misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

Olan oldu...

Müəllif: Elvir Adem | 2 İyun 2013 | Oxunub: 1992| Yadda saxlamaq:
Sən gedən dünyanın işi dolaşdı,
Gözümdə günbəgün balacalaşdı.
Səbrim bu Dünyaya sığmadı, daşdı,
- müsibət oldu...

Nə yaxşı vardısa, çevrildi pisə...
Ah, bu nə təzadlı, qərib hadisə?!
- varlığın-xəyalət, yoxluğun isə
- həqiqət oldu...

"Sənsizlik" buludun boğdum ha boğdum,
Yenə də gözümdən qəlbimə yağdım.
Sənin olmadığın günləri yığdım,
- əmanət oldu...

Sənsiz sabahlar da gözümdən enib,
Daha gecələr də ulduzlar sönüb.
"Əlindən tutaraq gəzişmək" dönüb
- səfalət oldu...

Bütün qorxuları verərək bada,
Şəst ilə yan-yana gəzdik dünyada.
Hərdən ayrılıqdan qorxardıq, o da
- nəhayət oldu...

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 9)
Əsəri oxuyanlar (404)
  Oxşar misralar:
  • OLAN OLDU,OLDU DAHA
  • GÖZÜMDƏ YAŞ OLDU SƏNLİ GÜNLƏRİM...(Mehri Qəmli)
  • UZUN OLAN GECƏLƏR...
  • SƏNİN YOLUN DAŞ OLDU...
  • GƏRAYLI...


  •   Resenziyalar (10)  
    Yazdı: Eldar Ezimli: 2 İyun 2013 18:59
     
    Yaşayır: Sheki
    Əsərlərin sayı: 75
    Resenziyalar: 581
    Status: Şair
     
    Elvir bəyin bu şeri üslub və məzmununa görə layiqincə dəyərləndirilməlidir. Bir məqamı çıxmaq şərtilə çox bəyəndim.
    4-cü bəndin sonunda "səfalət" sözü özündən öncəki fikirlə uyğunluq təşkil etmir, sanki....Bu mənim subyektiv fikrimdir...Uğurlar sənə, qardaş!.....
    Yazdı: Saxavat: 2 İyun 2013 19:15
     
    Yaşayır: --
    Əsərlərin sayı: 896
    Resenziyalar: 3083
    Status: Şair
     
    Atəşin salamlar olsun Elvir bəy Axundova!
    Əzizim, Ağamir Cavadın böyük təqdimatı ilə sənin beş şeirin ŞƏFƏQ ədəbi-bədii
    jurnalında dərc olunub və həmin şeirlər də məclisimizdə müzakirə olunaraq bəyənildi.

    SƏNİ ÜRƏKDƏN TƏBRİK EDİRƏM!
    Yazdı: Polat Alemdar: 2 İyun 2013 21:15
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Sən gedən dünyanın işi dolaşdı,
    Gözümdə günbəgün balacalaşdı.
    Səbrim bu Dünyaya sığmadı, daşdı,
    - müsibət oldu...

    Nə yaxşı vardısa, çevrildi pisə...
    Ah, bu nə təzadlı, qərib hadisə?!
    - varlığın-xəyalət, yoxluğun isə
    - həqiqət oldu...

    Axşamınız xeyir Elvir bəy.Bu şeirinizi mən də bəyəndim. ƏLA. Uğurlar diləyirəm.

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Shemsi: 3 İyun 2013 10:26
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 108
    Resenziyalar: 997
    Status: Şair-Redaktor
     
    Eşq olsun Elvir bəyə! Həmişəki kimi gözəl bir əsərinlə ürəymi riqqətə gətirdin. 4=cü bəndə bir də nəzər sal.

    --------------------
    Məni məndən soruşanlar bilirmi,
    Həm uşağam, həm cavanam, həm qoca.
    Baş yaşıma, yaş başıma tən deyil,
    Həm dərvişəm, həm bəzirgan, həm xoca!
    Yazdı: Vusal Huseyn: 3 İyun 2013 12:06
     
    Yaşayır: Azərbaycan Baki şəh.
    Əsərlərin sayı: 273
    Resenziyalar: 2065
    Status: Şair
     
    Salam Aleykum Elvir.Şeirini gizlətmədən söyləyirəm ki,çox bəyəndim.Afərin.

    --------------------
    Hər acının,hər ağrının,
    hər bir zülmün bir ahı var.
    Hər bir qaranlıq gecənin,
    tələsən bir sabahı var.

    Vüsal Hüseyn
    Yazdı: Elvir Adem: 4 İyun 2013 20:03
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 228
    Resenziyalar: 930
    Status: Şair
     
    Salam, hər birinizə təşəkkür edirəm. Gözləriniz yorulmasın!

    4-cü bəndlə bağlı kiçik açıqlama verim, yenə qane etməsə, inkar edin, məmnuniyyətlə dəyişərəm. Fikirdə məqsəd odur ki, (lirik qəhrəman demək istəyir ki) vaxtilə əlindən tutaraq gəzərdim, indi isə sənin yoxluğun üzündən həmin o "məqam" dəyişərək səfalət (səfil, dilənçi günündə, bir sözlə Məcnunun səhra tüfeyliliyi) formasına düşüb.

    Saxavat, bu yaxınlarda jurnal əlimə keçdi, düzü Ağamir bəyin rəyi mənimçün surpriz oldu. Hamıya minnətdaram!
    Yazdı: sahin.yusifov: 11 Avqust 2014 05:35
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    - müsibət Bu şeirdə qafiyələr heca bölgüləri hecalar fikir hər şey yeri yerindədi
    - həqiqət
    - əmanət
    - səfalət
    - nəhayət
    Bunlarda qafiyədə biri birinə öpüşsə olardı bişmiş şeir
    ümumiyətcə gözəl şeirdi
    Yazdı: Kenan Qedimov: 21 Avqust 2014 22:29
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 15
    Resenziyalar: 101
    Status: Yeni şair
     
    Bütün qorxuları verərək bada,
    Şəst ilə yan-yana gəzdik dünyada.
    Hərdən ayrılıqdan qorxardıq, o da
    - nəhayət oldu...
    Yazdı: amirovusal: 9 Avqust 2016 09:40
     
    Yaşayır: --
    Əsərlərin sayı: 17
    Resenziyalar: 56
    Status: Şair
     
    Sən gedən dünyanın işi dolaşdı,
    Gözümdə günbəgün balacalaşdı.
    Səbrim bu Dünyaya sığmadı, daşdı,
    - müsibət oldu...

    Nə yaxşı vardısa, çevrildi pisə...
    Ah, bu nə təzadlı, qərib hadisə?!
    - varlığın-xəyalət, yoxluğun isə
    - həqiqət oldu...

    "Sənsizlik" buludun boğdum ha boğdum,
    Yenə də gözümdən qəlbimə yağdım.
    Sənin olmadığın günləri yığdım,
    - əmanət oldu...

    Sənsiz sabahlar da gözümdən enib,
    Daha gecələr də ulduzlar sönüb.
    "Əlindən tutaraq gəzişmək" dönüb
    - səfalət oldu...

    Bütün qorxuları verərək bada,
    Şəst ilə yan-yana gəzdik dünyada.
    Hərdən ayrılıqdan qorxardıq, o da
    - nəhayət oldu...Elvir Adem,

    ÇOX BƏYƏNDİM!
    Yazdı: Ruslan Novres: 30 Yanvar 2017 22:58
     
    Yaşayır: Masallı
    Əsərlərin sayı: 276
    Resenziyalar: 1353
    Status: Şair
     
    Salam, Elvir qardaşım, bu şe'ri indi oxudum və mənim də çox xoşuma gəldi. Heyrətamiz, qəşəyyy

    --------------------
    Hicran günü dəhşətli külək qopdu yerindən,
    Dəhşətdən elə sandım ürək qopdu yerindən.
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    MƏN SƏNİN YANINDA OLMAQ İSTƏRƏM  ---  Sülhiyyə TAĞIZADƏ

    Müəllif: Saxavat

    MƏN SƏNİN YANINDA OLMAQ İSTƏRƏM --- Sülhiyyə TAĞIZADƏ

    Qöşa gəzdiyimiz yolda, cığırda,
    Mənim göz yaşlarım salıb cığır ta...
    Sənsiz qəlb evimə kədər axır ta...
    Qəmdən, saçlarımı yolmaq istərəm...
    Mən sənin yanında olmaq istərəm,

    Oxumaq
    AY MƏLƏK, AY MƏLƏK

    Müəllif: Neriman Nerimanli

    AY MƏLƏK, AY MƏLƏK

    Bir qırıq ümidə bəndəm,
    Naümid olmasın bəndə.
    Gör neçəsini kəməndə
    Saldın, ay Mələk, ay Mələk!

    Oxumaq
    ŞEYTAN ELƏYİB  “Atması məndən, davamı sizdən” (Səxavət müəllimin 2012-ci ilin mart ayında yazdığı şerinə davam...

    Müəllif: Neriman Nerimanli

    ŞEYTAN ELƏYİB “Atması məndən, davamı sizdən” (Səxavət müəllimin 2012-ci ilin mart ayında yazdığı şerinə davam...

    Heç kəsə zülm eləmə, kükrəmə sən, daşma, qağa,
    Hər şeyin var limiti, gəl limiti aşma, qağa,
    Şeytana vermə könül, Haqqa qayıt, çaşma, qağa
    Demə hər bir günahı guya Nəriman eləyib,
    “Rəbbimiz iblisi Şeytan, səni İnsan eləyib.”

    Oxumaq
    Pillələr...

    Müəllif: Elvir Adem

    Pillələr...

    Pillə-pillə çıx yadımdan.
    Sonra yenə
    at özünü xatirələr qayasından,
    yadıma düş.

    Oxumaq
    KÖHNƏ BAYATININ TƏZƏ VARİANTI

    Müəllif: Saxavat

    KÖHNƏ BAYATININ TƏZƏ VARİANTI

    Ortadadır mal, tanı,
    Mən getdim, sən qal, tanı.
    Bizim it gətiribdir,
    Sizin köhnə baıltanı...

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Fevral 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics