misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

Bu dağların o üzündə

Müəllif: Sanan Celilli | 7 İyun 2013 | Oxunub: 2160| Yadda saxlamaq:
Qalıb

Bu dağların o üzündə
Mənim qədim kəndim qalıb
«Dərə yurdüm», «Sarı yerim»
Bərələrim, bəndim qalıb

Yağıdadır Nərimanlı
Qaraqoyun, Qaraimanlı
Zod, Subatan, Məzrə, Qanlı
Ağkilsə, Zərkəndim qalıb

Cah-cəlallı Göyçə toyu
Unuduruq kökü, soyu
Geniş düzlər, dağlar boyu
Çapdığım səməndim qalıb

Çalmalının qarlı başı
Bilinirmi sinni – yaşı
Ah əridir dağı, daşı
Dərdimə dərdməndim qalıb

Duman sürünürmü «Yalda»?!
Sən’an, el-oba nə halda?!
Ağrı - acılı xəyalda
İtib-batmış zəndim qalıb

14.09.03

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 1)
Əsəri oxuyanlar (488)
  Oxşar misralar:
  • Qalıb
  • Azərbaycanım!
  • Kəndim...(Mətanət Duyğulu)
  • DAĞLARIN
  • GÖTÜRÜB ÖZÜMLƏ GEDƏCƏM BİR GÜN...(Kəmaləddin Qədim)


  •   Resenziyalar (8)  
    Yazdı: Neriman Nerimanli: 7 İyun 2013 11:32
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Tamamilə həsrətdən, yurd yerinə məhəbbətdən yaranıb bu şer. Fikrimcə o yerlərin toponimləri də şerə uğurla gətirilib. Bəyənirəm, ümumiyyətlə bu səpkili şerləri hətta xırda-para qüsurları olsa da belə, bəyənməyə, bölüşməyə borcluyuq.
    Sənan müəllim, məndən müvafiq qiymət gəldi, sağ olun!
    Yazdı: mirsaleh efqan: 7 İyun 2013 16:11
     
    Yaşayır: bakı şəh.
    Əsərlərin sayı: 101
    Resenziyalar: 1465
    Status: Şair
     
    Assalamu aleykum!
    Nəriman qardaşımız düz deyir.Sənan bəy, gözəl yazmısız, Vətən həsrəti böyük dərddi, Allah həsrət çəkənlərə yardım etsin, qovuşdursun.

    --------------------
    Miri
    Yazdı: Sanan Celilli: 7 İyun 2013 16:35
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 33
    Resenziyalar: 51
    Status: Şair
     
    Təşəkkür edirəm, dostlar. Əslində məni yazmağa vadar edən elə bu həsrətdir. Doğulub boya-başa çatdığçın yerlərin düşmən işğalında qalması çox böyük dərddir.

    --------------------
    Bu dünya əzazil, mənsə səbrli
    Səbrimlə əzabı əzə biləydim...
    Yazdı: Polat Alemdar: 7 İyun 2013 18:56
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Sənan bəy,bu gözəl misraları bəyənməmək günah olar.Məndəm ƏLA!

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Sanan Celilli: 7 İyun 2013 22:09
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 33
    Resenziyalar: 51
    Status: Şair
     
    Polat Alemdar,
    Təşəkkür edirəm ƏLA günləriniz olsun!

    --------------------
    Bu dünya əzazil, mənsə səbrli
    Səbrimlə əzabı əzə biləydim...
    Yazdı: Shemsi: 8 İyun 2013 08:50
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 108
    Resenziyalar: 997
    Status: Şair-Redaktor
     
    Ulu Göyçənin həsrəti yandırar, yaxar ürəyimizi... sənan müəllimin şeirində yurd yerinin toponimləri, həstrətin bomboz rəngi təbii və şirin deyimlə təsvir edilib. Əladır!!!!!!!!!!!!

    --------------------
    Məni məndən soruşanlar bilirmi,
    Həm uşağam, həm cavanam, həm qoca.
    Baş yaşıma, yaş başıma tən deyil,
    Həm dərvişəm, həm bəzirgan, həm xoca!
    Yazdı: sahin.yusifov: 4 Sentyabr 2014 19:08
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    Bu dağların o üzündə
    Mənim qədim kəndim qalıb
    «Dərə yurdüm», «Sarı yerim»
    Bərələrim, bəndim qalıb

    Yağıdadır Nərimanlı
    Qaraqoyun, Qaraimanlı
    Zod, Subatan, Məzrə, Qanlı
    Ağkilsə, Zərkəndim qalıb
    Bu dağların o üzündə
    Mənim qədim kəndim qalıb
    «Dərə yurdüm», «Sarı yerim»
    Bərələrim, bəndim qalıb

    əla
    Yazdı: sahin.yusifov: 18 Yanvar 2015 19:27
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    Çalmalının qarlı başı
    Bilinirmi sinni – yaşı
    Ah əridir dağı, daşı
    Dərdimə dərdməndim qalıb

    Duman sürünürmü «Yalda»?!
    Sən’an, el-oba nə halda?!
    Ağrı - acılı xəyalda
    İtib-batmış zəndim qalıb
    BU GƏRAYLI MƏNALI YAZILIB ƏLA DEYİRƏM
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    B U Ğ D A  ---  İltifat SALEH

    Müəllif: Saxavat

    B U Ğ D A --- İltifat SALEH

    Buğda töküldü
    dəyirmanın boğazına,
    atıldı, düşdü.
    İstədi canını qurtara,
    artıq üyüdülmüşdü...
    Düşünürəm həyat dəyirmanıdır,-
    buğdayıq biz.
    Üyüdüləcəyik atılıb düşsək də,
    bir-birimizə bilə-bilə
    badalaq vursaq da,

    Oxumaq
    Sevgi mənə nə verəcək...

    Müəllif: Movlud Aqammed

    Sevgi mənə nə verəcək...

    Sevgi mənə nə verəcək,dərdi-sər,
    Sınıq ürək,ah,göz yaşı,bir də qəm.
    Baxıb aləm bu halıma güləcək,
    Məcnun çəkən sitəmləri çəkəcəm.

    Oxumaq
    İllərin soyuqluğunda...

    Müəllif: aliibrahimov

    İllərin soyuqluğunda...

    Bil ki, daha mənə gərək deyilsən,
    İzn ver eşqimlə qalım baş-başa.
    Ətrinə öldüyüm çiçək deyilsən,
    Get, özgə bağında solaraq yaşa.

    Oxumaq
    Dünya dəyməz göz yaşına

    Müəllif: nailyasha72

    Dünya dəyməz göz yaşına

    Bulud kimi ürək doldu,
    Payız kimi ömür soldu.
    Keçən-keçdi, olan-oldu,
    Dünya dəyməz göz yaşına.

    Oxumaq
    QAYITMAZ

    Müəllif: Neriman Nerimanli

    QAYITMAZ

    Dəyməyin qəlbimə, vallah, yaradı.
    Kaman tək inləyər gəlsə yar adı.
    Bu giley-güzarım nazlı yaradı
    Ruhum yuxuludur, yatsa, qayıtmaz.

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Avqust 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics