misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

ÇIXASIDIR GÖZLƏRİM

Müəllif: Neriman Nerimanli | 8 İyun 2013 | Oxunub: 1879| Yadda saxlamaq:
Sevgi odur, günü-gündən sərt gələ,
Vüsal qaça, həsrət qova, pərt gələ.
Hicran odur, qol açasan, dərd gələ,
Nə aşiqəm, nə dərdim var, nə sərim.

Dərd istərəm, dərd də qaçaq, dərdə bax,
Qovulmaqdan namərd olan mərdə bax.
Bir tas ilə ömrü bitən nərdə bax-
Oyunçuyam, nə nərdim var, nə zərim…

Eşqimizin yollarına gül əkdim,
Kim baxacaq o güllərə sabah, kim?
Saçlarına tumar çəkən küləkdim
Nəfəsimdən var idimi xəbərin?

Bir canım var, qurbanındı, sənindi,
Ay insafsız, nədir firkin sənin, de.
Öldür məni, cəlladım ol sən indi,
Əsirgəmə, bəsdi mənə nəzərin.

Saldın oda, nə insaf var, nə də din,
Biləmmədim ara vuran harda, kim.
Aman Allah, kaş doyunca görəydim-
Kor olası, çıxasıdı gözlərim…

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 7)
Əsəri oxuyanlar (380)
  Oxşar misralar:
  • KİM?!
  • RuslaNövrəs! 12.12.2012
  • Adı var...
  • Aşiqəm
  • Elsever əhli~qürbət


  •   Resenziyalar (9)  
    Yazdı: Polat Alemdar: 8 İyun 2013 14:56
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Mənim dəyərli şair qardaşım Nəriman müəllim.Bu şeirinizi də bəyəndim.Gözəl şeirdir .ƏHSƏN! Məndən ƏLA! Paylaşdığınız üçün Allahım Sizdən razı olsun!

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Dunyamin: 8 İyun 2013 15:04
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Salam,əzizim Nəriman!...İndicə səni bu gözəl şeirini oxudum,inan,ləzzət elədi...Elə bil ki,aşıqların qoşduğu bir təcnis dinlədim!...
    Dərd istərəm, dərd də qaçaq, dərdə bax,
    Namərd olar qovulmaqdan, mərdə bax.
    Bir tas ilə ömrü bitən nərdə bax-
    Oyunçuyam, nə nərdim var, nə zərim…

    Eşqimizin yollarına gül əkdim,
    Kim baxacaq o güllərə sabah, kim?
    Saçlarına tumar çəkən küləkdim
    Nəfəsimdən var idimi xəbərin?...
    SAĞ OL,VAR OL,QARDAŞIM!...
    Yazdı: Neriman Nerimanli: 8 İyun 2013 15:36
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Polat Alemdar,
    Hər zamankı kimi diqqətlisiniz, qardaşım, çox sağ olun, Allah razı olsun Sizdən!

    Dunyamin,
    Çox sağ olun, əziz qardaşım, rəyiniz üçün, diqqətiniz üçün, münasibətiniz üçün, var olun!
    Yazdı: NICAT CEFER: 8 İyun 2013 17:51
     
    Yaşayır: BAKI ŞƏHƏRİ
    Əsərlərin sayı: 203
    Resenziyalar: 690
    Status: Şair
     
    ÇOX GÖZƏL YAZmısan ardaş var olasan mən 5 + verdim burda yazılan rəylərə qoşularaq səni alqışlıyıram
    Yazdı: mirsaleh efqan: 8 İyun 2013 23:12
     
    Yaşayır: bakı şəh.
    Əsərlərin sayı: 101
    Resenziyalar: 1465
    Status: Şair
     
    Assalamu aleykum!
    Nəriman qardaş, şeirinə əhsən!.Yazan əllərin var olsun, 5 + halalın olsun.

    --------------------
    Miri
    Yazdı: Shemsi: 9 İyun 2013 00:08
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 108
    Resenziyalar: 997
    Status: Şair-Redaktor
     
    Gözəl şeirdir, İkinci bəndin ikincimisrasında axıcılıq pozulurdu deyə yüngülvari bir redaktor əli gəzdirdim. Məncə indi axıcılıq yerinə gəldi. Çünki əvvəlki halda axın birdən ağırlaşırdı. Hər halda ləzzətli şeirdir!

    --------------------
    Məni məndən soruşanlar bilirmi,
    Həm uşağam, həm cavanam, həm qoca.
    Baş yaşıma, yaş başıma tən deyil,
    Həm dərvişəm, həm bəzirgan, həm xoca!
    Yazdı: Neriman Nerimanli: 10 İyun 2013 13:25
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    NICAT CEFER,
    Təşəkkür edirəm, əzizim Nicat, Allah razı olsun!

    mirsaleh efqan,
    Gün aydın, əziz qardaşım, sağ olun, Allah köməyiniz olsun!

    Shemsi,
    Şəmsi müəllim, çox sağ olun, inanıram ki, o düzəlişi halallıqla elədiniz, Allah Sizdən razı olsun!
    Yazdı: sahin.yusifov: 4 Sentyabr 2014 19:23
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    Sevgi odur, günü-gündən sərt gələ,
    Vüsal qaça, həsrət qova, pərt gələ.
    Hicran odur, qol açasan, dərd gələ,
    Nə aşiqəm, nə dərdim var, nə sərim.

    Dərd istərəm, dərd də qaçaq, dərdə bax,
    Qovulmaqdan namərd olan mərdə bax.
    Bir tas ilə ömrü bitən nərdə bax-
    Oyunçuyam, nə nərdim var, nə zərim…
    əla
    Yazdı: sahin.yusifov: 18 Yanvar 2015 21:42
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    Sevgi odur, günü-gündən sərt gələ,
    Vüsal qaça, həsrət qova, pərt gələ.
    Hicran odur, qol açasan, dərd gələ,
    Nə aşiqəm, nə dərdim var, nə sərim.

    Dərd istərəm, dərd də qaçaq, dərdə bax,
    Qovulmaqdan namərd olan mərdə bax.
    Bir tas ilə ömrü bitən nərdə bax-
    Oyunçuyam, nə nərdim var, nə zərim…

    Çox gözəl qoşmadı...Muəllifə Əhsən
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    SƏXAVƏT!   --- { Dostum Səxavət Qafarlıya } ---  Xanəli TOLIŞ

    Müəllif: Saxavat

    SƏXAVƏT! --- { Dostum Səxavət Qafarlıya } --- Xanəli TOLIŞ

    Axı, kimə gərək bu qorxu-hürkü,
    Yaradan yaradıb Talışı, Türkü...
    Hərə bir tərəfə çəksə bu kürkü,
    Nə qalar de mənə, sənə Səxavət?!

    Oxumaq
    Dünya qədər dərdin qalıb...

    Müəllif: Rufat Tagiyev

    Dünya qədər dərdin qalıb...

    Ey dilbərim, gəl gör ki, bu hicrin məni haldan salıb,
    Zülmün məni ağlar qoyub, nazın məni məndən alıb...

    Oxumaq
    QALX AYAĞA...(Zaman-yeni, və qarışıq... Torpağmda savaş varsa, nə barışıq!...)

    Müəllif: Dunyamin

    QALX AYAĞA...(Zaman-yeni, və qarışıq... Torpağmda savaş varsa, nə barışıq!...)

    Zaman-yeni,
    və qarışıq...
    Torpağmda savaş varsa,
    nə barışıq!...
    Qalx ayağa,oğul,oğul!...
    Bu tilsimlər sınmalıdır-
    qalx zirvəyə,
    bax torpağa...
    Tonqalların yanmalıdır....

    Oxumaq
    DÜNYANIN SONUNA AZ QALIB DAHA

    Müəllif: Neriman Nerimanli

    DÜNYANIN SONUNA AZ QALIB DAHA

    Heç giley etməzdim bəxtimdən qabaq,
    Getdi tac əlimdən, taxtımdan qabaq.
    Allah, öldür məni vaxtımdan qabaq
    Dünyanın sonuna az qalıb daha.

    Oxumaq
    Tələdi dünya

    Müəllif: Polat Alemdar

    Tələdi dünya

    Baş qaldır məzardan,al salamımı,
    İnanma desələr, əladır dünya.
    Məni sənsizliyin atəş oduna
    Ocaqsız alovsuz qaladı dünya.

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Fevral 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics