun, var olasınız!
    Yazdı: Polat Alemdar: 12 İyun 2013 15:08
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Assalamun aleykum NƏRİMAN müəllim.Qardaş,bu şeirini də çox bəyəndim.Əla.Yaradıclığınızda uğurlar diləyirəm.

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Neriman Nerimanli: 12 İyun 2013 15:19
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Polat Alemdar,
    Daima bəyənilənlərdən, seçilənlərdən olasınız, təşəkkür edirəm, əziz qardaşım!
    Yazdı: Eldar Ezimli: 12 İyun 2013 15:46
     
    Yaşayır: Sheki
    Əsərlərin sayı: 75
    Resenziyalar: 581
    Status: Şair
     
    Mükəmməl bir əsərlə könlüm xoş oldu. Bu duyğuları yaşatdırdığın üçün çox minnətdaram, dostum NƏRİMAN! Şerini "əla" dəyərləndirdim!
    Yazdı: Neriman Nerimanli: 12 İyun 2013 15:49
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Eldar Ezimli,
    Allah Sizdən razı olsun, Eldar müəllim, şadam ki, bəyəndiniz, əskik olmayın!
    Yazdı: mirsaleh efqan: 13 İyun 2013 04:40
     
    Yaşayır: bakı şəh.
    Əsərlərin sayı: 101
    Resenziyalar: 1465
    Status: Şair
     
    Assalamu aleykum!
    Nəriman bəy, əla şeirdi, mənim də çox xoşuma gəldi.
    Nəriman, az öyün, az danış sən də,
    Nahaq söz başını salar kəməndə.
    Bivaris olmasın hər hansı bəndə-
    Çırağı kor qalar, tayfası olmaz.
    Əhsən, qardaş!

    --------------------
    Miri
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    QAZ KİMİ FISILDAMA!

    Müəllif: Saxavat

    QAZ KİMİ FISILDAMA!

    Yaltaq kimi tanındın,
    Guya ki, sən qanandın?..
    Neçə dəfə qınandın,
    Təmiz mərən olmayıb...

    Oxumaq
    USTADNAMƏ

    Müəllif: Neriman Nerimanli

    USTADNAMƏ

    Hər dostam deyənə ülfət eyləmə,
    Hər gözəli sevib afət eyləmə,
    Qaraçı qızını külfət eyləmə
    Qızıldan don geyə, dilənəsidir.

    Oxumaq
    SƏXAVƏT!   --- { Dostum Səxavət Qafarlıya } ---  Xanəli TOLIŞ

    Müəllif: Saxavat

    SƏXAVƏT! --- { Dostum Səxavət Qafarlıya } --- Xanəli TOLIŞ

    Axı, kimə gərək bu qorxu-hürkü,
    Yaradan yaradıb Talışı, Türkü...
    Hərə bir tərəfə çəksə bu kürkü,
    Nə qalar de mənə, sənə Səxavət?!

    Oxumaq
    ARASINDA

    Müəllif: Neriman Nerimanli

    ARASINDA

    Nəriman, kim idim, kimə dönmüşəm,
    Bənd olub taleyim himə, dönmüşım.
    Pərdələr üstündə simə dönmüşəm -
    Bir təzanə ilə saz arasında.

    Oxumaq
    Q A Ğ A M   ---   Səxavət QAFARLIYA

    Müəllif: Saxavat

    Q A Ğ A M --- Səxavət QAFARLIYA

    Canından canını alir məhəbbət,
    Qağamı nə günə salır məhəbbət!

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Avqust 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics