misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

BAHAR GECƏSİNDƏ...

Müəllif: Dunyamin | 12 İyun 2013 | Oxunub: 3764| Yadda saxlamaq:
BAHAR GECƏSİNDƏ...

Bu xoş bahar gecəsində,
sükut özü nəğmə olub!...
Dalğa-dalğa,həzin-həzin,
ürəyimə axıb-dolub!...

Meh oxşasa ağ saçımı,
əllərini xatırlaram...
Salxım söyüd naz eləsə
tellərini xatırlaram!...

Ay səmada dönüb nura,
işıq saçır xəyalıma...
Gülüm,cavab verməmisən,
ancaq bu son sualıma!...

Daşa dönüb ürəyimdə,
ağrılarım yara olub...
"Bəxtəvərəm,"-deyir hamı,
amma günüm qara olub!...

Dözməsəm də ağrılara,
mən dözürəm həsrətinə...
Ürəyimin son çarəsi,
gəl,özün ol,gülüm,yenə!...

Bu ərköyün ürəyimi,
əllərinlə oxşa bir az...
Nəvazişə öyrəşib o,
başqa cürə sakit olmaz!...

Dözəcəyəm ağrılara,
sən üzümə güləndə də...
Sevəcəyəm təkcə səni,
sevəcəyəm öləndə də!...
06.05.85.Ağdaş

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 156)
Əsəri oxuyanlar (605)
  Oxşar misralar:
  • SON SUAL....(Bu xoş bahar gecəsində...)
  • DÖZƏCƏYƏM...(Dözürəm ağrılara...)
  • DUALARIM-XOŞ AHIM...
  • ƏLAC…
  • TƏKCƏ SƏNİ SEVƏCƏYƏM-----{Mahnı mətni}


  •   Resenziyalar (32)  
    Yazdı: Dunyamin: 12 İyun 2013 10:09
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Bu duyğular insan üçün həmişə əziz olub,
    əlçatmaz olan zaman da...
    Yazdı: Neriman Nerimanli: 12 İyun 2013 10:42
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Daşa dönüb ürəyimdə,
    ağrılarım yara olub...
    "Bəxtəvərəm,"-deyir hamı,
    amma günüm qara olub!...

    Gözəl misralardır, Dünyamin müəllim, lap həyatın içindən, yaşamın özündən süzülüb gəlir...

    Dözəcəyəm ağrılara,
    sən üzümə güləndə də...
    Sevəcəyəm təkcə səni,
    sevəcəyəm öləndə də!..

    Və...sevəndə də belə sevəsən gərək, sevdiyin sənin oldu, olmadı, sevginin səmti dəyişməməlidir, qoy lap nakam sevgi olsun, nə fərq edər, əsas odur ki, insan sevməyi bacarsın...və bir də əsas odur ki, qardaşımız bütün bunları bax beləcə, şirin-şirin nəzmə çevirsin... Əla.
    Yazdı: Dunyamin: 12 İyun 2013 10:52
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: Neriman Nerimanli

    Daşa dönüb ürəyimdə,
    ağrılarım yara olub...
    "Bəxtəvərəm,"-deyir hamı,
    amma günüm qara olub!...

    Gözəl misralardır, Dünyamin müəllim, lap həyatın içindən, yaşamın özündən süzülüb gəlir...

    Dözəcəyəm ağrılara,
    sən üzümə güləndə də...
    Sevəcəyəm təkcə səni,sevəcəyəm öləndə də!..

    Və...sevəndə də belə sevəsən gərək, sevdiyin sənin oldu, olmadı, sevginin səmti dəyişməməlidir, qoy lap nakam sevgi olsun, nə fərq edər, əsas odur ki, insan sevməyi bacarsın...və bir də əsas odur ki, qardaşımız bütün bunları bax beləcə, şirin-şirin nəzmə çevirsin... Əla.


    ÇOX SAĞ OL,ƏZİZ ŞAİR QARDAŞIM NƏRİMAN!...
    SƏN BU ŞEİRİ SƏRRAF GÖZÜ İLƏ DƏYƏRLƏNDİRMİSƏN...
    BELƏ YÜKSƏK QİYMƏT ÜÇÜN ÜRƏKDƏN MİNNƏTDARAM!...ALLAH SƏNİ HƏMİŞƏ BİZLƏR ÜÇÜN VAR ELƏSİN!....
    Yazdı: Neriman Nerimanli: 12 İyun 2013 10:54
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Dunyamin,
    Əstəfurulla, qardaşım, olanı dedim, olanı demək vacibdir, əllərinizə sağlıq!
    Yazdı: Dunyamin: 12 İyun 2013 10:57
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: Neriman Nerimanli
    Əstəfurulla, qardaşım, olanı dedim, olanı demək vacibdir, əllərinizə sağlıq!


    AXI OLANI GÖRMƏK İSTƏMƏYƏNLƏR,DEMƏK İSTƏMƏYƏNLƏR DƏ VVAR,ƏZİZ QARDAŞIM!...
    Yazdı: sefer: 12 İyun 2013 11:28
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 406
    Resenziyalar: 1842
    Status: Şair
     
    Vallah xoşbəxt bir insansan
    Varsa bunca sevgi səndə
    Çoxlarının yox qüdrəti
    Bir xoş sözə lap öləndə
    Yazdı: ulvi amin: 12 İyun 2013 12:03
     
    Yaşayır: ismayilli
    Əsərlərin sayı: 253
    Resenziyalar: 901
    Status: Şair
     
    gozel misralardi.hele son bend mukemmeldi.bele sonluq vurmaq her saire nesib olmur.AFERIN.
    Yazdı: Dunyamin: 12 İyun 2013 14:52
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: sefer

    Vallah xoşbəxt bir insansan
    Varsa bunca sevgi səndə
    Çoxlarının yox qüdrəti
    Bir xoş sözə lap öləndə


    QARDAŞ,BU XOŞ SÖZLƏRDƏN SONRA NECƏ SEVGİDƏN DANIŞMAYAQ,YAZMAYAQ!...ALLAH SƏNİ VAR ELƏSİN,AY SƏFƏR!...


    Sitat: ulvi amin

    gozel misralardi.hele son bend mukemmeldi.bele sonluq vurmaq her saire nesib olmur.AFERIN.


    BU GÖZƏL SÖZLƏRİN ÜÇÜN ÇOX SAĞ OL,ƏZİZİM ÜLVİ!...
    ALLAH SƏNDƏN RAZI OLSUN!...
    Yazdı: Polat Alemdar: 12 İyun 2013 15:05
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Sitat: Dunyamin
    Bu ərköyün ürəyimi,
    əllərinlə oxşa bir az...
    Nəvazişə öyrəşib o,
    başqa cürə sakit olmaz!...

    Dözəcəyəm ağrılara,
    sən üzümə güləndə də...
    Sevəcəyəm təkcə səni,
    sevəcəyəm öləndə də!...

    Əziz və hörmətli dostum Dünyamin müəllim bu şeiriniz də gözəldir.Əllərinizə sağlıq. MƏNDƏN ƏLA! SİZƏ YARADICILIĞINIZDA UĞURLAR ARZU EDİRƏM.

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Dunyamin: 12 İyun 2013 15:09
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: Polat Alemdar

    Sitat: Dunyamin
    Bu ərköyün ürəyimi,əllərinlə oxşa bir az...Nəvazişə öyrəşib o,başqa cürə sakit olmaz!...Dözəcəyəm ağrılara,sən üzümə güləndə də...Sevəcəyəm təkcə səni,sevəcəyəm öləndə də!...

    Əziz və hörmətli dostum Dünyamin müəllim... bu şeiriniz də gözəldir.Əllərinizə sağlıq. MƏNDƏN ƏLA! SİZƏ YARADICILIĞINIZDA UĞURLAR ARZU EDİRƏM.



    ALLAHIM SƏNDƏN RAZI OLSUN,AY QARDAŞ!....HƏMİŞƏ VAR OLASAN BİZLƏR ÜÇÜN!...
    ÇOX SAĞ OL!...
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    «Çalmalı» ilə deyişmə

    Müəllif: Sanan Celilli

    «Çalmalı» ilə deyişmə

    Çalmalı, Sən mənə xəbər ver görüm
    Göyçədən inilti səsi gəlirmi ?!
    Sənə tapşırdığım dədə, babalar
    Qəbirdə uyuyub bir dincəlirmi ?!

    Oxumaq
    Riyaziyyat.

    Müəllif: Ruslan Zeynalli

    Riyaziyyat.

    Mən fənlərin şahıyam,
    Onların başçısıyam.
    Sən məni oxuyarsan,
    Çox şey qazanarsan!

    Oxumaq
    ATA

    Müəllif: naz-naz

    ATA

    Yenə gözüm getdi dərin yuxuya,
    Məni qoruyan əllər qırışmaqdadır.
    İnanmıram daha..məni qoruya,
    Gözümdəki qəhrəman qocalmaqdadır!

    Oxumaq
    QALX AYAĞA...(Zaman-yeni, və qarışıq... Torpağmda savaş varsa, nə barışıq!...)

    Müəllif: Dunyamin

    QALX AYAĞA...(Zaman-yeni, və qarışıq... Torpağmda savaş varsa, nə barışıq!...)

    Zaman-yeni,
    və qarışıq...
    Torpağmda savaş varsa,
    nə barışıq!...
    Qalx ayağa,oğul,oğul!...
    Bu tilsimlər sınmalıdır-
    qalx zirvəyə,
    bax torpağa...
    Tonqalların yanmalıdır....

    Oxumaq
    BAN

    Müəllif: bayrami

    BAN

    Var, güvənmə, saz araban, ban. (1)
    Vardı, hanı “dəmir daban”, ban? (2)
    Etmir daha xoruz baban, ban. (3)
    Gorda çalır nağara: ban-ban! (4)

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Sentyabr 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics