misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

DÖZMÜR ÜRƏK AYRILIĞA...

Müəllif: Dunyamin | 8 İyun 2013 | Oxunub: 5304| Yadda saxlamaq:
DÖZMÜR ÜRƏK AYRILIĞA...

Bir də görürsən ki,ürək sıxılıb,
özü də əl boyda yumağa dönür...
İnsan qəribədir; qoca dünyada,
özü də beşgünlük qonağa dönür!...

Qəribik hamımız,gəldi-gedərik,
könlümüz-gözümüz doymur dünyadan...
Bir gün bu həyatı tərk eləyəndə,
görərsən,eşqindir səni yaşadan!...

Gələcək hər günə intizar çəkib,
ötən günləri də itiririk biz!...
Ümidə bağlanıb,sevən ürəkdə,
həsrəti gül kimi bitiririk biz!...

Dözmür ayrılığa daha ürəyim,
deyəsən pis gözə gələcəyəm mən...
Sənin vüsalına çata bilməyib,
yoxsa bu həsrətdən öləcəyəm mən!...

Heç kim bilməyəcək mənə nə oldu,
kimsə duymayacaq nə idi dərdim!...
Təkcə sən bilirsən,təbəssümünü
əlacsız dərdimə dərman edərdim!...

Təkcə sən bilirsən,istəyim nədir,
sorğulu-suallı qəlbim nə deyir!...
Özün bilirsən ki,ürəyim mənim
səndən sevgisinə cavab gözləyir....
11.06.85.Ağdaş

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 179)
Əsəri oxuyanlar (718)
  Oxşar misralar:
  • Sən də bilirsən..
  • Ana(Əsgərlik də yazdığım şer)
  • SƏN SEVİNİB-GÜLƏNDƏ...(Ömrün xoş çağları-gecəydi onda...)
  • ŞAHİN İLQAR - "İNANA BİLMİRSƏN MƏHƏBBƏTİMƏ"
  • BİRCƏ SƏNİ GÖRƏNDƏ...


  •   Resenziyalar (52)  
    Yazdı: Dunyamin: 8 İyun 2013 10:19
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Dözmədi ürək də,dözmədi buna,
    söz qoşmaq da olmur ayrılığına....
    Yazdı: NICAT CEFER: 8 İyun 2013 11:02
     
    Yaşayır: BAKI ŞƏHƏRİ
    Əsərlərin sayı: 203
    Resenziyalar: 690
    Status: Şair
     
    əhsən sizə vallah Allah canınızı sağ eləsin əla yazmısız çox gözəl alınıb
    Yazdı: Neriman Nerimanli: 8 İyun 2013 11:48
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Gələcək hər günə intizar çəkib,
    ötən günləri də itiririk biz!...
    "Heyif,"-deyə-deyə sevən ürəkdə,
    həsrəti gül kimi bitiririk biz!...

    Tamamilə doğru, biri naz edir, o birimiz inad, küsüb-barışmaqla keçir ömrün çoxu və bir də ayılırsan ki, heç doyunca sevə də bilmədin... O intizarı da, o həsrəti də elə bizlər özümüz özümüzə yaraşdırırıq...

    Dünyamin müəllim, şeriniz əladır, əllərinizə sağlıq!
    Yazdı: Polat Alemdar: 8 İyun 2013 12:53
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Mənim dəyərli şair qardaşlarıma Vətənimizin "kiçik torpağından" atəşin samlar olsun! .Dünyamin müəllim ƏHSƏN SİZƏ! Məndən ƏLA! Allahım Sizi həmişə sağ salamat və qələminizi iti etsin!

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Dunyamin: 8 İyun 2013 13:07
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     



    Sitat: Neriman Nerimanli

    Gələcək hər günə intizar çəkib,
    ötən günləri də itiririk biz!...
    "Heyif,"-deyə-deyə sevən ürəkdə,
    həsrəti gül kimi bitiririk biz!...

    Tamamilə doğru, biri naz edir, o birimiz inad, küsüb-barışmaqla keçir ömrün çoxu və bir də ayılırsan ki, heç doyunca sevə də bilmədin... O intizarı da, o həsrəti də elə bizlər özümüz özümüzə yaraşdırırıq...
    Dünyamin müəllim, şeriniz əladır, əllərinizə sağlıq!


    QARDAŞIM NƏRİMAN!...ÇOX SAĞ OL,VAR OL!...ALLAH HƏMİŞƏ ÜRƏYİNƏ GÖRƏ VERSİN!...ŞEİRİ ELƏ GÖZƏL TƏHLİL EYLƏMİSƏN Kİ,ELƏ BİL,MƏN BU ŞEİRİ YAZANDA SƏN DƏ YANIMDA OLMUSAN...
    SƏNƏ ÜRƏKDƏN MİNNƏTDARAM,ƏZİZİM NƏRİMAN!...

    Sitat: Polat Alemdar

    Mənim dəyərli şair qardaşlarıma Vətənimizin "kiçik torpağından" atəşin salamlar olsun!
    Dünyamin müəllim, ƏHSƏN SİZƏ! Məndən ƏLA! Allahım Sizi həmişə sağ salamat və qələminizi iti etsin!



    ÇOX SAĞ OL,ƏZİZ ŞAİR QARDAŞIM POLAD!...VƏTƏNİMİZİN "KİÇİK TORPAĞ"I DA, "BÖYÜK TORPAĞ"I DA BİZƏ ORADA YAŞAYA SƏNİN KİMİ İNSANLARI İLƏ ƏZİZDİR...BÜTÜN QƏLBİMLƏ SİZLƏRƏ MİNNƏTDARAM!....
    Yazdı: Polat Alemdar: 8 İyun 2013 13:21
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Sitat: Dunyamin
    ÇOX SAĞ OL,ƏZİZ ŞAİR QARDAŞIM POLAD!...VƏTƏNİMİZİN "KİÇİK TORPAĞ"I DA, "BÖYÜK TORPAĞ"I DA BİZƏ ORADA YAŞAYA SƏNİN KİMİ İNSANLARI İLƏ ƏZİZDİR...BÜTÜN QƏLBİMLƏ SİZLƏRƏ MİNNƏTDARAM!....

    Əzizim Dünyamin müəllim ilk öncə qeyd etdiyiniz hisslər qarşılıqlıdır və Sizə təşəkkürlərimi bildirirəm! Sonra isə Naxçıvanı Ana torpaqdan ayıranlara,yəni Zəngəzur porpaqlarını ermənilərə pay verənlərə Allahım lənət eləsin.

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Dunyamin: 8 İyun 2013 14:30
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: Polat Alemdar
    Sitat: DunyaminÇOX SAĞ OL,ƏZİZ ŞAİR QARDAŞIM POLAD!...VƏTƏNİMİZİN "KİÇİK TORPAĞ"I DA, "BÖYÜK TORPAĞ"I DA BİZƏ ORADA YAŞAYA SƏNİN KİMİ İNSANLARI İLƏ ƏZİZDİR...BÜTÜN QƏLBİMLƏ SİZLƏRƏ MİNNƏTDARAM!....Əzizim Dünyamin müəllim ilk öncə qeyd etdiyiniz hisslər qarşılıqlıdır və Sizə təşəkkürlərimi bildirirəm! Sonra isə Naxçıvanı Ana torpaqdan ayıranlara,yəni Zəngəzur porpaqlarını ermənilərə pay verənlərə Allahım lənət eləsin.


    MƏN DƏ "AMİN!!!" DEYİRƏM,QARDAŞIM!...
    Yazdı: Polat Alemdar: 8 İyun 2013 15:10
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Düz 300 ildir bu soysuz ermənilərin başımıza açmadıqları oyun qalmayıb. Goreşən kimi torpaqlarımızı qarış-qarış işğal edirlər. İrəvanı verdik Göyçəni istədilər, Göyçəni verdik Zəngəzuru istədilər, Zəngəzuru verdik Qarabağı istədilər... İndi də Naxçıvanı istəyirlər. Yəqin ki, bir çoxunuzun xəbəri yoxdur. Ermənistan orta məktəblərində tədris olunan tarix dərsliklərində Naxçıvanın erməni torpağı olmasından geniş şəkildə bəhs olunur. Ermənistanda istənilən orta məktəb şagirdi tam əmindir ki, Naxçıvan ərazisi tarixi erməni torpaqlarıdır. Erməni gözünü Naxçıvana dikib biz də gözləyirik ki, Qarabağı nə vaxt qaytaracaq. Heç kim məndən inciməsin, amma bu qədər də sadəlövhlük olmaz axı. İrəvanı, Göyçəni, Zəngəzuru bizdən necə aldılar? Nə qədər insanımızı öldürdülər? İnsanları məscidlərə yığıb od vurmadılar? Bəs, biz nə etdik? Bütün bunların əvəzində;

    Qardaş olub Azərbaycan, Hayastan
    Daha da birləşib olsunlar bir can,
    yoldaş Azərbaycan, hinger Hayastan,


    mahnısını oxumağa başladıq. Sonra nə oldu? Sonra, hinger haylar Xocalıda insanların dərilərini soydular. Diri-diri yandırdılar. Daha bundan başqa nə olmalıydı?

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Dunyamin: 8 İyun 2013 17:03
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: Polat Alemdar

    Düz 300 ildir bu soysuz ermənilərin başımıza açmadıqları oyun qalmayıb. Goreşən kimi torpaqlarımızı qarış-qarış işğal edirlər. İrəvanı verdik Göyçəni istədilər, Göyçəni verdik Zəngəzuru istədilər, Zəngəzuru verdik Qarabağı istədilər... İndi də Naxçıvanı istəyirlər. Yəqin ki, bir çoxunuzun xəbəri yoxdur. Ermənistan orta məktəblərində tədris olunan tarix dərsliklərində Naxçıvanın erməni torpağı olmasından geniş şəkildə bəhs olunur. Ermənistanda istənilən orta məktəb şagirdi tam əmindir ki, Naxçıvan ərazisi tarixi erməni torpaqlarıdır. Erməni gözünü Naxçıvana dikib biz də gözləyirik ki, Qarabağı nə vaxt qaytaracaq. Heç kim məndən inciməsin, amma bu qədər də sadəlövhlük olmaz axı. İrəvanı, Göyçəni, Zəngəzuru bizdən necə aldılar? Nə qədər insanımızı öldürdülər? İnsanları məscidlərə yığıb od vurmadılar? Bəs, biz nə etdik? Bütün bunların əvəzində;
    Qardaş olub Azərbaycan, Hayastan
    Daha da birləşib olsunlar bir can,
    yoldaş Azərbaycan, hinger Hayastan,
    mahnısını oxumağa başladıq. Sonra nə oldu? Sonra, hinger haylar Xocalıda insanların dərilərini soydular. Diri-diri yandırdılar. Daha bundan başqa nə olmalıydı?


    HEÇ DEMƏ,AY QARDAŞ!...NƏ DEYİLƏSİ,NƏ DƏ ÇƏKİLƏSİ DƏRDLƏRDİR BUNLAR...ALLAHIMIZ AXIRIMIZI XEYİRLİ EYLƏSİN,İNŞALLAH!....
    Yazdı: mirsaleh efqan: 9 İyun 2013 02:11
     
    Yaşayır: bakı şəh.
    Əsərlərin sayı: 101
    Resenziyalar: 1465
    Status: Şair
     
    Assalamu aleykum!
    Əhsən, portalımızın məhəbbət şairinə! Dünyamin müəllim, gözəl yazmısız, bu əsərinizə də 5.

    --------------------
    Miri
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    G Ü L M Ə D İ M   ---   { Münsərih }  ---   Dəstəgül ZAMANLI

    Müəllif: Saxavat

    G Ü L M Ə D İ M --- { Münsərih } --- Dəstəgül ZAMANLI

    Dəstəgüləm gül kimi, yandı canım çöl kimi,
    Qaldı közüm kül kimi, söndü ocaq gülmədim.

    Oxumaq
    Söndürmə məni

    Müəllif: sefer

    Söndürmə məni

    Hələ bu dünyadan küsən deyiləm
    Əlimi gümandan üzən deyiləm
    Mən bir həqiqətəm, yalan deyiləm
    Gerçəkdən, xəyala göndərmə məni

    Oxumaq
    İNAM...(Balaca dodaqların açılar qönçə-qönçə ...)

    Müəllif: Dunyamin

    İNAM...(Balaca dodaqların açılar qönçə-qönçə ...)

    Bir dinlə ürəyimi,
    səni səslər,əzizim!...
    Ömrümdə yeganəm ol,
    mənim ol,canım-gözüm!...

    Oxumaq
    XANƏLİ, SƏN SƏXAVƏT... Rafiq MƏMMƏD { Şair dostlarım Xanəli Tolış və Səxavət Qafarlıya}

    Müəllif: Saxavat

    XANƏLİ, SƏN SƏXAVƏT... Rafiq MƏMMƏD { Şair dostlarım Xanəli Tolış və Səxavət Qafarlıya}

    El dərdidi, çatılıbdı qaşında,
    Şimşək çaxıb, tufan qopub başında.
    Ömür boyu şe’rin elçi daşında
    Bardaş quran Xanəli, sən Səxavət...

    Oxumaq
    YANASAN-YANA

    Müəllif: Neriman Nerimanli

    YANASAN-YANA

    Qəm mənə, səadət yadlara düşüb,
    Dözmərəm desinlər yad dara düşüb.
    Sən də mənim kimi odlara düşüb
    Gecəli-gündüzlü yanasan-yana.

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Avqust 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics