misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

Ayıbdı.

Müəllif: bayrami | 11 İyun 2013 | Oxunub: 1918| Yadda saxlamaq:
Haqsızlara diz çökməyin,
ayıbdı, dizdən ayıbdı !
Ocaqlara su tökməyin,
ayıbdı, közdən ayıbdı !

Haqqın əmrindən azmayın,
ayaq altını qazmayın,
yazanda əyri yazmayın,
ayıbdı, sözdən ayıbdı !

Zaval varmı düzə, deyin?
həqiqəti üzə deyn !
Görməməzlik eləməyin,
ayıbdı, gözdən ayıbdı !

Qeyrət vaxtı kiriyənlər,
qoz tək içdən çürüyənlər,
düzdə əyri yeriyənlər,
ayıbdı, düzdən ayıbdı !

Söz verib, sözdən qaçanlar,
nəhs danışıb, şər saçanlar,
ay üz bazarı açanlar,
ayıbdı, üzdən ayıbdı !
(Baladdin Veşo. 2013.)

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 8)
Əsəri oxuyanlar (406)
  Oxşar misralar:
  • Ayıbdı 250
  • Haqdan enibdi
  • ÇAŞIBDIR
  • Sən hardan biləsən,nədir məhəbbət
  • RuslaNovres! 13.05.2015


  •   Resenziyalar (8)  
    Yazdı: maharramzada: 11 İyun 2013 22:09
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 172
    Resenziyalar: 2114
    Status: Şair
     
    Salam, Qardaş. Düzünü deyim, mən buna oxşar bir şer yazmaq istəyirdim. Sən
    məni qabaqladın. Əhsən. Mən bu yazıya görə 3 dəfə 5 verərdim. Əfsus ki, olmaz. Bilmirəm oxuyub nəticə çıxaran olacaq, ya yox?
    Yazdı: mirsaleh efqan: 12 İyun 2013 01:37
     
    Yaşayır: bakı şəh.
    Əsərlərin sayı: 101
    Resenziyalar: 1465
    Status: Şair
     
    Assalamu aleykum!
    Bayrami bəy, mənim də çox xoşuma gəldi, paylaşdığın üçün çox sağ ol.
    5-ə layiqdi.

    --------------------
    Miri
    Yazdı: Polat Alemdar: 12 İyun 2013 08:28
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Assalamun aleykum,Bayrami bəy bu gözəl şeirinizə məndən də ƏLA.Əllərinizə sağlıq!

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Neriman Nerimanli: 12 İyun 2013 10:19
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Əllərinizə sağlıq, paylaşdığınız üçün təşəkkür edirəm və yüksək qiymətə layiq bildim!
    Yazdı: bayrami: 12 İyun 2013 10:41
     
    Yaşayır: --
    Əsərlərin sayı: 665
    Resenziyalar: 2262
    Status: Şair
     
    Hər birinizi sayğılayıram. Müəllif Sizə təşəkkür edir. Münasibət bildirdiyinizə görə sağ olun.
    Yazdı: Eldar Ezimli: 12 İyun 2013 16:14
     
    Yaşayır: Sheki
    Əsərlərin sayı: 75
    Resenziyalar: 581
    Status: Şair
     
    Çox mükəmməl bir şerdir. Söylənilən fikirlərlə şərikəm. Həqiqətən "əla" qiymətə layiqdir.
    Yazdı: Elvir Adem: 24 İyul 2013 00:19
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 228
    Resenziyalar: 930
    Status: Şair
     
    Bir sözlə əladır!!!
    Yazdı: sahin.yusifov: 13 Avqust 2014 03:06
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    Haqqın əmrindən azmayın,
    ayaq altını qazmayın,
    yazanda əyri yazmayın,
    ayıbdı, sözdən ayıbdı !
    Bir sözlə əladır!!!
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    KAŞ, ÜSTÜMƏ ƏLƏNSİN...

    Müəllif: Saxavat

    KAŞ, ÜSTÜMƏ ƏLƏNSİN...

    Yaz yağışı deyil ki,
    İndi yağan yağışlar.
    Yar da o yar deyil ki,
    Savaşanda... bağışlar...

    Oxumaq
    OLMAZ

    Müəllif: Neriman Nerimanli

    OLMAZ

    Nəriman, az öyün, az danış sən də,
    Nahaq söz başını salar kəməndə.
    Bevaris olmasın hər hansı bəndə-
    Çırağı kor qalar, tayfası olmaz.

    Oxumaq
    VƏTƏN  SIĞIR ÜRƏYİMƏ

    Müəllif: Polat Alemdar

    VƏTƏN SIĞIR ÜRƏYİMƏ

    Ürəyimsiz ağlamıram, gülmürəm,
    Hər istəyim ürəyimdə birləşir.
    Böyükmüdür, kiçikmidir bilmirəm,
    Ürəyimə təkcə Vətən yerləşir.

    Oxumaq
    Bu dağların o üzündə

    Müəllif: Sanan Celilli

    Bu dağların o üzündə

    Bu dağların o üzündə
    Mənim qədim kəndim qalıb
    «Dərə yurdüm», «Sarı yerim»
    Bərələrim, bəndim qalıb

    Oxumaq
    Gülmə qonşu əhvalına,gülüncə.....

    Müəllif: Movlud Aqammed

    Gülmə qonşu əhvalına,gülüncə.....

    Gülmə qonşu əhvalına,gülüncə,
    Məsləhət ver,kömək elə gülüncə.
    Aşıq deyər gülüncə,
    Ağlayınca.gülüncə.
    Dərdlərinə şərik ol,
    Dərdlilərə gelencə.
    Yerini bil,danış incə,gül incə,
    Dava olar,düşər qovğa,qaçaqaç.

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Fevral 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics