misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

Dilənçi Qız

Müəllif: kamil miri | 5 İyun 2013 | Oxunub: 2220| Yadda saxlamaq:
Üzülmə, dilənçi qız
həyat ağladır hərdən.
Ümüd də gözləmirsən
açılan hər səhərdən.

Üzülmə, dilənçi qız.
Gecələr çox soyuqdur.
Hər tərəf səssizlikdir,
yatıbdır qoca şəhər.
Ulduzları sayırsan
sayma, qurtaran deyil.
sənin dərdlərin qədər.

Parıldayır gözlərin
dərin qırışların da.
Yuyunur qara saçlar
Ayın işıqlarında.
Əllərin qabar-qabar
görən axı nə zaman
ağ atlı cəngavərin
gəlib səni də tapar?

Küçələrə sərilib
sənin uşaq çağların.
Parıldayan ulduzlar
olub oyuncaqların.
Ulduzlar olmayanda
çox sərt olur gecələr.
Anan zibil qabları,
atan soyuq küçələr.


Üzülmə dilənçi qız.
Sən ki hələ uşaqsan.
hələ çox azdır yaşın.
Günahkar insanların
böyük məzarlarına
ehtiyacın da yoxdur.
Ölsən soyuq gecələr
olacaqdır baş daşın...

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 7)
Əsəri oxuyanlar (458)
  Oxşar misralar:
  • DİLƏNÇİ QIZA
  • Soyuq əllərində
  • ELDƏ DAR AĞACINDAN ASILMALIYAM
  • Məni itirməyə çox da tələsmə... (Vaqif Məmmədovdan)
  • Meni itirməyə çox da tələsmə...(Vaqif Məmmədov)


  •   Resenziyalar (12)  
    Yazdı: moonlight: 5 İyun 2013 20:21
     
    Yaşayır: Baki
    Əsərlərin sayı: 0
    Resenziyalar: 2
    Status: Yeni şair
     
    Çox gözəl bir şeir...günümüzdə qarşılaşdığımız amma heç bir şey edə bilmədiyimiz bir reallığa toxunmusunuz. necə deyərlər axırıncı yox axarıncı olsun belə şeirləriniz...
    Yazdı: kamil miri: 5 İyun 2013 21:57
     
    Yaşayır: bakı
    Əsərlərin sayı: 17
    Resenziyalar: 12
    Status: Şair
     
    Çox sağolun. Təşəkkür edirəm. Sizə də gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
    Yazdı: Polat Alemdar: 5 İyun 2013 23:01
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Sitat: kamil miri
    Üzülmə dilənçi qız.
    Sənki hələ uşaqsan.
    hələ çox azdır yaşın.
    Günahkar insanların
    böyük məzarlarına
    ehtiyacında yoxdur.
    Ölsən soyuq gecələr
    olacaqdır baş daşın...


    Axşamınız xeyir,kamil miri, gözəl şeirdir.Amma elə valideynlər var ki,özləri kimi uşaqlarını da bilərəkdən bu yola vadar edirlər! Şeiriniz üçün sağ olun!

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Shemsi: 6 İyun 2013 01:15
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 108
    Resenziyalar: 997
    Status: Şair-Redaktor
     
    Salam! Bu müəllifi mən indi tanıyıram. şeirlər mükəmməldir və "Seçilmiş əsərlər" rubrikasında yer tutmağa layiqdirlər. Müəllifə uğurlar arzu edirəm.

    --------------------
    Məni məndən soruşanlar bilirmi,
    Həm uşağam, həm cavanam, həm qoca.
    Baş yaşıma, yaş başıma tən deyil,
    Həm dərvişəm, həm bəzirgan, həm xoca!
    Yazdı: Elvir Adem: 6 İyun 2013 01:22
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 228
    Resenziyalar: 930
    Status: Şair
     
    Uğurlu alınıb, gözəl işlənib.
    Yazdı: Dunyamin: 6 İyun 2013 01:49
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: kamil miri

    Üzülmə, dilənçi qız,
    həyat ağladır hərdən.
    Ümid də gözləmirsən
    açılan hər səhərdən.

    Üzülmə, dilənçi qız.
    Gecələr çox soyuqdur.
    Hər tərəf səssizlikdir,
    yatıbdır qoca şəhər.
    Ulduzları sayırsan,
    sayma, qurtaran deyil.
    sənin dərdlərin qədər...


    Salam,Kamil!...Maraqlı və mənalı bir əsər qələmə almısan!...Səni bu şeirinə görə təbrik edir və uğurlarının davamlı olmasını arzulayıram!...
    Yazdı: Neriman Nerimanli: 6 İyun 2013 10:24
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Küçələrə sərilib
    sənin uşaq çağların.
    Parıldayan ulduzlar
    olub oyuncaqların.
    Ulduzlar olmayanda
    çox sərt olur gecələr.
    Anan zibil qabları,
    atan soyuq küçələr.


    Üzülmə dilənçi qız.
    Sən ki hələ uşaqsan.
    hələ çox azdır yaşın.
    Günahkar insanların
    böyük məzarlarına
    ehtiyacın da yoxdur.
    Ölsən soyuq gecələr
    olacaqdır baş daşın...

    Olduqca gözəldir, mükəmməldur! Müəllifə uğurlar! Şəmsi müəllimin seçimi təqdiralayiqdir, sağ olsun! Məndən əla.
    Yazdı: kamil miri: 6 İyun 2013 12:03
     
    Yaşayır: bakı
    Əsərlərin sayı: 17
    Resenziyalar: 12
    Status: Şair
     
    Hamınıza Salam olsun. Zəhmət çəkib yazdığınız üçün sizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun.
    Yazdı: Sanan Celilli: 6 İyun 2013 15:50
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 33
    Resenziyalar: 51
    Status: Şair
     
    Gözəl şerdir. Uşaqları dilənçiliyə gətirib çıxaran cəmiyyətlər hələ də var... təəssüf...

    --------------------
    Bu dünya əzazil, mənsə səbrli
    Səbrimlə əzabı əzə biləydim...
    Yazdı: Polat Alemdar: 6 İyun 2013 19:08
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Sitat: Sanan Celilli
    Uşaqları dilənçiliyə gətirib çıxaran cəmiyyətlər hələ də var


    Sənan bəy,burada cəmiyyətin nə günahı var? Bəzi insanlar bu işi artıq sənət kimi qəbul edib və atadan-anadan övlada keçən irsi bir iş kimi yerinə yetirilir!!!Xahiş edirəm,sakitcə bunu düşünün,insanların dilənməsində günahkar kimdi?Onu dilənçiliyə vadar edən valideynmi, yoxsa cəmiyyət?
    - Dünya malını yığmaq üçün dilənən, Cəhənnəm atəşini dilənmiş olar. (Müslim)

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    SABAHA SAXLAMAZ GÜNÜN İŞİNİ--- Məmməd AĞA --- {Səxavət QAFARLIYA}

    Müəllif: Saxavat

    SABAHA SAXLAMAZ GÜNÜN İŞİNİ--- Məmməd AĞA --- {Səxavət QAFARLIYA}

    Görünən, görünməz hallara baxır,
    Qəlbində saxlamır,- bulaqtək axır.
    Çəkinmir kimsədən, yandırıb-yaxır,
    Sabaha saxlamaz günün işini...

    Oxumaq
    DUA ANI...

    Müəllif: adal

    DUA ANI...

    Bu gün Ramazandır,sabah-Qiyamət,
    orda Əfəndimiz gözləyir bizi...
    Bizi qurtaracaq bu Eşq-Məhəbbət,
    əgər yaxşı bilsək öz Dinimizi!...

    Oxumaq
    QURBAN OLUM, BİZİMÇÜN GÖZƏLLƏRİ YARAT ÇOX  ---  Xanəli TOLIŞA

    Müəllif: Saxavat

    QURBAN OLUM, BİZİMÇÜN GÖZƏLLƏRİ YARAT ÇOX --- Xanəli TOLIŞA

    Nə toyda yemək yedin, nə kafedə, nə yasda,
    Keyvənin yada düşdü, Vallah, hər basa-basda.

    Oxumaq
    NİYƏ UTANDIM...(Yenə bu dünyanı ilahi gördüm...)

    Müəllif: Dunyamin

    NİYƏ UTANDIM...(Yenə bu dünyanı ilahi gördüm...)

    Asiman boyandı göy qurşağına,
    rənglərə qarışdı sanki duyğular...
    Mat qaldım aləmin yaraşığına,
    dil açdı-danışdı sanki duyğular!

    Oxumaq
    YOXDU

    Müəllif: Neriman Nerimanli

    YOXDU

    Mənə can deyənlər çor deyir artıq,
    Miskinə, nadana yar deyir artıq,
    Bülbülün spzünü sar deyir artıq
    Halal çörəyimin duzu ki, yoxdu.

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Fevral 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics