misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

Bildim.

Müəllif: Shemsi | 8 İyun 2013 | Oxunub: 3349| Yadda saxlamaq:
Bülbülü köksündən yaralı gördüm,
Ayıldım, gül nədi, xar nədi, bildim.
Dağları dumandan aralı gördüm,
Zirvədə ağaran qar nədi, bildim.

Kül olub ocaqda közə qarışdım,
Qar kimi əriyib selə qarışdım,
Sevdim, uşaq kimi küsdüm, barışdım,
Könlümü ovlayan yar nədi, bildim.

Allah, bəndələrin düz yola getmir,
Çağır dərgahına, tez, yola getmir.
Görəndə bazarda söz pula getmir,
Bax onda hal nədi, var nədi, bildim.

Ağladı buludlar hey, səsi gəldi,
Çiçəyi açıldı, meyvəsi gəldi,
Öldüm, qulağıma ney səsi gəldi,
Diksinib ayıldım,. gor nədi, bildim.

Çəməndə çiçəkdən bir xalı gördüm,
Açıldı nə qədər sirr, xalı gördüm.
Göylərdə qıy vuran qartalı gördüm,
Yerdə leş axtaran sar nədi, bildim.

Soruşdum, dedilər ikidi, dünya.
Əslində bir dərviş yüküdü dünya.
Aldatma Şəmsini, a gidi dünya,
Bəsdi bildiklərim, hər nədi, bildim.

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 8)
Əsəri oxuyanlar (453)
  Oxşar misralar:
  • Bildim
  • Varlı nədi kasıb nədi 436
  • Nədi..?
  • GƏMİÇİYLƏ DAVAN NƏDİ...(Kəmaləddin Qədim)
  • DƏLİ NƏDİ, AĞIL NƏDİ...(Kəmaləddin Qədim)


  •   Resenziyalar (15)  
    Yazdı: Neriman Nerimanli: 8 İyun 2013 11:33
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Soruşdum, dedilər ikidi, dünya.
    Əslində bir dərviş yüküdü dünya.
    Aldatma Şəmsini, a gidi dünya,
    Bəsdi bildiklərim, hər nədi, bildim.

    Salam, Şəmsi müəllim! Əslində şerinizin bu bəndini seçim naminə götürmədim, yəni bütün bəndlərdə mütləq mənada gözəl fikirlər var və bu səbəbdən biri birindən dəyərlidirlər. Bu gün doğrudan da ruhumu oxşayan bir şer oxudum, əllərinizə sağlıq. Əla qiymətləndirirəm. Və... bir məsələni qeyd etmək istərdim: "Redaktorun seçimi" rubrikasının rəhbəri Siz olduğunuzdan, ola bilsin ki, bu şeri orada qeyd etməyəsiniz, amma, mən bu şerin seçilmişlər arasında olmasını israr edirəm. Dərin hörmətlə...

    Qeyd: Zəhmət olmasa, dördüncü bəndin birinci misrasında buludlar sözündəki texniki qüsuru düzəldin.
    Yazdı: Shemsi: 8 İyun 2013 12:15
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 108
    Resenziyalar: 997
    Status: Şair-Redaktor
     
    Nəriman bəy, salam! Təşəkkür edirəm ki, sən saytda yazılara diqqətlə yanaşırsan. Sənin qəlbinə dəyməkmi olar? Sən dəyərli bir qələm sahibisən və ruhumuz o qədər doğmadır ki... şeiri seçilmişlərə göndərirəm.

    --------------------
    Məni məndən soruşanlar bilirmi,
    Həm uşağam, həm cavanam, həm qoca.
    Baş yaşıma, yaş başıma tən deyil,
    Həm dərvişəm, həm bəzirgan, həm xoca!
    Yazdı: Sanan Celilli: 8 İyun 2013 12:24
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 33
    Resenziyalar: 51
    Status: Şair
     
    Allah, bəndələrin düz yola getmir,
    Çağır dərgahına, tez, yola getmir.
    Görəndə bazarda söz pula getmir,
    Bax onda hal nədi, var nədi, bildim.

    Hə... çoxdandır ki, belə gözəl şerə rast gəlmirdim. Çox sağ olun Şəmsi müəllim.

    --------------------
    Bu dünya əzazil, mənsə səbrli
    Səbrimlə əzabı əzə biləydim...
    Yazdı: Neriman Nerimanli: 8 İyun 2013 12:29
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Shemsi,
    Dəyməz, qardaşım, bu Sizin haqqınızdır, sözlərinizin, şerinizin qüdrətidir və çəkilən zəhmət layiqincə qiymətlənməlidir.

    Sizə təbəssüm üçün bir misal çəkim:

    Bir neçə il əvvəl bir məhərəmlik ayinini Ceyranbatan məscidində kecirdim. Oğlumu da özümlə aparırdım. Süfrəyə nəzər salırdım, şirniyyat, konfet yoxsa, oğluma işarə edirdim ki, al, gətir. Özüm də axunda (cavan, savadlı, məntiqli danışığı və ritorikası olan bir axunddur) bir xalça bağışladım. Nə isə, bir az diqqət mərkəzində idim, orada qohumlarım da az deyil. Axundun bir yanında bir müəllimə, digər yanında mütləq mənə yer verirdilər.
    Sonuncu gecə axund dua edir, hər kəs qulpundan çıxanı verib dünyasını dəyişənlərə dua elətdirir, mən də o cümlədən. Birdən qayıtdım ki, axund, Allahın evində haqsızlıq var və bu haqsızlığa göz yummayın.
    Hamı duruxdu, axund özü də. Məndən gözləmirdilər.
    Xülasə cibimdən indiki pulla 20 manat çıxarıb dedim ki, axund, hamının ölənlərinə dua ediriksə, bəs Sizin dünyadan gedənlərinizi niyə xatırlamırıq? Mən bu pulu verib, müqabilində özünüzün ölənlərinizə bizim iştirakımızla dua etməyinizi istəyirəm. Elə axund da mənə Sizin kimi dedi ki, mən Sizin qəlbinizə dəyə bilmərəm...dəymədi də.
    Yazdı: Vusal Huseyn: 8 İyun 2013 12:50
     
    Yaşayır: Azərbaycan Baki şəh.
    Əsərlərin sayı: 273
    Resenziyalar: 2065
    Status: Şair
     
    Salam Aleykum Şəmsi bəy.Şeirinizi oxudum və inanın ki,çox bəyəndim.Adamı düşünməyə vadar edən bir şeirdir.Qələminizə qüvvət.

    --------------------
    Hər acının,hər ağrının,
    hər bir zülmün bir ahı var.
    Hər bir qaranlıq gecənin,
    tələsən bir sabahı var.

    Vüsal Hüseyn
    Yazdı: Dunyamin: 8 İyun 2013 17:19
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: Shemsi

    Kül olub ocaqda közə qarışdım,
    Qar kimi əriyib selə qarışdım,
    Sevdim, uşaq kimi küsdüm, barışdım,
    Könlümü ovlayan yar nədi, bildim.

    Allah, bəndələrin düz yola getmir,
    Çağır dərgahına, tez, yola getmir.
    Görəndə bazarda söz pula getmir,
    Bax onda hal nədi, var nədi, bildim.


    Şəmsi bəy!...Gözəl şeirdir...Şair qardaşlarımın fikirlərinə mən də bütün səmimiyyətimlə qoşuluram....
    Sizdən bir xahişim də olacaq...Bu portalda rus dilində olan şeirlərə də redaktor seçimi ilə yanaşaraq,öz səhifənizdə dərc edin,əgər mümkünsə...
    Məncə, Rəşid Həsənovun belə şeirləri(rus dilində olanlar) orada verilsə,pis olmaz...
    Yazdı: Saxavat: 8 İyun 2013 19:28
     
    Yaşayır: --
    Əsərlərin sayı: 896
    Resenziyalar: 3083
    Status: Şair
     
    Səni səmimi qəlbdən təbrik edərək deyirəm:
    Dostum və şair qardaşım Şəmsi bəy, ƏHSƏNLƏR VƏ AFƏRİNLƏR SƏNİN HALALINDIR. Var ol, Əzizi-mən!
    Yazdı: Shemsi: 8 İyun 2013 23:58
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 108
    Resenziyalar: 997
    Status: Şair-Redaktor
     
    Dostların axşamı xeyir olsun! Hər birinizi bağrıma basıb öpürəm. Dünyamin bəy, sadəcə rus dilində olan şeirləri incələməyə hələlik vaxtım yoxdur. sabah oğlumun toyunu yola verim, ondan sonra bu işə də əncam çəkəcəyəm. ( Allah subaylarınıza da qismət eləsin!

    --------------------
    Məni məndən soruşanlar bilirmi,
    Həm uşağam, həm cavanam, həm qoca.
    Baş yaşıma, yaş başıma tən deyil,
    Həm dərvişəm, həm bəzirgan, həm xoca!
    Yazdı: Dunyamin: 9 İyun 2013 00:28
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    ŞƏMSİ BƏY!...ALLAH MÜBARƏK EYLƏSİN!!!
    ALLAH ÖVLADINIZA,ONUN ÖMÜR-GÜN YOLDAŞINA,SİZƏ VƏ BÜTÜN DOĞMALARINIZA HƏMİŞƏ XEYİRLİ İŞLƏRDƏ SEVİNMƏYİ NƏSİB EYLƏSİN!!!
    SAĞ OLUN,VAR OLUN!!!
    SAĞLAM VƏ XOŞBƏXT BİR QAYINATA,GƏLƏCƏKDƏ İSƏ MƏSUD BİR BABA OLMAĞINIZI ARZULAYIRAM!...
    Yazdı: mirsaleh efqan: 9 İyun 2013 01:41
     
    Yaşayır: bakı şəh.
    Əsərlərin sayı: 101
    Resenziyalar: 1465
    Status: Şair
     
    Assalamu aleykum!
    Şəmsi müəllim, şeiriniz mənim də çox xoşuma gəldi.Əsl redaktor seçiminə layiqdi, afərin, şeirinizə 5.
    Hə, əlbətdə, Allah mübarək etsin, Allah xoşbəxtlər cərgəsində fəxrlə, qürurla, qəmdən-qüssədən uzaq addımlayanlardan etsin, siz də baxıb fəxr edəsiz!

    --------------------
    Miri
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    GÜLÜM

    Müəllif: Neriman Nerimanli

    GÜLÜM

    Uğursuz sevginin peşimanıyam,
    Yalanlar əlindən sinə dağlıyam.
    Mən özgə aləmin Nərimanıyam
    Səninçin keçilməz dalanam, gülüm…

    Oxumaq
    YANASAN-YANA

    Müəllif: Neriman Nerimanli

    YANASAN-YANA

    Qəm mənə, səadət yadlara düşüb,
    Dözmərəm desinlər yad dara düşüb.
    Sən də mənim kimi odlara düşüb
    Gecəli-gündüzlü yanasan-yana.

    Oxumaq
    MƏNİ QINAMAYIN

    Müəllif: zvezdapad

    MƏNİ QINAMAYIN

    Ömür durubmuş qəsdimə,
    Yandım, baxan yox tüstüma.
    Mənim dərdim öz üstümə,
    Dostlar, qınamayın məni.

    Oxumaq
    İsti bir yay gecəsi

    Müəllif: Vusal Huseyn

    İsti bir yay gecəsi

    İsti bir yay gecəsi,
    Səmadaykən gözlərim.
    Özüm də anlamadan,
    Şerə dönür sözlərim.

    Oxumaq
    Ay ürək...

    Müəllif: Dunyamin

    Ay ürək...

    Ay ürək,eşqindən əl çək,qaç uzaq,
    Ömrümüz-günümüz gəldi-gedərdi.
    Neyləyim,çətindir ancaq unutmaq,
    Ayrılıq-ölümdən daha betərdi!

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Fevral 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics