misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

«Çalmalı» ilə deyişmə

Müəllif: Sanan Celilli | 8 İyun 2013 | Oxunub: 1993| Yadda saxlamaq:
Çalmalı, Sən mənə xəbər ver görüm
Göyçədən inilti səsi gəlirmi ?!
Sənə tapşırdığım dədə, babalar
Qəbirdə uyuyub bir dincəlirmi ?!

Ay oğul sorğuna al cavabını
Göyçədə inilti göyə yüksəlir !
Qəbri dağıdılmış dədə, babalar
Nə rahatlıq bilir, nə də dincəlir!
- * -
Rahat uyuyurmu Alı, Ələskər ?!
Səni sarsıdırmı bu boyda kədər ?!
Rişəndən güc almış ərənlər, ərlər
Axan göz yaşını silə bilirmi ?!

Uyumur nə Alı, nə də Ələskər
Narahat ruhları düşüb dər-bədər
Didərgin adlanır ərənlər, ərlər
Ağlar gözlərimi heç kim silməyir !
- * -
Coşub çağlayırmı daşqın sellərin ?!
Yaşıl don geyirmi geniş çöllərin ?!
İstisini duyub dərən əllərin
Bənövşən boynunu yana əyirmi ?!

Coşub çağladıram daşqın selləri
Yuyuram yiyəsiz qalmış çölləri
Bu gülə dəydikcə düşmən əlləri
Yetim cücə kimi boynu bükülür !
- * -
Yaddaşa köçdükcə dağ binələrin
Bağrı dəlindikcə qədim kəndlərin
Hirsindən qaralan mavi göylərin
İldırım çaxdırıb, od ələyirmi ?!

Həmin binələrdən qalmayıb əsər!
Bir-bir yoxa çıxır o qədim kəndlər!
Qara buludlardan açılmır göylər!
Şimşək tüğyan edir atəş ələnir!
- * -
Baxıb görürsənmi bizim kəndləri ?!
Xaraba qalıbmı oba yerləri ?!
Ağkilsə, Zərzibil, Şorcadan bəri
Ətəklər çiskinə hey bələnirmi ?!

O qədim kəndlərdə qalıbmı ki, hal ?!
Oba yerlərində sakindir qanqal
Ağkilsə, Zərzibil, Şorca dal-badal
Göyçə düzlərindən silinib gedir !
- * -
Nərimanlı təmkinlə dururmu yenə ?!
əhsən deyən varmı kənd məktəbinə ?!
Qibtə eləyirəm vallah mən Sənə
Daşın, qayan dərddən hey əriyirmi ?!

Qalmayıb təmkindən əsər-əlamət!
Məktəb dizə çöküb, əyilib qamət!
Qibtəlik bir şeyim qalmayıb fəqət
Daş, qaya gözümə dik baxa bilmir!
- * -
Qaraqoyun uzanıbmı dağ boyu ?!
Haray qoparırmı Calanın suyu ?!
Kəndin içindəki artezan quyu
Qızlar, gəlinlərçün xiffət edirmi ?!

Bu kənd yetim kimi qısılıb mənə
Cala ağı deyir, dağlayır sinə
Artezan üz tutub elin səmtinə
Səssiz bir harayla xiffət eləyir!
- * -
Zod böyük bir şəhər idi elə bil
Mədən böyüyürmü yenə il-bə il ?!
Boz güneyi əritdimi bu nisgil ?!
Topdağətmaz evlər hey sökülürmü ?!

Düşmənə müntəzir dayanıbdı Zod
Qızılı getdikcə od püskürür, od!
Boz güney əriyir, dəyişib metod
Köhnələr itdikcə yeni tikilir!
- * -
Bala məzrənin baməzə söhbəti
Unudulmur el sözünün hikməti
«Dartına-dartına Qannılı iti
Kərkibaşa tərəf yenə hürürmü» ?!

Daha yoxdur Bala Məzrə söhbəti
Qalmayıbdır nə duzu nə hikməti
Qanlıda yallanir erməni iti
Kərkibaşda gəzib ulduza hürür
- * -
Qoşabulaq, Qayabaşı, Qaraiman
Kənd əhli sahədə döyürmü xırman ?!
Novat düzəldirmi qədim dəyirman ?!
Kisələr taxılla silələnirmi ?!

Xarabadır Qoşabulaq, Qaraiman
Fələk bu yerlərdə qoparır tufan !
Donuzlara xidmət edir dəyirman
Taxıl əvəzinə yem üyüdülür!
- * -
Qələbəlikdirmi “Qumlunun” başı ?!
Qazanda bişirmi çoban bozbaşı ?!
Külə döndərərək qayanı, daşı
Sazda “kərəmilər” dil ələyirmi ?!

Dikəlmir “Qumlunun” o məğrur başı!
Donuz qızardıqca axır göz yaşı!
Yeyib anqırdıqca dığa sərxoşu
Xəcalət çəkməkdən torpağa girir!
- * -
Şişə çəkilirmi erkəyin əti ?!
Damaqda qalırmı dadı, ləzzəti ?!
Aşığın dastanı, sözü, söhbəti,
Göyçə nağılları sona yetirmi ?!

Şişə çəkildikcə çoşqanın əti
Dığalar görürlər keyfi, ləzzəti
Mən hardan anlayım gedən söhbəti ?
Avaz əvəzinə hayqırtı gəlir !
- * -
Biçinə çıxırmı əziz xələfin ?!
Coşub qaynayırmı hər bir tərəfin ?!
Müşk - ənbər ətirli otun, ələfin
Maşınlar banına şələlənirmi ?!

Biçin, yığın qanmır indi “xələfim”
Coşub qaynamayır heç bir tərəfim
Çöllərdə çürüyür otum, ələfim
Qar altda qaldıqca silosa dönür !
- * -
Yamacda bənövşə boynun bükürmü ?!
Biçilmlş ağtikan südün tökürmü ?!
Gül, çiçək üstünə şehlər çökürmü ?!
Yarpaqlar boyunca gilələnirmi ?!

Lal-dinməz boynunu bükür bənövşə
Ağtikan yaramır daha bir işə
Gül-çiçək şehlidir indi həmişə
Sizin arxanızca göz yaşı tökür !
- * -
Axşam baxırsanmı Göyçə gölünə ?!
Günəşi qərq edir sanki özünə
Sürü yayılırmı çölə, çəmənə ?!
Qoçların döyüşmə səsi gəlirmi ?!

Tamaşa etdikcə Göyçə gölünə
Təəssüf edirəm düşdüyüm günə
Bilən yox naxır nə, yoxsa sürü nə ?!
Qoçlar meydanında qaban sürünür !
- * -
Inəkdağı dikdə bozarırmı heç
Xınalı qayalar qızarırmı heç ?!
Nabələd atlılar yol azırmı heç ?!
Onları el oba qonaq edirmi ?!

Inəkdağı batıb, bozarmayır heç !
Xınalı qayalar qızarmayır heç !
Bir atlı görünmür yol azmayır heç !
Kafir qapısına qonaq gəlməyir !
- * -
Daşkənddən gəlirmi Hacının səsi ?!
Fətullahın o şirin zənguləsi
Heç qururmu aşıq Cavad məclisi ?!
Qocalar balışa dirsəklənirmi ?!

Uzaqlardan gəlir Hacının səsi
Qulağıma çatır Fətoy naləsi
Burda çox qurulur içki məclisi
Hapel harın-harln yer eşələyir !
- * -
Məzrə uzanıbmı o yandan bəri ?!
Ağyoxuş, Canəhməd galmır ki, geri ?!
Görə bilirsənmi o dib kəndləri ?!
Yollar kənddən-kəndə şaxələnirmi ?!

Məzrə öz yerində duraraq qalır
Ağyoxuş, Canəhməd solur saralır
Dib kəndlər dibdəcə atılıb qalır
Kəndarası yollar bir-bir silinir !
- * -
Yol üstdə dururmu qədim Şişqaya ?!
Sətənəxaçın dərdi gəlirmi saya ?!
Babacan çatırmı haraya, haya ?!
Göl boyunca kəndlər səpələnirmi ?!

Şişqaya qoca bir balıqçı kimi !
Sətənəxaçın qalıb tək “sarı simi” !
Babacan elə bil batan bir gəmi !
O biri kəndlərdən imdad istəyir !
- * -
Subatan, Kəsəmən daha neçə kənd
Göysu əsirlikdə necə tutur bənd ?!
Zəhər dadı verir ağzımızda qənd
Arı gül-çiçəkdə şirələnirmi ?!

Kəsəmənə doğru baxır Subatan
Tapılmayır duran Göysuya həyan
Yoxdur saf güllərdən şirin bal tutan
Arılar güldən çox “püş” eşələyir !
- * -
Sən müqəddəs dağsan döz, ey Çalmalı !
Yetir o yerlərə göz, ey Çalmalı!
Bir gün geri gəlsək biz, ey Çalmalı ?!
Sevincdən üz-gözün nəşələnirmi ?!

əlacım nədir ki, dözürəm, bala!
Hər yerə goz qoyur, gəzirəm, bala!
Yollara baxmaqdan bezirəm, bala!
Açılmlş ağuşum sizi gözləyir!
- * -
Biçarə Sənanın nə idi günahı ?!
Aləmi yandırır naləsi, ahı
Oyaq qarşılayır hər gün sabahı
Yerində çevrilib eşələnmirmi ?!

Bəs bu Çalmalının günahı nədir?!
Ayağının altı ovulub gedir !
Gözlərinin yaşı gilə-gilədir !
Nə gündüz uyuyur, nə gecələyir !

07.02.2002

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 3)
Əsəri oxuyanlar (421)
  Oxşar misralar:
  • Bu dağların o üzündə
  • Qalıb
  • Yağış nədir?
  • Bir bala məndən
  • MƏNSİZ DÖZƏ BİLƏRSƏN...(Vaqif Məmmədov)


  •   Resenziyalar (9)  
    Yazdı: Neriman Nerimanli: 8 İyun 2013 12:16
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Sənan müəllim, bu xəyali deyişmə uğurlu alınıb və insana bir hüzn, ağrı gətirir, yenə həsrət, yenə yağılar ayağı altında inləyən müqəddəs torpaqlar, narahat babaların ruhu, Dədə Ələsgərin yetim qalmış sazının naləsi...
    Mən bu deyişməyə gərəkən qiyməti verərək, Sizə can sağlığı, yaradıcılığınızda uğurlar arzulayıram!

    Qeyd: Deyişmə stilində yazıldığından bəndlər arasında -*-, və ya digər müvafiq ayırıcı işarə qoysanız, daha yaxşı olar, fikrimcə...
    Yazdı: Sanan Celilli: 8 İyun 2013 12:31
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 33
    Resenziyalar: 51
    Status: Şair
     
    Neriman Nerimanli,
    Çox sağ olun Nəriman bəy. Fikir verirəm burada dərc olunan bütün şerlərə xüsusi diqqətlə yanaşırsınız. Orijinalda bəndləri başqa-başqa rənglərlə yazmışam. Ona görə də ayırıcı işarəyə ehtiyac qalmamışdı. Burada qeydinizi nəzərə alaram.

    --------------------
    Bu dünya əzazil, mənsə səbrli
    Səbrimlə əzabı əzə biləydim...
    Yazdı: Neriman Nerimanli: 8 İyun 2013 12:36
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Sanan Celilli,
    Təşəkkür edirəm, Sənan müəllim. Mən əvvəllər də qeyd eləmişdim ki, özümü şair hesab eləmirəm, sadəcə olaraq iç dünyamın çırpıntılarını başqalarına nisbətən bir az fərqli ifadə edirəm, o qədər.
    Amma, bütün qələm sahiblərinə hörmətlə yanaşaraq, onların poetik fikirlərinə bacardığım qiyməti verməyi özümə borc bilirəm.
    Yazdı: Polat Alemdar: 8 İyun 2013 13:04
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Sənan müəllim şeirinizi çox bəyəndim.Əllərinizə sağlıq.MƏNDƏN ƏLA!!!

    Zaman zaman "böyük qardaş" qardaş adlandırdığımız alçaq şimal qonşularımız bizim ata baba torpaqlarımızı bizlərdən olan satqınların razılıĞI ilə xain qonşularımıza peşkəş olaraq verilmişdir.Onların da müqabilində Qarabaöı da itirdik.Şərəfsizlərin indi meylindən keçən Naxçıvan torpaqlarıdır. BİZ GƏRƏK BİR OLUB İTİRİLƏN TORPAQLARI GERİ QAYTARAQ VƏ DÜŞMƏNƏ ELƏ DƏRS VERƏK Kİ, BİR DƏ XORUZ KİMİ BANLAYA BİLMƏSİNLƏR!!! ƏGƏR BUNLARI EDƏ BİLMƏƏK GƏLƏCƏK NƏSİLLƏRİN LƏNƏTİNƏ GƏLƏCƏYİK!!!

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Dunyamin: 8 İyun 2013 15:24
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: Sanan Celilli

    Rahat uyuyurmu Alı, Ələskər?!
    Səni sarsıdırmı bu boyda kədər?!
    Rişəndən güc almış ərənlər, ərlər
    Axan göz yaşını silə bilirmi ?!

    Uyumur nə Alı, nə də Ələskər
    Narahat ruhları düşüb dərbədər...
    Didərgin adlanır ərənlər, ərlər
    Ağlar gözlərimi heç kim silməyir!

    SALAM,SƏNAN MÜƏLLİM!...
    YURD HƏSRƏTLİ BU XƏYALİ DEYİŞMƏNİ ÜRƏKAĞRISI İLƏ BİRTƏHƏR Kİ OXUYA BİLDİM...ƏLBƏTTƏ Kİ,ŞEİRİN HƏCMİNİ NƏZƏRDƏ TUTMURAM;AMMA BURADA O QƏDƏR AĞRI-ACI İFADƏ OLUNUB Kİ,MƏN YAŞDA OLANLAR ÜÇÜN BU AĞRINI HƏZM ELƏMƏK ÇOX ÇƏTİNDİR...
    MƏN DAHA TELEVİZİYA KANALLARINDA ŞUŞANIN,LAÇININ,KƏLBƏCƏRİN,QUBADLININ...ELƏCƏ DƏ BÜTÜN GÖYCƏNİN NƏ KEÇMİŞ,NƏ DƏ İNDİKİ KADRLARINA BAXA BİLİRƏM...
    ALLAHIMDAN BİR ARZUM VAR:MÖCÜZƏ OLSUN,BAŞQA CÜR TORPAQLARIN ALINMASINA İSƏ...
    NƏ İSƏ...
    SƏNƏ UĞURLAR ARZULAYIRAM...
    Yazdı: mirsaleh efqan: 9 İyun 2013 01:57
     
    Yaşayır: bakı şəh.
    Əsərlərin sayı: 101
    Resenziyalar: 1465
    Status: Şair
     
    Assalamu aleykum!
    Hə, Sənan bəy, demişdim axı, ümidim doğruldu. Şeiriniz super, Allah canınıza dəyməsin.şeirinizə 5.

    --------------------
    Miri
    Yazdı: Sanan Celilli: 10 İyun 2013 09:30
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 33
    Resenziyalar: 51
    Status: Şair
     
    Polat Alemdar,
    Dunyamin,
    mirsaleh efqan,
    Hamınıza təşəkkür edirəm, dostlar. Verdiyiniz təhlil və yüksək qiymət mənim üçün çox önəmlidir. Təəssüf ki, o gözəl mahal hələ də əsarətdədir. Bu əsərdə çalışdım ki, Göyçənin xəritəsini cızım. Mən özümü Göyçənin yetişdirdiyi insanların son nəsli kimi hiss edirəm. Ona görə də o toponimlərin heç olmazsa, şerlərimizdə yaşamasına çalışdım.

    --------------------
    Bu dünya əzazil, mənsə səbrli
    Səbrimlə əzabı əzə biləydim...
    Yazdı: Polat Alemdar: 10 İyun 2013 09:42
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Sitat: Sanan Celilli
    Təəssüf ki, o gözəl mahal hələ də əsarətdədir. Bu əsərdə çalışdım ki, Göyçənin xəritəsini cızım. Mən özümü Göyçənin yetişdirdiyi insanların son nəsli kimi hiss edirəm. Ona görə də o toponimlərin heç olmazsa, şerlərimizdə yaşamasına çalışdım.

    Hörmətli Sanan bəyi,neçə ki, Rusiya və onun timsalında hegemon dövlətlər soysuz düşmənləri dəstəkləyir və haqq səsimizi dünya ictimaiyyətinə çatdıra bilmirik elə də qalacaq. Allahım miııətimin,dövlətimin düşmənlərini və onların havadarlarını zəlil eyləsin! Bir tərəfdən də qardaşım bu həm də din davasıdır.Baxın görün müharibə yalnız müsəlman dövlətlərində gedir!

    BU misralar mənim yenicə qələmə aldığım şeirdəndir.

    Demokratiya və azadlığı “sevən” insanlar,
    Bəs deyilmi bu qədər nahaqdan tökülən qanlar?
    Harada qaldı dəm vurduğunuz insan haqları,
    Niyə icra olunmur Qarabağa dair BMT qərarları?

    Millətim oyanır, artıq dözməyəcək bu alçaqlığa,
    Nə qədər baxacaq ATƏT-in etdiyi vicdansızlığa ?
    Göyçəm,Zəngəzurum oldu qurban belə, haqsızlığa,

    Azalıbdır,Odlar yurdum son qoyacaq bu nankorluğa !!!

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: sahin.yusifov: 22 Dekabr 2014 02:50
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    Assalamu aleykum!
    Hə, Sənan bəy, demişdim axı, ümidim doğruldu. Şeiriniz super, Allah canınıza dəyməsin.şeirinizə 5.
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    Gecə gülü

    Müəllif: kamil miri

    Gecə gülü

    Gecə gülü, gözəlim.
    Təravətli müjdəsi,
    açılan ilk səhərin.
    Gündüzlərindən uzaq
    bu günahkar şəhərin,
    məhəbbətimsən mənim.

    Oxumaq
    ПЕРВАЯ ЛЮБОВЬ

    Müəllif: Reshid Hesenov

    ПЕРВАЯ ЛЮБОВЬ

    Первая любовь, как белый снег,
    обожжёт вас если прикоснётесь.
    Вспыхнет в вашем сердце первоцвет
    медленно, но верно вы проснётесь!!!...

    Oxumaq
    BAN

    Müəllif: bayrami

    BAN

    Var, güvənmə, saz araban, ban. (1)
    Vardı, hanı “dəmir daban”, ban? (2)
    Etmir daha xoruz baban, ban. (3)
    Gorda çalır nağara: ban-ban! (4)

    Oxumaq
    NƏ VAR DÜNYADA...(Bu dünyada bəs bizə nə qalacaq...)

    Müəllif: Dunyamin

    NƏ VAR DÜNYADA...(Bu dünyada bəs bizə nə qalacaq...)

    Kövrələrik-yada salıb hər günü,
    yolu bağlar bu illərin çiskini...
    Nə şirinmiş bu illərin pis günü,
    axtararsan vüsallarda hər zaman!...

    Oxumaq
    AY MƏLƏK, AY MƏLƏK

    Müəllif: Neriman Nerimanli

    AY MƏLƏK, AY MƏLƏK

    Bir qırıq ümidə bəndəm,
    Naümid olmasın bəndə.
    Gör neçəsini kəməndə
    Saldın, ay Mələk, ay Mələk!

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Fevral 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics